Magnetic Creative Innovations
MCİ GROUP - MAGNETİC CREATİVE İNNOVATİONS
Uğurlu biznes - uğurlu marketinq strategiyasından aslıdır. Biznesinizi bizə həvalə edin.!
13/12/2016
Qastroenteroloq , Hepatoloq Dr. Rövşən İbişov - Hepatit Simptomları haqqında
"HEPATİT: SİMPTOMLARI"
Kəskin və ya xroniki gedişdən asılı olaraq hepatitin simptomları da çox müxtəlifdir. Çünki qaraciyər iltihabı yaradan səbəbdən asılı olaraq prosesə müxtəlif reaksiyalar verilir. Bəzi pasientlər çox sayda simptomlar saydığı halda digərləri sadəcə təsadüfi müayinə zamanı bu haqda öyrənirlər.
Kəskin forma hepatitlərdə sarılıq, hərarət, qusma, halsızlıq və bir sıra digər simptomlar olsa da, xroniki gedişli hepatitlərdə həkim mütləq ətraflı müayinələr apardıqdan sonra bu diaqnozu xəstəyə söyləyə bilər.
Ümumilikdə halsızlıq, çox tərləmə, zəiflik narahat edən pasientlər heç də həmişə hepatit olduqlarını düşünmürlər.
Kəskin hepatitlər və xroniki hepatitlərin kəskinləşməsi zamanı isə klassik dediyimiz simptomlar meydana çıxır - sarılıq, hərarət, qusma, nəcisin rənginin açılması və sidiyin rənginin tündləşməsi və sair.
Ən doğru olan odur ki, mütləq vaxt aşırı check-up müayinələr etmək lazımdır. Vaxtında qoyulan diaqnoz artıq xilasdır.
13/12/2016
Qastreontoloq, Hepatoloq Dr. Rövşən İbişov - qaraciyər haqqında
Qara ciyər – bədəndə olan tullantıların yenidən emal edilməsi zavodudur.
Orqanizm üçün “artıq” hesab edilən və ya öz funksiyasını sona qədər yerinə yetirən maddələr məhz qara ciyərdə parçalanırlar. Məsələn, qan hüceyrələri olan eritrositlər 120 gün yaşadıqdan sonra qocaldıqları üçün orqanizmdən xaric edilməlidirlər. Qara ciyərdə belə eritrositləri tutaraq onları parçalayan xüsusi hüceyrələr mövcuddur. “Qoca” eritrositlərdən qara ciyərdə öd hazırlanır.
“Artıq” hesab edilən hormonlar da qara ciyərdə parçalanırlar. Qlyukozanın qlikogenə çevrilməsində iştirak edən insulin və qlyukaqon hormonları, cinsi hormonlar olan testosteron və estrogenlər, stres hormonu olan adrenalin və s. bu kimi hormonlardandır. Qara ciyərin xroniki xəstəliyi zamanı “artıq” hormonların qanda yığılması nəticəsində orqanizmin fəaliyyəti xeyli dərəcədə pozulur. Məsələn, qara ciyədə olan xəstəliklər nəticəsində, “artıq” olan cinsi hormonların qanda toplanması nəticəsində, kişilərin və qadınların cinsi sferasında problemlər və hətta sonsuzluq da yarana bilər.
13/12/2016
Hepatoloq Dr. Rövşən İbişov - Hepatitin Gedişatı
Hepatit C - kəskin və xronik olur.Kəskin hepatitin çox nadir hallarda diaqnozu qoyulur,çox vaxt təsadüfən olur.
Kəskin hepatit üç sonluqla nəticələnə bilər.
-6-12 ay ərzində sağalma olur,hepatit C-nin markerləri itir.Bu yoluxmuş xəstələrin 20 %-ində rast gəlinir.
-İnfeksiya daşıyıca formaya keçir.Bu zaman labarator göstəricilər və qaraciyər əlamətləri keçir.Analizlərdə qanda virus tapılır.(persistə olunmuş forma)
Bu formalar təsadüfən tapılır.Bu formada Hepatit C-nin gedişatı tam öyrənilməyib.Bəzən hətta labarator göstəricilər olmasada Hepatit C tərəfindən qaraciyərin zədələnməsi proqressivləşən olur.
-Xroniki formanın -klinik və lobarator göstəricilərin, qaraciyərin zədələnməsi ilə inkişaf etməsi
Bu kəskin Hepatit C keçirən xəstələrin 60-70%-ində rast gəlinir.
Kəskin formanın xroniki formaya keçməsi tədricən olur və kəskin fomanın dərəcəsindən asılı deyil.
Bir neçə il ərzində qaraciyər hüceyrələri zədələnir, fibroz inkişaf edir.Bu zaman qaraciyər funksiyasını uzun müddət saxlayır.
Xəstəlik tədricən inkişaf edir.Buna görədə insanlıq bir neçə onillik sonra hepatit C-nin ağır nəticələri ilə qarşılaşacaq.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Baku
1132
Opening Hours
| Monday | 10:00 - 18:00 |
| Tuesday | 10:00 - 18:00 |
| Wednesday | 10:00 - 18:00 |
| Thursday | 10:00 - 18:00 |
| Friday | 10:00 - 18:00 |
| Saturday | 10:00 - 13:00 |