Labtech TM

Labtech TM

Share

Labtech Tm - neft-qaz sənayesi, tikinti və səhiyyə sektorunda laborator və tibbi avadanlıqlar, mebel, ehtiyat hissələri və məsrəf materialları .

TM Labtech is specializing in supply of laboratory and medical equipment, furniture, spares, consumables and materials testing equipment to the Industrial, Oil & Gas and Health sectors. Labtech is the TM of Facility Management Solutions & Supply (FMSS). We Provide Laboratory/Medical:
• Equipment & Instruments
• Furniture and Storage Systems
• Spares and Consumables
• Equipment Inspection & Mainten

Photos 01/08/2016
«Химия» в продуктах – защитите свою семью от отравлений! – ВИДЕО 13/10/2015

http://ru.oxu.az/society/96265

«Химия» в продуктах – защитите свою семью от отравлений! – ВИДЕО Эко и Нитрат Тестеры – надежные «консультанты» «здоровых» покупок.

Mobile uploads 27/09/2015
Photos from Labtech TM's post 27/09/2015
Photos 23/09/2015

Xəzər Universitetində Elmi-Tədqiqat Mərkəzinin açılışı

2015-ci ildə Labtech TM şirkəti Xəzər Universitetinin yeni Elmi Tədqiqat Mərkəzinin dizaynı və laborator mebel və avadanlıqla təchizatı üzrə tender qazanmışdır. Açılışı 2014/2015-ci il yaz semestrində planlaşdırılan Elmi Mərkəz bioloji elmlər departamentinin nəzdində fəaliyyət göstərəcəkdir. Mərkəzin laboratoriyasında ən müasir mebel və avadanlıqlar quraşdırılacaqdır. Burada praktik məşğələlər və elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulmuşdur. Laboratoriyada biokimya, molekulyar biologiya, immunologiya, sitologiya, histologiya, botanika, zoologiya və digər bioloji elmlər üzrə praktiki məşğələlərin aparılması planlaşdırılır. Mərkəzdə bioloji elmlər üzrə tələbələr, doktorantlar və elmi işçilər öz elmi layihələri üzərində işləyəcək, laborator analizlər keçirəcək və elmi tədqiqat işləri üzərində çalışacaqlar.

Photos 17/09/2015

Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi üçün Torpaq Analizi üzrə Mini Laboratoriyaların təchizatı.
Labtech TM və CNFA USAID tərəfindən maliyyələşdirilən Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi (ASAP) çərçivəsində Torpaq Analizi üçün Mini Laboratoriyaların təchizatı üzrə müqavilə imzalamışdır. ASAP layihəsinin məqsədi kiçik və orta aqrobizneslər və fermerlərə yardım təşəbbüsləri vasitəsilə iqtisadiyyatın diversifikasiyasına dəstək verməkdir. Layihə fəaliyyətlərindən biri torpaq analizi üçün mini laboratoriyaların əldə edilməsi və bu laboratoriyaların köməyi ilə aqronomların fermerlər üçün torpaq sınaqları və analizləri həyata keçirmələridir. Bu kimi fəaliyyətlər yerli istehsalçıların məhsulunun beynəlxalq keyfiyyət standartlarına uyğun olmasına, ixracın artmasına və daxili bazar tələbatlarının daha yaxşı ödənilməsinə kömək edəcəkdir. Mini laboratoriyalar tez, sadə və son dərəcə dəqiq 14 sayda müxtəlif test keçirmək imkanına malikdir.

Photos 16/07/2015

Qızılağac qoruğunda işçilərin suyun keyfiyyətinin müəyyən edilməsi bacarıqlarının inkişaf etdirilməsi.

Labtech TM şirkəti və UNDP-nin Azərbaycandakı Nümayəndəliyi Respublikanın mühafizə olunan ərazilərində Dəniz Ekosistemlərinin Səmərəli İdarəçiliyinin Təkmilləşdirilməsi Layihəsi çərçivəsində suyun keyfiyyətinin müəyyən edilməsi üçün sınaq avadanlığı dəstlərinin təchizatı üzrə müqavilə imzalamışdır. Layihə Ekoloğiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən seçilmiş Qızılağac qoruğunun Milli Parka çevrilməsi məqsədini daşıyır.
Təchiz olunan sınaq avadanlığı qoruğun elmi və nəzarətçi personalının suyun keyfiyyət sınaqlarının keçirilməsi bacarıqlarını inkişaf etdirməyə və makro-nümunələrin sınaqdan keçirilməsi və göstəricilərin (elektrik keçiciriliyi, duzluluğu, həll olunmuş oksigen, pH, temperatur, nitratlar, hidrokarbogenlər, xlor tərkibli gübrələr və xlor üzvi birləşmələri) qeydə alınması üçün xidmət göstərəcəkdir.

Want your practice to be the top-listed Clinic in Baku?
Click here to claim your Sponsored Listing.

Category

Address


Baku
AZ1065