Huntsman

Huntsman

Share

HUNTSMAN Atıcılıq Klubu - DƏQİQ, GÜCLÜ, SÜRƏTLİ
Стрелковый клуб HUNTSMAN - ?

Photos from Huntsman's post 06/05/2026

Azərbaycan Atıcılıq Federasiyası və Zəfər Atıcılıq İdman Klubunun təşkilatçılığı ilə 26 aprel Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Praktik Atıcılıq (Shotgun) üzrə yarış uğurla keçirilmişdir.
Yarış Beynəlxalq Praktik Atıcılıq Federasiyasının (IPSC) qaydalarına uyğun olaraq təşkil olunmuş və iştirakçılar şəxsi hesab üzrə mübarizə aparmışlar.
Yarışın əsas məqsədi praktik atıcılıq idman növünün inkişafı və populyarlaşdırılması, idmançılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, iştirakçıların peşəkar səviyyəsinin artırılması, beynəlxalq yarışlara hazırlığın gücləndirilməsi, eləcə də Ümummilli Lider Heydər Əliyevin xatirəsinin yad edilməsi olmuşdur.
Tədbirin sonunda komandanın baş məşqçisi Cəlal Axundov çıxış edərək yarışın əhəmiyyətini qeyd etmiş, iştirakçıların hazırlıq səviyyəsini müsbət qiymətləndirmişdir. O, həmçinin Azərbaycan Atıcılıq Federasiyasına və onun rəhbərliyinə göstərilən dəstəyə görə xüsusi təşəkkürünü bildirmişdir.
Daha sonra komandanın kapitanı Nəsimi Həsənov çıxış edərək komandanın qarşıdakı hədəfləri barədə məlumat vermiş, əsas məqsədin Azərbaycanı praktik atıcılıq idman növü üzrə beynəlxalq yarışlarda layiqincə təmsil etmək və yüksək nəticələr əldə etmək olduğunu vurğulamışdır.
Yarışın nəticələri:
Xanımlar kateqoriyası üzrə:
I yer – Aytən Abdullayeva
II yer – Zəhranur Axundova
III yer – Şükufə Rəsulova
7-ci dərəcə üzrə:
I yer – İlkin Əhmədli
II yer – Nicad Səfərov
III yer – Eyub Hüseynov və Nihat Muxtarlı
6-cı dərəcə üzrə:
I yer – Əli İbrahimov
II yer – Elşad Nəbiyev
III yer – Nəsimi Həsənov
5-ci dərəcə üzrə:
I yer – Qurban Qurbanov
II yer – Tunar Kərimov
III yer – Namik İslamov
Yarışın yekununda qaliblər diplom və medallarla təltif olunmuşdur.

Photos from Huntsman's post 28/05/2025

2025-ci il 26 may tarixində Zəfər Atıcılıq İdman Klubunun təşkilatçılığı ilə, məktəblilər üçün Praktik Atıcılıq İdman növünün bir qolu olan Action Air yarışı təşkil olunmuşdur. Yarış 28 May – Respublika Günü münasibətilə keçirilmiş və ümumilikdə 29 məktəbli iştirak etmişdir.

Yarışın əsas məqsədi:

Gənc nəsildə vətənpərvərlik və dövlətçilik dəyərlərinin aşılanması

Praktik atıcılıq idman növünün məktəblilər arasında təbliği

Silahla təhlükəsiz və düzgün davranış vərdişlərinin formalaşdırılmasıdır.

Məktəblilərin fiziki və zehni inkişafına dəstək olmaq.

Yarışın nəticələri:

Oğlanlar – Böyük yaş qrupu (2009–2011)

1. Rəhmətov Cavidan
2. Yusif Nəzərov
3. Amil Qafarlı

Oğlanlar – Kiçik yaş qrupu (2012–2015)

1. Amir Məmmədov
2. Nicat Aslanov
3. Mirseyid Cəlalzadə

Qızlar

1. Zeynəb Tağızadə
2. Məryəm Məlikli
3. Asya Rəfiyeva

Yarışın təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Atıcılıq Federasiyasına dərin minnətdarlığımızı bildiririk.

Photos from Huntsman's post 27/05/2025

25 May 2025 – Respublika Gününə Həsr Olunmuş Praktik Atıcılıq üzrə "DUEL" Yarışı

Zəfər Atıcılıq İdman Klubunun təşkilatçılığı ilə Praktik Atıcılıq üzrə Duel Yarışı uğurla təşkil olundu. Yarışda 32 iştirakçı öz bacarıqlarını nümayiş etdirdilər Baş tutan bu yarış, vətənpərvərlik, çeviklik və dəqiqliyin bir araya gəldiyi peşəkar bir atıcılıq mübarizəsinə çevrildi.

Yarışın Qalibləri:

1-ci yer – Qurban Qurbanov
2-ci yer – Namiq İslamov
3-cü yer – Elxan Cəminski

Tədbirin yüksək səviyyədə keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Atıcılıq Federasiyasına və onun rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.

Photos from Huntsman's post 06/12/2024

Odlu silahlardan atəş etmək kişilər və cəsur qadınlar üçün ən yaxşı istirahətdir! Daha əvvəl heç ov tüfəngi və ya tüfəng tutmayanlar üçün bu güclü və unudulmaz bir təcrübədir. 😎

Bu fikir ilə razısansa bizə qoşul və sevdiklərinlə əsl istirahəti yaşa

Ətraflı məlumat üçün şərh bölməsinə "+" yazmağınız kifayətdir.

📞 ( 050 ) 229 82 82

05/12/2024

Aktiv hobbiləri sevən qonaqlarımız davamlı olaraq mərkəzimizi istirahət məkanı olaraq seçir.

Ətraflı məlumat üçün şərh bölməsinə "+" yazmağınız kifayətdir.

📞 (050) 229 82 82.

22/08/2024

Dərs1. Düzgün durmaq və önə hərəkət

26/06/2023

Yaşasın Azərbaycan🇦🇿!

28/01/2023

İSTİRAHƏT GÜNLƏRİNİ - necə keçirməyi düşünürsüz?İstirahət günlərinə ən gözəl hədiyyə yadda qalan xoş təəssürat yaratmaqdır.

Bu fikirlə razısansa bizə qoşul və sevdiklərinlə birlikdə əsl istirahəti yaşa

Ətraflı məlumat üçün şərh bölməsinə "+" yazmağınız kifayətdir.

📞 ( 050 ) 229 82 82

21/01/2023

HƏFTƏ SONU --- Gərgin keçən iş rejimindən sonra atıcılıqla parlaq bir tətil vaxtı deməkdir. 😎 Hədəfə atəş açmaq isə mənfi emosiyaları atmaq və adrenalin artırmaq üçün əla yoldur!

Bu fikirlərlə razısansa bizə qoşul və əsl istirahəti yaşa.

Ətraflı məlumat üçün şərh bölməsinə "+" yazmağınız kifayətdir.

📞 (050) 229 82 82

11/01/2023

Aktiv hobbiləri sevən qonaqlarımız davamlı olaraq mərkəzimizi istirahət məkanı olaraq seçir.

Ətraflı məlumat üçün şərh bölməsinə "+" yazmağınız kifayətdir.

📞 (050) 229 82 82

Want your business to be the top-listed Gym/sports Facility in Baku?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


3D, Ipək Yolu
Baku

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00