INCERT CERTIFICATION
Dəyərlərimiz
Dürüstlük:
Müştəri faktoru bizim üçün son dərəcədə önəmlidir. Bizim komandada öz işinin peşəkarları olan mütəxəssislər fəaliyyət göstərir.
"INCERT” International Certification müstəqil audit və inspeksiya nəzarəti üzrə peşəkar xidmətlərin təşkili və göstərilməsi məqsədilə yaradılmış yerli Azərbaycan şirkətdir. INCERT şirkəti Azərbaycanda fəaliyyət göstərən həm dövlət təşkilatlarına, həm də özəl təşkilatlara beynəlxalq standartlar üzrə peşəkar audit, inspeksiya və mühəndislik sahəsində peşəkar xidmətlərin göstərilməsini təşkil edir və
17/02/2026
Milla Dairy MMC - də FSSC 22000 Standartı üzrə xəbərsiz nəzarət auditi keçirilib.
06/02/2026
ATS FOOD MMC - də ISO 9001:2015 və ISO 22000:2018 Beynəlxalq standartları üzrə nəzarət auditi keçirilib.
31/12/2025
Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakültəsi (AzTU) ISO 21001 standartı üzrə beynəlxaq sertifika layiq görülüb.
Sertifikat 30 Dekabr tarixində İNCERT Sertifikatlaşdırma şirkətinın direktoru Şamo Muradov tərəfindən AzTU-nun rektoru Vilayət Vəliyevə təqdim edilib.
Qeyd edək ki, ISO 21001 təhsil təşkilatlarının idarəetmə sisteminə spesifik tələbləri müəyyən edən beynəlxalq statuslu standartdır. Bu standartda təhsil təşkilatlarında proseslərin yaxşılaşdırılmasını və “müştərilərin” ehtiyac və gözləntilərinin təmin edilməsini hədəfləyən üçün ümumi bir idarəetmə aləti təqdim edilir. Standart təhsil müəssisələrinə həyata keçirdikləri fəaliyyətləri öz missiya və vizionlarına səmərəli şəkildə uyğunlaşdırmağa kömək etmək məqsədi daşıyır. ISO 21001 sertifikatı təşkilatın idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən beynəlxalq ISO 21001 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir. Bu sertifikat təşkilata təhsil xidmətlərinin keyfiyyətini yüksəltməyə, idarəetmənin səmərəliliyini artırmağa, hamı üçün inklüziv və keyfiyyətli təhsil, öz-özünə öyrənmə və ömür boyu öyrənməni təşviq etməyə, müvafiq proses və qiymətləndirmə alətlərinin tətbiq etməyə imkan verir.
19/12/2025
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ISO 9001:2015 standartı üzrə beynəlxalq sertifikata layiq görülüb.
INCERT Sertifikatlaşdırma şirkətinin mütəxəssisləri tərəfindən keçirilmiş sertifikatlaşdırma auditinin nəticəsinə əsasən AQTİ-nin mövcud proses və prosedurlarının tətbiqi vəziyyəti, daxili idarəetmə mexanizmləri, sənədləşdirmə sistemi, personalın hazırlıq səviyyəsi yüksək qiymətləndirilib və İnstitutun fəaliyyətinin ISO 9001 standartının tələblərinə cavab verdiyi təsdiqlənib. Bununla əlaqədar olaraq 18 dekabr 2025-ci il tarixində AQTİ -də sertifikatların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Agentliyin rəsmiləri və INCERT şirkətinin direktoru Şamo Muradov tərəfindən sertifikatlaşdırma prosesinin gedişatı, görülən işlərlə bağlı geniş məlumat verilib. Daha sonra AQTİ -yə ISO 9001 sertifikatı təqdim olunub.
10/12/2025
Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnalogiya fakültəsində (AzTU) ISO 21001 beynəlxalq standartı üzrə sertifikatlaşdırma auditi keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) İNCERT Sertifikatlaşdırma şirkəti tərəfindən ISO 21001 beynəlxalq standartı üzrə sertifikatlaşdırma auditi keçirilib. Audit çərçivəsində keçirilən bağlanış toplantısında universitetin rektoru Vilayət Vəliyev və digər məsul şəxslər iştirak etmişlər.
Audit zamanı Universitetin beynəlxalq ISO 21001 standartının tələblərinə uyğunluğu, daxili qayda və prosedurlar, onların tətbiqi, sənədlərin idarə olunması ilə bağlı vəziyyət yoxlanılıb. Audit yoxlaması AzTU-nun fəaliyyətinin adıkeçən standartların tələblərinə tam cavab verdiyi təsdiqlənib.
Qeyd edək ki, ISO 21001 təhsil təşkilatlarının idarəetmə sisteminə spesifik tələbləri müəyyən edən beynəlxalq statuslu standartdır. Bu standartda təhsil təşkilatlarında proseslərin yaxşılaşdırılmasını və “müştərilərin” ehtiyac və gözləntilərinin təmin edilməsini hədəfləyən üçün ümumi bir idarəetmə aləti təqdim edilir. Standart təhsil müəssisələrinə həyata keçirdikləri fəaliyyətləri öz missiya və vizionlarına səmərəli şəkildə uyğunlaşdırmağa kömək etmək məqsədi daşıyır. ISO 21001 sertifikatı təşkilatın idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən beynəlxalq ISO 21001 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir. Bu sertifikat təşkilata təhsil xidmətlərinin keyfiyyətini yüksəltməyə, idarəetmənin səmərəliliyini artırmağa, hamı üçün inklüziv və keyfiyyətli təhsil, öz-özünə öyrənmə və ömür boyu öyrənməni təşviq etməyə, müvafiq proses və qiymətləndirmə alətlərinin tətbiq etməyə imkan verir.
Texniki Universiteti
30/10/2025
ATS FOOD MMC - də ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara aşağıda qeyd olunan məsələlərnən bağlı geniş məlumat verilmişdir.
- Standartın məqsədi, faydaları və tətbiq sahəsi.
- Normativ sənədlər, əsas terminlər, risk, qərəzsizlik, səriştəlilik.
- Məxfilik və işçilərin məsuliyyəti
- Laboratoriya infrastrukturu, avadanlıq, ətraf mühit, izlənəbilmə və xarici təchizat siyasəti.
- Müştəri tələblərinin başa düşülməsi.
- Test metodlarının seçimi, təsdiqi və uyğunluğu.
- Nümunə toplama prosedurları.
- Düzgün saxlanma, daşınma, idarəetmə və etiketləmə.
- Daxili keyfiyyət nəzarəti.
- Hesabat və uyğunluğun qiymətləndirilməsi.
- Şikayətlərin idarə edilməsi
- Uyğunsuzluqların idarə edilməsi
- Data bütövlüyü, LIMS nəzarəti və elektron qeydlərin idarə edilməsi.
- Risk və imkanların təhlili, təkmilləşdirmə, düzəldici tədbirlər, daxili audit və rəhbərliyin təhlili.
Təlimin sonunda iştirakçılar imtahana cəlb edilmiş və bilik səviyyəsinin qiymətləndirilməsi aparılmışdır.
14/09/2025
CPC MMC - də FSSC 22000 üzrə Sertifikatlaşdırma auditi keçirilib.
14/07/2025
“Qida Təhlükəsizliyi Ayı” çərçivəsində İNCERT MMC və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarına silsilə təlimlər keçirilmişdir. Göstərilən bu peşəkar dəstək və şirkətin fəaliyyətinə qatdığı dəyərli töhfə Şirkətlər Qrupu tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir. Təşəkkürnamə Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru cənab Aydın Talıbov tərəfindən Keyfiyyət Assosiasiyasının idarə heyətinin üzvü və İNCERT MMC-nin direktoru Şamo Muradova təqdim olunub.
Veyseloglu Group of Companies
24/06/2025
AzInTelecom ISO 27001, ISO 22301 və ISO 20000 sertifikatlarına layiq görülüb
Azərbaycanın aparıcı telekommunikasiya provayderlərindən biri olan AzIn Telecom ISO 27001, ISO 22301 və ISO 20000 beynəlxalq sertifikatlarına layiq görülüb.
Qeyd olunan sertifikatlar CFE Certification şirkətinin nümayəndəsi Ömer Kılınç və həmin şirkətin Azərbaycandakı təmsilçisi İNCERT şirkətinin direktoru Şamo Muradov tərəfindən təqdim edilib.
Davamı: https://incert.az/xeberler/azintelecom-iso-27001-iso-22301-ve-iso-20000-sertifikatlarina-layiq-gorulub
AzInTelecom LLC
13/06/2025
“İnter Project” QSC-də inteqrə olunmuş idarəetmə sisteminin auditi keçirilib.
12 iyun 2025-ci il tarixində İNCERT MMC Beynəlxalq sertifikatlaşdırma şirkəti tərəfindən “İnter Project” QSC-də ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq standartına uyğun idarəetmə sisteminin tətbiqi layihəsi çərçivəsində inteqrə olunmuş idarəetmə sisteminin auditi keçirilib.
Mütəxəssislər tərəfindən keçirilən audit zamanı şirkətin sözügedən beynəlxalq standartların tələblərinə uyğunluq dərəcəsi müəyyən edilib, risk və imkanlar təhlil olunub, İOİS-in planlaşdırılan nəticələrə nail olunmasını təmin etmək, müsbət nəticələri (imkanları) artırmaq, arzuolunmaz təsirlərin qarşısını almaq üçün risk və imkanların qiymətləndirilməsi aparılıb.
04/06/2025
Esila Trading MMC - də FSSC 22000 üzrə Sertifikatlaşdırma auditi keçirilib.
25/04/2025
“NİAB” MMC" -də FSSC 22000 üzrə nəzarət auditi.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Nərimanov Rayonu, Əhməd Rəcəbli 23 B, Minera Biznes Mərkəzi 5-ci Mərtəbə
Baku
AZ1052
Opening Hours
| Monday | 09:00 - 17:00 |