DVC

DVC

Share

25 ildən çoxdur ki, 50 000-dən çox gəncin həyatında dəyişikliklərə imkan yaratdıq!

«Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyi öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən «Debat» təhsil proqramı kimi başlamışdır. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.

Photos from DVC's post 13/03/2026

DVC İB-nin Milli Debat Proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "DebatHer" açıq debat turniri baş tutub.🌸

"Qadın sahibkarlığının inkişafında dövlət əsas rol oynayır" mövzusunda keçirilən turnirin finalında Azərbaycan bölməsi üzrə UNEC Debat Klubunun " Mavi qızılgüllər" BDU Debat Klubunun "Secret Garden", Rus bölməsi üzrə isə BDU DK-nın "Серебро" UNEC DK-nın "Пожалуйтесь руководству" qarşılaşıb. Yekunda hər iki bölmə üzrə BDU Debat Klubunun komandaları "Secret Garden" və "Серебро" turnirin çempionu olub.🏆

Yekunda turnir çərçivəsində çıxışları ilə seçilən natiqlər elan olunub və mükafatlandırılıb.✨

UNEC Debat Klubuna() və turnirdə iştirak edən bütün komandalara gələcək fəaliyyətində uğurlar arzu edirik!💜

08/03/2026

Zərifliyi, gücü və sevgisi ilə dünyamızı gözəlləşdirən bütün xanımların 8 Mart – Beynəlxalq Qadınlar Günü mübarək! 🌷

Photos from DVC's post 04/03/2026

Martın 2-də ADA Debat Klubu tərəfindən “ADA Talks” adlı ilk motivasiya və fikir platforması uğurla təşkil olunub. ⚡️

Tədbirin əsas məqsədi tələbə və müəllim heyəti üçün açıq fikir mübadiləsi mühiti yaratmaq, təhsil, şəxsi inkişaf və peşəkar təcrübə istiqamətində ilhamverici çıxışlar vasitəsilə akademik dialoqu təşviq etmək olmuşdur.

Proqram çərçivəsində çıxış edən iştirakçılar öz təhsil yollarını, karyera mərhələləri, qarşılaşdıqları çətinliklər və qazandıqları təcrübələr barədə auditoriya ilə səmimi və motivasiyaedici fikirlərini bölüşmüş, interaktiv müzakirə mühiti formalaşdırıb. Tədbir universitet daxilində intellektual aktivliyin və ictimai iştirakçılığın gücləndirilməsinə xidmət edib.

Tədbirin rəsmi açılış nitqi ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tərəfindən edilmiş, o, çıxışında gənclərin təşəbbüskarlığının, akademik mühitdə fikir azadlığının və liderlik bacarıqlarının inkişafının əhəmiyyətini xüsusi vurğulayıb.

“ADA Talks” platformasının gələcəkdə daha geniş miqyasda davam etdirilməsi və ənənəvi tədbir formatına çevrilməsi nəzərdə tutulur.✨
debatesociety gələcək fəaliyyətlərində uğurlar arzu edirik!💜

Photos from DVC's post 04/03/2026

Şəki Regional Debat Mərkəzi-nin XIV Hesabat Konfransı keçirilib.

Şəki şəhərində Şəki Regional Debat Mərkəzi-nin XIV hesabat konfransı uğurla baş tutmuşdur. Konfransda şəhər ictimaiyyətinin nümayəndələri, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədr müavini və debatçılar iştirak etmişlər.

Tədbirin əsas məqsədi mərkəzin ötən hesabat dövrü ərzində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı, əldə olunmuş nailiyyətlərin və qarşıda duran vəzifələrin müzakirəsi olmuşdur. Konfrans zamanı gənclərin debat bacarıqlarının inkişafı istiqamətində görülən işlər, təşkil olunmuş təlimlər, turnirlər və ictimai fəallığın artırılmasına yönəlmiş layihələr barədə ətraflı məlumat verilmişdir.
debate.center fəaliyyətində uğurlar arzu edirik!💜

Photos from DVC's post 03/03/2026

Gənclər və İdman Nazirliyinin dəstəyi, "Əlilliyi Olan Şəxslərin Müstəqil Həyat Mərkəzi" İB-nin təşkilatçılığı ilə "Hər kəs üçün Gənclik" adlı inkluziv düşərgə keçirilib.

Düşərgə proqramı çərçivəsində gənclər üçün natiqlik və debat bacarıqları, məşğulluq imkanları, eləcə də komanda ilə effektiv işləmə mövzularında təlimlər keçirilib.

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Aydan Hüseynovanın həmçinin təşkilatın idarə heyəti üzvləri Ərhun Baxış və Əflatun Əliyevin təqdimatında gənclərə debat metodologiyası ilə natiqlik, təqdimat bacarıqları mövzularında təlimlər keçirilib.

Düşərgənin sonunda isə bütün iştirakçılar sertifikatla təltif olunublar.

Photos from DVC's post 11/02/2026

Atmosferi tamamlayan, tədbirimizə rəng qatan .az -a dəyərli əməkdaşlığa görə təşəkkür edirik!💜

Photos from DVC's post 09/02/2026

DebatFestə rəng qatan sənətçilər! 💜

08/02/2026

Bu gün “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Layihə meneceri Şakir Garayevin doğum günüdür. Şakir bəyi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik! 💜

Photos from DVC's post 08/02/2026

Gənclər Həftəsi çərçivəsində DebatFest konsert proqramı baş tutub!🤩

DebatFest Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin təşkilatçılığı, Azerbaijan Youth Network İB və “BUZZ Cola” nın tərəfdaşlığı ilə keçirilib.

Festival çərçivəsində canlı musiqi ifaları və DJ performansı yer almış, eyni zamanda ötən il ərzində nailiyyətləri ilə fərqlənən debat klublar və klub üzvləri mükafatlandırılmışdır.🎉

06/02/2026

💬 “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədr müavini Ərhun Baxış “İlin Gənci” mükafatı ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb:

“Bu mükafat mənim üçün şəxsi nailiyyətdən daha çox, gəncliyə göstərilən etimadın və diqqətin rəmzidir. Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti gənclərin potensialını üzə çıxarmağa və cəmiyyətin müxtəlif sahələrində fəal iştirak etməyə geniş imkanlar yaradır. Belə bir mühitdə gənclərin əməyinin qiymətləndirilməsi bizi daha məsuliyyətli və məqsədyönlü olmağa sövq edir”.

Photos from DVC's post 04/02/2026

Goranboy şəhərində 2026-cı il üçün “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, 2025-ci ilin “Gənclər Paytaxtı” olmuş Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və Milli Məclisin deputatı Müşfiq Cəfərov tədbirdə çıxış ediblər.

Tədbir çərçisində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədr müavini Ərhun Baxış və Milli Debat Proqramının meneceri Əflatun Əliyev "İlin Gənci" mükafatına layiq görülüb.

Bu münasibətlə mükafat qazanan bütün gəncləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğur diləyirik. Göstərilən diqqət və etimada görə isə Gənclər və İdman Nazirliyinə təşəkkürümüzü bildiririk.

01/02/2026

2 Fevral- Azərbaycan Gəncləri Günü🎉

Ölkəmizin gələcəyini formalaşdıran bütün gənclərə sağlamlıq, davamlı uğur və yeni nailiyyətlər arzulayırıq!✨

Əziz gənclər, gününüz mübarək yolunuz açıq, məqsədləriniz böyük olsun!💜

Want your organization to be the top-listed Non Profit Organization in Baku?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Səbail Rayonu, 6-cı Böyük Qala Döngəsi, 11
Baku
AZ1001

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 16:00