ISRA Collection
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ISRA Collection, Art Gallery, Azərbaycan, Bakı, Baku.
03/03/2026
Bazarda minlərlə fincan var.
Amma xarakteri olan çox azdır.
İsra Handmade olaraq mən funksional əşya istehsal etmirəm — mən emosional dəyər yaradıram.
Bu fincanlar sadəcə keramika deyil.
Onlar gündəlik həyatın içində şəxsi ritualdır.
Səhərin gücünü, axşamın sakitliyini və insanın özünə ayırdığı o dəyərli 10 dəqiqəni simvolizə edir.
Hər detal əl işidir.
Hər kompozisiya təkdir.
Hər parça limitlidir.
Bu artıq bir məhsul deyil.
Bu seçimdir.
Estetik zövqün, fərqlənmə cəsarətinin və keyfiyyətə olan hörmətinin seçimi.
Kütlə üçün yox.
Zövqü olanlar üçün.
Sifariş və əlavə məlumat üçün: ⤵️
📲+994 55 885 28 28 yazın və ya səhifəmizi izləyin! 💌
27/02/2026
Bəzi əşyalar sadəcə məkanı doldurur.
Bəziləri isə məkanın ruhunu dəyişir.
Bu vazalar dekor deyil.
Onlar zövqün, səbrin və incəliyin formasıdır.
Hər fırça izi diqqətlə atılıb.
Hər detal düşünülüb.
Kütlə üçün yox, seçənlər üçün hazırlanıb.
Evinizə sadəcə əşya yox,
xarakter əlavə edin.
— İsra Handmade
25/02/2026
Nar bolluqdur.
Nar sevincdir.
Nar birlikdir.
Birinin içində gecə səması var… ay və ulduzlarla.
Digərində həyatın mərkəzi kimi açılan bir çiçək.
Mən adi qab düzəltmirəm.
Mən evinizə enerji, süfrənizə ruh, hədiyyənizə məna əlavə edirəm.
Əgər siz də evinizdə sadəcə əşya yox, xarakter istəyirsinizsə –
bu narlar sizi gözləyir.
Sifariş və əlavə məlumat üçün: ⤵️
📲+994 55 885 28 28 və ya DM yazın, səhifəmizi izləyin! 💌
30/11/2025
🎁 Yeni il abu-havasını əks etdirən hədiyyə qutularım artıq hazırdır!
Sevdiklərinizi isti, zövqlü və tamamilə əl işi keramika ilə sevindirmək istəyənlər üçün ideal seçimdir.
Hər qutuda:
• əl çəkimi keramika fincan və ya oyuncaq
• tematik boşqab və ya mücrü
• şirin Yeni il dekoru
• premium qutu tərtibatı
Bayram üçün həm gözəl, həm də dəyərli hədiyyə variantıdır.
Sifariş və əlavə məlumat üçün: ⤵️
📲+994 55 885 28 28 yazın və ya səhifəmizi izləyin! 💌
İsra Handmade — ruhla yoğrulan sənət.
19/11/2025
Yeni il üçün əl işləri, keramika hədiyyələri, dekor məhsulları və maraqlı handmade aksesuarları axtarırsınızsa, doğru yerdəsiniz. 🎄
ISRA Handmade-in yeni il kolleksiyasında hər məhsul sevgi ilə boyanmış, tamamilə əl işidir və mükəmməl hədiyyə seçimidir.
Bu il sizə xüsusi bir imkan da yaradırıq:
🎁 Hədiyyə boxunuzu özünüz yığın!
Sevdiyiniz keramika boşqabları, şamlar, dekor fiqurları və digər yeni il aksesuarlarını seçib, özəl kombin yaradın.
Həm ev dekoru üçün, həm də yaxınlarınıza fərqli, mənalı və şəxsi toxunuşlu hədiyyə vermək istəyənlər üçün idealdır. ✨
Sifariş və əlavə məlumat üçün: ⤵️
📲+994 55 885 28 28 yazın və ya səhifəmizi izləyin! 💌
15/11/2025
Yeni ilin ən gözəl hissəsi – içimizi isidən kiçik amma dəyərli anlar…
Artıq hədiyyə qutunuzu siz dizayn edirsiniz 🤍
Sevdiyiniz keramika və şamları seçin, biz sizin üçün xüsusi şəkildə yığaq 💫
Yaxud cizgi film qəhrəmanları və yeni il personajlarından istədiyinizi seçirsiniz, biz sizə özəl olaraq hazırlayırıq. 🍀
Sifarişlər 7-10 gün ərzində hazırlanır ✨
Sifariş və əlavə məlumat üçün: ⤵️
📲+994 55 885 28 28 yazın və ya səhifəmizi izləyin! 💌
işi
22/10/2025
🕯️ “Bir payız səhərində xəzəl səssizcə yerə düşür, içəridə isə “İsra Handmade” və “Noor candles” şamlarının alovu pıçıldayırdı.
Hər birində bir nağıl gizlənmişdi — biri meşənin dərinliyindəki evdən danışırdı, digəri dağların arxasındakı səssiz günəşdən, o birisi isə payızın rənglərində itmiş xəyallardan. 🍂
Bu şamlar sadəcə işıq deyil — ruhu isidən sakitlik, evin içində səssiz bir musiqidir.
İşığı yandır, payızın sehrini hiss et.” ✨
13/10/2025
Payızın rənglərini sanki bu şamın içində topladıq …🍂
Əllə formalaşmış keramika qabda, təbii ətirli şam — evinizə istilik və ruh qatacaq.
Hər biri İsra Handmade və Noor candles tərəfindən sevgi ilə hazırlanır. 🤎
Siz də evinizdə payızın sehrini hiss edin. 🍁
Keramik hediyyeler: dekor qablar, qramofonlar, şamdanalr və s.
Sifariş və əlavə məlumat üçün: ⤵️
📲+994 55 885 28 28 yazın və ya səhifəmizi izləyin! 💌
01/10/2025
✨ “Üzərində ən gözəl yol göstəricim – müəllimim” yazılı bu mücrü sadəcə bir əl işi deyil… O, minnətdarlığımın, sevgimin və hörmətimin sığışdığı kiçik bir dünyadır. 🌿 Müəllimimin öyrətdiyi hər dərs, söylədiyi hər kəlmə həyatımın yolunu işıqlandırdı. 💫 Mənim üçün müəllim yalnız bilik verən deyil, həm də ruhuma istiqamət göstərən bir bələdçidir. Bu mücrü də həmin dəyərlərin simvolu olaraq sevgi ilə ərsəyə gəldi. 💝
Bəs sizin həyat yolunuzu işıqlandıran müəlliminiz kim olub? 💭🌸
❤️ 🖍✏️📚
29/09/2025
Səsin və emosiyanın görüş nöqtəsi – Munkun “The Scream” əsəri qramafonda.
Əgər qramofon danışa bilsəydi, səsi belə olardı… 🎶😱
Keramik hədiyyələr: vazalar, qramofonlar, şamdanlar və s.
Sifariş və əlavə məlumat üçün: ⤵️
📲+994 55 885 28 28 yazın və ya səhifəmizi izləyin! 💌
20/09/2025
Hər dəfə çəkiliş üçün yeni yerlər axtarırıq, sanki kiçik ekspedisiya kimi. Əl işlərimizi çantalara yığıb yola çıxanda elə bil ki, sərgi yox, köç karvanı qururuq 😅 Bu dəfə işlərimiz o qədər çox və gözəl idi ki, çantaların ağırlığından addımlarımız da ağırlaşdı. Yolumuzu bir az da səhv salıb uzadanda qarşımıza qıyıq gözlü turist dəstəsi çıxdı. Bir əlimizdə kətan işləri, o biri tərəfdə ağır çantalar… Onların bizə baxışında gizli bir sual var idi: ‘Bunlar da bizim kimi dünyanı gəzir, yoxsa əsərləri daşıyan sərgikarvandılar?’ 😉 Biz də gülümsəyib yolumuza davam etdik — çünki bizim macəramız hər dəfə bir az turistlik, bir az sənətkarlıq, bolca da yumor olur 🎒🖼️✨
Keramik hədiyyələr: vazalar, fincanlar, şamdanlar və s.
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Telephone
Website
Address
Azərbaycan, Bakı
Baku
0010