Defscope
Sizin Etibarlı Kiber Təhlükəsizlik Tərəfdaşınız (Təlimlər, Konsultasiya, Peşəkar həllər)
We are an Azerbaijani company which has been conducting cyber security activities in the global arena since 2018. In such a short time period our company has operated many projects around the globe and worked with some of the world’s leading companies. Currently, we are serving our customers in Canada, USA and Europe with our up-to date products and services. Security is our entire focus and this single-minded passion has inspired our innovations that keep us ahead of our competitors.
20/05/2025
Hər gün milyonlarla insan kibertəhlükələrlə üzləşir, amma çoxları bu sadə faktlardan xəbərsizdir. 💻
Sənin məlumatların nə dərəcədə qorunur? Gəlin birlikdə yoxlayaq:
1️⃣ Şifrən “123456”dirsə, hesabların 2 saniyəyə sındırıla bilər.
2️⃣ İki faktorlu identifikasiya hesablarını 99% daha təhlükəsiz edir.
3️⃣ Wi-Fi şifrəsizdirsə, hər kəs məlumatlarını oğurlaya bilər.
4️⃣ Phishing e-maillər bütün hücumların 90%-dən çoxunu təşkil edir.
5️⃣ Sadəcə bir zəif parol, bütün təşkilatı təhlükəyə ata bilər.
💬 Sən bu faktlardan hansını bilmirdin? Rəydə yaz!
04/03/2025
INSECO Təşkilatı ilə Defscope şirkətinin tərəfdaşlığı ilə təşkil edilmiş “Pe*******on Test” xidməti – Nəyə görə lazımdır? - Mövzulu vebinar uğurla başa çatdı.
Vebinarda INSECO və Defscope mütəxəssisləri öz bilik və təcrübələrini paylaşmış, yeni texnologiya və həllər ilə kibertəhlükəsizliyin inkişaf etdirilməsi üçün öz tövsiyələrini bölüşmüşdürlər.
Bu kimi faydalı tədbirlərimiz davam edəcəkdir. Maraqlandığınız və görmək istədiyiniz hansısa mövzu varsa, bizə aşağıda qeyd edə bilərsiniz. Bizi izləməyə davam edin.
26/02/2025
Xocalı qurbanlarını dərin hüzn və ehtiramla anırıq. Unutmadıq, unutdurmayacağıq!
21/02/2025
🔒 Defscope-dan NÖVBƏTİ VEBİNAR!
Özəl və dövlət qurumlarına dəstək məqsədi ilə maarifləndirmə və məlumatlandırma istiqamətində növbəti vebinarımızı təşkil edirik.
🔍 Mövzu: “Kiber Təhlükəsizlikdə PAM: Riskləri Necə Azaldaq?”
📅 Tarix: 1 Mart 2025
⏰ Saat: 14:00
📍 Platforma: Google Meet
Privileged Access Management (PAM) sistemi kibertəhlükəsizlikdə kritik rol oynayır. Bu vebinarda mütəxəssislərimiz sizə PAM sisteminin əhəmiyyətini, onun köməyi ilə risklərin necə minimuma endiriləcəyini və real nümunələri izah edəcəklər.
📌 İştirak məhduddur! Dövlət və özəl sektor müəssisələrinin nümayəndələrinə üstünlük veriləcəkdir.
İştirak üçün + atmağınız kifayətdir! 🚀
14/02/2025
🔒 Defscope-dan NÖVBƏTİ VEBİNAR!
Özəl və dövlət qurumlarına dəstək məqsədi ilə maarifləndirmə və məlumatlandırma istiqamətində növbəti vebinarımızı təşkil edirik.
🔍 Mövzu: “Pe*******on Test” xidməti – Nəyə görə lazımdır?
📅 Tarix: 19 Fevral 2025
⏰ Saat: 14:30
📍 Platforma: Google Meet
Kibertəhlükəsizlik sahəsində vacib addımlardan biri Pe*******on Test (Pentest) xidmətidir. Bəs bu test şirkətlər və dövlət qurumları üçün niyə bu qədər əhəmiyyətlidir? Defscope ekspertləri bu vebinarda pentestin əsas məqsədlərini, bizneslər üçün faydalarını və real nümunələri sizinlə paylaşacaq.
📌 İştirak məhduddur! Dövlət və özəl sektor müəssisələrinin nümayəndələrinə üstünlük veriləcəkdir.
💡 Şirkətinizin təhlükəsizliyini gücləndirmək üçün bu fürsəti qaçırmayın!
İştirak üçün + atmağınız kifayətdir! 🚀
13/08/2024
Növbəti “CompTIA Security+” və “İT Helpdesk” təlimlərinin məzunlarına sertifikatları təqdim edilmişdir! 🧡
Görüş zamanı Defscope TRD mərkəzinin direktoru, kibertəhlükəsizlik üzrə beynəlxalq təlimçi və konsultant olan Vüsal Salmanlı və “İNSECO” təşkilatını həmtəsisçisi və sədri Elxan Poladlı məzunları təbrik etmiş, onlarla gələcək karyera inkişafı ilə bağlı tövsiyələrini paylaşmışdırlar.
Defscope TRD mərkəzi qısa zamanda 700-dən çox tələbəyə İT və Kibertəhlükəsizlik üzrə təlim keçmiş, onların sahə üzrə iş tapmasına, beynəlxalq sertifikatlar əldə etməsinə və karyeralarının inkişafına etməsinə köməklik göstərmişdir. Mərkəz yarandığı gündən ölkədə kadr inkişafına dəstək olmağı və bazarın tələbinə uyğun peşəkarlar hazırlamağı özünə əsas məqsəd qoymuşdur. Bundan sonra da ölkənin və dünyanın aparıcı təşkilatları ilə (ASAN İnnovativ İnkişaf Mərkəzi, İnnovasiyalar Mərkəzi / Innovations Center, Innovation and Digital Development Agency, Dövlət Məşğulluq Agentliyi, ISACA, CompTIA, OffSec, OpenEDG Python Institute, ACI Learning, PECB və s.) əməkdaşlıqları genişləndirib ölkəyə və cəmiyyətə dəyər qatmağa davam edəcəkdir.
Əgər siz də kibertəhlükəsizlik və İT sahəsində ixtisaslaşmaq istəyirsinizsə, elə indi bizimlə əlaqə saxlayın:
📞 Tel: (+994) 55 204 19 12
📩 Email: [email protected]
Kibertəhlükəsizlik üzrə yeni xəbərlərimiz var! 😍 Artıq Defscope TRD mərkəzində kibertəhlükəsizlik və İT təlimlərini həm birbank kartı ilə taksitlə və ya təkcə şəxsiyyət vəsiqəsi ilə kreditlə əldə edə biləcəksiniz. Öyrənmək və özünü inkişaf etdirmək indi daha əlçatandır! Bu şansı qaçırma, elə bu gün öyrənməyə başla!
08/07/2024
05.07.2024 tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) “Kibertəhdidlər, prosedur və texniki məsələlər komitəsi”nin ilk iclası baş tutub.
Kibertəhdidlərə qarşı mübarizə üzrə həyata keçirilən fəaliyyətə, habelə kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları sahəsində mövcud texniki-texnoloji məsələlərin müzakirəsinə, eləcə də sahə üzrə zəruri texniki sənəd və prosedurların formalaşdırılmasına və təkmilləşdirilməsinə dəstək vermək məqsədilə yaradılan ekspert komitəsinin ilk iclasında AKTA-nın inzibati heyəti, AKTA üzvü olan fərdi ekpertlər və üzv şirkətlərin nümayəndələri iştirak edib və müvafiq sahə üzrə mövcud problemlər və onların mümkün həlli yolları, eləcə də ekspert komitəsinin fəaliyyət istiqamətlərinə dair komitə üzvləri arasında müzakirələr həyata keçirilib.
İclas zamanı, həmçinin ekspert komitəsinin sədr və katibinin müəyyən edilməsi üçün komitə üzvləri arasında səsvermə keçirilib. Səsvermə əsasında, “Defscope” kibertəhlükəsizlik şirkətinin təsisçisi və direktoru Vüsal Salmanlı komitənin sədri seçilib.
Vüsal bəyi təbrik edir, ona gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
İclas haqqında ətraflı məlumat üçün: https://akta.az/az/news/akta-nin-kibertehdidler-prosedur-ve-texniki-meseleler-komitesi-nin-iclasi-bas-tutub
05/07/2024
Məktublarınızı başqalarından gizli saxlayırıq! ✉️
Defscope MMC həm dövlət müəssisələri, həm də özəl şirkətlər üçün “Elektron Poçt Təhlükəsizliyi” (Email Security) xidməti təklif edir.
Əksər şirkət və korporativlər daxili kommunikasiyanı elektron poçt vasitəsilə həyata keçirir ki, bu da rahatlığı ilə bərabər kibertəhlükəni özündə cəmləşdirir. E-poçt ünvanının virusa yoluxması və başqa insanların əlinə keçməsi konfidensial məlumatların yayılmasına səbəb ola bilər. Belə olduğu təqdirdə maddi və ya mənəvi ziyan qaçınılmaz olur. Təhlükəsizliyi təmin olunmuş e-poçt ünvanları isə belə problemlərlə qarşılaşmır. ✅
Ətraflı məlumat və təhlükəsizliyinizi təmin etmək üçün elə indi müraciət edin:
📞 Tel: (+994) 55 204 08 26
📩 Email: [email protected]
🌐 Web: https://www.defscope.com/az/contacts
28/06/2024
Defscope MMC həm dövlət müəssisələri, həm də özəl şirkətlər üçün “Son Nöqtə Təhlükəsizliyi” (Endpoint Security) xidməti təklif edir.
Noutbuklar, planşetlər, mobil telefonlar və digər simsiz cihazların korporativ şəbəkələrə qoşulması kiberhücumlar üçün şərait yaradır. Son nöqtə təhlükəsizliyi (Endpoint Security) bu cür cihazların beynəlxalq təhlükəsizlik standartlarına uyğunluğunu təmin etməklə kənar şəxslərin icazəsiz girişinin və ziyanverici proqram təminatının yoluxmasının qarşısını almağa kömək edir.
İstifadə etdiyimiz məhsullar:
-Trend Micro
-Eset
-Dr.Web
-Kaspersky
-Sentinel One
-McAfee
-Sophos
-Symantec
Təhlükəsizliyinizi təmin etmək və bu istiqamətdə peşəkar konsultasiya üçün elə indi bizə müraciət edin:
Əlaqə:
📞 Tel: (+994) 55 204 08 26
📩 Email: [email protected]
🌐 Web:https://www.defscope.com/az/contacts
29/05/2024
🔐 Defscope MMC həm dövlət müəssisələri, həm də özəl şirkətlər üçün “Biznesin Davamlılığı və Fəlakət Bərpa Tədbirləri (BC / DR və ya BCDR)” xidməti təklif edir!
👨🏻💻 BC/DR (Biznesin Davamlılığı və Fəlakət Bərpa Tədbirləri) işinizin kəsintilər zamanı problemsiz işləməsini və fəlakətlərdən sonra tez geri qayıtmasını təmin etməkdir.
✅ Birlikdə BC və DR strategiyaları təşkilatlara müxtəlif növ pozuntulara hazırlaşmağa, onlara cavab verməyə və bərpa etməyə kömək edir, həmçinin davamlılıq təmin edərək əməliyyatlara, maliyyəyə və nüfuza təsirini minimuma endirir.
💼 Ətraflı məlumat və təhlükəsizliyinizi təmin etmək üçün elə indi müraciət edin:
📞 Tel: (+994) 55 204 08 26
📩 E-mail: [email protected]
🖥️ Web: https://www.defscope.com/az/contacts
28/05/2024
🇦🇿 Əziz həmvətənlər, sizi 28 May Müstəqillik Günü münasibətilə ilə təbrik edirik. Müstəqilliyimizin əbədi və sarsılmaz olmasını arzulayırıq.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Afiyaddin Jalilov 20
Baku
AZ1029
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |