UFC Stat-Pro
MMA həvəskarları, siz burada UFC döyüşçülərinin statistikası və baş tutacaq döyüşlərin proqnozunu izləyə bilərsiniz!
21/01/2019
ℹ Information Time!
Çoxsaylı istəkləri gördükdə yalnız bunu demək olar: hər kəsin sevimlisi - Daniel Cormier🔥
Bütov adı: Daniel Cormier
Ləqəbi: DC
Vətəndaşlıqı: ABŞ🇺🇸
Doğum tarixi: 20 mart 1979
Boy: 180 sm
Əllərinin əhatəsi: 184 sm
Çəki kateqoriyasi: yarıağır (93kq)
Döyüş sayı: 23
Qələbə: 22 ✅
Məğlubiyyət: 1⛔
Instagram:
Tvitter:
Daniel Cormier kimdir? Yarıağır çəkinin çempionu.Vaxtı ikən sərbəst güləş üzrə ABŞ yığma olimpiya komandasının üzvü olub. 2004 və 2008 illərdə yay oyunlarında çıxış edib. UFC-də ilk öncə ağır çəkidən başlayıb, sonra yarıağıra keçib. Bunada səbəb öz dostu ilə kəmər uğrunda vuruşmaq istəməməsidir. Yani Cane Velasquez-ə qarşı. Böyük idmançıları məğlub edə bilib, misal üçün: Frank Mir, Josh Barnett, Antonio Silva, Enthony Johnson, Aleksandr Gustaffson. Yegənə məğlub edə bilmədiyi döyüşçü John Johnsondur. Birinci döyüşdə uduzub, amma ikinci döyüş hələdə baş tutmayıb. Çünki ilk dəfə DC zədələndi, ikinci dəfə isə Johnsonun diskvalifikasiyasına görə.
Güclü tərəfləri: Olimpiya dərəcəsində güləş bacarıqı, pressinq, boks (apperkotları möhtəşəmdir). Güləşdən MMA-ya keçənnən sonra DC çox tez örgəşdi, və gözəl döyüşləriylə tamaşaçıların sevimlisinə çevrildi. AKA zalının bir çox yetirmələri kimi, DC-də sübut etdiki, hər cürə zərbələrə davamlıdır və heç vaxt öz döyüş planınnan əl çekmir. Bunu bizə o, Enthony Jhonsonnan döyüşdə nümayiş etdirdi.
📌Tərcümeyi-halı:
Daniel, Joseph və Odri Cormier ailəsində doğulub. Ferral adında yaşça balaca qardaşı və yaşça böyük Joseph, Felicia adlı qardaş bacısı var. Amma uşaqlıq vaxtlarınnan artıq DC çətin həyata örgəşməli oldu. Çünki 8 yaşında atasını güllələmişdilər. Atasız qalan DC idmanda uğur qazanacağına inanırdı. Ona məhz məktəbdəki həmyaşıdlısıyla davası təkan verdi. Davanı ayıran elə güləş müəllimi idiki, onlara öz güclərini onnansa zalda xərcləmələrini məsləhət gördü. Bununlada DC güləşlə məşqul olmağa başladı və qısa zamanda Luiziana ştatının çempionu oldu. Məktəb illərindəki rekordu 101-9 idi.
Məktəbdən sonra o Colby Community College kollecinə daxil olur, dərhalda kollec tələbələri arasında 2 qat çempion olur. Sonra isə Oklahoma universitetinə keçir. Bir neçə vaxtdan sonra, 2004-cü ildə Olimpia-da 4-cü yerə sahib olur. 2008ci ildə DC Olimpiya komandasının kapitani kimi çıxış edə bilərdi, amma böyrəyindəki problemlər ona mane oldu.
MMA-ya gəlişi 25 sentyabr 2009-cu ildə baş verdi. Strikeforce təşkilatında ilk döyüşündə TKO ilə qalib gəlir. Ilk 8 döyüşündə bütün rəqiblərini ama
21/01/2019
ℹ Information Time!
Tamaşaçıların istəyi ilə: Tyron Woodley🔥
Bütov adı: Tyron Woodley
Ləqəbi: The Chosen One (Seçilmiş)
Vətəndaşlıqı: ABŞ
Doğum tarixi: 17 dekabr 1982
Boy: 175 sm
Əllərinin əhatəsi: 188 sm
Çəki kateqoriyasi: yarıorta (77kq)
Döyüş sayı: 23
Qələbə: 19 ✅
Məğlubiyyət: 3⛔
Heç-heçə: 1⏸
Instagram:
Tvitter:
Tyron Woodley kimdi? Tyron - yariorta çəkinin çempionudur. Dyuk Rufusun Roufysport MMA Academy adlı zalında məşq edir. 2013-cü ildən 9 döyüşdən cəmi 2-sində məğlub olub. Son illərdə nadir hallarda döyüşü hakim qərarına saxlıyır. Baxmayaraq ki o güclü güləşçidir, həmdə ayaqüstə gözəl döyüşür. Gücünə və sürətinə söz ola bilməz. Hamını təəcübləndirən onun dözümlülüyüdür.Tyronun sol əli onun atom bombasıdır☢ Bu əllə endirdiyi zərbələrin qarşısında hər idmançı tab gətirməz.
🤜🏻🤛🏻 Döyüş məlumatı:
17 aprel 1982-ci ildə Ferguson şəhəri, Missuri ştatında dünyaya göz açıb. Tayron - 13 nəfərlik ailədə 11ci olsada, həyatda çox yarışlarda 1-ci olub. Məktəb illərinnən artıq idmana həvəsini amerikan futbolda və güləşdə görsətmişdi. Məktəbi bitirəndə güləş üzrə rekordu 48:0 idi😅 Ona çoxlu kolleclərdən təklif gəlsədə, Missuri universitetini seçmişdi.Elə həmin vaxt oranın idman klubuna daxil olur. 2005-ci ildə universiteti bitirir. Və qarışıq döyüş növüylə maraqlanmaqa başlayır. Yerli zalların birində, məşqçiyə "mən vuruşmaq istəyirəm" deyib, məşqçidə onu yarışlara hazırlamaqa başlayıb. Ilk döyüş heç 20 saniyə çekməyibki Tayron qələbə qazanıb. Bunnan sonra həvəskarlar liqasında vuruşub və rekordu 7:0 olub😅
7 fevral 2009-cu ildə ilk peşəkar döyüşünə çıxıb.Birinci döyüşündəcə submission-la qalib gəlib. UFC ilə 2013 ilde müqaviləyə imza atıb. Çox qısa zamanda kəmər döyüşünə namizədliyini irəli sürüb.Robbi Laureli nokautla məğlub edərək kəməri özünə götürüb💪🏻
Şəxsi məlumat💕
Tyron Woodley Eyveri Woodley-lə evlidir. 4 uşaqları var. 3 oğul, 1 qız. Həyat yoldaşı daha öncə müəllimə işləyib, hal-hazırda ATT Evolution fitness zalının rəhbəridir.
21/01/2019
Sizcə axşam hansı döyüşçü barədə məlumat veriləcək?🤔 Fikirləriniz maraqlıdır☺
21/01/2019
🔥Beləliklə UFC Fight Night 143 turniri başa çatdı! Buda əsas kardın döyüş nəticələri:
1) Joseph Benavides✅
Dustin Ortiz⛔
🔸Hakim qərarı ilə
🔰 Proqnoz✅
2) Gregor Gillespi✅
Yansi Medeiros⛔
♦TKO
🔰Proqnoz:✅
3) Glove Teixeira✅
Cail Roberson⛔
🔹Submission
🔰Proqnoz✅
4) Greg Hardy⛔
Allen Krouder✅
⚠Disqualification: qadağan olunmuş zərbə❗
🔰Proqnoz⛔
5) Peyc Vanzant✅
Reycel Ostovich⛔
🔹Submission
🔰Proqnoz✅
👑 Və gecənin ən vacib döyüşü:
Genri Cejudo✅
Tj Dillashaw⛔
♦TKO
🔰Proqnoz: ✅
P.S Bizim üçün sevindirici bir haldı: çünki verdiyimiz 6 proqnozdan 5i düz oldu😍
19/01/2019
ℹ Information Time!
Tamaşaçıların sevimlisi: Corc Sent-Pierre🔥
Bütov adı: Corc Sent Pierre
Ləqəbi: Rush (Tələskən)
Vətəndaşlıqı: Kanada🇨🇦
Doğum tarixi: 19 may 1981
Boy: 180 sm
Əllərinin əhatəsi: 193 sm
Çəki kateqoriyasi: orta (84kq)
Döyüş sayı: 28
Qələbə: 26 ✅
Məğlubiyyət: 2⛔
Instagram:
Tvitter:
Georges St-Pierre - kanadalı döyüşçü çoxları üçün yarıorta çəkidə baş ağrısı olub. UFC-də keçmiş 2 qat çempion,dünya MMA aləmində yarıorta çəkidə çıxış edən ən yaxşı döyüşçülərdən biridir. 2008-2009-cu illərdə Kanadanın ən yaxşı idmançı statusuna laiq görülüb. Həmçinin Wrestling Observer 2009 jurnalının "ilin ən yaxşı döyüşçüsü" adına laiq görülüb. Sent-Isdor şəhərində anadan olub, hal-hazırda Monreal şəhərində yaşayır. 2017-ci ildən artıq orta çəkidə çıxış edir. Məşqlərini Firas Zaxabi adlı məşqçinin nəzarəti altında, 'Tristar Gym' komandasıyla davam etdidir. Bu idmançınıda universal adlandırmaq olar. Onun arsenalında belə idman növləri var: karate,BJJ,boks, muai thay, güləş. BJJ üzrə qara kəmər sahibidir.
🤜🏻🤛🏻 Döyüş məlumatı:
Sent-Pyer Xyusdan aldığı məğlubiyyətinin acısını Deyv Shtrasserdən çıxaraq UFC-yə qayıdır. Və UFC 52 turnirində Jason Miller-ə qalib gəlir. Öz arzularına aparan yolda, Sent-Pyer UFC 54 turnirində,birinci raundun elə birinci dəqiqəsində Frank Tigg-i boğucu fəndlə məğlub edir. UFC 58 turnirində çempion B.J.Penn-ə qalib gələrək "Çempionluqa namizəd" adını qazanır. Və 18 noyabr 2006-cı ildə 2ci raundda texniki nokautla Mett Xyuza qalib gələrək titulunu qazanır.
🔰 Maraqlı faktlar:
💀Sent-Pyer akrofobiyaya malikdir, və təyyarədə uçmaqdan qorxur.
🚷 Idmana gəlmək səbəbi maraqlıdır. Çünki o, uşaq vaxtı, o qədər zəif idiki, məktəb yoldaşları tərəfinnən döyülürdü. Hətta Sent-Pyerin paltarlarını və pulunu oğurlayırdılar. Onnan sonra 7 yaşında karate ilə məşqul olmağa başlamışdı.
19/01/2019
Çoxsaylı xaişlərdən anladıq ki, izləyicilərimiz bu döyüşçünü çox sevirlər. Qarşılayın: Cane Velasquez!💣
Bütov adı: Cane Ramirez Velasquez
Ləqəbi: -
Vətəndaşlıqı: ABŞ
Doğum tarixi: 28 iyul 1982
Boy: 185 sm
Əllərinin əhatəsi: 195 sm
Çəki kateqoriyasi: ağır (120kq)
Döyüş sayı: 16
Qələbə: 14✅
Məğlubiyyət: 2⛔
Instagram:
Tvitter:
Cain Ramirez Velasquez - əslən meksikalı, amma amerikalı döyüşçü, 2 qat ağır çəki kateqoriyasında UFC çempionudu. Həmçinin 2 qat ABŞ tələbələri arası keçirilmiş güləş yarışmalarının (NCAA - 2005,2006. Ştat: Arizona) və (NJCAA - 2002. Ştat: Ayova) qalibidir. 30 avqust 2016-cı ildə Sherdogun versiyasına görə ağır çəkidə dünya ikincisi sayılıb. Bu idmançı universal hesab edilə bilər, çünki güləş, kikboksinq, boks və BJJ ilə məşqul olub. Hətta BJJ üzrə qara kəmər sahibidir.Doğulduğu yer Salinas olsada, hal hazırda San-Xosed-ə yaşayır.
🤜🏻🤛🏻 Döyüş məlumatı:
💪🏻 3 dəfə "Gecənin ən gözəl nokautu" nominasiyasının sahibidir.
⚠Ən çox üzücü məğlubiyyətini vətəni Meksikada yaşayıb. 2 il döyüşlərdən uzaq qalan Keyn, 14 iyun 2015-ci ildə Fabrisiu Verduma uduzub. Döyüşün əvvəlinnən artıq tamaşaçılar Velasquezi yorğun görüblər.
🔱Sonuncu qalibiyyəti isə 9 iyul 2016-cı ildə, UFC 200 turnirində olub. Las Veqasda keçirilən döyüşdə Trevis Braunu məğlub edib.
❇ Vaxtı ikən Emelyanenko Velasquez barədə buları demişdi: "O çox güclü idmançıdır, həmdə universaldır. Daha çox üzərində çalışsa, uzun illər çempion olaraq qalacaq".
🔰 Maraqlı faktlar:
Çoxlarını maraqlandıran Velasquezin sinəsinə döydürdüyü tatudur. Bu tatunun adi "Brown Pride" yani "Qəhvəyi fəxr" deməkdir. Öz müsahibələrinin birində bildirmişdi: "Mən bu tatunu birinci növbədə valideynlərimə təşəkkür etmək ücün döydürmüşəm. Hamı bilir, men meksikalıyam, və bununla fəxr edirəm! Mənim valideynlərim ABŞ-a köçmək üçün çox əziyyətlərdən keçiblər. Mən onlara öz karyeramı borcluyam. "Brown Pride". Uşaqlıqda biz bunu "Meksika ləyaqəti" adlandırırdıq. Mən istəyirəmki bütün dünya biz Meksikalıların necə güclü, dözümlü,ləyaqətli xalq olduğumuzu bilsinlər".
19/01/2019
🔥 And Still! Nəhayətki! UFC Fight Night 143 turnirinin əsas döyüşü! Champ vs Champ - Cejudo vs Dillashaw! 🔥
👑Genri Sexudo:
Yaş: 31
Çəki: 57 kq
Boy: 163 sm
Əlin əhatəsi: 163 sm
Döyüş sayı: 15
Qalibiyyət: 13 (5 erkən)
Məğlubiyyətlər: 2 (1 erkən)
2018-ci ilin avqustunda Henri Sehudo imkansız görünən şeyi edə bildi: Demetrius Johnson "The Mighty Mouse" u məğlub edərək, ən yüngül çəkinin kralı statusunu onnan aldı. Beləliklə, Sehudo UFC 197 turnirində aldığı nokaut məğlubiyyətinin əvəzini çıxmış oldu. Henri yüksək səviyyəli güləşçidir. Pekin Olimpiyadasında sərbəst güləş üzrə qızıl medal qazanıb. Sehudo öz taktikasına sadiqdir: əvvəl rəqiblərini yorur, sonra isə "ground and pound" fəndi ilə qalib gəlir.
👑Tj Dillashaw:
Yaş: 32
Çəki: 57 kq
Boy: 168 sm
Əlin əhatəsi: 170 sm
Döyüş sayı: 19
Qalibiyyət: 16 (11 erkən)
Məğlubiyyətlər: 3 (1 erkən)
32 yaşlı TJ Dillashaw aşağı kateqoriyaya düşməkdə bir məqsədi var: müxtəlif çəkilərdə qalib olmuş döyüşçülərdən biri olmaq. Sonuncu dəfə TJ 2016-cı ildə hakimlərin qərarı ilə Dominik Kruza məğlub olub. O vaxtdan etibarən, Dillashaw 4 dəfə gözəl qələbə qazanıb, olardan 2-si Kodi Qarbrantı nokautla qalib gəlməsi olub. Dillashaw universal döyüşçü hesab olunur və yüksək dözümlülüyə malikdir. Onun üslubu Muay Thai, güləş və BJJ texnikalarını birləşdirir.
🔰 Proqnoz:
Baxmayaraq ki, çoxları Dillashaw-nu daha universal olduğuna görə favorit saysada, biz belə düşünmürük. Dünyada bir çox bukmeykerlər məhz TJ-in qələbəsinə inansada, bizim fikrimizcə bu döyüşü sürpriz nəticə görsədərək Sexudo qazanacaq. Ayaqüstə Dillashaw çox güclü zərbələr endirəcək, amma Sexudo güləş biliyi ilə onu yorub, qalib gələcək. Hər iki idmançıya uğurlar arzulayırıq!💪🏻
19/01/2019
Əsas karddaki xanımlarımızı unutmaq olarmı?😊🌹
Qarşılayın: Peyc Vanzant😍 vs Reyçel Ostovic🔥
Peyc Vanzant:
Yaş: 24
Çəki: 57 kq
Boy: 163 sm
Əlin əhatəsi: 165 sm
Döyüş sayı: 11
Qalibiyyət: 7 (4 erkən)
Məğlubiyyətlər: 4 (2 erkən)
24 yaşında olan Peyc Vanzant UFC yarışlarında 8-ci döyüşünə çıxacaq. O, stabil döyüşən idmançı deyil. Çünki döyüş seriyası qələbə və məğlubiyyətlərlə dəyişir. Doyüş stili Boksdur. Ümumiyyətcə isə universal idmançıdır. Peyc ayaqüstə gözəl döyüşür və parterdədə zəif deyil.
Reycel Ostovic
Yaş: 27
Çəki: 57 kq
Boy: 160 sm
Əlin əhatəsi: 177 sm
Döyüş sayı: 8
Qalibiyyət: 4 (2 erkən)
Məğlubiyyətlər: 4 (4 erkən)
Reyçel Ostovic professional karyerasında 8 döyüş keçirib. Bu döyüşlərin tam yarısı onun xeyrinə bitib. Baxmaraq ki baza idman növü Judo-dur, TUF 27 turnirində Montana De La Rosa-ya boğucu fəndlə məğlub olmuşdu. Əsasən döyüşlərini hakim qərarı və boğucu fəndlərlə qazanıb.
Proqnoz:
Peyc Vanzant-ın qələbə şansı daha çoxdur. Çünki bu xanım idmançı rəqibinnən hər aspektdə üstündür. Peyc çalışacaq ki döyüş ayaqüstə keçirilsin, və endirdiyi zərbələrlə Reyçeli parterə məcbur edəcək. Peyc hətta parterdədə onnan üstündü. Ehtimal eliyirik ki döyüş vaxtınnan əvvəl bitməyəcək.
😅
19/01/2019
Information Time! ℹ
Istifadəçilərimizin istəyi ilə - Cooon "Bones" Conson!
Bütov adı: Conatan Duayt Cons
Ləqəbi: Bones (sümüklər)
Vətəndaşlıqı: Amerika
Doğum tarixi: 19 iyul 1987
Boy: 193 sm
Əllərinin əhatəsi: 213,4 sm
Çəki kateqoriyasi: yarıağır (93kq)
Döyüş sayı: 23
Qələbə: 22 ✅
Məğlubiyyət: 1⛔
Instagram:
Tvitter:
Con Cons kimdir? Bəlkədə MMA aləminin ən istedadlı döyüşçüsüdür. Artıq 23 yaşında yarıağır çəkinin çempionu olan Cons, UFC tarixinin ən cavan çempionudur. 8 dəfə kəmərini müvəffəqiyyətlə müdafiyə edib. Cəmi 1 döyüşdə məğlub olub, oda qadağan olunmuş zərbə vurduğuna görə. Faktiki hələ onu məğlub edən olmuyub. Fanatları onu baxımlı döyüşlərinə görə sevir. Cons rəqiblərinin sümüklərini LeGo kimi söküb yığır😅 O,hər tərəfli idmançıdır: həm ayaqüstə həm klinçdə fərqlənir. Özünə məxsus güləşi ilə seçilir. Ən sevdiyi zərbə: dirsək zərbələridi. Lakin bəzən uğur insanları tamam başqa səmptlərə aparir. Cons bir ara narkotikə qurşandığınnan həm kəmərinnən oldu, həmdə diskvalifikasiya aldı. Sonradan mualicələrə başladı.
Şəxsi həyatı💕
Hələ məktəb illərinnən Cessi Moseslə görüşən Cons, elə məhz onunlada ailə həyatı qurub. Artıq 2008-ci ildə birinci qızları dünyaya göz açıb. Hal-hazırda 3 övladı var. Ailəcanlı idmançılara aid etmək olar.Cons həmişə öz həyat yoldaşı barəsində xoş danışır, çünki ona çox dəstək olur. Bu gözəl ailə Nyu-Yorkda yaşayır, amma hər döyüş öncəsi Albukerke şəhərinə köçməli olurlar. Çünki Cekson Vink-in idman zalı orda yerləşir. Consun 2 qardaşı var: Artur və Çendler. Ikisidə amerikan futbolunda professional idmançıdırlar.
Maraqlı faktlar⚠
- Cons çempion olaraq UFC-nin ən cavan çempionu adını qazanır. Cəmi 23 yaşında
- UFC 128 yarışına bir neçə saat qalmış, Cons maşın oğurluqunun şahidi olur və oğrunun arxasiyca qaçaraq, yerə yıxıb.Polisin gəlişini gözləyərək oğrunu qaçmağa qoymamıb.
- Cons ən böyük əl əhatəsinə malik idmançıdır 213 sm
- Ən p*s məlumat isə onun narkotik istifadə etməsi və neçə dəfə mualicə olunması, avtomobil qəzasında yaralı hamilə qadını orada qoyub qaçmasıdır. Buna görə hətta mühafizə orqanlarına cəlb olunub.
18/01/2019
🤴🏻Ağır çəkinin cəngavərləri: Greg Hardy vs Allen Krouder
Greg Hardy
Yaş: 30
Çəki: 120 kq
Boy: 196 sm
Əlin əhatəsi: 204 sm
Döyüş sayı: 3
Qalibiyyət: 3 (3 erkən)
Məğlubiyyətlər: 0
30 yaşında olan nəhəng Greg Hardy,baxmayaraq ki professional karyerasında 4-cü döyüşünə çıxır, UFC-də ilk döyüşüdür. Hardy, MMA-da öz debütünü 2018-ci ildə keçirdi, və hər 3 döyüşü birinci raundda bitirib. Bütün döyüşləri nokautla qazanıb. Döyüş sənətinə gəlməmişdən əvvəl, Greg, çox yüksək səviyyədə Amerika futbolu ilə məşqul olub. O, öz döyüşlərində zərbələrinin gücünə və nokaut bacarıqına güvənir. Əvvəlki rəqibləri bu barədə daha yaxşı danışarlar😅
Allen Krouder
Yaş: 31
Çəki: 107 kq
Boy: 190 sm
Əlin əhatəsi: - sm
Döyüş sayı: 13
Qalibiyyət: 9 (8 erkən)
Məğlubiyyətlər: 3 (3 erkən)
Allen Krouder 2017-ci ildə UFC-də ilk çıxışında Justin Willisə nokautla məğlub olmuşdur. Bundan əvvəl Krouder Bellatorda və kiçik promosyonlarda çıxış edib. 13 döyüşdən 3-nü Allen nokautla məğlub olub. Bu idmançı döyüşçü ruhuna malik olduğunnan, bəzən müdafiyəni unudur. Amma parterdə Krouder çox təhlükəlidir.
Proqnoz:
Greg Hardy görünüşdə daha nəhəng və güclü zərbələrə malik olduğunnan döyüşün favoritidi. Bildirdiyimiz kimi Krouder müdafiyəni tez-tez unutduğuna görə, Hardy ona çoxlu ağır zərbələr endirəcək. Və ayaqüstə vuruşmağa çalışacaq. Amma unutmayaq ki Krouder döyüşü parterə keçirsə, açıq aydın üstün tərəf o olacaq. Risk edərək proqnoz verək: döyüş 2-ci raundda bitəcək, nokautla Hardy qalib gələcək.
18/01/2019
Və Budur! Yeni Kəmər💣
Cage Azerbaijan səhifəsinə bu dəyərli məlumata görə təşəkkürlər!
🔥 Buyurun! 🔥
Siz ən yaxşısına layiqsiniz!
Keyfiyyətli formatda baxmaq üçün: https://ibb.co/fk3qxnR
18/01/2019
Salam dəyərli izləyicilərimiz!☺ Yaxın günlərdə, hansı UFC döyüşçüsü barədə ətraflı məlumat almaq istərsiniz? Buyurun, bizə bildirin.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Bileceri
Baku