Report.az

Report.az

Share

Report informasiya agentliyi - www.report.az "Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

06/06/2026

❗️💬 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təxminən yüz il sonra etnik türkmanın İraqın Kərkük vilayətinin rəhbəri vəzifəsinə seçilməsini önəmli hadisə adlandırıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti bunu Kərkük qubernatoru Mehmet Səman Ağanı qəbul edərkən deyib.

Məlumata görə, görüşdə İraqdakı türkmanların vəziyyəti dəyərləndirilib. Ərdoğan Kərkükdə sülh, rifah və əmin-amanlığın davam etməsinin İraqın gələcəyi üçün böyük əhəmiyyət daşıdığını, bu çərçivədə Türkiyənin dəstəyinin davam edəcəyini vurğulayıb.

İraq Türkman Cəbhəsinin (İTC, İraq türkmanların siyasi birliyi) sədri vəzifəsini də icra edən Mehmet Səman Ağa Kərkükə dəstəklərinə görə Ərdoğana minnətdarlığını bildirib.

Qeyd edək ki, Kərkükə təxminən bir əsr sonra türkman qubernator seçilib və prezident tərəfindən təsdiqlənib.

06/06/2026

💬 “Buranın suyunu içməsəm, xəstələnib ölə bilərəm”

Meşənin içindəki kənddə şəfa tapanlar

06/06/2026

❗️Almaniyada getdikcə daha çox vətəndaş kansler Fridrix Mertsin fəaliyyətindən narazıdır.

"Report" xəbər verir ki, bu, "Bild" qəzetinin sifarişi ilə INSA tərəfindən keçirilmiş növbəti sorğunun məlumatlarından aydın olur.

Nəticələrə görə, sorğuda iştirak edənlərin yalnız 15 %-i Mertsin fəaliyyətini bəyənir. Aprel ayının sonu ilə müqayisədə bu göstərici 4 faiz bəndi (f.b.) azalaraq antirekord qırıb. Eyni zamanda, 77 % (üstəgəl 6 f.b.) kanslerdən narazıdır, daha 8 % isə cavab verməkdə qərarsız qalıb.

Merts hökumətinin işindən respondentlərin yalnız 16 %-i razıdır, 78 %-i isə onu mənfi qiymətləndirir.

Həmçinin INSA-nın məlumatına görə, Xristian Demokratik və Xristian Sosial İttifaqları (XDP/XSİ) blokunun reytinqi 21 %-ə düşüb. "Almaniya üçün Alternativ"dən (AfD) geriləmə artıq 8 faiz bəndi təşkil edir.

Qeyd olunur ki, XDP/XSİ üçün bu, 2021-ci ilin sonundan bəri ən p*s göstəricidir. Kansler Fridrix Mertsin (XDP sədri) dövründə mühafizəkar bloka dəstək səviyyəsi heç vaxt bu qədər aşağı olmayıb.

Respondentlərin 29 %-i AfD-yə səs verməyə hazırdır.

İyunun əvvəlində keçirilən sorğularda təxminən 2300 nəfər iştirak edib.

06/06/2026

🎶Bu gün görkəmli opera müğənnisi, Xalq artisti Xuraman Qasımovanın 75 yaşı tamam olur

Azərbaycan vokal sənətinin ən görkəmli nümayəndələrindən biri olan Xuraman Qasımova öz ecazkar səsi, yüksək peşəkarlığı və zəngin yaradıcılığı ilə milli musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr verib.

Azərbaycan Opera və Balet Teatrının solisti olan Xuraman Qasımova “Sevil”, “Nigar”, “Dezdemona”, “Aida” və digər partiyaları ifa edib. Xalq Artisti “Mən ki gözəl deyildim”, “Həyat bizi sınayır” kimi kinofilmlərə də çəkilib.

Xuraman Qasımova istər Azərbaycan, istərsə də dünya musiqiçilərinin siyahısına adını qızıl hərflərlə yazdırıb.

👏Sevimli sənətkarımıza cansağlığı və yaradıcılıq uğurları arzulayırıq!

06/06/2026

❗️⚡️⚡️ İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində həlak olmuş və yaralanmış Azərbaycan Respublikası vətəndaşlarının sayı və kimlikləri dəqiqləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Yenilənmiş məlumata görə, ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olduğu bildirilir. İlkin olaraq vəfat etdiyi elan olunmuş digər bir şəxsin isə Azərbaycan vətəndaşı və Azərbaycan əsilli deyil, Rusiya vətəndaşı olduğu müəyyənləşib.

Həlak olmuş vətəndaşlarımız 1976-cı il təvəllüdlü Rəcəb Əhədov və 1997-ci il təvəllüdlü Məhəmməd Əliyevin cəsədləri aşkarlanıb və cənazələrin ölkəmizə göndərilməsi istiqamətində tədbirlər görülür. Qeyd edilib ki, həlak olduğu bildirilən digər iki Azərbaycan vətəndaşının heyətində olduğu "Zirkon" gəmisi partlayış təhlükəsi olduğuna görə vurulduğu yerdə saxlanılıb. Rusiyanın xilasedici qrupları tərəfindən gəminin limana gətirilməsi üçün təhlükəsizlik tədbirləri görülür. Yalnız axtarış tədbirləri yekunlaşandan sonra iki vətəndaşın aqibəti barədə dəqiq məlumatın verilməsi mümkündür.

Bildirilib ki, Yeysk şəhər xəstəxanasına yerləşdirilmiş yaralılar 1998-ci il təvəllüdlü Samid İbadzadə və Rəşad Mədətxanov artıq xəstəxanadan çıxarılıb. 2002-ci il təvəllüdlü Emin Valehov və 1999-cu il təvəllüdlü Namiq Cəfərlinin də vəziyyətləri yaxşıdır və onlar müalicələrini tamamladıqdan sonra xəstəxanadan buraxılacaqlar.

"Rusiyadakı səfirliyimizin əməkdaşları ərazidədir və vətəndaşlarımıza zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər görülür. Bütün vətəndaşlarımız Yeysk şəhərində mehmanxanada yerləşdirilib və ailələri ilə təmasdadırlar. Vətənə qayıtmaq niyyətində olan və sənədləri itmiş vətəndaşlarımız müvafiq qayıdış şəhadətnamələri ilə təmin olunublar", - məlumatda vurğulanıb.

06/06/2026

✈️💬 Aviasiya sərnişinlərinin hüquqları haqqında Avropa İttifaqı (Aİ) EU261 reqlamenti aviasiya sənayesinə hər il təxminən 8 milyard avroya başa gəlir, bu zaman sərnişinlərin böyük əksəriyyəti heç vaxt nəzərdə tutulan kompensasiyaları almır.

"Report"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, EU261 reqlamentin islahatı ilə bağlı Avropa Parlamenti və Aİ Şurası arasında danışıqlar yekun mərhələdədir, lakin prosesin özü xeyli uzanıb:

"Praktiki islahat hazırlamaq əvəzinə aviasiya siyasi mübahisə obyektinə çevrilib, danışıqlar isə spesifikası siyasətçilər tərəfindən həmişə tam başa düşülməyən əməliyyat məsələlərinə toxunur. Aİ Şurası düzgün hədəflər formalaşdırıb: qaydalar daha sadə, balanslaşdırılmış, tətbiqdə rahat olmalı və Avropanın nəqliyyat əlaqəliliyinin və rəqabətqabiliyyətliliyinin qorunmasına kömək etməlidir. Lakin indiki təklif bu tələblərə cavab vermir. Biz mövqeyimizi aydın bildirmişik: əgər islahat əhəmiyyətli yaxşılaşmalar gətirməyəcəksə, mövcud sistemi saxlamaq və müzakirəyə sonra qayıtmaq daha yaxşıdır".

06/06/2026

Forumun mühüm missiyalarından biri də Avropada təhsil almış, burada peşəkar təcrübə toplamış azərbaycanlı mühəndislərin bilik və bacarıqlarının Azərbaycanın inkişaf prioritetləri ilə daha sıx əlaqələndirilməsinə dəstək verməkdir.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli Hamburqda Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumunda bildirib.

"Biz, Almaniya Azərbaycanlıları Alyansı olaraq artıq bir neçə ildir ki, müxtəlif ixtisaslaşmış platformalar yaradırıq. Bu fəaliyyətin əsas məqsədi Avropada yaşayan azərbaycanlı peşəkarları bir araya gətirmək, onlar arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, peşəkar həmrəyliyi gücləndirmək və yeni əməkdaşlıq imkanlarına yol açmaqdır", - A.Rüstəmli qeyd edib.

Onun sözlərinə görə, belə bir tərkibdə keçirilən görüşlər təkcə peşəkar dialoq üçün deyil, eyni zamanda, strateji baxışların yaxınlaşdırılması və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.

"2024-cü ildən etibarən təşkil etdiyimiz Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumunun başlıca məqsədi Avropanın müxtəlif ölkələrində çalışan azərbaycanlı mühəndisləri vahid peşəkar platformada birləşdirmək, onların arasında dayanıqlı əlaqələrin qurulmasına və yeni əməkdaşlıq istiqamətlərinin yaranmasına şərait yaratmaqdır", - A.Rüstəmli qeyd edib.

O bildirib ki, xaricdə formalaşmış peşəkar kapital sistemli şəkildə bir araya gətirildikdə, o, həm milli inkişaf, həm də beynəlxalq əməkdaşlıq baxımından mühüm resursa çevrilir.

A.Rüstəmli həmçinin qeyd edib ki, əvvəlki forumların iştirakçıları bu gün öz həmkarları ilə birlikdə yenidən bu platformadadırlar:

"Bu isə onu göstərir ki, Forum yalnız maraq doğuran təşəbbüs deyil, eyni zamanda, fayda yaradan, etibar formalaşdıran və davamlılıq qazanan bir peşəkar mühitdir".

Forum həmçinin sadəcə fikir mübadiləsi meydançası deyil, real tərəfdaşlığa və praktiki nəticələrə yol açan təsirli bir platformaya çevrilib.

"Bu il Forumun mövzusu "Ağıllı şəhər texnologiyaları və prosesləri"dir. Bu mövzu təsadüfi seçilməyib. O, həm müasir dünyanın texnoloji inkişaf trayektoriyası, həm də Azərbaycanın strateji inkişaf hədəfləri ilə birbaşa səsləşir. Məhz buna görə Avropada yaşayan azərbaycanlı mühəndislərin bilik və təcrübəsi xüsusi dəyər daşıyır. Bu potensial yalnız fərdi uğurun göstəricisi deyil. O, eyni zamanda, cəmiyyətlər arasında bilik transferinin, innovasiya mühitinin və inkişaf əməkdaşlığının mühüm mənbəyidir. Biz bu Forumu yalnız görüş platforması kimi deyil, həm də uzunmüddətli peşəkar əməkdaşlığın institusional əsası kimi görürük. Burada qurulan əlaqələrin gələcəkdə elmi tərəfdaşlıqlara, texnoloji layihələrə, sənaye əməkdaşlıqlarına və yeni təşəbbüslərə çevriləcəyinə inanırıq", - A.Rüstəmli hesab edir.

06/06/2026

💪🏻Düşməni lərzəyə salan “Dəmir Mayor”

🇦🇿Milli Qəhrəman Vəzir Sədiyevi qürurla anırıq!

06/06/2026

Sabah yağış yağacaq - PROQNOZ AÇIQLANDI

06/06/2026

Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alaraq yaralanan Osmanov İlyas Coşqun oğlu dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub, vəziyyəti stabildir:

"Təəssüflə bildiririk ki, aldığı xəsarətlər nəticəsində Mənsimli Rəcəb Miriş oğlunun həyatını xilas etmək mümkün olmayıb:

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verir, yaralı hərbi qulluqçuya şəfa diləyir. Allah rəhmət eləsin".

Nazirlik vurğulayıb ki, faktla bağlı araşdırma aparılır.

Want your business to be the top-listed Media Company in Baku?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

https://t.me/reportnewsaz

Address


Nizami Küçəsi 203B
Baku
1885