EconomicsAz
Azərbaycanda maliyyə və iqtisadiyyat xəbərləri Avtomobil xəbər saytı
“Bank Avrasiya” ASC-nin səhmdarları dəyişib.
"APA-Economics" xəbər verir ki, bu barədə qərar səhmdarların ümumi yığıncağında verilib. Bank məlumatı təsdiq edib.
Qərara əsasən, bankın nizamnamə kapitalının 37,50 % hissəsinə malik olan “YevroStandart” MMC-nin payı “Top Properties” MMC-yə, digər səhmdar “PMD Group” MMC-nin 37.5 % payının 12.00 % hissəsi “Top Properties” MMC-yə, 24.50 % hissəsi Bankın digər səhmdarı “Azbizneskom” MMC-yə və 1.00 % hissəsinin fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğluna satılıb.
Nəticədə bankın səhmlərinin 49.50 faizi “Top Properties” MMC-yə, 49.50 faizi “Azbizneskom” MMC və 1%-lik faizlik hissəsinə isə fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğlu sahib olub.
25/10/2024
Dövlət Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri məlum olub. Fond “Apple" və “NVIDIA”ya yatırımları kəskin artırıb.
https://t.ly/VQP9U
P.S Xüsusilə də mediada çalışan dostlar, məlumatdan istifadə edərkən xahiş olunur ki, istinadən edəsiniz. Məlumat APA-Economics-ə aiddir.
24/10/2024
Azərbaycan Respublikası Dövlət Neft Fondu qızılışını davam etdirəcək.
Bunu APA-Economics-ə açıqlamasında Fondun icraçı direktorunun müavini Bəhruz Bəhramov deyib. https://t.ly/y_22R
23/10/2024
Azərbaycanda qatarlarda Face ID ilə (üztanıma) ödənişlərə başlanılacaq.
COP29-un keçiriləcəyi ərazi hidratlaşdırılmış bitki yağı ilə (HVO) çalışan generatorlarla işıqlandırılacaq. Birifinqdə açıqlandı.
18/10/2024
Azərbaycan Respublikası Dövlət Neft Fondu (State Oil Fund of Azerbaijan) bu il 25 tondan çox qızıl alıb
18/10/2024
Qızıl özünü bitkoin kimi aparır...
Mərkəzi Bankların qızıl alışı və dünyada geosiyasi risklərin artması qızılı sürətlə bahalaşdırır. Nyu-Yorkun “Comex” birjasında qızılın qiyməti bir troy unsiyası üçün 2725 dolları keçərək rekord 2725.9 dollar səviyyəsinə çatıb. İlin əvvəlindən qızıl fyuçersləri 25.2% bahalaşıb.
17/10/2024
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayılın Şükürbəyli kəndində 14,56 milyon manata 93 ev tikir. Başqa sözlə, bir evin tikintisinə 156 min manat xərclənir. Bu isə absurddur. Bir evin tikinti xərci təqdim edilən evlər üzrə 40-50 min manatdan yuxarı deyil. Başqa sözlə, Fond bir evdən 2-3 evin pulunu çıxarır.
Bundan əvvəl, Fond eyni kənddə 48 evin tikintisi üzrə 7,7 milyon manat xərcləmişdi. Yəni, babat yeyinti var.
Gözünüz aydın, ADY də tarifləri artırdı
23/09/2024
Deməli, yeni təqdim edilən “Crescent Residences”də (Ortadakı bina) premium mənzillərin bir kv.m metri 9600-12000 min manata təklif edirlir. Bir mənzilin qiyməti 1,2- 4,1 milyon manat arasında dəyişir.
17/09/2024
Bəzi qurumların "Tender çörəyi" davam edir. Deməli, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayılın Şükürbəyli kəndində 48 fərdi evin tikintisi üçün 7,7 milyon manatlıq tender keçirilib.
Başqa sözlə, bir fərdi evin tikintisi 159,6 min manata başa gəlib.
16/09/2024
Bir biznes lanç qiymətinə yaradılan şirkət Qarabağda 13 milyonluq tenderin qalibi olub.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Baku