Morpho
Holistic & Innovative people.
✨ Morpho VIII Beynəlxalq Bankçılıq Forumunda✨
3-4 Dekabr 2024 tarixlərində Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil edilən VIII Beynəlxalq Bankçılıq Forumunda Kreativ və Rəqəmsal Tərəfdaş olaraq iştirak etməkdən qürur duyuruq.
🌟 İki gün davam edən bu möhtəşəm tədbirdə 53 spiker, 100 təşkilat və 1500-dən çox iştirakçı bankçılıq sahəsindəki son yenilikləri və trendləri müzakirə etmək üçün bir araya gəldi.
📹 Tədbirin yaddaqalan anlarını əks etdirən qısa videonu sizə təqdim edirik. Bu forumda ideyalar müzakirə edildi, tərəfdaşlıqlar quruldu və bankçılığın gələcəyi üçün yeni baxışlar ortaya qoyuldu.
Azerbaijan Banks Association / Azərbaycan Banklar Assosiasiyası-ABA 'a əməkdaşlığı üçün təşəkkürümüzü bildiririk! Növbəti tədbirlərdə əməkdaşlıq etmək diləyi ilə ✨
07/11/2024
Marketinq dünyasına qapını Morpho-da Təcrübə Proqramı ilə aç! 🚀
Marketinqə marağın var, amma haradan başlayacağını bilmirsən? Morpho Marketinq Agentliyində 3 aylıq təcrübə proqramı ilə sənin üçün bu qapını sonuna qədər açırıq! 🎉
Sənə yalnız nəzəriyyə deyil, həqiqi təcrübə təqdim edirik. Proqram boyunca kontent kopiraytinq, strategiya qurulması, SMM idarəçiliyi, müştərilərlə əlaqə və agentlik işinin hər detalını əzbərləyəcəksən! Öz gücünü tap, istedadını kəşf et və bizimlə zirvəyə yüksəl!
Yaratmağa, öyrənməyə və fərq yaratmağa hazırsan? Elə indi müraciət et və karyeranı bizimlə başla! ✨
📥 CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.
07/10/2024
“Morpho” komandası genişlənir🗣️
Öhdəliklər:
• Mövcud müştərilərlə müqavilə şərtlərinə uyğun xidmətlərin təmin edilməsini təşkil etmək
• Müştərilərin ehtiyaclarını anlamaq və məhsulun dəyərini izah etmək üçün onlarla ünsiyyət qurmaq
• Müştərilərlə etimad və hörmətə əsaslanan münasibətlər qurmaq
• Müştəri ehtiyaclarının yerinə yetirilməsini asanlaşdırmaq üçün daxili şöbələrlə əməkdaşlıq etmək
• İstehlakçı davranışı haqqında daha çox öyrənmək üçün məlumatların toplanması və təhlili
• Hesab qeydləri ilə bağlı dəqiq uçotun aparılması
• Şirkətin məhsulları və xidmətləri haqqında yenilənmiş biliklərin saxlanılması
• Prosesləri təkmilləşdirməklə şikayətlərin həlli və əlavə problemlərin qarşısının alınması
• Sektor trendlərinin müəyyən edilməsi
• Alıcı təcrübəsini təkmilləşdirməyə yönəlmiş müştəri vəkili kimi fəaliyyət göstərmək
• Müştərilər üçün yeni ideya, kampaniya və təkliflərin hazırlanması
• Müştərilərin rəqəmsal platformalardakı fəaliyyətini təşkil etmək
• Rəqəmsal alətlərdən düzgün istifadə etməklə effektiv rəqəmsal media yerləşdirmələrini həyata keçirmək
Tələblər:
• Məsuliyyətli və dəqiq olmaq
• Liderlik və idarəçilik qabiliyyətinin olması
• Araşdırma və təhlil bacarığının olması
• Yazılı və şifahi ünsiyyət qabiliyyətinin yüksək səviyyədə olması
• Ofis proqramlarından rahat istifadə bacarığı, təqdimatların hazırlanması bacarığı
Niyə Morpho ?
Morpho bizneslərin inkşafına holistik həll yolları gətirən, yenilikçi istedadları özündə birləşdirən holistik rəqəmsal və rəqəmsal marketinq agentliyidir. Morpho 2013-cü ildə yaradılmış və ildən ilə yenilikçi istedadları cəlb edərək potensiallarını genişləndirmişdir.Biz yolumuza görüşdüyümüz hər bir partnyorumuza individual münasibət göstərərək, nəticə yönümlü həll yolları təklif edərək, ölçülə bilən nəticələrə fokuslanaraq, kreativ dəyərlər qataraq, bizneslərə holistik həll yolları təklif edərək başladıq.Biz veb saytın yaradılması, mobil tətbiqlərin yaradılması, rəqəmsal marketinq, SEO, CRM, marketinq menecmenti, kreativ və yaradıcılıq xidmətləri, tədbirlərin təşkili və digər marketinq sahələri üzrə ixtisaslaşmış komandayıq.
04/10/2024
Gəlin, bizneslər istifadə etdikləri rənglərlə bizə necə hiss etdirməyə çalışır öyrənək 🎨
30/07/2024
CV və portfoliolarınızı başlıq qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.
12/06/2024
Marketinq sözünün müasir olmasına baxmayaraq, marketinqin özü qədimdən mövcud olub 🏛️
Osmanlı İmperiyasında güllərlə həm ictimai, həm də şəxsi bina və sahələri dekorasiya edirdilər. Tekstil, taxta məhsullar, kitablar, divarlar və hətta məzar daşları belə gül naxışları ilə dolu idi 💮
Xalq ürəyində çiçək sevgisi o dərəcədə mühim yer tuturdu ki, 1595-ci ildə yazılmış fərmana görə gül dükanlarının sayı qeyri-qanuni olaraq 5-dən 200-ə qədər artmışdı. Gül dükanlarının sayı isə o qədər çox oldu ki, rəqabətdə irəli keçmək məqsədilə bəlkə də incəsənətə ən yaxın olan marketinq strategiyalarından biri istifadə olunmağa başlandı. Və bu strategiya şeiriyyat idi.
Gül satıcıları öz yazdıqları və ya haradansa öyrəndikləri şeirləri dükanın üstündə taxta lövhələrə vururdular. Müştəri marağına görə savaşda əsas silah şeir oldu 📜 🖊️
Cef L. Riçardsa görə “Strategiyasız kreativlik incəsənətdir, strategiyalı kreativlik isə reklamdır”. Lakin Osmanlı İmperiyasının gül satanları həm marketinq, həm də incəsənət yaradırdılar. 👨🎨
9 yanvar 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Nailiyyətlər və Çağırışlar" forumunda Kreativ Tərəfdaş olmaq çağrışına məmnuniyyətlə cavab verdik.
Bu forumda gördüyümüz işlərdən məmnun olduq. ABA-nın gələcəkdə təşkil edəcəyi hər bir forumda dəstək olmağa və birgə hər nailiyyətə imza atmağa hazırıq 🤝🏻
01/02/2024
Əjdaha ilini təzə qarşılamışdıq ki, artıq ilk ay geridə qaldı. Təqvim Fevral ayını göstərir😅.
Bu ilin fevral ayı 29 gündən ibarətdir və bu 29 gündə həm beynəlxalq, həm də xalqımız üçün önəmli olan günlər vardır 🌐 🇦🇿
Biz Morpho olaraq, hər birinizə ilin ən qısa ayında uğurlar və məhsuldarlıq arzu edirik 💼 👨🏽💻
#2024
30/01/2024
Bir çox insan Puma və Adidas şirkətlərinin və bu şirkətlərin yaradıcıları Dassler qardaşlarının rəqabəti haqqında eşidib. Bəs, bu rəqabətdə “Adidas”ın qalib gəlməsinin əsas səbəbinin çox kiçik və cüzi innovasiya olduğundan xəbəriniz varmı?
🇩🇪 AFR (Almaniya Federativ Respublikası): 9 il əvvəl məhvedici muharibədən sonra ölkə hələ də tam bərpa olunmamışdı. Onların futbol komandaları da bütün çempionatın ən zəif komandalarından biri sayılırdı.
🇭🇺 Macarıstan: Bu ölkənin komandası hələ də “Qızıl Komanda” adlandırılır. Futbol tarixinin ən möhtəşəm yığmalardan biri və sözsüz ki, Macarıstan milli yığması 1954-ci ilin DÇ-nin əsas favoriti idi.
AFR və Macarıstan yığmaları eyni qrupda mübarizə aparırdılar. Qrupda mərhələsində Macarıstan “8-3” hesabı ilə Almaniya millisinə qalib gəldi. Finalda da təkrar görüşən hər iki komandanın reputasiyasını və bundan əvvəlki “8-3” nəticəli oyununu nəzərə almaqla, bütün futbol dünyası Macarıstanın asan qələbəsini gözləyirdi.
🌧️ Oyun çox güclü yağış altında keçirdi. İlk hissə “2-0” Macarıstanın xeyrinə oldu. Lakin birinci hissədə yağan yağış və futbolçuların yaş ot örtüyünün üzərində mübarizə aparması nəticəsində oyun meydançası çox p*s vəziyyətə düşmüşdü. Meydan çox sürüşkən və palçıqlı idi. Bu zaman Almaniya yığmasının geyindiyi butsların Adidas tərəfindən düzəldilməyi meydanda öz sözünü dedi. Çünki bu butslarda kiçik, amma əsas olan bir yenilik var idi. Adidas butslarının altındakı tikanlar (şəkilə diqqət) çıxardılaraq dəyişdirilə bilirdi.
Soyunub-geyinmə otağında Almaniya yığmasının məşqçisi öz oyunçularına butsun sadə tikanlarını çıxardıb yağış üçün nəzərdə tutulmuş tikanlara dəyişməklərini tapşırdı. AFR yığması da bunu edəndən sonra meydanda daha rahat qaçmağa başladılar. Macarıstan yığması isə qaça bilmirdi, tez-tez sürüşürdülər. Nəticədə AFR yığması geri dönüş edib 2-3 hesabı ilə qalib gəldi.
Almaniyanın daimi qələbələri və Adidasın yüksək satışları bu dəyişilə bilən buts tikanlarından başladı. Bu dərəcədə kiçik innovasiya bütün futbol tarixinin dəyişməsinə səbəb oldu. Kiçik innovasiya nə dərəcədə böyük dəyişikliklər edə biləcəyini heç vaxt bilmək mümkün deyil ⚽
20/01/2024
Belə bir sitat var: “Azadlıq zülmkar tərəfindən könüllüklə verilmir, azadlığı zülmdə yaşayanlar tələb etməlidir”.
34 il əvvəl Azərbaycan xalqı zülmkardan azadlığını tələb etdi, qazandığı azadlığın qiymətini də qanla ödədi.
Dəyərli izləyici, bu gün sən, müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağının əsas səbəbi həmin gecədə qürurla azadlığını tələb edən Şəhidlərimiz olmuşdur.
Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizi hörmət və ehtiram hissi ilə anırıq!
11/01/2024
9 yanvar tarixində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə “Nailiyyətlər və Çağırışlar” mövzusunda “Azərbaycan Maliyyə Forumu” keçirilmişdir.
Forumda maliyyə sektorunda fəaliyyət göstərən təşkilatların rəhbərləri və nümayəndələrinin iştirakı ilə ölkəmizdə maliyyə sektorunun inkişafı, xüsusilə də maliyyə vasitəçiliyi və inklüzivliyinin yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsi, habelə rəqəmsal maliyyə xidmətlərinin artırılması üzrə nailiyyətlər və qarşıda duran prioritetlər müzakirə olmuşdur.
Biz də Morpho olaraq, bu böyük forumun bir parçası olmaqla yanaşı, "ƏSAS TƏRƏFDAŞ" seçildiyimiz üçün qürur duyuruq.
01/01/2024
Ümid edirik ki, yeni il şənliyindən sonra kefiniz hələ də yerindədir 😅
Qarşıda hələ bir neçə istirahət günləri var, yaxşıca dincəlin, yeni ilin ilk ayına maksimal məhsuldarlıqla girin 🧑💼
2024-cü ilin ilk ayında bayram çox da yoxdur. Yanvar vacib tarixi hadisələri və şəxsiyyətləri yada salmaq ayıdır.
#2024
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Karabakh 22, Alliance Business Center
Baku
AZ1008
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |