TechnoByte.az

TechnoByte.az

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TechnoByte.az, News & Media Website, Nizami Street 4, Baku.

09/01/2025

Steam platformu tarixi bir rekord vuraraq eyni anda 39 milyon 342 min 21 oyunçuya ev sahibliyi edib. Bu rəqəm, platformun indiyə qədər çatdığı ən yüksək göstəricidir! Maraqlıdır ki, rekord anında yalnız 12 milyondan artıq oyunçu aktiv şəkildə oyun oynayırdı. Bu, Steam-in yalnız oyun platformu deyil, eyni zamanda nəhəng bir icma məkanı olduğunu bir daha sübut edir.

Bu uğurun arxasında Marvel Rivals və Path of Exile 2 kimi yeni çıxan oyunların rolu böyükdür. Hər iki oyun çıxışından bəri geniş oyunçu kütləsinin marağını cəlb edib. Siz bu barədə nə düşünürsünüz? Fikirlərinizi bizimlə bölüşməyi unutmayın!

29/11/2024

Məşhur iş adamı Elon Musk, süni intellekt dəstəkli oyun studiyası yaratmağa hazırlaşır. Yeni təşəbbüsü olan xAI ilə oyun sənayesində böyük dəyişikliklər etməyi planlaşdırır. Musk bu barədə öz fikirlərini belə ifadə edib: "Oyunları yenidən möhtəşəm edəcəyik!"

Musk-ın bu addımı, Xbox-ın bəzi siyasətlərini tənqid etməsi ilə gündəmə gəldi. Onun fikrincə, oyunlarda əlavə siyasi mesajlar yerinə, əsl keyfiyyətə diqqət yetirilməlidir.

Yeni xAI oyun studiyası süni intellektin gücündən istifadə edərək oyunların inkişafını daha asan və sürətli edəcək. Sənaye üçün bu addım böyük yeniliklər vəd edir! 🎮✨

Sizcə, Elon Musk oyun dünyasında uğurlu ola biləcəkmi? Fikirlərinizi bizimlə bölüşün! 👇

27/11/2024

Huawei, yeni MatePad Pro 13.2 modelini təqdim edərək tablet bazarına yenilik gətirdi! 🚀 Bu yeni model, 13.2 düymlük 2.8K və 144 Hz yeniləmə sürəti ilə mükəmməl görüntü keyfiyyəti təqdim edir. OLED ekranın yüzdə 94 ekran-corpus nisbəti ilə vizual təcrübənizi zirvəyə qaldırır. 🔥

Yaradıcılığınızı ortaya qoymaq üçün 3-cü nəsil M-Pencil qələmi və Fangtian Painting Engine 2.0 dəstəyi ilə 8K ölçüsündə rəsm çəkmək mümkün! Saniyədə 120 kadr sürətində işlərinizin daha sürətli və dəqiq olmasına imkan yaradır. 🎨💡

Daha çox: 🔋 100W şarj - 40 dəqiqə içində %85 şarj! 📸 13 MP əsas, 8 MP geniş açı və 16 MP ön kamera ilə mükəmməl şəkillər! 📶 Wi-Fi 6, Bluetooth 5.2 və GPS bağlantı imkanları!

Qiymət: 5,199 yuan (718 USD) 💰

Huawei Huawei Mobile

27/11/2024

Nubia, yeni Z70 Ultra modelini qlobal bazara təqdim etdi. 📱 Telefon 6.85 düymlük 1.5K AMOLED ekran, 144 Hz yeniləmə sürəti və 95.3% ekran-gövde nisbəti ilə möhtəşəm vizual təcrübə vəd edir. Model gücünü Snapdragon 8 Elite çipsetindən alır (3 nm texnologiya) və 80W sürətli şarj dəstəkli 6,150 mAh batareya ilə uzunmüddətli istifadə imkanı yaradır. 🔋 Kamera: 50 + 50 + 64 MP üçlü arxa kamera, 16 MP ön kamera. 📸

💎 Qiymətlər:
🔹 12GB + 256GB: €749
🔹 16GB + 512GB: €849
🔹 16GB + 512GB (Starry Night): €869
🔹 24GB + 1TB: €969
📅 Satış tarixi: 5 dekabr 2024.

nubia Smartphone

27/11/2024

🟢🚀Threads platforması bir ayda on milyonlarla yeni abunəçi toplayaraq sosial media dünyasında mövqeyini gücləndirib. Xüsusilə istifadəçi əlaqəsini artıran yeni funksiyalar və inkişaf etdirilən məzmun dinamikası ilə platforma qısa müddətdə populyarlıq qazanıb.

📌Meta rəhbərliyinin verdiyi məlumata görə, Threads hazırda aylıq 275 milyondan çox aktiv istifadəçiyə malikdir. Hər gün bir milyondan çox yeni istifadəçi cəlb edən platforma, sürətlə böyüyərək rəqiblərini geridə qoyur.

Meta

26/11/2024

🟢🚀2013-cü ildə yayımlanan GTA 5 demək olar ki, hətta kalkulyatorlar üçün belə istifadəyə verilmişdi. Ancaq GTA 6 bir cür oyunçularla görüşə bilmədi. Bununla bağlı yeni nəsil bir texnologiyanın oyunda istifadə ediləcəyi məlum olub. Bu texnologiya oyun üçün əslində nə qədər önəmlidir və nədir?

📌GTA 6 üçün inqilabi yenilik: “Prosedur obyekt istehsalı”
GTA 6 haqqında yeni məlumatlar, Rockstar Games şirkətinin baş proqram təminatı mühəndislərindən birinin LinkedIn profilində aşkar edilib. Bir Reddit istifadəçisinin GTA 6 subredditində paylaşdığı məlumatlara görə, Rockstar-ın yeni oyun mühərriki RAGE-də "procedural generation" (prosedur obyekt istehsalı) texnologiyası istifadə ediləcək.

📌Bu texnologiya sayəsində oyun, dünya üzərindəki obyektləri hər oynayışda fərqli şəkildə yarada biləcək. Məsələn, ağacların, daşların və ya digər kiçik obyektlərin yerləri avtomatik dəyişəcək ki, bu da oyuna həm müxtəliflik, həm də realizm qatacaq.

26/11/2024

🟢🚀Hindistanda Google Xəritələr bir avtomobili daşqın nəticəsində dağılan və yenidən inşası davam edən körpüyə yönləndirib. Gecə baş verən hadisədə sürücü körpünün bitdiyini fərq edə bilməyib və avtomobil çaya düşüb. Nəticədə avtomobildəki üç nəfər həyatını itirib.

📌Araşdırmalara görə, qurbanlar qəza zamanı Google Xəritələrdən istifadə edirdi. Körpünün girişində xəbərdaredici işarələrin olmaması və tətbiqin yanlış yönləndirməsi faciənin əsas səbəbləri kimi göstərilir.

📌Bu hadisə həm texnologiya sistemlərinin dəqiqliyinin artırılmasının, həm də yol təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini ortaya qoyur.

Google Google Maps

26/11/2024

🟢🚀Instagram istifadəçiləri üçün yeni bir funksiya təqdim edib: canlı məkan paylaşımı. Bu xüsusiyyət sayəsində dostlar və ailə üzvləri ilə mövqeyinizi anlıq olaraq paylaşa bilərsiniz. Məkan paylaşımı yalnız fərdi və qrup mesajlarında mövcuddur, 🕒 1 saat müddətində aktiv qalır və müddət bitdikdən sonra avtomatik sona çatır. Funksiya 📡 məkan paylaşımına dair bildirişlər təqdim edərək istifadəçiləri məlumatlandırır.

Bununla yanaşı, Instagram qrup söhbətlərində 🧩 xüsusi adlar təyin etmək, yeni mesaj çıxartmaları əlavə etmək və 📥 DM düyməsinin yerini dəyişmək kimi yeniliklər də təqdim edib. Hazırda canlı məkan paylaşımı yalnız bəzi ölkələrdə aktivdir, lakin tezliklə bütün dünyada istifadəyə veriləcək.

Instagram

12/11/2024

🟢🚀YouTube Android tətbiqində tam ekran videolar üçün yeni sürüşdürmə funksiyasını test edir. Əvvəllər aşağı sürüşdürmə hərəkəti tam ekrandan çıxış üçün istifadə olunurdusa, indi bu hərəkət növbəti videoya keçidi təmin edəcək.

📌Yenilik, YouTube Shorts təcrübəsinə bənzəyir və platformada fərqli video formatları arasında uyğunluq yaratmağı hədəfləyir. Ancaq bu dəyişiklik istifadəçilərin tam ekran rejimindən çıxmaq üçün artıq öyrəşdikləri bir hərəkəti dəyişdirərək, yeni vərdişlər tələb edir və narahatlıq yaradır. Bir çox istifadəçi xüsusilə planşet kimi böyük ekranlı cihazlarda daha rahat olduğu üçün əvvəlki sürüşdürmə funksiyasının saxlanılmasını istədiyini bildirir. Hazırda yenilik məhdud sayda Android istifadəçisi üçün test edilir və ümumi istifadəyə verilməsinə hələ bir müddət var.

11/11/2024

🟢🚀Samsung, istifadəçilərini sevindirəcək yeni bir addım ataraq, Galaxy A16 5G modelinə altı illik yeniləmə dəstəyi verəcəyini açıqladı. Bu, yalnız Galaxy A16 5G üçün deyil, həm də bundan sonra təqdim ediləcək bir çox orta seqment Samsung cihazları üçün altı il boyunca Android və təhlükəsizlik yeniləmələri alacağı anlamına gəlir. Beləliklə, bu cihazlar daha uzun müddət gündəmdə qalacaq və istifadəçilərə daha yüksək təhlükəsizlik təmin edəcək.

📌Lakin, köhnə modellər bu yeniləmə dəstəyindən faydalana bilməyəcək. Hal-hazırda Samsung-un rəsmi olaraq açıqladığı altı il yeniləmə dəstəyi alacaq modellər siyahısında yalnız Galaxy A16 5G və Galaxy A16 4G yer alır. Bununla yanaşı, bu siyahının gələcəkdə genişlənəcəyi gözlənilir. Bu yeni yanaşma, Samsung-un uzunmüddətli istifadəçi dəstəyi təqdim etmə yolundakı irəliləyişini göstərir.

Want your business to be the top-listed Media Company in Baku?
Click here to claim your Sponsored Listing.

Address


Nizami Street 4
Baku
AZ1000