SUP.VC

SUP.VC

Share

Empowering public & private sectors through corporate innovation, venture building, and ecosystem development.

SUP is an intensive accelerator program to help startups to grow in Azerbaijan and expand to international markets. During 3-month program, startups are going to build their products, learn different practices that are applied in international environment and the program will be completed by Demo Day the last month. SUP VC will be a melting pot for our local startups by providing access to capital

Photos from SUP.VC's post 12/06/2026

🎯Bolt Akselerator Demo Day uğurla başa çatdı!

SUP.VC və Bolt-un birgə təşkilatçılığı ilə həyata keçirilən Bolt Akselerator proqramının Demo Day tədbiri 19 dekabr 2025 tarixində Radisson Hotel-də baş tutdu.

💡Azərbaycanda ilk dəfə sürücü və kuryerlərə yönəlmiş bu unikal proqramda 20 finalist öz startaplarını investorlar və münsiflər heyəti qarşısında təqdim etdi. 12 həftəlik intensiv təlim və mentorluq mərhələsindən sonra mobillik və şəhər infrastrukturu sahələrində innovativ həllər təqdim edildi.

20 finalist arasından ən innovativ və perspektivli layihələr seçilərək aşağıdakı kateqoriyalarda mükafatlandırıldı:

🥇 1-ci yer (10,000 AZN): Abdulla Bəşiroğlu - Stride (Website:https://tutor.stride.az/product-demo)

🥈 2-ci yer (7,000 AZN): Gülnar Kazımzadə - Çöldəki Dayəm (Website:https://coldeki-dayem.labrin-account.workers.dev/)

🥉 3-cü yer (4,500 AZN): Mirhüseyn Cavadzadə - YEDDİ (Website:https://foodrescue-demov2.netlify.app/)

Şirin Allahyarov - Yelləncəklər
(Website:4https://sites.google.com/view/yellencekler/ev)

Etibar Əliyev - SƏS
(Website: https://sdm.lovable.app/)

🏅 4-cü yer (3,000 AZN): Vəfa Əsgərova - Lady Drive
(Website:https://lady-drive.labrin-account.workers.dev/)

Vaqif Hüseynov - CityCars
(Website: https://citycar-pilot.lovable.app/auth)

Bu uğurlu təşəbbüsə dəstək olan bütün mentorlara, jüri üzvlərinə və iştirakçılara təşəkkür edirik!

Photos from SUP.VC's post 09/06/2026

🌐 SUP.VC olaraq 10 illik fəaliyyətimiz ərzində ekosistemdə həyata keçirdiyimiz layihələr və həm startaplar, həm də korporativ tərəfdaşlarımız üçün yaratdığımız dəyər barədə məlumatlar təkmilləşdirilmiş platformamızda öz əksini tapıb. Geridə qoyduğumuz onilliyin fəaliyyət xronikası və davam edən təşəbbüslərimizlə yaxından tanış olmaq üçün sup.vc ünvanına daxil ola bilərsiniz.

22/05/2026

🚀 SUP.VC ‘‘Accredited Business Incubator’’ (ABI) sertifikatına layiq görülüb!

📈 Azərbaycanda startap ekosisteminin inkişafı, yerli layihələrin qlobal bazara inteqrasiyası və innovativ sahibkarlıq imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərən SUP.VC növbəti uğura imza atmışdır.

🏆 Şirkətin idarəçiliyi altında fəaliyyət göstərən “Innostart” biznes inkubatoru, innovasiya sahəsində qlobal standartları müəyyən edən nüfuzlu Global Innovation Institute (GInI) tərəfindən rəsmi qiymətləndirmədən keçərək “Accredited Business Incubator (ABI)” statusuna layiq görülmüşdür.

12/05/2026

⭐ İnnovasiyaya ilə keçən 10 il

🎯 SUP.VC olaraq, artıq 10 ildir ki, Azərbaycanın innovasiya və startap ekosisteminin formalaşmasında mühüm layihələrə imza atırıq. Bir ideya ilə başlayan, bu gün isə onlarla qlobal layihəni, yüzlərlə startapçını və geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsini əhatə edən bu missiya, sadəcə statistik göstəricilərdən ibarət deyil; o, hər bir çətinliyin arxasındakı sarsılmaz əzmin əyani təzahürüdür. SUP.VC-nin yaranışından bugünkü inkişafına qədər olan yola bələdçilik etmiş icraçı direktoru Rəşad Eyvazovun və komandamızın səmimi təəssüratlarını sizinlə bölüşməkdən məmnunluq duyuruq. Hədəfimiz hər zamankından daha böyükdür: növbəti onillikdə qlobal zirvələri fəth etmək, regionun texnoloji gələcəyini formalaşdırmaq və innovasiya proseslərini daha da sürətləndirmək!

🤝 Bu 10 illik innovasiya marafonu boyunca bizlərlə olan, hədəflərimizə inanan və innovasiya ekosistemini bizimlə birlikdə böyüdən hərkəsə təşəkkürümüzü bildiririk.

30/04/2026

🎨 Vizual imic sadəcə görüntü deyil, biznesinizin strateji imzasıdır!

🤖 Süni intellektin hər şeyi standartlaşdırdığı bir dövrdə sahibkar üçün fərqlənməyin yolu - güclü və yaddaqalan vizual imicdən keçir. Bəs rəqabətin bu qədər çox olduğu Sİ dövründə brendinizi necə “görünən” etməli?

🎙️ Sizi bu sualın cavabını ABB Bank-ın aparıcı dizayneri Nəriman Məmmədzadə ilə birgə tapacağımız vörkşopumuza dəvət edirik.

🎯 Vörkşopun əsas istiqamətləri:

Brendin vizual təqdimatı və fundamental prinsiplər: Peşəkar imicin formalaşdırılmasında nələrə diqqət etməli?

Rəqabətli bazarda vizual fərqlənmə yolları: Brendin rəqəmsal və vizual dilinin biznesə təsiri.

Müasir dizayn trendləri və innovativ yanaşmalar: Yeni dövrün texnologiyaları və dəyişən vizual standartlar.

💡 İnnovativ yanaşmalarla biznesinizin vizual dilini formalaşdırmaq fürsətini qaçırmayın

🔗Qeydiyyat linki bio-da. (İştirak ödənişsizdir)
📅 Tarix: 22 may
⏰Saat: 19:00
📍Məkan:Yaradıcı Mərkəz

Photos from SUP.VC's post 28/04/2026

🎯 Uğurlu brendin arxasında sadəcə ideya yox, güclü marketinq dayanır!

🚀 “Startup 2.0: AI Erasında Sahibkarlıq” layihəsi çərçivəsində community building istiqamətli ikinci vörkşopumuzda ‘‘Brend yaradılmasında marketinqin gücü’’ mövzusuna toxunduq.

📊 Bu dəfə qonağımız PAŞA Bank-ın Rəqəmsal Marketinq üzrə baş mütəxəssisi Babaxan Məlikli idi. İştirakçılarla birlikdə brendin formalaşmasında marketinqin həlledici rolu, effektiv rəqəmsal strategiyalar və büdcənin düzgün idarə olunması kimi önəmli mövzuları real keyslər üzərindən təhlil etdik.

💡 Vörkşopun ən maraqlı hissəsi isə komandaların rəqabətli oyun formatında iki fərqli brend üçün büdcə planlaması üzərində çalışmaları oldu.

👋 Növbəti vörkşopumuzda görüşmək ümidi ilə!

28/04/2026

🚇 Metro Hackathon-a geri sayım başladı!

🎉 Məmnuniyyətlə bildiririk ki, layihənin müsahibə mərhələsi uğurla yekunlaşmış və “Metro Hackathon”da yarışacaq iştirakçılar artıq seçilmişdir.

🚀 Cəmi 48 saat sonra start götürəcək böyük marafon çərçivəsində iştirakçılar Bakı Metropoliteninin rəqəmsal transformasiyasını kodlarla yazmaq və innovativ həllər ortaya qoymaq üçün “İçərişəhər” metro stansiyasında bir araya gələcəklər.

🎯 Hədəfimiz bu texnoloji dalğanın şəhərimizin nəqliyyat infrastrukturunda yeni rəqəmsal imkanlara yol açmasını təmin etməkdir.

16/04/2026

🚀 Şirkətlər innovasiya ilə dəyişən bazara necə uyğunlaşmalıdır?

🎙️"İnnovasiya ilə gələcəyi quranlar" podkastının ilk buraxılışında OBA Marketlər Şəbəkəsi ‘‘SİD’’ (Startap, İnnovasiya və Dəstək) innovasiya proqramının layihə meneceri Samir Gulamzada ilə Azərbaycanda korporativ innovasiya mədəniyyətinin formalaşması və inkişafını geniş şəkildə müzakirə etdik.

🎧Podkast boyunca OBA ‘‘SİD’’ (Startap, İnnovasiya və Dəstək) proqramı prizmasından innovasiya ekosisteminin dünəninə nəzər saldıq, bu gününü dəyərləndirdik və sabahı haqqında danışdıq. Pərakəndə ticarətdə rəqəmsal transformasiyanın əhəmiyyətindən bəhs edərək, önümüzdəki illərdə startap ekosistemini formalaşdıracaq əsas trendləri və innovativ həllərin real biznes nəticələrinə təsirini analiz etdik.

🗣️Podkastda həmçinin ənənəvi şirkətlərin yaxın illərdə yenilik etmədiyi təqdirdə üzləşəcəyi risklər, innovasiyanın "olsa yaxşı olar" yanaşmasından strateji bir zərurətə çevrilməsi barədə şirkətlər üçün praktiki tövsiyələr bölüşülür.

🤝Təşkilatınızı gələcəyə hazırlayacaq innovasiya proqramları və tərəfdaşlıq imkanları barədə ətraflı konsultasiya üçün rəsmi web səhifəmiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.Gələcəyin layihələrini birlikdə reallaşdıraq!

Podkastın tam versiyasını YouTube kanalımızdakı linkə daxil olaraq izləyə bilərsiniz: https://lnkd.in/d6s6Zd8A

Want your organization to be the top-listed Non Profit Organization in Baku?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Zaur Nudireliyev 79a
Baku