Prosys - Professional IT Systems
ProSys Ltd, Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi 88A, mənzil 66
10/01/2013
İnformasiya Təhlükəsizliyinin İdarə Edilməsi xidməti...
ProSys şirkətinizin informasiya texnologiyları sahəsindəki təhlükəsizlik ilə əlaqədar ehtiyaclarını təmin etmək üçün ehtiyaclarınıza uyğun təhlükəsizlik üzrə məsləhətçilik xidməti təqdim edir.
İnformasiya Təhlükəsizliyinin idarəedilməsi xidmətləri üzrə ProSys aşağıdakı xidmətləri təqdim edir:
● İnformasiya Təhlükəsizliyinin yoxlanılması
● Proqram təminatının Təhlükəsizliyinin yoxlanılması
● İnformasiya Təhlükəsizliyi analizləri və penetrasyon Testləri
● Şifrələmə və Elektron İmzanın tətbiq edilməsi
● İnformasiya Təhlükəsizliyi politika və proseduralarınhazırlanması və ya inkişaf etdirilməsi
● İnformasiya Təhlükəsizliyi ilə əlaqədar məlumatlandırma tədrisi
Bir-birləriylə inteqrasiya olan və gün keçdikcə daha çox xaricə açılan İT xidmətləri, getdikcə artan ədəd və növdə təhdidlərlə qarşı-qarşıya qalmaqdadır. Bu təhdidlərin başında təhlükəsizlik ən əhəmiyyətli faktor olaraq gəlməkdədir.
Əlavə məlumat üçün: http://www.prosys-ltd.com/az/pages/13
04/01/2013
--------------- Konsaltinq ---------------
Təşkilatların yerli və beynəlxalq bazarlarda rəqabət güclərini qoruya bilmələrini, sürətli hərəkət edə bilmələrini, dəyişən şərtlərə sürətlə uyğunlaşmağı təmin edə bilmələrini həyata keçirən ən əhəmiyyətli faktorlardan biri də İnformasiya Texnologiyalarını effektiv istifadə edə bilmələridir.
Şirkətimiz İnformasiya Texnologiyaları mövzusunda bütün sahələr üzrə məsləhət xidməti təqdim etməkdədir. Mütəxəssislərimiz bir çox təşkilata layihə rəhbərliyi, proqram təminatı hazırlamaq, işlərin analizi, IKT sistemlərinin istifadəsi və idarə edilməsi mövzularında məsləhət xidməti vermişdir.
Məsləhət xidmətləri təklif etdiyimiz sahələr və əlavə məlumatları buradan əldə edə bilərsiniz: http://www.prosys-ltd.com/az/pages/8
01/01/2013
ProSys MMC-nin Xidmətləri:
Azərbaycan daxilində və xaricində saysız müvəffəqiyyətə imza atan mütəxəssislərimiz ilə Prosys Sizə aşağıdakı sahələr üzrə xidmətləri təqdim edir:
● Konsaltinq
● Audit
● Layihələrin İdarə edilməsi
● Proqram təminatları
● İKT infrastrukturu
● İnformasiya təhlükəsizliyinin idarə edilməsi
● Texniki dəstək xidməti və s.
Təcrübəli mütəxəssislərimiz ilə ProSys, dünyada qəbul görmüş metodologiyaları istifadə edərək iş ehtiyaclarınıza ən uyğun həlləri çıxarmağa hazırdır.
Şirkətimiz müştərilərə İKT sahəsində HP, IBM, Microsoft, Oracle, Novell, Genesys, Avaya, Ericsson, Servicium, İntertech, Genom , Netsis və s. bu kimi öz sahələrində qabaqcıl şirkətlərinin avadanlıq və proqram təminatı həllərini təmin edir.
Əlavə məlumat üçün: http://www.prosys-ltd.com/az/pages/7
PROSYS Xidmətlərimiz...
30/12/2012
Şirkət haqqında
''Keyfiyyət, etibarlılıq və xidmət səviyyəsinin yüksəldilməsi şirkətimizin əsas meyarlarındandır.''
2010-cu ilin mart ayında yaranmış ProSys şirkəti informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmışdır. ProSys şirkəti informasiya və kommunikasiya texnologiyaları üzrə avadanlıqları, proqram təminatlarını və əlaqədar xidmətlərin satışını təşkil və təmin edir. İnformasiya və kommunikasiya texnologiyalarına aid layihələrin texniki şərtnamələrinin hazırlanması, idarə olunması, tətbiqini və sənədləşdirilməsini həyata keçirir.
Biz müştərilərimizlə işləyən zaman sadəcə avadanlığın alqı-satqısının təmin edilməsinə deyil, əlavə xidmət göstərilməsinə diqqət yetirərək, şirkətimizin fərqlənməsini istəyirik. Şirkətimizdə xarici ölkələrdə İKT sahəsində qabaqcıl şirkətlərdə təcrübə qazanmış, xarici ölkələrdə İKT sahəsində idarəetmə vəzifələrində işləmiş, respublika və beynəlxalq səviyyədə qəbul görmüş kompleks həlləri olan layihələrin idarə edilməsində iştirak etmiş, beynəlxalq sertifikatlara sahib mütəxəssislər çalışmaqdadır. O cümlədən, mütəxəssislərimiz, proqram təminatı, telekommunikasiya, lokal və qlobal şəbəkə, informasiya təhlükəsizliyi və server avadanlıqlarının quraşdırılması üzrə layihələrin idarəedilməsinı həyata keçirmişlər.
ətraflı məlumat:http://www.prosys-ltd.com/az/pages/1
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
ProSys Ltd, Bakı şəhəri, Şamil Əzizbəyov Küçəsi 88A, Mənzil 66
Baku
AZ1025