Milli Net
Qeydiyyatdan keç - http://millinet.az/?sec=register
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd ən yaxşı rəqəmsal resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, Azərbaycanda internetin, informasiya texnologiyalarının və innovasiyaların, bütövlükdə rəqəmsal sektorun inkişafına kömək etmək, rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstək verməkdən ibarətdir.
18/12/2025
"İlin rəqəmsal siması" : Qismət Qurbanov
Ölkədə rəqəmsal transformasiyaya, rəqəmsal hökumət quruculuğuna töhfə verən ən aktiv və öndə gedən şəxsləri üzə çıxarmaq, tanıtmaq və bu sahənin inkişafına diqqəti artırmaq üçün MilliNet 2025-də "İlin rəqəmsal siması" nominasiyası da müəyyən edilib.
Bu nominasiya üzrə rəqəmsallaşmaya ciddi töhfələr verən dövlət qurumları və universitetlərlə bərabər, ölkənin rəqəmsal transformasiyasında yaxından iştirak edən, infrastruktur və faydalı rəqəmsal hökumət həllərinin yaradıcısı olan özəl sektor qurumları da müzakirə predmeti olub.
MilliNet TK rəqəmsal sektordakı vəziyyəti təhlil edərək, ekspertlərlə müzakirələr apararaq, son illərdə qazandığı uğurları nəzərə alaraq Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsinin rəis müavini Qismət Qurbanovu "İlin rəqəmsal siması" seçib.
Nazirliyin rəqəmsallaşma və innovasiyalar idarəsi həm real fayda verən və kütləvi istifadə edilən, şəffaflığın gücləndirilməsi və korrupsiyanın qarşısının alınmasına yönələn rəqəmsal həllərin hazırlanması, həm də özlərinə məxsus datanın təmizlənməsi və digər strukturlara inteqrasiya edilməsi istiqamətində xeyli uğurlu addımlar atıblar.
2025-ci ilin rəqəmsal siması Qismət Qurbanovu bir daha təbrik edirik və uğurlar arzulayırıq.
16/12/2025
İlin rəqəmsal təhsil resursu — SmartAbituriyent
Təhsil qərarlarını daha ağıllı və əlçatan edən SmartAbituriyent, İlin rəqəmsal təhsil resursu nominasiyasının qalibi oldu.
Rəqəmsal təhsildə düzgün yönləndirmənin gücü.
16/12/2025
İlin innovativ həlli — Plug Point
Elektrikli avtomobillər üçün vahid şarj ekosistemi yaradan Plug Point, innovativ yanaşması ilə İlin innovativ həlli seçildi.
Texnologiya ilə dayanıqlı gələcəyə atılan real addım.
16/12/2025
İlin informasiya resursu — Huquqlar.az
Hüquqi məlumatlara açıq və anlaşılan çıxış.
Huquqlar.az, maarifləndirici dəyərinə görə İlin informasiya resursu seçildi.
16/12/2025
Rəqəmsal transformasiya sahəsində göstərdiyi ardıcıl fəaliyyət, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və texnoloji innovasiyaların tətbiqi istiqamətində verdiyi töhfələrə görə Ədliyyə Nazirliyinin Rəqəmsallaşma və innovasiyalar idarəsinin rəis müavini Qismət Qurbanov Milli İnternet Mükafatı – MilliNet 2025 çərçivəsində “İlin rəqəmsal siması” nominasiyasının qalibi seçilib.
Onun rəhbərliyi və təşəbbüsləri rəqəmsal həllərin dövlət sistemlərinə inteqrasiyasında mühüm rol oynayaraq, rəqəmsal inkişafın insan amili ilə formalaşdığını bir daha nümayiş etdirir.
16/12/2025
🏆 İlin rəqəmsal mədəniyyət və turizm həlli — MyCulture
Mədəni irsə rəqəmsal baxış.
MyCulture, mədəniyyət və turizmi bir platformada birləşdirərək İlin rəqəmsal mədəniyyət və turizm həlli seçildi.
16/12/2025
🏆 İlin rəqəmsal hökumət həlli — Etender.gov.az
Dövlət satınalmalarında şəffaflıq və əlçatanlıq.
Etender.gov.az, rəqəmsal dövlət xidmətlərinə verdiyi töhfəyə görə İlin rəqəmsal hökumət həlli seçildi.
16/12/2025
🏆 İlin e-ticarət həlli — Eurolux.az
İstifadəçi rahatlığı, funksionallıq və etibarlı alış təcrübəsi ilə seçilən Eurolux.az, MilliNet 2025-də İlin e-ticarət həlli nominasiyasının qalibi oldu.
Rəqəmsal ticarətdə keyfiyyətli standartların uğurlu nümunəsi.
16/12/2025
🏆 İlin rəqəmsal sosial resursu — Bacararsan.az
Sosial fayda, inklüzivlik və real təsir.
Bacararsan.az, cəmiyyətə verdiyi töhfə ilə İlin rəqəmsal sosial resursu nominasiyasının qalibi oldu.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Azərbaycan, Bakı ş. , AZ 1141, Ə. Haqverdiyev Küçəsi 2A, Mənzil 37
Baku
AZ1022
16/12/2025