CONNECT
«Konnekt QSC» Azərbaycan Respublikasının daim inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sferasında fəaliyyət göstərən qabaqcıl şirkətlərdəndir.
CONNECT – əhaliyə keyfiyyətli efir-kabel televiziyası və həmçinin fiber-optik və ADSL texnologiyaları bazasında internet qoşulma xidmətləri göstərən Azərbaycanın inkişaf edən kabel televiziyası və internet provayder şirkətidir. Şirkət abunəçilərə müxtəlif kanallar paketində ən populyar, yüksəkdəqiqlikli HD kanallar, yüksəksürətli internet qoşulma təqdim edərək müştəri məmnuniyyəti prinsipini öz fəaliyyətində daim rəhbər tutur.
31/03/2026
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü.
Tariximizi unutmuruq, unutdurmuruq. Şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirik.
20/03/2026
Sevdiklərinizlə birlikdə bol sevinc, xoş anlar və şirin xatirələrlə dolu bir bayram keçirməyiniz diləyi ilə.
Ramazan Bayramınız mübarək! 🌙
19/03/2026
Novruz bayramınız mübarək! 🌿
Baharın gəlişi ilə birlikdə həyatınıza yenilik, bolluq və sevinc dolsun. Sizə və yaxınlarınıza sağlamlıq, uğur və firavan günlər arzulayırıq.
17/03/2026
Torpaq oyandı, həyat yenidən başladı 🌱
Torpaq çərşənbəniz mübarək, hər gününüz bərəkətli olsun.
İlaxır Çərşənbəniz mübarək!
10/03/2026
Küləklər əsir, təbiət oyanır🌱
Baharın nəfəsi artıq hər yerdə hiss olunur.
Yel Çərşənbəsi hər kəsə uğur, sevinc və yeni başlanğıclar gətirsin! ✨
03/03/2026
Od Çərşənbəsi münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edirik.🔥
Milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olan bu gündə yandırılan alovun işığı evlərinizə sağlamlıq, rifah və əmin-amanlıq gətirsin. Odun saflıq və yenilənmə rəmzi olaraq hər bir ailəyə uğur və bərəkət bəxş etməsini arzulayırıq.
🔥
26/02/2026
26 Fevral - tariximizin ən ağrılı, amma unutmadığımız səhifəs.
Bu qanlı hadisə tariximizin unudulmaz səhifəsidir. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun.
24/02/2026
Su💧- həyatın başlanğıcıdır. Novruzun ilk çərşənbəsi olan Su Çərşənbəniz mübarək!🌱
02/02/2026
Ölkəmizin gələcəyini formalaşdıran bütün gənclərin Gənclər Günü mübarək!
19/01/2026
Xalqımızın azadlıq və müstəqillik yolunda göstərdiyi qətiyyətin ifadəsi olan bu anım günündə vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini dərin hörmətlə yad edirik.
14/01/2026
TV izləmək indi daha zövqlüdür!
Keyfiyyətli görüntü, zəngin kanal seçimi və rahat istifadə📺
Ətraflı məlumat üçün:
☎159
www.connect.az
31/12/2025
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sizi təbrik edir, birliyimizin daim möhkəm olmasını diləyirik.
Bayramınız mübarək olsun!
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
1965-ci Məhəllə, Çinar Park Biznes Mərkəzi, Bina 1 Mərtəbə 1
Baku
AZ1029