Standard Insurance
Sizi Qoruyan Sığorta ASC “Standard Insurance” Sığorta Şirkəti “AB Standard” Şirkətlər Qrupunun üzvüdür.
ASC “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayında məhdud məsuliyyətli cəmiyyət hüquqi statusu ilə təsis edilib. Həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlayan şirkətin nizamnamə kapitalı başlanqıcda 600 000 yeni Azərbaycan manatına bərabər idi və qısa müddət ərzində ASC “Standard Insurance” Sığorta Şirkəti Azərbaycanın ən sürətlə inkişaf edən sığorta şirkətlərindən
15/12/2020
Mövcud Vəziyyət ilə əlaqədar olaraq, Standard Sığorta Şirkəti iş prosesini “online” həyata keçirdiyi üçün xahiş edirik
012(930) qaynar xəttinə müraciət edəsiniz.
21/09/2020
Ləğv prosesində olan ASC “Standard Insurance” Sığorta Şirkətinin kreditorlarının nəzərinə.
Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 saylı, 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə ASC “Standard Insurance” Sığorta Şirkətinin müflis elan edilməsi qərara alınmışdır. Həmin məhkəmənin 17 avqust 2020-ci il tarixli qərarına əsasən sığortaçının ləğvetmə komissiyasının tərkibi müəyyən edilmişdir.
“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən əmlak inzibatçısı təyin edildikdən sonra dərhal bu barədə borcluya bildiriş göndərməli və borclunun iflası və özünün təyin edilməsi barədə Azərbaycan Respublikasında nəşr olunan rəsmi dövri mətbuat orqanında azı 7 günlük fasilə ilə iki dəfə elan dərc etdirməlidir.
İstinad olunan Qanunun 43.2-ci maddəsinə əsasən “kreditorlar borcluya öz tələblərini bu Qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər”. Odur ki, iflas prosesində olan ASC “Standard Insurance” Sığorta Şirkətinə qarşı tələbi olan fiziki və hüquqi şəxslər bu elanın dərcindən 60 təqvim günü ərzində tələblərini şirkətin ləğvedicisinə yazılı şəkildə təqdim etməlidirlər.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə və ya aşağıda göstərilən telefon nömrələri, elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz:
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, 96
Əlaqə telefon +994 12 930
Email: [email protected]
Mən uşaq olanda elə bilirdim
Böyümək arzuya yetmək deməkdir.....Mən hardan bilərdim ərsəyə çatmaq
Qayğılar içində itmək deməkdir.
Nə qədər böyüsə də içindəki uşaq böyüməyənlərin BAYRAMI MÜBARƏK!
Tariximizin ən şanlı səhifələrindən biri də 1918-ci il 28 maydır. Şərqdə ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirib.
28 May Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik!🇦🇿
Bayramlar insanlar arasındakı qarşılıqlı sevgi və hörmətin möhkəmləndiyi günlərdir. Ramazan bayramı da hər zaman birliyin, dözümlülüyün, saflığın, səmimiyyətin, əzmkarlığın, xeyir və bərəkətin rəmzi sayılıb.
Biz də müqəddəs Ramazan bayramı münasibətilə bütün dünya müsəlmanlarını səmimi qəlbdən təbrik edir, sağlıq, əmin-amanlıq, bol ruzi-bərəkət, birlik, sevgi dolu günlər arzulayırıq.
RAMAZAN BAYRAMINIZ MÜBARƏK OLSUN🌙!
18/05/2020
Düzgün cavabı rəylərdə yazın.
📞(012) 930
📍Bakı şəh., Ş. Bədəlbəyli 94
15/05/2020
“Standard Insurance" Sığorta Şirkətinin Koparativ satış və Tenderlərlə iş Departamentinin Direktoru Anar Xələfov daşınmaz əmlakın icbari sığortası barədə fikirlərini ARB24 kanalı ilə bölüşdü.
Ətraflı məlumatı linkə daxil olaraq əldə edə bilərsiniz:
Daşınmaz əmlakın icbari sığortası (Anar Xələfov) - ARB24 (Gündəm) Copyright © ARB TV Sayt: http://arb24.az Facebook: https://www.facebook.com/arb24tv Instagram: https://www.instagram.com/24.arbtv.az ARB 24 TV - Azərbaycanın...
15/05/2020
Subasma, yanğın, damın aşması və s. xoşagəlməz əmlak hadisələrindən “Standard Insurance” vasitəsilə sığortalanın.
📞(012) 930
📍Bakı şəh., Ş. Bədəlbəyli 94
13/05/2020
Çalışın ki, diqqətiniz yoldan yayınmasın.
📞(012) 930
📍Bakı şəh., Ş. Bədəlbəyli 94
11/05/2020
Gələcəyinizi vaxtında sığortalayın və həyatda gözlənilməz risklərdən qorunun.
📞(012) 930
📍Bakı şəh., Ş. Bədəlbəyli 94
10/05/2020
10 may Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Hörmətlə anırıq.
Bu gün faşizm üzərində Qələbə Günündən 75 il ötür. Qələbə Gününüz Mübarək!
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Ş. Bədəlbeyli 94
Baku
AZ1014
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 10:00 - 15:00 |