Qol.Az
Azərbaycanın ən reytinqli idman saytının rəsmi səhifəsi
“Real”ın baş məşqçisi Xabi Alonso, futbolçulardan Trent Aleksander-Arnold, Din Huysen və klubun əfsanəsi Emilio Butragenyo avtomobil qəzasında həlak olmuş “Liverpul”un futbolçusu Diogo Jotanın xatirəsinə ehtiramlarını bildiriblər.
Hadisə “Liverpul”la bu gün keçiriləcək UEFA Çempionlar Liqasının 4-cü tur oyunundan bir gün əvvəl baş verib.
İspan nəhənginin təmsilçiləri futbolçunun xatirəsinə “Enfild” stadionunda ayrılmış yeri ziyarət edərək ora gül çələngi qoyublar. Mərasim iki klubun nümayəndələrinin iştirakı ilə baş tutub və futbol dünyasında böyük duyğularla qarşılanıb.
04/11/2025
“Qarabağ” top klublara qarşı rahat oynamaq gücündədir” – Vüqar Nadirov
“Çelsi”nin son oyunlarını izləmişəm. Əla formadadırlar, amma inanmıram ki, “Qarabağ” rəqibinə o qədər rahatlıq versin ki, istədikləri oyunu göstərsinlər”.
Bu sözləri QOL. az-a açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirov deyib.
“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda sabah İngiltərənin “Çelsi” klubunu qəbul edəcək. Veteran futbolçu qeyd edib ki, “Çelsi” nə qədər güclü olsa da, “Qarabağ” bu rəqibin öhdəsindən gələ bilər:
“Evdə oynayırıq, bundan maxsimum istifadə etməliyik. Qurban müəllimin bu kimi komandalara qarşı yaxşı təcrübəsi var və lazımi tapşırıqları verəcək. Qalır komandanın meydanda bu tapşırıqların öhdəsindən gəlməyi. “Çelsi”nin əks hucumlarında diqqətli olmalıyıq. Rəqibin heyətində Ceymi Qittens kimi sürətli futbolçu var. İlk hissədə oyuna nəzarəti itirməsək, sərfəli nəticə qazana bilərik”.
V.Nadirov “Qarabağ”ın keçirdiyi hər 3 oyunda çox yaxşı təsir bağışladığını deyib. O, bu görüşlərə əsasən komandanın Liqa mərhələsini orta pillələrdə tamamlamaq gücündə olduğunu bildirib: “Benfika” üzərində qələbəni tarixi qələbə adlandırardım. Çünki hamımıza bəlli olduğu kimi Portuqaliya nəhəngi sıradan bir komanda deyil. Bu qələbə bir növ rəqiblərə həyacan siqnalı idi. “Kopenhagen” də bu il göz oxşayan mövsüm keçirib. Hiss olunurdu ki, Bakıdakı oyunda ilk dəqiqələrdən hücuma atılıb qol və qollar vurmaq istəyirlər. Amma hər şey tam başqa cür cərəyan etdi. “Atletik”lə qarşılaşmada da “Qarabağ” yaxşı çıxış etdi.
Bu görüşlərdən sonra həm “Qarabağ”ın özündə inam yaranıb, həm də futbol ictimaiyyəti və azarkeşlərdə. Amma növbəti rəqiblərimiz olduqca çətindir. Yenə də düşünürəm ki, bundan sonrakı görüşlərdən 4-7 xal ala bilərik. Futbolçular meydanda canlarını qoymalıdırlar. Bu xarakter isə onlarda var. Bir sözlə, verilən tapşırıqlar düzgün icra olunsa, “Qarabağ” top klublara qarşı rahat oynamaq gücündədir. Komanda bunu bütün dünyaya sübut edib”.
04/11/2025
"Çelsi”nin saytı: Azərbaycana ruh yüksəkliyi ilə yollanacağıq”
Noyabrın 3-də “Çelsi” Çempionlar Liqasında “Qarabağ” oyunun hazırlıqları başlayıb.
QOL. az xəbər verir ki, bu barədə London klubunun yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Kobhemdə (“Çelsi”nin bazası) növbəti gərgin həftə başlayır - komanda diqqətini çərşənbə günü keçiriləcək Çempionlar Liqası oyununa yönəldib.
Məlumatda bildirilir: “Sürrey bölgəsindəki məşq bazamızda iş heç vaxt dayanmaz. Baş məşqçi Enso Mareska “Qarabağ”la qarşılaşma yaxınlaşarkən “zadəganlar”ı ciddi şəkildə məşqə cəlb edib.
Şənbə axşamı “Tottenhem” üzərində 1:0 hesablı qələbədən sonra komanda ruh yüksəkliyi ilə Azərbaycana yollanacaq. Qələbə qolunu Moises Kaysedonun ötürməsini dəqiq tamamlayan Joao Pedro vurmuşdu.
Hər iki futbolçu bu məşqdə də iştirak edib. Onlarla yanaşı Andrey Santos, Fakundo Buenanotte, Ceymi Gittens və Tayrik Corc da məşqdə görüntülənib. Müdafiəçilər Jorrel Hato və Tosin Adarabioyo da hazırlıqda olub”.
Qeyd edək ki, “Çelsi” bu gününün ikinci yarısında Bakıya yollanacaq. Onlar Azərbaycan paytaxtına gecə saatlarında çatacaqlar.
ÇL-in 4-cü turunun “Qarabağ” - “Çelsi” oyunu isə noyabrın 5-i yerli vaxtla saat 21:45-də başlanacaq.
03/11/2025
"Əminəm ki, nəticə mütləq gələcək" - Kaxaber Sxadadze
"Futbolçularıma təşəkkür edirəm. Bu gün yaxşı oyun göstərdik. Artıq neçənci oyundur ki, bəxtimiz gətirmir. Bir çox matçlarda belə olub. Əminəm ki, qarşıdakı oyunlarda bəxt də bizim tərəfimizdə olacaq".
QOL. az xəbər verir ki, bu sözləri "Qaəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 10-cu turunda bu gün səfərdə "Sabah"a uduzduqları oyundan sonra mətbuat konfansında deyib.
Gürcüstanlı mütəxəssis 0:1 hesablı məğluniyyəti belə şərh edib: "Birinci hissədə yaxşı oyun göstərdik. Standart vəziyyət zamanı buraxdığımız bir səhv qolla nəticələndi. İkinci hissədə futbolçular daha yaxşı xarakter göstərdi. Bəlkə də, bu əzmkarlığı ilk hissənin əvvəllərində etsəydik, nəticə başqa cür ola bilərdi. Əlimizə düşən qol imkanlarından istifadə edə bilmədik. İkinci hissədə bir qədər irəlidə çoxaldıqca rəqibin də əks hücumları oldu. Hansı ki, bu da normal haldır".
Sxadadze qeyd edib ki, nəticə olmasa da, komandasının oyunu var: "Futbolçularıma bir daha təşəkkür edirəm. Əgər oyun olmasa, başqa cür düşünə bilərik. Lakin görürük ki, oyun var. Buna görə də, əminəm ki, nəticə mütləq gələcək. Sonda “Sabah” komandasını qələbə münasibətilə təbrik edirəm”.
03/11/2025
Sadıq Sadıqov istefa verdi
“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub.
QOL. az xəbər verir ki, bu barədə klubun saytının yaydığı açıqlamada bildirilib.
Məlumatda bildirilib ki, İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilib. O, klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb.
Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib.
Məlumatda o da bildirilir ki, icraçı direktor vəzifəsi İdarəetmə aparatının rəhbəri vəzifəsinin yerinə təsis edilib.
Xatırladaq ki, S.Sadıqov 2009–2015-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti olub. Onun rəhbərliyi altında "Neftçi" 3 dəfə Azərbaycan çempionu və 2 dəfə ölkə kubokunun qalibi adını qazanıb. 2012-ci ildə "Neftçi" Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsində iştirak edib.
03/11/2025
"Çelsi"nin Bakıda nə açıq məşqi, nə də mətbuat konfransı olacaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Çelsi" (İngiltərə) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
QOL. az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin yaydığı məlumatda bildirilib.
Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı noyabrın 4-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Məlumatda o da qeyd edilib ki, qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə İngiltərədə keçiriləcək.
Xatırladaq ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.
03/11/2025
Kubokdakı məğlubiyyətin əvəzini liderlik oyununda çıxdı
Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilib.
QOL. az-ın xəbərinə görə, bu turun mərkəzi matçında çempionluğa namizəd iki əsas komanda - "Şaxtyor" və "Dinamo" (Kiyev) qarşılaşıb. Oyun türkiyəli mütəxəssis Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Donetsk təmsilçisindən Eqinaldu (3), Neverton (54) və Vladislav Kabayev (90+4, avtoqol), "Dinamo"dan isə Vitali Buyalski (56) vurublar.
Bu qələbədən sonra "Şaxtyor" xalını 24-ə yüksəltməklə liderliyini möhləmləndirib. "Dinamo" isə 20 xalla 2-ci yerdə qalıb.
Qeyd edək ki, bu komandalar ötən həftə Ukrayna kubokunun 1/8 finalında üz-üzə gəlmiş, həmin görüşdə "Dinamo" 2:1 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlmişdi.
03/11/2025
"Sabah" "Qəbələ"yə qarşı - Yenilənir
Bu gün Misli Premyer Liqasında 10-cu tura yekun vurulacaq.
QOL. az xəbər verir ki, sonuncu oyun günüdə 1 matç keçiriləcək.
"Sabah" "Qəbələ" ilə qarşılaşacaq. Görüş saat 19:30-da start götürəcək.
Hazırda turnir cədvəlində "Sabah" 15 xalla 6-cı, "Qəbələ" isə 5 xalla 10-cudur.
02/11/2025
İstanbul derbisini "Fənərbaxça" qazandı
Türkiyə Superliqasında 11-ci turun oyunları davam edir.
QOL .az xəbər verir ki, bu gün daha 3 oyun keçirilib.
“Kayserispor” evdə “Kasımpaşa”ya qalib gəlib. “Konyaspor” “Samsunspor”a uduzub. "Fənərbaxça" isə İstanbul derbisində “Beşiktaş”a qalib gəlib. Əzəli rəqiblərin oyununda "Beşiktaş" 2:0 hesabı ilə önə keçsə də, "Fənərbaxça" 3 qol vuraraq əzmkar qələbə qazanıb.
2 noyabr
Türkisə Superliqası, 11-ci tur
"Konyaspor" – "Samsunspor" - 1:3
Qollar: U.Nayir, 59 – Musaba, 5. Ndiaye, 13. Bazor, 57-öz qapısına.
"Kayserispor" – "Kasımpaşa" - 3:2
Qollar: Soyalp, 11. Densvill, 32 – Vink, 19. Kanatsızkuş, 67.
"Beşiktaş" – "Fənərbağça" - 2:3
Qollar: Ture, 5. E.Topçu, 22 – İ.Yüksək, 32. Asensio, 45+3. C.Duran, 83.
Turnir cədvəlinə 26 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 25 xalla 2-ci, "Trabzonspor" 24 xalla 3-cüdür.
02/11/2025
Kurban Berdıyevin mətbuat konfransından/
- "Turan Tovuz" hazırda liderdir. Milliyə yalnız Faiq Hacıyev cəlb edilir. Artıq o da komandanızda start heyətində yer almır. Bu, sizi qayğılandırır?
- Təkcə Faiqə yox, digərlərinə də aiddir, kim güclüdürsə o da oynayır.
(Ətraflı şərhdəki linkdə)
02/11/2025
Ayxan Abbasov:
- Mənim də arzum idi ki, "Turan Tovuz" süni örtüklü meydançadan təbii örtüklü meydançaya keçsin. Məncə, tələsdilər. Nə qorxulu idi? P*s zədələr ola bilərdi. Çünki ot yerində qalmırdı. Amma nə edək, oynamaq lazım idi. Meydança sərt oyunu tələb edirdi.
- Millidən...
- Millidən danışmayacam. Rəqib baş məşqçilər bir az etiraz edirlər. Mətbuat konfransı çox çəkdiyi üçün. Allah qoysa, millinin mətbuat konfransında suallarınıza cavab verərəm. Keçən həftə Qəbələdə də oldu, məşqçilər etiraz edir ki, Ayxan Abbasovun mətbuat konfransı çox çəkir, millidən danışır. Buna riayət edək. Vacib suallarınıza cavab verəcəm.
(Ətraflı şərhdəki linkdə)
02/11/2025
“Turan Tovuz” doğma məkana qayıdışını qələbə ilə qeyd etdi.
“Turan Tovuz” - “Şamaxı” - 2:1
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Əhməd Cəmil Küçəsi, 64/66
Baku
AZ1000