Azfar Group

Azfar Group

Share

Azfar Group şirkəti tam infrastruktura malik həvəskar futbol meydançalarının tikintisi və icarəsi üzrə ixtisaslaşmışdır.

2008-ci ildə təsis edilmiş Azfar Group şirkəti tam infrastruktura malik həvəskar və peşəkar futbol meydançalarının tikintisi və idarə edilməsi üzrə ixtisaslaşmışdır.

Şirkətimiz bu illər ərzində uğurla fəaliyyət göstərərək ölkəmizdə həvəskar futbolun inkişafına və idmana olan marağın artırılmasına böyük töhvə vermişdir. Bu istiqamətdə Azfar Group beynəlxalq təcrübədən (dəqiq mühəndis hesablamaları), yararlanır müasir standartlara cavab verən tikinti materiallarından (süni ot örtüyü, xüsusi konstruksiyalar) istifadə edir və müştərilərə təklif etdiyi xidmətlər paketini (istirahət zonası, avtodayanacaq, açıq və qapalı tipli stadionlar) daim genişləndirir. Azfar Group öz fəaliyyətini iki əsas istiqamət üzrə heyata keçirir:

Futbol meydançalarının icarəyə verilməsi

Şirkətimiz dostlarınızla birlikdə maraqlı oyun keçirmək üçün hər cür rahatlığa malik yüksək keyfiyyətli futbol meydançalarını təklif edir.
Əsl oyun həyəcanı yaradan süni ot örtüyü ilə sərilmiş açıq və qapalı tipli futbol meydançalarımız xidmətinizdədir. Oyundan sonra komanda yoldaşlarınızla birgə istirahətinizi xüsusi ayrılmış zonada çay süfrəsi ətrafında davam etdirə bilərsiniz. Sizə təqdim olunan videofayl isə oyunun maraqlı anlarını yenidən izləməyə imkan yaradacaqdır. Futbol meydançalarının tikintisi

Yüksək peşəkarlığa malik komandamız ən son tikinti materialları və avadanlıqlarından istifadə edərək keyiyyətli futbol meydançalarının tikintisini, yenidən qurulmasını və təmirini öz öhdəsinə götürür. Meydançalarımız müasir tipli süni ot örtüyü, dəqiq mühəndis hesablamaları və bütün standartlara uyğunluğu ilə fərqlənir.

27/09/2025

Şəhidlərimizi hörmət və ehtiramla anırıq!

20/01/2024
Photos from Azfar Group's post 02/11/2023

Category

Address


Baku