GoldenPay
Azərbaycanın ən böyük internet ödəmə sistemi
Azərbaycanda müştərilərinə elektron xidmətlərini ən sərfəli, müasir, rahat və keyfiyyətli şəkildə təqdim edən, ölkənin nömrə bir seçimi olmaq, öz imic və peşəkarlıq səviyyəsinə görə qabaqcıl şirkətlərindən birinə çevrilmək.
15/05/2026
Goldenpay əməliyyatların təhlükəsizliyi üzrə beynəlxalq PCI DSS 4.0.1 (Payment Card Industry Data Security Standard) sertifikatını əldə etdi!
Müvafiq audit və yoxlamaların aparılmasından sonra ödənişlərdə tətbiq edilən təhlükəsizlik mexanizmlərinin beynəlxalq tələblərə tam uyğun olması təsdiqlənmişdir.
Şirkətimizin PCI DSS 4.0.1 standartına uyğunluğu onun təhlükəsiz ödəniş mühitini və fintex ekosistemində etibarlı tərəfdaş mövqeyini bir daha göstərdi.
10/05/2026
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasından 103 il ötür.
Ömrünü Azərbaycanın inkişafına, dövlətçiliyinin möhkəmlənməsinə və xalqına xidmətə həsr edən Ulu Öndəri doğum günündə dərin ehtiramla yad edirik.
Goldenpay (Pulz), ölkəmizdə “Açıq bankçılıq” ekosisteminə qoşulan ilk iki elektron pul təşkilatından biri oldu!
Mərkəzi Bankın təşəbbüsü ilə yaradılan bu ekosistem ölkəmizdə innovativ ödəniş həllərinin tətbiqini sürətləndirməyi və istifadəçilər üçün daha əlçatan imkanlar yaratmağı hədəfləyir.
“Açıq bankçılıq” inteqrasiyanın üstünlükləri:
- Pulz hesabını digər bank tətbiqlərindən izləmək və idarə etmək;
- Gündəlik maliyyə əməliyyatlarına daha rahat nəzarət;
- Məlumatların təhlükəsizliyi üçün yeni imkanlar.
17/03/2026
Bu həftə ölkəmizdə və dünyada "Qlobal Pul Həftəsi" çərçivəsində müxtəlif maarifləndirici təşəbbüslər həyata keçiriləcək. Kampaniya uşaq və gənclərin maliyyə savadlılığını artırmaq, onlara pulun dəyərini, büdcənin düzgün idarə olunmasını və maliyyə qərarlarını daha şüurlu şəkildə verməyi öyrətmək məqsədi daşıyır.
Bu il sloqanı ilə həyata keçirilən fəaliyyətlərlə yanaşı, uşaqlara pul barədə daha çox məlumat verək, gənc nəslin maliyyə savadlılığına dəstək olaq.
31/12/2025
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!✨
Goldenpay komandası olaraq xalqımıza sülh, əmin-amanlıq, bərəkət və firavanlıq arzu edirik. Həmrəyliyimiz daimi olsun! 🇦🇿
Goldenpay komandası “Bakı Fintex Forumu 2025”də!
Forum çərçivəsində yeni məhsulumuz Pulz e-cüzdan tətbiqi ilk dəfə fintex dünyasına təqdim olundu.
Şirkətimizin baş icraçı direktoru Eynar Abdullayev çıxışı zamanı Goldenpay-in 18 illik inkişaf yolu, son dövrdə əldə etdiyi nailiyyətlər, rəqəmsal ödənişlər sahəsindəki yeniliklər və gələcək planlar barədə məlumat verdi.
Tədbirdə Pulz stendi böyük marağa səbəb oldu. Forum iştirakçıları stenddə tətbiqin funksionallıqları və təqdim etdiyi imkanlarla yaxından tanış oldular.
01/10/2025
Şirkətimizin baş icraçı direktoru Eynar Abdullayev 29 sentyabr 2025-ci ildə Bakı Konqres Mərkəzində keçirilən "INMerge" İnnovasiya Sammitində “Fintex, Telekommunikasiya və Bankçılıq - Sektorlar arasındakı sinerjinin araşdırılması” panelində iştirak etdi. İştirakçılar bu sahələrin kəsişməsində yaranan imkanlar, əməkdaşlıq fürsətləri və innovasiyanı sürətləndirən amillər barədə geniş fikir mübadiləsi apardılar.
14/07/2025
Ölkənin ilk fintex şirkəti Goldenpay 18 ildir ki, sizinlədir!🎉
Müştərilərimizin məmnuniyyəti və etimadı bizim üçün hər zaman ən böyük motivasiya olub.
Goldenpay komandası olaraq, fəaliyyətimiz ərzində bizi seçdiyiniz üçün təşəkkür edirik!🙏 Daha böyük nailiyyətləri bölüşmək diləyilə! 🤝
08/03/2025
Əziz xanımlar, varlığınız dünyanı gözəlləşdirir!✨😌
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə sizi təbrik edirik! Arzu edirik ki, üzünüzdən təbəssüm, həyatınızdan xoşbəxtlik əskik olmasın.🌹
26/02/2025
Xocalı soyqırımının 33-cü ildönümündə faciə qurbanlarını dərin hüznlə yad edir, hər birinə Allahdan rəhmət diləyirik!🥀
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Cəfər Cabbarlı Küçəsi, 609
Baku
AZ1065
Opening Hours
| Monday | 10:00 - 18:00 |
| Tuesday | 10:00 - 18:00 |
| Wednesday | 10:00 - 18:00 |
| Thursday | 10:00 - 18:00 |
| Friday | 10:00 - 18:00 |