Az-Pack
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Az-Pack, Plastic Manufacturer, H. Aliyev 152, Baku.
Biz 2012-ci ildən qurulmuş
istehsal sahəsi və təcrübəli
mütəxəssislərimizlə, PET
preformalar,
SBC və HDPE qapaqlar, IML
qabları, PS / PP listləri və yüksək
keyfiyyətlə çap olunmuş PS / PP
qablar istehsalı üzrə ixtisaslaşmıq.
10/10/2025
Keyfiyyət istehsaldan başlayır, hər qabda hiss olunur✅
Quality starts at production and is felt in every container✅
28/05/2025
28 May – sadəcə təqvimdəki bir gün deyil. O gün azadlıq danışdı, xalq iradə göstərdi, bir cümhuriyyət doğuldu.
Qürurla deyirik: “Made in Azerbaijan”🇦🇿🇦🇿🇦🇿
07/05/2025
İstehsal etdiyimiz preformalar, davamlılıq, şəffaflıq və dəqiqlik baxımından yüksək standartlara cavab verir.
✅ Qida təhlükəsizliyi
✅ Fərqli ölçü və rənglərin mövcud olması
✅ Xammal keyfiyyətinə zəmanət
✅BPA-sız və qida ilə təmas üçün tam uyğundur
📦İstehsalınız üçün ən doğru başlanğıc!
📩 Ətraflı məlumat və sifariş üçün bizimlə əlaqə saxlayın.
01/02/2022
Dəyərli müştərimiz .az üçün istehsal etdiyimiz sadə bir o qədərdə gözalıcı dizaynla hazırlanmış qablar😍
Işimizin peşəkarıyıq😊
09/06/2020
01/06/2020
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.
28/05/2020
Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün bu tarixdən 102 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı.
Bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulayırıq.
Çətinliklə əldə edilən müstəqilliyimizi bütün vasitələrlə qoruyaq və möhkəmləndirək!
Respublika gününüz mübarək olsun!
29/03/2020
🔸AZ-PACK MMC Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürülməsi təşəbbüsünə qoşulub.
🔸Bu gün bütün bəşəriyyət üçün qlobal təhdidə çevrilmiş pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayan AZ-PACK MMC şirkəti koronavirusla mübarizədə aktiv olmağa, sosial izolyasiya şəraitinin tələblərinə uyğun davranmağa, özlərini və ətrafdakı insanları qorumaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına və gigiyenik qaydalara ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərdə toplaşmamağa çağırır.
26/02/2020
Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər.
Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi isə hələ də indiyədək məlum deyil.
🔷Bizimlə əlaqə:
[email protected]
(+99451) 207 20 07
https://www.instagram.com/azpack.az/
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
H. Aliyev 152
Baku
AZ1029
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 15:30 |