AzVision

AzVision

Share

Ölkənin və dünyanın xəbər məkanına Azərbaycanlı Baxışı Vaxtında. Aydın. Lazımlı

05/09/2026

🇮🇷🇺🇸 Amerikanın tətbiq etdiyi blokada və sanksiyaların gücləndirilməsi kampaniyası İranın iqtisadiyyatına getdikcə daha çox təsir göstərməyə başlayır.
İkinci dərəcəli sanksiyaların genişləndirilməsi Tehranın dollar əməliyyatlarına və xarici maliyyələşməyə çıxışını məhdudlaşdırır. Köhnə sanksiyalardan yayınmaq üçün işlənmiş sxemlər getdikcə sıradan çıxır. Əgər bir il əvvəl İran gündə 1,7 milyon barel neft sata bilirdisə, indi həmin rəqəm 260.000 barelə qədər azalıb.
Birləşmiş Ərəb Əmirliklərinin İranla ticarət və maliyyə əməliyyatlarını dayandırması əlavə zərbə olub. Nəticədə ölkənin xarici ticarətinin əsas kanallarından biri ciddi şəkildə pozulub. Prezident Pezeşkianın sözlərinə görə, İranın ümumi ticarət dövriyyəsi 25–35% azalıb.
İqtisadi problemlər əhaliyə təsir edir: rialın məzənnəsi bir il ərzində iki dəfədən çox düşüb, illik inflyasiya 69,9%-ə çatıb, orta aylıq əmək haqqı isə təxminən 125 dollar təşkil edir. Halbuki əsas məişət xərcləri təxminən 450 dollardır.

03/09/2026

Melburn Universitetində Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə Afaq Yusiflinin təhsil haqqının ödənilməsilə bağlı yaranmış problem Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin nəzarətinə götürülüb.
Azərbaycan Respublikasının Kino Agentliyinin yaydığı açıqlamada deyilir ki, Afaq Yusiflinin təhsil haqqı qismən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində ödənilirdi. Nazirlik bu istiqamətdə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, digər tərəf vəsaiti vaxtında köçürmədiyinə görə təhsil haqqının ödənilməsində problem yaranıb.
"Artıq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin tərəfindən vəsaitin qalan hissəsinin də ödənilməsi üçün lazım olan addımların atılmasına başlanılıb. Məsələ ən qısa zamanda tam həllini tapacaqdır",- açıqlamada deyilir.

31/08/2026

Qırızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşklatının sammitinə gələn ölkələri qarşılamaq üçün yeni metod tətbiq olunub. Dirəklərdə həmin ölkələrin bayraqlarını asmaq əvəzinə monitor quraşdırılıb və bayraqlar növbə ilə monitorda əks olunur.

Photos from AzVision's post 31/08/2026

Qırğızıstana işgüzar səfər edən İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təqdim olunan bu oyuncaqlar (Qar bəbiri) VI Ümumdünya Köçəri Oyunlarının maskotları -talismanıdır. Oyunların açılış mərasimi bu gün baş tutacaq.

31/08/2026

🇦🇿🇦🇲 Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir.

31/08/2026

🇷🇺🇦🇲 prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti, hazırda təcridxanada saxlanılan Robert Köçəryanı ad günü münasibətilə təbrik edib. “Rusiyada Sizin ölkələrimizin arasında dostluq münasibətlərinin inkişafına verdiyiniz şəxsi töhfələri unutmurlar”,- deyə təbrikdə bildirilir. Putin həmçinin Köçəryana “üzləşdiyi sinaqların qarşısında dəyanətli olmağı” arzulayıb.

31/08/2026

🇺🇸🇮🇷 prezidenti Donald "Truth Social" hesabında İranın Xark adasında zərbə endirilməsinin ilə generasiya olunmuş videosunu paylaşıb. O, videonu "Xark adası darmadağın edildi" sözlərilə müşayiət edib.

Photos from AzVision's post 29/08/2026

🛰 İnqilabi missiya: İlk dəfə ekzoplanetləri görəcəyik

Bu gecə NASA “Nensi Qreys Roman” (Nancy Grace Roman) kosmik teleskopunu orbitə yola salacaq.
“Habbl” teleskopunun anası kimi tanınan Nensi Qreys Roman (1925–2018) NASA-nın astronomiya şöbəsinin ilk rəhbəri olub. O, Kainatın Yerin atmosferindən kənardan - kosmosdan öyrənilməsini əsaslandırıb və bu istiqamətdə ilk layihəyə rəhbərlik edib.
“Nensi Qreys Roman” teleskopu Yerdən 1,5 milyon kilometr məsafədə yerləşən Laqranj (L2) nöqtəsində yerləşəcək. “Ceyms Uebb” teleskopu da hazırda oradadır. L2 nöqtəsində Yer ilə Günəşin cazibə qüvvəsi bir-birinə bərabər olduğu üçün qravitasiya tarazlığı yaranır və orada yerləşən obyektlər sabit qalır.
Teleskop milyondan çox insanın adı yazılmış yaddaş kartını da özü ilə kosmosa aparıb. Layihənin hazırlıq mərhələsində NASA kosmos həvəskarlarına belə bir imkan yaratmışdı: arzulayanlar Agentliyin saytına müraciət edərək, adını yazdıra bilərdilər.
Davamı ⬇️

29/08/2026

🤔 Dünyada hər dəfə heç kəsin gözləmədiyi qlobal hadisə baş verəndə “Qara qu quşu”ndan danışmağa başlayırlar.
❗️“Qara qu quşu” - proqnozlaşdırması çətin olan hadisədir. Bu cür hadisələr dünya haqqında təsəvvürümüzü kökündən alt-üst edir, onun əsaslandığı hər şeyin kifayət qədər etibarsız və hətta xəyali konstruksiya olduğunu göstərir.
Ətraflı ⬇️

28/08/2026

Kəlbəcərə dolu yağır...

Telephone

Address


Bül-Bül Prospekti, 41/43
Baku
AZ1000