Code Academy
Code Academy 4 sahə üzrə mütəxəssis yetişdirən müasir tədris mərkəzidir. Tədris olunan istiqamətlər: Tədris olunan istiqamətlər:
1. Proqramlaşdırma
2. Dizayn
3.
IT və Kiber Təhlükəsizlik
4. Digital Marketinq
Yüksək Texnologiyalar Parkında 2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayır. Məqsədimiz Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəstəkləmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir. Code Academy-nin təhsil strategiyasının əsas hədəflərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə daimi ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəsislər yetişdirir. Məzunların uğurlu karyera qurması Code Academy-də təhsilin müasir dövrün tələblərinə tam olaraq cavab verdiyinin ən bariz nümunəsidir. Eyni zamanda, təhsillərini müvəffəqiyyətlə başa vuran tələbələr beynəlxalq sertifikatlar əldə edə bilərlər. Beləliklə, onlar yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da uğurlu karyera qurmaq şansına malik olurlar.
AI hər gün dəyişirsə, öyrəndiklərim necə aktual qalacaq? 🤖
AI for Everyone tədrisində yeni alət və yeniliklər proqramda operativ şəkildə tətbiq olunur. Amma bu proses tədris bitəndə dayanmır.
Məzun olduqdan sonra AI community-mizə qoşularaq:
* AI sahəsindəki yenilikləri izləyə,
* faydalı material və qeydlərə çıxış əldə edə,
* community üzvlərinə özəl seminar və workshoplarda iştirak edə biləcəksən.
Yəni AI for Everyone ilə öyrənmək tədris bitdikdən sonra da davam edir.
Universitetə qəbul ola bilmədin və ya seçdiyin ixtisasın sənə uyğun olmadığını düşünürsən?
Uğurlu karyera qurmaq üçün universitet tək seçim deyil. Code Academy-də özünə uyğun sahəni seç, yeni bacarıqlar qazan, diplomunu al və sevdiyin peşəyə başla, BirKart ilə tədris ödənişlərini 6 aya qədər faizsiz böl.
Universitetə qəbul ola bilmədin və ya seçdiyin ixtisasın sənə uyğun olmadığını düşünürsən?
Uğurlu karyera qurmaq üçün universitet tək seçim deyil. Karyera seçimi ilə bağlı suallarını Açıq Qapı günündə gəl birlikdə cavablandıraq. ✨
📅 21 Avqust
🕒 15:00
📍 Code Academy
Səni gözləyirik!
Code Inspiration Days seriyasının növbəti qonağı ABŞ-da fəaliyyət göstərən CSM Law Office şirkətinin Head of Operations-ı, Columbia Universitetinin tam təqaüdlü məzunu və PMP sertifikatlı mütəxəssis Sabina Quliyeva oldu.
Söhbət zamanı tələbə və məzunlarımız ABŞ-da beynəlxalq layihələrin idarə edilməsi, AI və rəqəmsal transformasiya, liderlik və strateji qərarvermə haqqında dəyərli fikirlər əldə etdilər.
Code Inspiration Days seriyası davam edir, növbəti qonaqlarımızla tezliklə görüşəcəyik.
Digital marketinq tədrisində nələri öyrənəcəksən? 📱
Digital marketinq geniş sahədir və fərqli istiqamətlər üzrə ixtisaslaşmaq üçün bir çox imkan yaradır. Bu tədrisdə isə həm əsasları, həm də bazarda aktiv istifadə olunan alət və yanaşmaları öyrənəcəksən.
Bu videoda Digital Marketing tədrisinin Proqram Rəhbəri Aydan Salayeva, 10 moduldan ibarət tədris proqramını və yenilənmiş AI alətlərini izah edir.
Code Inspiration Days seriyasının növbəti qonağı iki dəfə startap təsisçisi olmuş, Meta və WhatsApp-da mühəndis kimi çalışmış Sabir Alizadə oldu.
Söhbət zamanı tələbə və məzunlarımız beynəlxalq mühəndislik karyerası qurmaq, milyarddan çox istifadəçiyə çatan məhsullar yaratmaq, startap qurmaq və AI sahəsində məhsul inkişaf etdirmək haqqında dəyərli fikirlər əldə etdilər.
Code Inspiration Days seriyası davam edir, növbəti qonaqlarımızla tezliklə görüşəcəyik.
10/08/2026
Code Academy haqqında məzunlarımız nə düşünür? 💬
Gəlin, onların təcrübələrini özlərindən eşidək.
Bir seçim gələcəyini müəyyən etmir. ✨
Bəzən seçdiyin ixtisas sənə uyğun olmur. Bəzən isə ümumiyyətlə fərqli bir yol seçmək istəyirsən. Hər iki halda karyeranı yenidən formalaşdırmaq mümkündür.
Sevdiyin ixtisası seçmək üçün heç vaxt gec deyil. 🚀
AI hər kəs üçündür. 🤖
Fərqli peşələrdən olan tələbələrimiz AI for Everyone tədrisində qazandıqları təcrübəni və hazırladıqları layihələri bizimlə paylaşdılar. ✨
Sən də AI for Everyone tədrisinə qoşul və süni intellekti öz sahəndə tətbiq etməyə başla.
Category
Contact the school
Telephone
Website
Address
Nizami Küç. 203B, AF Business House, 2-ci Mərtəbə
Baku
1010
Opening Hours
| Monday | 10:00 - 20:00 |
| Tuesday | 10:00 - 20:00 |
| Wednesday | 10:00 - 20:00 |
| Thursday | 10:00 - 20:00 |
| Friday | 10:00 - 20:00 |
| Saturday | 10:00 - 20:00 |
| Sunday | 10:00 - 20:00 |