Baku Reds

Baku Reds

Share

Baku Reds. Official Supporters Club of Manchester United in Azerbaijan 🇦🇿 🇾🇪
Telegram: t.me/Bakuredsaz

10/06/2026

Fabrizio Romano:

“Barselona” Markus Raşfordun 30 milyon avroluq birdəfəlik satınalma opsiyasını aktivləşdirməyəcək, onun müddəti 5 günə başa çatır. Markus rəsmi şəkildə “Mançester Yunayted”ə qayıdır. “Barsa” danışıqlar masasına qayıtmağa hazırdır, əgər “Yunayted” mövqeyini dəyişib başqa variantları, məsələn, daha bir icarə müzakirə etməyə razı olarsa".

10/06/2026

“Mançester Yunayted” Premyer Liqa rəhbərliyinə baş verən dəyişiklikləri nəzərə alaraq oyunçuların siyahılarını göndərdi.

Bu yay klubu Kazemiro, Tayrell Malasiya, Ceydon Sanço, Sonni Alcofrey, Ceyms Beyli və Malakay Şarp tərk edir.

Dermot Mi, Albert Mills və Dante Plankettə klub yeni müqavilə təklif edib ( * ilə qeyd olunub).

A Siyahısı, 30 iyun tarixinə 24 yaşa qədər olan oyunçuları əhatə edir:

Qapıçılar: İlay Harrison, Solomon Honor, Senne Lammens, Dermot Mi*, Uill Merdok, Radek Vitek.

Müdafiəçilər: Harri Amass, Den Armer, Patrik Dorqu, Tayler Fredrikson, Eyden Heven, Luis Cekson, Ceyden Kamason, Dieqo Leon, Ris Munro, Habib Oqunneye, Ceyms Overi, Leni Yoro.

Yarımmüdafiəçilər: Tobi Kollyer, Ceykob Deveyni, Ceysi Fitzcerald, Cek Fletçer, Tayler Fletcher, Den Qor, Amir İbraqimov, Seku Kone, Kobbi Meynu, Finli MakAllister, Cek Murhaus, Cim Tveyts.

Hücumçular: Amad, Qabriele Byankeri, İtan Ennis, Enzo Kana-Biyik, Şey Leysi, Samuel Lusale, Bendito Mantato, Eşton Missin, Viktor Musa, Çido Obi, Benyamin Şeşko, Ceyms Skonlon, İtan Uitli, İtan Uilyams.

B Siyahısı, 30 iyun tarixinə 24 yaşdan yuxarı olan oyunçular:

Qapıçılar: Altay Bayındır, Tom Hiton, Andre Onana.

Müdafiəçilər: Dioqu Dalo, Matteys de Lixt, Harri Maquayr, Lisandro Martines, Nussair Mazraui, Lyuk Şou.

Yarımmüdafiəçilər: Bruno Fernandeş, Meyson Maunt, Manuel Uqarte.

Hücumçular: Mateus Kunya, Brayan Mbeumo, Markus Raşford, Coşua Zörkzi.

Akademiya müqaviləsi olan oyunçuların siyahısı:

Qapıçılar: Kameron Börn-Hyuz, Çarli Hardi, Fred Hit, Zakari Uotson.

Müdafiəçilər: Yuel Helafu, Qodvill Kukonki, Albert Mills*, Dante Plankett*, Ceyden Nqvaşi, Ceykob Uotson.

Yarımmüdafiəçilər: Reyf MakKormak, Cey MakEvoy, Cariya Şah.

Hücumçular: Noa Acayi, Neytan Barbosa, Lui Bredberi, Nataniell-Cunior Braun.

10/06/2026

Kay Runi 😳

09/06/2026

Transfer xəbərləri:

- BBC Sport jurnalisti Saymon Stoun: “Mançester Yunayted” Kristian Romeroya maraqla bağlı xəbərləri təsdiqləmir. İndi digər mövqeləri gücləndirmək üçün kəskin ehtiyac olduğu halda daha bir mərkəz müdafiəçisi almaq açıq-aşkar addım kimi görünmür".

- İnsayder Sam C də Romero ilə bağlı xəbərləri təkzib edir: “Mançester Yunayted” ilə Kristian Romero arasında hazırda heç nə baş vermir. Transfer pəncərəsinin bu mərhələsində “Yunayted” mərkəz müdafiəçisi almaq niyyətində deyil. Yəqin ki, bu sadəcə oyunçunun agentinin vəziyyəti qızışdırmaq üçün yaratdığı kiçik səs-küydür".

09/06/2026

“Mançester Yunayted” nəhayət “Milan”la keçiriləcək mövsümöncəsi matçı rəsmi olaraq elan etdi, halbuki The Athletic hələ aprelin əvvəlində oyuna dair bütün məlumatı dərc etmişdi.

Oyun 15 avqustda Polşanın Vrotslav şəhərində “Tarçinski Arena” stadionunda keçiriləcək. Biletlərin ön satışı 9 iyun, ümumi satış isə 13 iyun tarixində başlayacaq.

“Milan”la oyunun rəsmi elanını şərh edən Ceyson Uilkoks: "Biz mövsümöncəsi turumuzu Vrotslavda “Milan”la vacib görüşlə başa vuracağımız üçün sevinirik.

Beş ölkədə və altı gözəl şəhərdə keçiriləcək bu matçlar 2026/27 mövsümünə əla hazırlıq olacaq və Avropanın hər yerindəki inanılmaz azarkeşlərimizlə ünsiyyət qurmaq üçün dəyərli fürsət olacaq".

“Yunayted”in mövsümöncəsi təqvimi:

18 iyul, şənbə: “Reksem” Helsinkidə (Finlandiya)

24 iyul, cümə: “Rusenborq” Trondheymdə (Norveç)

1 avqust, şənbə: “Atletiko Madrid” Stokholmda (İsveç)

8 avqust, şənbə: PSJ Göteborqda (İsveç)

12 avqust, çərşənbə: “Lids” Dublində (İrlandiya)

15 avqust, şənbə: “Milan” Vrotslavda (Polşa)

08/06/2026

"Mançester Yunayted" Danimarka yığmasının matçı zamanı meydanda huşunu itirən Kristian Eriksenə dəstəyini ifadə etdi.

"Mançester Yunayted"də hər kəs Danimarka yığmasından, matç zamanı baş verən insidentdən sonra Kristian Eriksenin özünü yaxşı hiss etdiyi barədə xəbərlərdən ruhlanıb.

Biz Kristian və onun ailəsinə dəstək və başsağlığı bildirir, əlavə xəbərləri gözləyirik", - "Yunayted"in sosial şəbəkələrdəki bəyanatında deyilir.

08/06/2026

Mərakeşdəki müxtəlif mənbələrin yazdığına görə, Nussair Mazraui çiyin çıxığı səbəbindən ən azı 10 gün buraxacaq və bu şənbə günü keçiriləcək yığmasının Braziliya komandasına qarşı matçında iştirak edə bilməyəcək.

Hələ də Mərakeş federasiyasından heç bir rəsmi bəyanat yoxdur, hələlik hər şey baş məşqçinin sözləri ilə məhdudlaşıb: "Ümid edirəm ki, zədələnmiş oyunçularla hər şey qaydasında olacaq və onlar çempionatın ilk matçında bizə kömək edə biləcəklər".

08/06/2026

Braziliyanın ESPN telekanalı bildirir ki, Ederson yığmaya çağırışı tamamilə gözləmirmiş. O, bazar günü səhər dostunun Kampu-Qrandedəki toyunda istirahət edərkən federasiya əməkdaşlarından gələn zənglər dalğası ilə oyandı, onlar ona Karlo Ançelottinin onu seçdiyini bildirdilər.

Edersona Nyu-Yorka bilet göndərdilər, amma məlum oldu ki, onun yanında yalnız şəxsiyyət vəsiqəsi var, xarici pasportu isə Riodadır. Nəticədə qohumlarından biri pasportu gətirmək üçün San-Paulu hava limanına 400 kilometrdən çox yol qət etdi. Bu arada Edersonun arvadı tələsik mağazalar gəzirdi, çünki toy üçün o, yanında yalnız kiçik bir çanta götürmüşdü.

Nəticədə, Ederson vaxtında uça bildi və bu səhər Braziliya yığmasının dünya çempionatı ərzində bazasının yerləşdiyi Nyu-Yorka gəldi.

08/06/2026

Sully:

"Mançester Yunayted" Mateuş Fernandeşin transferi ilə bağlı "Vest Hem"lə danışıqlara başlayıb.

"Yunayted" "Vest Hem"in tələb etdiyi 80 milyon funt ödəmək niyyətində deyil və ideal halda uzun sürən transfer dastanından qaçmaq istəyər.

Əlavə faktor kimi, Devid Sallivanın gedişindən sonra "Vest Hem"in daxilində qeyri-sabit vəziyyət yaranıb. Bildirilir ki, klubda daxili xaos var ki, bu da oyunçunun gələcəyi ilə bağlı qərarlara potensial təsir edə bilər".

08/06/2026

Ederson sosial şəbəkələrdə:

"Tanrının planları həmişə mənimkilərdən daha genişmiqyaslıdır. Dünyanın ən böyük yığmasının bir hissəsi olmaq - böyük şərəfdir.

Uesli, biz həmişə yanında olacağıq! Braziliya, gəlin bir olaq!".

Want your business to be the top-listed Media Company in Baku?
Click here to claim your Sponsored Listing.

Website

Address


Baku