Samir Mehdiyev
Marketinq üzrə professional xidmətlər.
17/08/2026
İlon Maskın sahibi olduğu "SpaceX" süni intellekt əsaslı kodlaşdırma platforması "Cursor"u 60 milyard dollara satın alıb.
Bu proses aprel ayında iki şirkət arasında model təlimi sahəsində başlanan əməkdaşlıqla tətiklənmişdi. Sövdələşmədən sonra "Cursor" "SpaceX"in nəhəng GPU infrastrukturuna birbaşa çıxış əldə edəcək ki, bu da onlara daha təkmil və sərfəli süni intellekt modelləri hazırlamağa imkan verəcək.
Digər tərəfdən, "SpaceX"in "xAI" ilə birləşməsi nəticəsində şirkət fəaliyyətini "SpaceXAI" adı altında davam etdirir. Artıq yenilənmiş strukturla fəaliyyətə başlayan "Cursor" və "SpaceXAI" birlikdə "Grok 4.5" və dərhal ardınca "Grok 4.6" modellərini bazara çıxarıblar.
17/08/2026
WhatsApp-a dələduzları dərhal tanıyan və sizi xəbərdar edən süni intellekt funksiyası gəlir!
WhatsApp “Scam Alert” adlı yeni funksiyanı məhdud beta çərçivəsində sınaqdan keçirir.
Süni intellekt şübhəli mesajları birbaşa cihaz üzərində təhlil edərək dələduzluq ehtimalını aşkar edəcək.
Şübhəli hal aşkarlandığı təqdirdə, yalnız istifadəçinin görə biləcəyi xəbərdarlıq göstəriləcək.
İstifadəçi söhbəti bloklaya, şikayət edə və ya davam etdirə biləcək.
17/08/2026
🚀 Google Ads-də dil hədəfləməsi ilə bağlı mühüm dəyişiklik
Sentyabrın sonundan etibarən Google, Search və Performance Max kampaniyalarında Language Targeting sistemini daha sadə hala gətirir.
🔎 Search kampaniyalarında kampaniya səviyyəsində ayrıca dil seçimi aradan qalxacaq. Google reklamların hansı dildə hazırlandığını — yəni ad copy və kreativlərin dilini — əsas götürərək onları uyğun istifadəçilərə göstərəcək.
⚡ Performance Max kampaniyalarında isə yanaşma kanala görə fərqlənəcək:
Google Search üzərində kampaniya səviyyəsindəki dil seçimi artıq nəzərə alınmayacaq. Reklamlar Search kampaniyalarında olduğu kimi məzmunun dilinə uyğun göstəriləcək.
YouTube, Display, Discover və Gmail kanallarında isə mövcud dil hədəfləməsi qüvvədə qalacaq və auditoriyanın müəyyənləşdirilməsində rol oynamağa davam edəcək.
🤖 AI seçimi də daha aktiv olacaq: Eyni auditoriyaya uyğun bir neçə kampaniya olduqda, Google süni intellekt vasitəsilə həmin istifadəçi üçün ən uyğun reklam dilini avtomatik müəyyən edəcək.
⚙️ Hesabda hər hansı dəyişiklik etməyə ehtiyac varmı?
Xeyr. Heç bir texniki müdaxilə tələb olunmur. Keçid prosesi tam başa çatana qədər interfeysdə mövcud dil seçimlərini görmək mümkün olacaq.
Ümumilikdə, bu yenilik media buying və PPC idarəçiliyində kampaniya strukturunu sadələşdirən və optimizasiyanı daha çevik edən faydalı dəyişikliklərdən biridir. 💡
14/08/2026
Instagram LOGOSUNU YENİLƏDİ ! 💥
10 ildən çoxdur istifadə etdiyimiz tanış loqo artıq dəyişir.
Instagram rəhbəri Adam Mosseri-nin sözlərinə görə, yeni dizaynın məqsədi daha “cleaner and more modern” — daha təmiz, sadə və müasir görünüş yaratmaqdır.
14/08/2026
Ya sevdiyin işi gör, ya da gördüyün işi sev 👍
13/08/2026
Marketoloq Samir Mehdiyev Valyuta.az-a bildirib ki, böyük auditoriyaya malik influencerlərin kütləvi çatımlılıq yaradaraq brendlərin tanınmasında böyük rol oynadığı danılmazdır.
Lakin son illərdə marketinqdə keçid yaşanır:
Ətraflı link rəydə...
13/08/2026
Şirkətlərin RTM etməsi və "atışması" hər zaman maraqlı olur, amma ikisini birləşdirəndə voobşe olur "yeməli" :))
BurgerKing Fransa 12 Avqustda baş tutan günəş tutulmasını möhtəşəm fürsətə çevirərək bir post payıaşıb rəqiblərini tag edib posta.
"Onları onsuzda il boyu kölgədə qoyuruq, heç olmasa bugün vəziyyəti düzəldək.. Gedin McDonalds,KFC və Quicki follow edin"
Auditoriyanın diqqətini tutmaq üçün milyonluq büdcələr yox, sadəcə doğru zamanda verilmiş düzgün bir reaksiya kifayətdir.
12/08/2026
Azərbaycan futbolu üçün növbəti tarixi qələbə!
Bu sadəcə bir klubun uğuru deyil, bizdə də futbolu idman biznesi və idarəetmə modeli kimi düzgün qurmağın və ondan nəticə almağın mümkün olduğunun sübutudur.
Təbriklər, Sabah FC ! Sağ "əliniz" digər klublarımızın "başına"
11/08/2026
Bir il öncə ölkənin mənə görə ƏN böyük eTicarət proqramını təhvil verdik. 15+ real ecommerce biznes qazandırdıq Azərbaycan biznesinə. Qaliblərdən 2-si mənim mentorum olduğum layihə olması bir başqa möhtəşəm idi :)
11/08/2026
Claude artıq süni intellekt tərəfindən yaradılan mətnlərə görünməz bir nişan (filiqran) əlavə edəcək.
Bununla da mətn kopyalanıb yapışdırıldıqdan sonra belə, onun süni intellekt tərəfindən yaradıldığı təsbit edilə biləcək.
Category
Contact the business
Telephone
Website
Address
Baku
1000
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |