GDG Professionals

GDG Professionals

Share

Əsası 1999-cu ildə qoyulmuş GDG Professionals şirkəti HRM, Kouçinq, Təlim və Hedhantinq/İşə düzəltmə sahəsində aparıcı şirkət kimi tanınmaqdadır.

08/06/2026

Hər gün sürətlə dəyişən iş mühiti, sıx qrafiklər, bitməyən "deadline"lar və yüksək məsuliyyət... Tanış gəlir?

Müasir iş dünyasında stress qaçılmaz ola bilər, lakin onu idarə etmək və öz xeyrimizə çevirmək tamamilə bizim əlimizdədir. GDG Professionals olaraq, növbəti fərdi təlimimizi məhz bu mövzuya həsr edirik!

Bu təlim sadəcə "stressdən qaçmaq" yollarını deyil; stressin neyrobioloji köklərini anlamaq, daxili enerjimizi doğru idarə etmək və təzyiq altında belə soyuqqanlılığı qorumaq üçün praktiki alətləri əhatə edir.

💡 Təlimdə nələrdən danışacağıq?
Stressin anatomiyası: Bədənimiz və zehnimiz stressə necə reaksiya verir?

Praktiki Alətlər: Böhran anlarında emosional dözümlülüyü (resilience) qorumaq metodları.

"Stress, başımıza gələn hadisələr deyil; onlara verdiyimiz reaksiyadır."

Fərdi yanaşma ilə keçiriləcək bu təlimdə, iş və şəxsi həyatınızda balansı bərpa edəcək strategiyaları birlikdə quracağıq. İş keyfiyyətinizi aşağı salmadan, zehni sakitliyinizi geri qazanın.

🗓️ Tarix: [11 iyul]
📍 Məkan: [Azure Biznes mərkəzi, 9-cu mərtəbə, 50-ci ofis]

Təlim proqramı, təlim müddəti, qeydiyyat barədə daha ətraflı məlumat əldə etmək üçün rəylərdə "+" qeyd edin.

04/06/2026

Gözlənilən gün gəldi! GDG Professionals yenidən fərdi təlimlər keçirir!

İndiyə qədər korporativ təlimlərimizlə şirkətlərin komandaları ilə görüşürdük. Lakin sizdən gələn istəkləri, "Biz fərdi olaraq təlimlərə necə qoşula bilərik?" suallarınızı nəzərə aldıq və yenidən fərdi təlimlərə start veririk!

Fasilədən sonra, fərdi iştirak üçün nəzərdə tutulan təlimlərimizin başlanğıcını ən çox ehtiyac duyulan, həyat ritminizi tamamilə dəyişəcək o mövzu ilə veririk:

"Şəxsi enerjinin idarə olunması"

Səhərlər yorğun oyanırsınız?
Günün ortasında enerjiniz tamamilə tükənir və kofelər belə kömək etmir?
İş, karyera və şəxsi həyat arasında qaçmaqdan özünüzə vaxt və daxili güc qalmır?
Deməli, əsas məsələ zamanı yox, enerjinizi idarə edə bilməməkdədir!

Bu fərdi təlimdə öyrənəcəksiniz:
✅ Enerji itkilərinin əsas səbəblərini müəyyən etməyi
✅ Fiziki, emosional və zehni enerjini balanslaşdırmağı
✅ Gün ərzində məhsuldarlığı artırmağı
✅ Tükənmişlik (burnout) riskini azaltmağı
✅ Şəxsi enerji idarəetmə planı qurmağı

Yerlər məhduddur, çünki hər bir iştirakçı ilə interaktiv işləyəcəyik!

🗓️ Tarix: [4 iyul]
📍 Məkan: [Azure Biznes mərkəzi, 9-cu mərtəbə, 50-ci ofis]

Təlim proqramı, təlim müddəti, qeydiyyat barədə daha ətraflı məlumat əldə etmək üçün rəylərdə "+" qeyd edin.

Photos from GDG Professionals's post 04/06/2026

GDG Professionals komandası olaraq, növbəti uğurlu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbər heyəti üçün "Effektiv Həvaləetmə" mövzusunda növbəti uğurlu təlim keçdik.

Günün reallığı budur: Güclü bir lider hər işi özü görən yox, düzgün işi, düzgün insana, düzgün zamanda həvalə edə bilən şəxsdir.

Təlimimizdə sadəcə nəzəriyyədən danışmadıq, rəhbərlərin gündəlik idarəetmədə qarşılaşdıqları ən kritik məqamları və idarəetmə psixologiyasını müzakirə etdik:

- Mikro-idarəetmədən (Micromanagement) xilas olmaq: Hər detala nəzarət etmək istəyi rəhbəri necə tükədir və komandanın motivasiyasını necə öldürür?

- Həvaləetmənin qızıl qaydası: İşləri ötürərkən məsuliyyəti yox, səlahiyyəti bölüşməyin və komandada güvən mühiti yaratmağın yolları.

- Zamanın idarə edilməsi: Strateji hədəflərə fokuslanmaq üçün rəhbər heyətin operativ iş yükünü azaltmasının formulları.

- Potensialın kəşfi: Tapşırıqları həvalə edərək əməkdaşların gizli potensialını necə üzə çıxarmaq və gələcəyin liderlərini necə yetişdirmək olar?

Müzakirələrimiz kifayət qədər dinamiki və real keyslərə əsaslanan formatda keçdi. Çünki bilirik ki, düzgün idarəetmə modeli olmadan korporativ və ya dövlət strukturunda dayanıqlı inkişafa nail olmaq qeyri-mümkündür.

Bu təlimdən hər bir komanda və rəhbər yararlanmalıdır!
Əgər siz də komandanızın məhsuldarlığını artırmaq, iş proseslərini optimallaşdırmaq və rəhbər olaraq strateji inkişafa vaxt ayırmaq istəyirsinizsə, idarəetmədə həvaləetmə mədəniyyətini formalaşdırmağın zamanıdır.

Komandanız üçün ən effektiv inkişaf proqramını birlikdə planlaşdıraq.

Photos from GDG Professionals's post 03/06/2026

GDG Professionals komandası olaraq, Birbank rəhbər heyəti üçün "Dəyişikliklərin İdarə Edilməsi" mövzusunda effektiv və interaktiv bir təlim proqramı reallaşdırdıq.

Biznes dünyasında dəyişiklik qaçılmazdır, lakin ən kritik məqam dəyişikliyin özündən çox, ondan sonrakı adaptasiya dövrüdür. Təlimimizdə rəhbər heyətlə birlikdə məhz bu nöqtələrə fokuslandıq:

Dəyişikliyin psixoloji tərəfləri: Komandanın müqavimətini anlamaq və stressi idarə etmək,

Post-dəyişiklik dövrü: Yeniliklər tətbiq olunduqdan sonra işçilərin prosesə sürətli və sağlam şəkildə uyğunlaşması,

Strateji addımlar: Dəyişikliyin korporativ mədəniyyətin daimi bir hissəsinə çevrilməsi üçün atılmalı olan real addımlar.

Nəzəriyyəni praktika ilə birləşdirərək, real biznes keyslərinə əsaslanan simulyasiya tapşırıqları etdik. Rəhbərlər simulyasiyalar vasitəsilə böhran anlarında və keçid dövrlərində komandaları necə yönləndirməli olduqlarını praktiki olaraq təcrübədən keçirdilər.

Photos from GDG Professionals's post 25/05/2026

Müasir idarəetmədə uğurun açarı - dəyişikliklərə sadəcə uyğunlaşmaq deyil, onları idarə etməkdir!

GDG Professionals komandası olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbər heyəti üçün "Dəyişikliklərin İdarə Edilməsi" mövzusunda korporativ təlimimizi uğurla keçirdik.

Dəyişiklik hər bir inkişaf yönümlü qurum üçün qaçılmaz və vacib bir prosesdir. Lakin bu prosesin effektiv idarə edilməsi, yarana biləcək müqavimətlərin qarşısının alınması və strateji hədəflərə itkisiz çatılması düzgün metodologiya tələb edir. Rəhbər heyətlə birlikdə dəyişiklik dalğasını necə idarə etməli olduğumuzu və komandaları bu prosesə necə adaptasiya edəcəyimizi təhlil etdik.

Təlimimiz yalnız nəzəriyyədən ibarət olmadı! İnkişafı və dinamikanı təmin etmək üçün:
• Qurumun fəaliyyət sahəsinə özəl, real case study-lər üzərində işlədik.
• İnteraktiv qrup tapşırıqları vasitəsilə rəhbərlərin böhran və dəyişiklik anlarında çevik qərarvermə bacarıqlarını simulyasiya etdik.

Dəyişiklikləri rəqabət üstünlüyünə çevirmək və komandanızın potensialını maksimuma çatdırmaq üçün bizimlə əməkdaşlığa tələsin!

Siz də rəhbər və mütəxəssis heyətinizin idarəetmə bacarıqlarını gücləndirmək istəyirsinizsə, "GDG Professionals" komandası ilə əlaqə saxlayın!

Photos from GDG Professionals's post 25/05/2026

Bir şirkətin taleyini rəhbər heyətin qərarları təyin edir. Bəs o rəhbər heyəti seçən liderlər, namizədin yalnız CV-sinə yox, onun görünməyən potensialına necə bələd olurlar?

GDG Professionals olaraq, AZCON Holdinq-in rəhbər heyəti üçün xüsusi olaraq hazırlanmış "Effektiv Müsahibə Bacarıqları" təlimini uğurla tamamladıq!

Xüsusilə yüksək vəzifəli namizədlərin seçimində standart suallar işə yaramır. Bu təlimdə AZCON-un rəhbər komandası ilə birlikdə müsahibələrdəki "görünməyən detalları", namizədlərin real idarəçilik potensialını üzə çıxaran strateji sual texnikalarını analiz etdik.Təlim zamanı rəhbərlərlə birlikdə bu kritik məqamlara fokuslandıq:
• Namizədin böhran anında necə qərar verdiyini "filtrləmək".
• Müsahibə zamanı bədən dili, nitq paradiqmaları və emosional intellektin ölçülməsi.
• Namizədin təkcə bugünkü işi deyil, şirkətin 5 illik gələcəyini daşıyıb-daşıya bilməyəcəyini müəyyənləşdirmək.

AZCON Holdinq-in rəhbər komandasına göstərdiyi yüksək aktivlik və peşəkar yanaşma üçün təşəkkür edirik!

Şirkətinizin gələcəyini təsadüflərə buraxmaq istəmirsinizsə, gəlin, idarəçi heyətinizin seçim mexanizmlərini birlikdə mükəmməlləşdirək!

Photos from GDG Professionals's post 23/04/2026

İdarəetmədə yeni dövr: Emosional zəka və strateji liderlik

"GDG Professionals" komandası olaraq, "JOCAP" şirkətinin rəhbər heyəti üçün nəzərdə tutulmuş 5 günlük intensiv təlim proqramını uğurla tamamladıq!

Təlim boyu sadəcə nəzəriyyə ilə kifayətlənmədik, hər bir mövzunu praktiki tapşırıqlarla real iş mühitinə uyğunlaşdırdıq.

Nələri müzakirə etdik?

Emosional Zəka: Rəhbərlikdə özünüidarəetmə və empatiyanın gücü.

Liderlik və İdarəetmə: Komandanı ortaq hədəflərə doğru aparmağın yolları.

Dəyişikliklərin idarə edilməsi: Qeyri-müəyyənlik mühitində çeviklik.

Effektiv ünsiyyət: Maneələri aradan qaldıran dialoq texnikaları.

Strateji düşüncə: Gələcəyin imkanlarını bu gündən görmək.

Proqram tamamilə interaktiv formatda keçirilmiş, hər bir mövzu real iş mühitinə uyğun case study-lər və xüsusi tapşırıqlarla təkmilləşdirilmişdir.

"JOCAP" rəhbərliyinə göstərdikləri yüksək aktivlik və inkişafa olan həvəsləri üçün təşəkkür edirik! Peşəkar komanda ilə işləmək bizim üçün böyük zövq idi.

Photos from GDG Professionals's post 13/04/2026

Dəyişiklik qaçılmazdır, onu idarə etmək isə bir liderlik sənətidir!

GDG Professionals komandası olaraq, artıq iki ildir ki, ABB ASC-nin "Women in Leadership" layihəsində təlimçi tərəfdaş kimi iştirak etməkdən böyük məmnuniyyət duyuruq. Bu dəfəki görüşümüzdə xanım liderlərlə müasir iş dünyasının ən kritik bacarıqlarından biri olan "Dəyişikliklərin idarə edilməsi" mövzusuna fokuslandıq.

Dəyişiklik prosesləri hər zaman müəyyən qeyri-müəyyənliklər yaratsa da, biz bu təlimdə həmin çətinlikləri necə fürsətə çevirməyi müzakirə etdik:

- Dəyişiklik psixologiyası: Keçid dövrlərində emosional reaksiyaların idarə olunması;
- Dəyişiklik anlayışını və onun təşkilati mühitdə rolunu;
- Dəyişikliyə adaptasiya prosesində insan faktorunun əhəmiyyətini;
- Müqavimətin səbəblərini və onun effektiv idarə olunması yollarını;
- Liderlərin dəyişiklik prosesində oynadığı kritik rolu müzakirə etdik.

Praktiki yanaşmalar və real nümunələr üzərində fikir mübadiləsi apardıq.

İki ildir, bu layihə çərçivəsində güclü qadın liderlərin inkişafına töhfə vermək bizim üçün qürurvericidir. İnanırıq ki, dəyişikliyi düzgün idarə edən hər bir lider, həm özünün, həm də təşkilatının gələcəyini daha inamla inşa edir.

Photos from GDG Professionals's post 09/02/2026

Sürətlə dəyişən bazar şəraiti, artan rəqabət, qeyri-müəyyənlik və risklər bir həqiqəti açıq şəkildə göstərir: Təkcə operativ qərarlar verən yox, uzunmüddətli düşünən, böyük mənzərəni görən və gələcəyi planlayan rəhbərlər qalib gəlir.
Strateji düşüncə şirkətin:
• düzgün istiqamət seçməsində,
• resurslarını effektiv idarə etməsində,
• rəqabət üstünlüyü qazanmasında,
• dəyişikliklərə vaxtında və doğru idarə edilməsində həlledici rol oyanır.
Bəs düşünmüsünüzmü:
• Bizə strateji düşünməyi nə vaxt və harada öyrədiblər?
• Ətrafımızda həqiqətən strateji düşünən neçə nəfər var?
• Rəhbər olaraq verdiyimiz qərarlar gələcəyi qurur, yoxsa sadəcə bugünkü problemi həll edir?
• Strateji düşüncə anadangəlmə qabiliyyətdirmi, yoxsa öyrənilə bilən bacarıqdır?
• Strateji düşüncə tərzinə sahib olmaq şəxsi həyatda və karyerada hansı üstünlükləri yaradır?
• Strateji düşüncə olmadıqda hansı qərarlar bizi uzunmüddətdə səhv nəticələrə aparır?
Bu suallar təsadüfi deyil.
Çünki strateji düşüncə yalnız biznes üçün yox, şəxsi həyatın, karyeranın və liderliyin idarə olunması üçün də əsas bacarıqlardan biridir.
Məhz bunları nəzərə alaraq GDG Professionals tərəfindən hazırlanmış “Strateji düşüncə və qərarvermə” təlimi, iştirakçılara:
• strateji düşüncə tərzinin necə formalaşdırıldığını,
• strateq liderlərin hansı yanaşmalarla fərqləndiyini,
• qərarvermədə qısamüddətli deyil, uzunmüddətli nəticələri necə nəzərə almağı,
• riskləri öncədən görməyi və fürsətə çevirməyi praktik yanaşmalarla öyrədir.
Əgər siz də:
• daha strateji düşünən rəhbər olmaq,
• qərarlarınıza sistemli və analitik yanaşmaq,
• həm biznesdə, həm də şəxsi həyatda daha düzgün istiqamət seçmək istəyirsinizsə, doğru ünvandasınız.
GDG Professionals tərəfindən keçirilmiş “Strateji Düşüncə və qərarvermə” təlimi ABB heyəti üçün uğurla həyata keçirilmişdir.
Təlim çərçivəsində iştirakçılar strateji baxış bucağının formalaşdırılması, uzunmüddətli qərarvermə və risklərin idarə olunması üzrə praktik yanaşmalar əldə etmişlər.

Photos from GDG Professionals's post 29/12/2025

GDG Professionals komandası olaraq Azərbaycan Dəmir Yolları (ADY) əməkdaşları üçün “Təlimçilər üçün təlim” mövzusunda inkişafyönümlü və praktiki təlim həyata keçirdik. Təlimin əsas məqsədi daxili təlimçilərin bilik və bacarıqlarını gücləndirməklə yanaşı, onların təlimləri daha effektiv, maraqlı və interaktiv şəkildə aparmalarına dəstək olmaq idi.

Bu təlim çərçivəsində iştirakçıların təlimçi və təqdimat bacarıqlarının qiymətləndirilməsi və inkişaf etdirilməsi, təlim və təqdimata düzgün yanaşma və peşəkar hazırlıq, effektiv və strukturlaşdırılmış təlimlərin təşkili, eləcə də auditoriyanın idarə edilməsi və iştirakçıların aktiv cəlb olunması mövzuları müzakirə edilmişdir. Təlim prosesində bədən dili, danışıq tərzi, praktiki məşğələlər, çətin situasiyaların idarə olunması və interaktiv metodlar üzərindən real nümunələr və tətbiqlər həyata keçirilmişdir.

Want your business to be the top-listed Business in Baku?
Click here to claim your Sponsored Listing.

Address


Nobel Avenue 15, Yeni Hayat, Azure Business Centre, 9th Floor, 50 Office
Baku
AZ1025