Septem Tech
Peşəkar, etibarlı və qabaqcıl Proqram Təminatı Laboratoriyası! 💡
VVeb, mobil, masaüstü tətbiqlər | Inteqrasiyalar | 24/7 texniki dəstək | UX/UI dizaynlar 💻🛡️
Azərbaycan Proqram təminatı bazarında ilk və yeganə Qabaqcıl Proqram təminatı laboratoriyası olaraq Septem peşəkar komanda, zəngin sahəvi təcrübə, geniş xidmətlər çeşidi, multi funksional məhsullar portfoliosu, xüsusi yanaşma və prinsiplərimiz ilə axtardığınız ən doğru ünvandır. Septem - as the first and only Advanced Software laboratory in the Azerbaijan Software market is the right address you a
02/06/2026
Sadə amma maraqlı faktlarla sizin qarşınıza çıxırıq 😎
tech olaraq təkcə xidmət göstərmirik, həmçinin maarifləndirici işlərlə izləyicilərimizə kömək edirik 😊
Daha ətraflı:
🌐: www.septem.tech
📲: +99499 399 12 34
📩: [email protected]
🏢: Bakı şəhəri, Hacı Murad küçəsi. 1/1 Badamar Plaza, AZ1075
28/05/2026
🇦🇿🇦🇿🇦🇿🇦🇿 "28 May – Müstəqillik Günü" Azərbaycan xalqının azadlıq və milli dövlətçilik uğrunda apardığı mübarizənin nəticəsidir.
Bayramımız mübarək!
✨ Gələcəyə Aparan Uğur Hekayəsi
Hər yeni əməkdaş yeni enerji, yeni nəfəs, yeni fikir və yeni uğur deməkdir.
İldən-ilə böyüyən komandamız birlik, əzmkarlıq və zəhmətin ən güclü nümunəsinə çevrildi.
Ən önəmlisi isə ilk gündən etibarən inandığımız dəyərlərə və vizyonumuza sadiq qaldıq.
Məhz bu sədaqət və loyallıq bizi daha da gücləndirir və gələcək uğurlara ilhamlandırır.
🚀 2020 — Böyük bir başlanğıcın təməlini atdıq
✨ 2021 — Birlikdə ildən ilə böyüdük və gücləndik
📈 2022 — Çətinlikləri mehriban bir ailə kimi aşdıq
💼 2023 — Dəyərlərimizi qoruyaraq inkişaf etdik
🌍 2024 — Yeni uğurlara və hədəflərə imza atdıq
🦾 2025 — Uzunmüddətli əməkdaşlıq və etibar qazandıq
🎉 2026 — Sürətli və davamlı inkişafa nail olduq
💡 Bu illər bizə bir həqiqəti göstərdi:
İnkişafın ən böyük uğuru, böyüdükcə öz kimliyini və prinsiplərini davamlı olaraq qoruyub saxlamaqdır.
🤝 Belə uğurlu inkişaf hekayəsinin yazılması yalnız zəhmətin, inamın, etibarın və birliyin hesabına mümkün olmuşdur.
💙 Bizimlə bu şərəfli və çətin yolu addımlayan və ailəmizdə çalışan hər bir əməkdaşa təşəkkür edirik.
Çünki bizi böyüdən ən böyük güc insan kapitalıdır.
🚀 Rəqəmsal gələcəyə doğru!
🚀🚀 6 il sizinlə – Rəqəmsal gələcəyə doğru!
🎯 Son 6 il ərzində şirkətimiz ardıcıl inkişaf edərək bazarda etibarlı və peşəkar partnyor kimi mövqeyini möhkəmləndirmişdir. Bu, bizim üçün uzunmüddətli öhdəliyimizin və missiyamıza sadiqliyimizin sübutudur.
👥 Müştərilərimizin etimadı, inamı və davamlı dəstəyi sayəsində uzunmüddətli, etibarlı tərəfdaşlıq qurmağı bacardıq. Bizimlə bu yolda addımlayan dəyərli müştərilərimizə, əməkdaşlarımıza və tərəfdaşlarımıza təşəkkür edirik!
✨Bu unudulmaz 6 il ərzində ideyaları gerçəyə çevirdik, çətinliklərə yanaşma tərzimizi dəyişdik, innovasiya və əməkdaşlıq ruhunu korporativ həyat tərzinə çevirdik.
🚀 Qurduğumuz rəqəmsal həllər, yaradılan dəyərlər və birlikdə əldə etdiyimiz uğurlar gələcəyə olan inamımızı daha da gücləndirir.
💼 Komandamızın entuziazmı, inadkarlığı və birlikdə işləmə bacarıqları bizi fərqləndirən əsas gücümüz olub.
🦾Birgə qurduğumuz bu yolda hər uğurun arxasında peşəkar, yaradıcı və məqsədyönlü bir komanda dayanır.
🚀 İnnovativ texnologiyalara olan tükənməz həvəsimiz, davamlı inkişafa olan bağlılığımız və Sizin etimadınızla, növbəti illərə daha böyük hədəflərlə irəliləyirik.
19/05/2026
🚀🚀 6 il sizinlə – Rəqəmsal gələcəyi birlikdə qururuq!
🎯 Artıq 6 ildir ki, şirkətimiz davamlı inkişaf edərək rəqəmsal transformasiya sahəsində etibarlı və peşəkar tərəfdaş kimi fəaliyyətini uğurla davam etdirir. Bu illər bizim üçün zaman göstəricisindən əlavə olaraq xüsusilə böyük zəhmətin, davamlı inkişafın və missiyamıza olan sadiqliyin göstəricisidir.
👥 Müştərilərimizin etimadı və tərəfdaşlarımızın dəstəyi sayəsində güclü əməkdaşlıqlar qurduq, yeni uğurlara imza atdıq və birlikdə böyüdük. Bu yolda bizimlə olan komandamıza sonsuz təşəkkür edirik!
✨ Son 6 ildə ideyaları innovativ həllərə çevirdik, çətinlikləri fürsətə çevirdik və texnologiyanı insanlarla daha yaxın edən layihələr həyata keçirdik.
🚀 Qurduğumuz rəqəmsal ekosistem, inkişaf etdirdiyimiz texnoloji həllər və əldə etdiyimiz uğurlar bizi daha böyük hədəflərə ruhlandırır.
💼 Komandamızın peşəkarlığı, kreativliyi və birlik ruhu uğurlarımızın əsas dayağı olub.
🦾 Hər layihənin arxasında məqsədyönlü, yenilikçi və güclü bir komanda dayanır. Məhz bu birlik bizi fərqləndirən ən böyük gücdür.
🚀 Rəqəmsal gələcəyə doğru!
🏅🏃 Bakı küləyinə qalib gəldik!
SEPTEM Tech “Code Runners” komandası Baku Marathon 2026-nı uğurla tamamlayaraq qarşıya qoyduğu məqsədə çatdı və başladığı yolu finiş xəttinə qədər qətiyyətlə davam etdirdi.
Riyad Huseynov, Fuad Abdullayev, Əli Kərimzadə, Afina, Arzu Hüseynli, Nərmin Məmmədova, Günay Səmədli və Vüqar Hüseynovdan ibarət “Code Runners” komandasının hər bir üzvü ilə qürur duyuruq.
🥇 8 nəfərlik komandamız birlikdə:
🔥 42, 21 və 10 KM məsafələri bitirdi
🔥 Ümumilikdə 7 medal qazandı
🔥 Hər addımda komanda ruhu göstərdi
Xüsusilə 42 kilometrlik məsafə böyük dözümlülük, intizam və güclü iradə tələb edirdi. Komandamız isə əzm, nizam və motivasiya sayəsində finiş xəttini uğurla keçərək medallarını qazandı. Hər medal sona qədər mübarizə aparmağın, komanda ruhunun və verilən öhdəliyə sadiqliyin simvoludur.
SEPTEM ailəsinin üzvləri həyatın hər sahəsində inkişaf etməyə, qarşılarına qoyduqları hədəflərə çatmağa və yeni uğurlar qazanmağa davam edirlər. 💪
Biz bütün çağırışlara nəticə ilə cavab veririk.
14/05/2026
Septem ailəsi böyüməyə davam edir. Yeni üzvümüz, Front-end developer Teymur Səlimzadəni sizə təqdim etməkdən məmnunuq. 🚀
Əminik ki, Teymur öz bilik, bacarıqları və kreativliyi ilə layihələrimizə yeni nəfəs gətirəcək 😏
Ona işində uğurlar arzulayırıq 👏👏
12/05/2026
🏔 Hər Zirvə ilə Daha da Güclənirik!
SEPTEM Tech inkişaf və yeni nailiyyətlər yolunda irəliləməyə davam edərkən, həm simvolik, həm də peşəkar baxımdan daha bir önəmli mərhələni qürurla qeyd edir.
Mayın 4-də şirkətimizin 6 illiyini qeyd etməyimizdən cəmi bir neçə gün sonra rəhbərlərimizdən biri olan Riyad Hüseynov Azərbaycanın ən mənalı zirvələrindən biri hesab olunan Heydər Zirvəsinə (3760 m) qalxaraq, SEPTEM Tech bayrağını yenidən yeni yüksəkliklərə daşıdı.
Bu çətin yürüş Mayın 10-da doğum günü qeyd olunan Ümummilli Lider, Müasir Azərbaycanın Memarı Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuşdur və onun misilsiz irsinə olan dərin hörmət və minnətdarlığımızın ifadəsidir.
Yüksəliş olduqca çətin idi və dözümlülük, intizam, ardıcıllıq və qətiyyət tələb edirdi — bu isə ildən-ilə SEPTEM Tech-də formalaşdırdığımız korporativ mədəniyyətin əsas dəyərlərini əks etdirir.
Hər zirvə bizə vacib bir dərs öyrədir: inkişaf heç vaxt təsadüf nəticəsində baş vermir. O, vizyon, dayanıqlılıq, bağlılıq və ortaq məqsəd uğrunda birlikdə irəliləyən insanların gücü ilə qurulur.
Bu gün SEPTEM Tech qarşılaşdığımız hər çətinlik, təqdim etdiyimiz hər innovasiya və komanda olaraq əldə etdiyimiz hər uğurla daha da güclənir. 6 il əvvəl atdığımız ilk addımlardan bu gün çatdığımız yüksəkliklərə qədər bütün yolumuz vizyon, ehtiras, birlik və birlikdə nələrə nail ola biləcəyimizə olan inam üzərində qurulub.
Bu nailiyyət həmçinin hər gün ortaq uğur hekayəmizə töhfə verən və bizi daim daha yüksəkləri hədəfləməyə ruhlandıran bütün SEPTEM Tech ailəsinə həsr olunur.
Yol davam edir. Qarşıda bizi yeni yüksəkliklər gözləyir.
07/05/2026
🏛️ Dövlət təşkilatlarının etibarlı tərəfdaşı olmaq bizim üçün böyük məsuliyyət və qürur mənbəyidir.
Septem Tech olaraq dövlət qurumları ilə həyata keçirdiyimiz layihələrdə əsas prioritetimiz etibarlılıq, təhlükəsizlik və davamlı inkişafdır. Müasir texnoloji həllərimiz vasitəsilə dövlət sektorunda rəqəmsal transformasiyanı sürətləndirməyə və prosesləri daha effektiv hala gətirməyə çalışırıq.
🔐 Yüksək təhlükəsizlik standartları ilə qorunan sistemlər
📈 Effektiv və optimallaşdırılmış iş prosesləri
💻 Miqyaslana bilən və dayanıqlı rəqəmsal infrastruktur
Hər bir uğurlu layihə göstərir ki, doğru tərəfdaşlıq və düzgün texnologiya seçimi böyük nəticələr yaradır. Biz dövlət qurumları ilə qurduğumuz əməkdaşlığı uzunmüddətli inkişafın əsas sütunlarından biri hesab edirik.
🤝 Etibar üzərində qurulan tərəfdaşlıq — güclü gələcəyin təməlidir.
🔷
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Haji Murad Str. 1/1
Baku
AZ1075
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |