Catholic.az

Catholic.az

Share

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının rəsmi səhifəsi

21/04/2026

MƏRKƏZİ ASİYA KATOLİK YEPISKOPLARI KONFRANSININ YENİ SƏDRİ KARDİNAL CORCİO MARENQO SEÇİLDİ

15–19 aprel 2026-cı il tarixlərində Daşkənd şəhərində Mərkəzi Asiya Katolik Yepiskopları Konfransının (СЕСАС) V Plenar iclası keçirildi. Bu görüş regionun katolik iyerarxlarını qardaşlıq ünsiyyəti, dua və Kilsənin pastoral missiyası üzərində birgə düşüncə ruhunda bir araya gətirdi. Toplantı Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Monqolustan və Azərbaycanı təmsil edən yerli Kilsələrin həyatında mühüm mərhələ oldu.
İclasın xüsusi əhəmiyyəti Konfransın yeni rəhbərliyinin seçilməsi ilə daha da artdı. Səsvermənin nəticələrinə əsasən, Ulan-Batorun apostol prefekti kardinal Corcio Marenqo sədr seçildi. O, bu xidməti son dörd il ərzində Konfransa rəhbərlik etmiş yepiskop Xose Luis Mumbiela Sierranı əvəz edərək qəbul etdi. Vitse-sədr vəzifəsinə yepiskop Mumbiela Sierra, baş katib vəzifəsinə isə yepiskop Yevgeni Zinkovski seçildi.
İclasların əvvəlində Müqəddəs Taxt-tacın Qazaxıstan, Qırğızıstan və Tacikistan üzrə apostol nunsisi, arxiyepiskop Corc Panamtundil iştirak edərək müraciətlə çıxış etdi. Özbəkistan və Rusiya üzrə apostol nunsisi, arxiyepiskop Covanni D’Anyello isə iştirakçılara məktub göndərdi. Yepiskop Adelio Del Oro səhhəti ilə əlaqədar olaraq iclasda iştirak edə bilmədi.
Plenar iclasın əvvəlində yepiskoplar və ordinarilər Roma Papası XIV Leo-ya onun sülh naminə səylərində və ona həvalə olunmuş sürüyə, eləcə də müharibələr və ədalətsizliklərdən əziyyət çəkən bütün insanlara yönəlmiş pastoral xidmətində qəti dəstəklərini ifadə etdilər. İştirakçılar bütün bəşəriyyət üçün sülh neməti diləyərək Rəbbə dualar etdilər.
Seçilməsindən sonra söylədiyi ilk sözlərində kardinal Corcio Marenqo Konfransın əvvəlki rəhbərliyinə təşəkkürünü bildirdi, xüsusilə yepiskop Xose Luis Mumbiela Sierra, yepiskop Matsuleviç və yepiskop Yevgeni Zinkovskinin xidmətini qeyd etdi. O, həmçinin СЕСАС-ın fəaliyyətini müşayiət edən apostol nunsiaturalının mühüm rolunu vurğuladı və xüsusilə Qazaxıstandakı nunsiaturanı qeyd etdi.
СЕСАС Katibliyi isə öz növbəsində yeni seçilmiş iyerarxlara bu məsul xidməti qəbul etməyə razı olduqlarına görə minnətdarlığını bildirdi və imanlıları onları duaları ilə dəstəkləməyə çağırdı, onların missiyasını Allahın xeyir-duasına və Müqəddəs Ruhun rəhbərliyinə həvalə etdi.
Ümumi iclas zamanı yepiskoplar qardaşlıq ruhunda pastoral xidmət təcrübəsi ilə bölüşdülər, yerli Kilsələrin qarşılaşdığı aktual çağırışları müzakirə etdilər, həmçinin imanlıların sevinc və ümidlərini paylaşaraq, onlara həvalə olunmuş xidmətə görə birlik və məsuliyyət içində bir-birlərini dəstəklədilər.
Daşkənddə keçirilən plenar iclas bir daha Mərkəzi Asiyada Katolik Kilsəsinin birliyə, qarşılıqlı dəstəyə və açıq dialoqa — həm kilsədaxili mühitdə, həm də digər dinlərin nümayəndələri ilə münasibətlərdə — sadiqliyini vurğuladı. Konfransın işində xüsusi yer sülh mövzusuna verilmişdir.

Photos from Catholic.az's post 20/04/2026

YEPİSKOP VLADİMİR FEKETE DAŞKƏNDDƏ İSLAM SİVİLİZASİYASI MƏRKƏZİNİ ZİYARƏT EDİB

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Mərkəzi Asiya Katolik Yepiskopları Konfransının V plenar iclasında iştirak etmək üçün 15–19 aprel tarixlərində Daşkənddə səfərdə olarkən, katolik iyerarxlarından ibarət nümayəndə heyətinin tərkibində Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzini ziyarət edib.

Bu ziyarət açıqlığın, qarşılıqlı hörmətin və dinlərarası dialoqun inkişafına yönəlmiş səmimi istəklərin mühüm bir göstəricisi kimi dəyərləndirilir.

Mərkəzi Asiya ordinariləri bütün imanlıları ədalətsiz müharibələrdən əziyyət çəkən xalqlar üçün səmimi dua etməyə çağırır, onları Sülhün Mələkəsi olan Müqəddəs Məryəmin xüsusi şəfaətinə həvalə edir və bütün xalqlar üçün ədalətli və davamlı sülh nemətini diləyirlər.

17/04/2026

Yepiskop Vladimir Fekete Daşkəndə səfər edib

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete bu günlərdə Özbəkistanın paytaxtı Daşkənddə səfərdədir. Burada Mərkəzi Asiya Katolik Yepiskopları Konfransının V plenar iclası keçirilir.
Mərkəzi Asiya Katolik Yepiskopları Konfransı (MAKYK) regionun katolik yepiskoplarını birləşdirən və onların pastoral fəaliyyətini əlaqələndirən daimi orqandır. Konfransın tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Əfqanıstan və Monqolustandan olan yepiskoplar və ordinarilər daxildir.
Plenar iclas Özbəkistan Apostol Administraturasının baş kilsəsi — Daşkənd şəhərinin İsa Məsihin Müqəddəs Qəlbi kilsəsində keçirilən təntənəli Müqəddəs Messa ilə başlanıb. İbadətə Müqəddəs Taxt-Tacın Qazaxıstandakı apostol nunsisi arxiyepiskop Corc Panamtundil başçılıq edib.
Birgə duadan sonra iştirakçılar gündəlikdə yer alan məsələlərin müzakirəsinə başlayıblar.

***

Епископ Владимир Фекете находится с визитом в Ташкенте

Апостольский префект Католической Церкви в Азербайджане епископ Владимир Фекете находится с визитом в столице Узбекистана — городе Ташкенте, где в эти дни проходит V пленарное заседание Конференции Католических Епископов Центральной Азии.
Конференция Католических Епископов Центральной Азии (ККЕЦА) является постоянным органом, объединяющим католических епископов региона и координирующим их пастырскую деятельность. В её состав входят епископы и ординарии Азербайджана, Казахстана, Кыргызстана, Узбекистана, Туркменистана, Таджикистана, Афганистана и Монголии.
Пленарное заседание открылось торжественной Святой Мессой, которая была совершена в кафедральном храме Апостольской Администратуры Узбекистана — храме Святейшего Сердца Иисуса в Ташкенте. Богослужение возглавил апостольский нунций Святого Престола в Казахстане архиепископ Джордж Панамтхундил.
После совместной молитвы участники заседания приступили к обсуждению вопросов, включённых в повестку дня.

***

Bishop Vladimir Fekete on a visit to Tashkent

The Apostolic Prefect of the Catholic Church in Azerbaijan, Bishop Vladimir Fekete, is currently on a visit to Tashkent, the capital of Uzbekistan, where the 5th Plenary Assembly of the Conference of Catholic Bishops of Central Asia is taking place.
The Conference of Catholic Bishops of Central Asia (CCBCA) is a permanent body that brings together Catholic bishops of the region and coordinates their pastoral activities. Its members include bishops and ordinaries from Azerbaijan, Kazakhstan, Kyrgyzstan, Uzbekistan, Turkmenistan, Tajikistan, Afghanistan, and Mongolia.
The plenary assembly opened with a solemn Holy Mass celebrated at the Cathedral of the Apostolic Administration of Uzbekistan — the Church of the Sacred Heart of Jesus in Tashkent. The liturgy was presided over by the Apostolic Nuncio of the Holy See to Kazakhstan, Archbishop George Panamthundil.
Following the common prayer, the participants proceeded to discuss the items on the agenda.

Photos from Catholic.az's post 10/04/2026

09.04.2026
RU/EN⤵️

Slovakiya Ombudsmanı Müqəddəs Məryəm kilsəsini ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Slovakiya Ombudsmanı Robert Dobrovodski Müqəddəs Məryəm katolik kilsəsini ziyarət edib.
Kilsədə qonağı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti Vladimir Fekete qarşılayıb. Görüş zamanı yepiskop Fekete Slovakiya Ombudsmanına və onu müşayiət edən nümayəndə heyətinə Azərbaycanda Katolik Kilsəsinin tarixi, ölkənin katolik icmasının həyatı barədə ətraflı məlumat verib. Həmçinin qonaqlara Bakıda Müqəddəs II İoann Pavel adına katolik kilsəsinin tikintisi haqqında məlumat təqdim olunub.
Görüşdə Slovakiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov da iştirak edib.

***

Омбудсмен Словакии посетил церковь Непорочного Зачатия

Омбудсмен Словакии Роберт Доброводский, находящийся с визитом в нашей стране по приглашению Уполномоченного по правам человека Азербайджанской Республики Сабины Алиевой, посетил католическую церковь Непорочного Зачатия Пресвятой Девы Марии.
В храме гостя встретил апостольский префект Католической Церкви в Азербайджане Владимир Фекете. В ходе встречи епископ Фекете подробно рассказал омбудсмену Словакии и сопровождающей его делегации об истории Католической Церкви в Азербайджане, а также о жизни католической общины страны. Гостям также была представлена информация о строительстве католической церкви св. Иоанна Павла II в Баку.
Во встрече принял участие чрезвычайный и полномочный посол Словацкой Республики в Азербайджане Эльчин Гасымов.

***

Ombudsman of Slovakia visited the Church of the Immaculate Conception

The Ombudsman of Slovakia, Robert Dobrovodski, who is visiting Azerbaijan at the invitation of the Commissioner for Human Rights of the Republic of Azerbaijan, Sabina Aliyeva, visited the Church of the Immaculate Conception of Blessed Virgin Mary.
At the church, the guest was welcomed by the Apostolic Prefect of the Catholic Church in Azerbaijan, Vladimir Fekete. During the meeting, Bishop Fekete provided the Slovak Ombudsman and the accompanying delegation with detailed information about the history of the Catholic Church in Azerbaijan, as well as the life of the local Catholic community. The guests were also informed about the construction of the St. John Paul II Catholic Church in Baku.
The meeting was also attended by the Ambassador Extraordinary and Plenipotentiary of the Slovak Republic to Azerbaijan, Elchin Gasimov.

08/04/2026

İctimai televiziya kanalının "Sabahın xeyir, Azərbaycan" redaksiyası Pasxa bayramı, onun mahiyyəti, dini mənası, pravoslav və katolik ənənələri haqqında reportaj hazırlayıb.

Праздничное богослужение возглавил епископ Владимир Фекете 07/04/2026

Фильм-репортаж из цикла "Грани толерантности" телеканала CBC Azerbaijan о праздновании Навечерия Пасхи в бакинском католическом храме Непорочного Зачатия Пресвятой Девы Марии.

Праздничное богослужение возглавил епископ Владимир Фекете Праздничное богослужение возглавил епископ Владимир Фекете В католических приходах Азербайджана встретили Пасху. Самые торжественные богослужения по традиции...

Photos from Catholic.az's post 07/04/2026

04-05.04.2026
RU/EN ⤵️

AZƏRBAYCAN KATOLİKLƏRİ MƏSİHİN NURLU DİRİLİŞİ - PASXA BAYRAMINI QEYD ETDİLƏR

Azərbaycanın katolik icması böyük sevinc və dərin dua ruhu ilə xristian imanının ən böyük bayramı — Rəbbimiz İsa Məsihin Nurlu Dirilişini qeyd etdi.
Aprelin 4-ü, Bayram ərəfəsində, Müqəddəs Şənbə günü, Müqəddəs Məryəm kilsəsində Pasxa Gecəsinin Müqəddəs Messası keçirildi. Liturgiyaya Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete həzrətləri rəhbərlik etdi. Yepiskopu kilsənin ruhaniləri müşayiət etdilər. İşıq və həyatın qədim simvolları ilə zəngin olan bu ibadət azərbaycan, rus və ingilis dillərində keçirildi ki, bu da Kilsənin ümumdünya təbiətini və müxtəlif mədəniyyətlərə mənsub imanlıların birliyini aydın şəkildə nümayiş etdirdi.
Pasxa gecə ibadəti Azərbaycanda yaşayan bütün katoliki bir araya topladı. İbadətdə həmçinin Bakı və Azərbaycan yepiskopu Aleksiy, diplomatik korpusun nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və paytaxt sakinləri iştirak edərək katolik icması ilə birlikdə bayram sevincini bölüşdülər.
Aprelin 5-də, Nurlu Diriliş günündə kilsədə yepiskop Vladimir Fekete həzrətlərinin başçılığı ilə Pasxanın Müqəddəs Messası keçirildi. İmanlılara müraciət edərək yepiskop, Pasxa salamını səsləndirdi: «Məsih dirildi! Həqiqətən dirildi! Bu bəyanat qəlbimizi ümidlə doldurur: həyatımızın sonu məzar deyil, İsa ilə görüşdür!»
İbadətdən sonra kilsənin nahar zalında bayram münasibətilə çay süfrəsi təşkil olundu.

***

КАТОЛИКИ АЗЕРБАЙДЖАНА ВСТРЕТИЛИ СВЕТЛОЕ ВОСКРЕСЕНИЕ ХРИСТОВО

Католическая община Азербайджана с глубокой радостью и молитвенным воодушевлением встретила величайший праздник христианской веры — Светлое Воскресение Господа нашего Иисуса Христа.
Накануне торжества, 4-го апреля, в Великую Субботу, в храме Непорочного Зачатия Пресвятой Девы Марии была совершена Святая Месса Навечерия Пасхи. Литургию возглавил апостольский префект Католической Церкви в Азербайджане епископ Владимир Фекете в сослужении духовенства храма. Богослужение, наполненное древними символами света и жизни, было совершено на трех языках — азербайджанском, русском и английском, что подчеркнуло вселенскую природу Церкви и единство верующих, принадлежащих к разным культурам.
Пасхальное бдение собрало всех католиков, проживающих в Азербайджане. Среди присутствующих были также епископ Бакинский и Азербайджанский Алексий, представители дипломатического корпуса, средств массовой информации, а также жители столицы, пожелавшие разделить с католической общиной радость Пасхи.
5 апреля, в сам день Светлого Воскресения Христова, в храме Непорочного Зачатия Пресвятой Девы Марии была совершена Пасхальная Святая Месса, которую также возглавил епископ Владимир Фекете.Обращаясь к верным, глава католиков Азербайджана провозгласил пасхальное приветствие «Христос Воскрес! Воистину Воскрес! Это провозглашение наполняет наше сердце надеждой на то, что целью нашей жизни не является могила, а встреча с Иисусом!»
После богослужения в трапезной храма состоялось праздничное чаепитие.

***

CATHOLICS OF AZERBAIJAN CELEBRATE THE FEAST OF RESURRECTION OF CHRIST

The Catholic community of Azerbaijan joyfully and prayerfully celebrated the greatest feast of the Christian faith — the Glorious Resurrection of our Lord Jesus Christ.
On the eve of the celebration, Holy Saturday, the Easter Vigil Mass was celebrated at the Church of the Immaculate Conception of the Blessed Virgin Mary. The liturgy was presided over by Bishop Vladimir Fekete, Apostolic Prefect of the Catholic Church in Azerbaijan, concelebrated by the clergy of the parish. Rich in ancient symbols of light and life, the celebration was held in Azerbaijani, Russian, and English, highlighting the universal nature of the Church and the unity of believers from different cultures.
The Easter Vigil gathered Catholics from across Azerbaijan. Among those present were Bishop Aleksiy of Baku and Azerbaijan, representatives of the diplomatic corps, members of the media, and residents of the capital who came to share in the joy of the feast.
On April 5, the day of the Resurrection, a solemn Easter Holy Mass was celebrated in the same church, again presided over by Bishop Vladimir Fekete. Addressing the congregation, he proclaimed the Easter greeting: “Christ is risen! Truly He is risen! This proclamation fills our hearts with hope: the goal of our life is not the grave, but an encounter with Jesus!”
Following the liturgy, a festive tea reception was held in the parish hall.

Papa XIV Leo-nun Pasxa "Urbi et Orbi" müraciəti - Vatican News 06/04/2026

Pasxa günü, 5 aprel tarixində Papa XIV Leo Vatikan bazilikasının mərkəzi eyvanından «Urbi et Orbi» («Şəhərə və dünyaya») müraciəti ilə çıxış etdi. Papa bizi bu dünyanın “müzəffərliyi” ilə heç bir əlaqəsi olmayan, əksinə «yeni bəşəriyyətin başlanğıcı» olan İlahi qələbənin mahiyyəti üzərində dərindən düşünməyə çağırdı.

Papa XIV Leo-nun Pasxa "Urbi et Orbi" müraciəti - Vatican News Pasxa günü, 5 aprel tarixində Papa XIV Leo Vatikan bazilikasının mərkəzi eyvanından «Urbi et Orbi» («Şəhərə və dünyaya») müraciəti ilə çıxış etdi. ...

Photos from Catholic.az's post 04/04/2026

03.04.2026
EN/RU⤵️

RƏBBİMİZ İSA MƏSİHİN ƏZABLARI LİTURGİYASI

3 aprel, Əzablar Cüməsi günü, Müqəddəs Məryəm Müqəddəs kilsəsində Rəbbimiz İsa Məsihin Əzabları Liturgiyası keçirildi. İbadətə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete həzrətləri, kilsə ruhanilərinin müşayiətilə başçılıq etdi.

Rəbbin Əzabları Liturgiyası Kilsənin illik liturgiya dövründə xüsusi yer tutur. Həmin gün Yevxaristiya qurbanı təqdim olunmur, lakin imanlılar Öncədən Təqdis olunmuş Ənamları qəbul edir, eyni zamanda Rəbbin Əzablarının dinlənilməsi, dualar və günah və ölüm üzərində Məsihin qələbəsinin nişanəsi olan Müqəddəs Çarmıxa səcdə vasitəsilə Çarmıxın sirrinə ruhani ölçüdə şərik olurlar.

İbadətin sonunda, Rəbbin Son Şam Süfrəsinin xatirəsi Messasında təqdis olunmuş Ənamlar “Rəbbin məzarı” adlanan xüsusi yerə köçürüldü. Bu məkanda imanlılar dua və səssizlik içində ibadət edir, Məsihin ölümü və dəfninin sirrini dərindən düşünür.

***

THE LITURGY OF THE LORD’S PASSION

On April 3, Good Friday, the Liturgy of the Passion of our Lord Jesus Christ was celebrated at the Church of the Immaculate Conception of the Blessed Virgin Mary . The liturgy was presided over by the Apostolic Prefect of the Catholic Church in Azerbaijan, Bishop Vladimir Fekete. He was assisted by the clergy of the parish.

The Liturgy of the Lord’s Passion, celebrated on this day, holds a special place in the Church’s liturgical year. On this day, the Eucharistic sacrifice is not celebrated; however, the faithful receive Holy Communion from the Presanctified Gifts and spiritually participate in the mystery of the Cross through the proclamation of the Passion, the Universal Prayer, and the veneration of the Cross — the sign of Christ’s victory over sin and death.

At the conclusion of the liturgy, the Blessed Sacrament, consecrated during the Mass of the Lord’s Supper, was transferred to the so-called “Holy Sepulchre” — a special place of prayer and adoration, where the faithful may remain in silence, contemplating the mystery of Christ’s death and burial.

***

ЛИТУРГИЯ СТРАСТЕЙ ГОСПОДА НАШЕГО ИИСУСА ХРИСТА

3 апреля, в Страстную Пятницу, в храме Непорочного Зачатия Пресвятой Девы Марии города Баку была совершена Литургия Страстей Господа нашего Иисуса Христа. Богослужение возглавил апостольский префект Католической Церкви в Азербайджане епископ Владимир Фекете. Ему сослужило духовенство храма.

Литургия Страстей Господних, совершаемая в этот день, занимает особое место в годичном литургическом круге Церкви. В этот день не совершается Евхаристическая жертва, однако верные причащаются Преждеосвященными Дарами, а также духовно приобщаются к Тайне Креста через слушание Страстей Господних, всеобщую молитву и поклонение Кресту— знаку победы Христа над грехом и смертью.

В завершение богослужения Пресвятые Дары, освящённые на Мессе Воспоминания Тайной Вечери, были перенесены в так называемый «гроб Господень» — особое место для молитвенного поклонения, где верные могут пребывать в тишине и созерцании Тайны смерти и погребения Христа.

Papa XIV Leo: İsa Allah haqqında təsəvvürümüzü təmizləyir - Vatican News 03/04/2026

"Şagirdlərin səssiz heyrəti ilə yanaşı, insan qüruru da baş verənlərə biganə qala bilməz. Əvvəlcə İsanın təşəbbüsünə müqavimət göstərən Peter kimi, biz də dəfələrlə öyrənməliyik ki, “Allahın böyüklüyü bizim böyüklük anlayışımızdan fərqlidir… çünki biz daim əzab çəkən Allahı deyil, uğur qazanan Allahı arzulayırıq” (Papa XVI Benedikt, Rəbbin Son Şam Süfrəsinin Messasında vəz, 20 mart 2008-ci il). Papa XVI Benediktin bu sözləri bildirir ki, biz tez-tez bizə “xidmət edən”, qələbə bəxş edən, sərvət və güc kimi faydalı olan bir Allah axtarırıq. Halbuki Allah həqiqətən də bizə xidmət edir: ayaqları yumaq kimi təmənnasız və təvazökar jesti ilə. Allahın əsl qüdrəti məhz budur. Beləcə, O, varlığı Onun bəxşişindən asılı olanlara Özünü həsr etmək istəyini həyata keçirir. Məhəbbət naminə Rəbb hər birimizin qarşısında diz çökür və Öz ilahi bəxşişi ilə bizi dəyişdirir.

Bu əməl vasitəsilə İsa təkcə Allah haqqında təsəvvürümüzü onu təhrif etmiş bütpərəstlik və küfrdən deyil, həm də insan haqqında anlayışımızı təmizləyir. Çünki biz çox vaxt hakim olduğumuz zaman özümüzü güclü, başqalarını məhv etdiyimiz zaman qalib, qorxulduğumuz zaman isə böyük hesab edirik. Halbuki həqiqi Allah və həqiqi insan olan Məsih bizə özünü bəxş etməyin, xidmətin və məhəbbətin nümunəsini təqdim edir. Bizə Onun nümunəsi lazımdır ki, sevməyi öyrənək. Yalnız buna qadir olmadığımız üçün deyil, əksinə, həqiqi məhəbbətin nə olduğunu özümüzə və bir-birimizə öyrətmək üçün. Dünyanın tarixində Allahın yerləşdirdiyi canlı nişanə olan İsa kimi yaşamağı öyrənmək ömürlük bir vəzifədir."

Papa XIV Leo
2 aprel 2026 il

Papa XIV Leo: İsa Allah haqqında təsəvvürümüzü təmizləyir - Vatican News Müqəddəs Ata XIV Leo-nun Rəbbin Son Şam Süfrəsinin Xatirəsi Messasında söylədiyi vəz

Want your place of worship to be the top-listed Place Of Worship in Baku?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Baku
AZ-1069