FemTech
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FemTech, Science, Technology & Engineering, Azure Business Center, Nobel Avenue 15, Baku.
FemTech, “Women’s Entrepreneurship Summit 2025” tədbirində iştirak edir!
FemTech, Azerbaijan HR Institute və Azerbaijan Women’s Entrepreneurship Development Association (AWEDA) tərəfindən təşkil olunan Women’s Entrepreneurship Summit 2025 tədbirində öz məlumat stendi ilə iştirak edəcək.
Bakıda ilk dəfə təşkil edilən bu əhəmiyyətli tədbir, qadın sahibkarlığını dəstəkləmək və qadınları gücləndirmək məqsədi ilə bir araya gələcək.
FemTech komandası olaraq burada qadınlar üçün nəzərdə tutulan innovativ texnoloji həllər, layihələr və missiyamızı əhatə edən infosessiya ilə layihələrimiz haqqında ətraflı məlumat verəcəyik!
📅 Tarix: 19 Noyabr 2025 | 09:00-18:00
📍 Məkan: Fairmont Baku, Flame Towers
09/11/2025
Bu gün biz Azərbaycan Bayrağı Gününü qürurla qeyd edirik!
Üçrəngli bayrağımız – azadlığımızın, gücümüzün və gələcəyə inamımızın rəmzidir.
FemTech olaraq inanırıq ki, bu bayraq altında hər bir qadının uğuru, elmdə və texnologiyada atdığı hər addım ölkəmizin inkişafına bir işıqdır.
Qürurla dalğalan, Azərbaycan bayrağı!
08/11/2025
Zəfər Günü: Qələbə və İnamla Gələcəyə Baxırıq!
Bu gün, vətənimizin zəfərini və bizim üçün əhəmiyyətli olan hər bir uğuru qeyd edirik. Zəfər Günü, yalnız bir xalqın mübarizəsini deyil, həm də hər bir fərdin iradəsini, gücünü və gələcəyə inamının sübutudur.
04/11/2025
Gəlin qadın sağlamlığının gələcəyi barədə qərarları qadınlar versin.
Testləri, innovasiyaları, həlləri - qadınlar etsin, qadınlar üçün etsin.
FemTech yalnız texnologiya deyil. Bu, bədənimizi, təcrübəmizi və ehtiyaclarımızı nəhayət öz əlimizə almaq deməkdir.
Çünki biz öz bədənimizi daha yaxşı tanıyırıq. 💜
23/10/2025
19/10/2025
🧬 19 oktyabr süd vəzi xərçənginə qarşı mübarizə günüdür. Əsas məqsəd xəstəlik haqqında maarifləndirmək və erkən diaqnozun vacibliyini vurğulamaqdır.
Unutmayaq: erkən diaqnoz həyat qurtarır! 💜
🎀
16/10/2025
“Bioloji saat” təkcə qadınlara aid deyil.
Elm artıq bunu təsdiqləyib. 🔬
🔔 “Bioloji saat” nədir?
Bioloji saat — orqanizmin yaşla birlikdə təbii olaraq dəyişən, reproduktiv (doğum) qabiliyyətini tənzimləyən mexanizmdir.
Uzun illər bu anlayış yalnız qadınlara aid hesab olunurdu. Amma… yeni araşdırmalar bunu dəyişir.
2025-ci ildə Science Advances jurnalında dərc olunan tədqiqat məhsuldarlıq və qocalma haqqında təəccüblü nəticələr ortaya qoyur. Yeni tədqiqat göstərib ki, qadınların yumurta keyfiyyəti yaşla sabit qalır, dəyişən isə kişilərin spermidir.
11/10/2025
Bu gün Qız Uşaqları Günüdür 💫
Onların təhsili, azadlığı və gücü daha ədalətli gələcəyin əsasını qurur. 💜
06/10/2025
Qadın sağlamlığında texnologiyanın rolu genişlənir.
Lazer epilyasiya bunun bir hissəsidir — amma nə qədər təhlükəsizdir?
Fikrinizi paylaşın 👇
26/09/2025
✨ 5 il — bir ideyadan böyük hərəkatadək! ✨
Beş il əvvəl FemTech sadəcə bir xəyal idi. Bu gün isə:
🌟 100+ layihə — bootcamp, ideathon, hackathon, təlimlər, mentorluq və daha çox
🌍 Yerli və beynəlxalq tərəfdaşlıq
👩💻 Minlərlə qadın və gənc üçün yeni imkanlar
2023-cü ildə IDDA Awards-da “İlin Texnologiya İcması” mükafatını qazandıq! 🏆
💡 Nəzrin Əsgərzadə – Founder
“İşlədiyim şirkətdə startap ekosisteminin 3 illik datasını analiz edərkən gördüm ki, qadınların iştirakı çox azdır. Hətta startap founder kimi qadın yox idi. Bu, mənə göstərdi ki, bu sahəyə fokuslanmalıyam.
Komanda yoldaşlarımın cəsarətləndirməsi ilə FemTech 1 ayda kiçik ideyadan şirkətə çevrildi. Avqustda məzuniyyətimdə bütün detalları hazırladım, qlobal və Avropadakı qadınları dəstəkləyən qurumlarla əlaqə saxladım və onların təcrübələrindən istifadə edərək roadmap hazırladım.
Loqonun ideyası bir dostuma aiddir: loqodan tutmuş rənglərə qədər hər şey mənim üçün doğmadır. Sevdiyim rəngi seçmişdim, amma sonra bilirdim ki, bu, loyallıq və gender bərabərliyinin rəmzidir (UK qadın hərəkatına görə). Loqodakı saçlar mənim dalğalı saçlarımdan ilhamlanıb, “Tech” isə fokus qrupumuza aid idi. Hər detal mənim üçün mənalıdır və ümid edirəm ki, daha da böyüyəcəyik. 💜
Əslində, FemTech adı qadınların texnologiyada iştirakı üçün ilk dəfə nəzərdə tutulmuşdu, amma FemTech artıq qadın sağlamlığı və wellbeing sahəsində startapları dəstəkləyən platformadır. Biz də gələcəkdə yeni məhsullarda FemTech startaplarının inkişafına fokuslanacağıq.”
🚀 Gələcək planlarımız:
• Yeni mövzulara diqqət: menstruasiyadan kənar qadın sağlamlığı, psixi sağlamlıq və s.
• Regionlarda seminarlar və ehtiyacların öyrənilməsi, həllərin birgə hazırlanması
• Qadınların startap ekosisteminə daha çox cəlb olunması
• Yeni startapların və layihələrin çoxaldılması
• FemTech sahəsinə investisiyaların artırılması
• Yeni mükafatlar və təşviq proqramları
25/09/2025
🤖Süni intellekt qadın sağlamlığında oyunun qaydalarını dəyişir – fərdi diaqnostika, ağıllı analizlər və yeni həllər artıq bu gün buradadır.
FemTech-də biz texnologiyanı yalnız alət deyil, güc mənbəyi kimi görürük.
Gəl, gələcəyin sağlamlıq ekosistemini bizimlə birgə qur və innovasiyanın bir hissəsinə çevril! 🧬
̇ntellekt
20/09/2025
IVF barədə nə düşünürsünüz?
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Address
Azure Business Center, Nobel Avenue 15
Baku