AzeLab

AzeLab

Share

“AzeLab"MMC Azərbaycanda su, hava, torpaq və süxurların diaqnostika xidmətləri laboratoriyasıdır.

Photos from AzeLab's post 27/09/2025

27 Sentyabr - Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

27 Sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və kollektivinin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq yerli torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

27/09/2025
Photos from AzeLab's post 29/05/2025

“AzeLab” MMC Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “AzeLab” MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən (AzAK) akkreditasiyadan keçirilib.

Bununla da, “AzeLab” MMC sınaq laboratoriyası, sınaq fəaliyyətinin həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2020 - “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartına uyğun akkreditə olunub və fəaliyyət sahəsinə uyğun olaraq uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.

Qeyd edək ki, Akkreditasiya attestatı müştərilər üçün xidmətlərin güvənirliyini, doğruluğunu təmin edir, nəticələrin düzgünlüyünü artırır və beynəlxalq səviyyədə tanınmasını asanlaşdırır.

Photos from AzeLab's post 07/03/2025

“Azelab” MMC - də laboratoriya-təcrübə proqramı çərçivəsində təlimlərə start verilib

“Azelab” MMC -nin mütəxəssisi tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universitetinin tələbələrinə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı təlim keçirilib. Tələbələr laboratoriya şəraitində işləmək üçün ilkin təlimatlarla tanış olublar.

Photos from AzeLab's post 30/09/2024

🌊 Xəzər həftəsi çərçivəsində maarifləndirici tədbirlər davam edir

23-29 sentyabr tarixləri ölkəmizdə “Xəzər həftəsi” keçirilir. Xəzər həftəsi çərçivəsində COP29 Məlumat Mərkəzində şagirdlərlə maarifləndirici tədbir təşkil edilib.

Tədbir zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və “AzeLab” MMC-nin mütəxəssisləri tərəfindən 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinə Xəzər dənizinin ekosistemi barədə məlumatlar verilib, səyyar laboratoriya vasitəsilə monitorinqlərin necə aparılması nümayiş olunub, dəniz suyunun analiz prosesi göstərilib.

İnteraktiv formatda keçirilən tədbir zamanı şagirdlərlə master klass təşkil olunub, uşaqlara “Balıqları öyrənirəm və rəngləyirəm” adlı dərsdənkənar vəsait hədiyyə olunub.

Want your organization to be the top-listed Government Service in Baku?
Click here to claim your Sponsored Listing.

Website

Address


Xətai Rayonu, Xudu Məmmədov 3
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00