tech.az
A-dan Z-yə texnologiya
Ferrari ilk tam elektrikli avtomobili olan Ferrari Luce modelini rəsmi olaraq təqdim etdi. Avtomobilin başlanğıc qiyməti 640 min dollardır. Ferrari Luce 1.050 at gücünə sahibdir və 0-dan 100 km/s sürətə cəmi 2.4 saniyəyə çatır. Model 122 kWh batareya ilə təchiz olunub və təxminən 450 km yürüş məsafəsi təqdim edir. Maksimum şarj sürəti isə 350 kW-dır. Avtomobilin interyer dizaynı Apple-ın keçmiş baş dizayneri Coni Ayv (Jony Ive) ilə birlikdə hazırlanıb. Ferrari Luce 4 elektrik mühərriki, OLED ekranlar və 4 nəfərlik salon ilə gəlir.
26/05/2026
KPMG Sinqapurda yeni Sİ mərkəzi açdı
KPMG Sinqapurda “Trusted Artificial Intelligence Centre of Excellence” adlı yeni süni intellekt idarəetmə mərkəzini istifadəyə verib. Şirkət həmçinin AI idarəetməsi, təhlükəsizlik, tənzimləyici uyğunluq və sektor hazırlığına yönəlmiş yeni qiymətləndirmə xidmətini təqdim edib. Bildirilir ki, xidmət müxtəlif bazarlarda şirkətlərin süni intellekt sistemlərinin yerli qaydalara uyğunluğunu yoxlamağa kömək edəcək. Açılış mərasimində dövlət naziri Jasmin Lau, Jermaine Loy və Lee Sze Yeng iştirak ediblər. Şirkət bunu qlobal “Trusted AI” strategiyasının bir hissəsi adlandırıb.
26/05/2026
340 milyon OnlyFans istifadəçisinin məlumatları satışa çıxarıldı
OnlyFans platformasının 340 milyon istifadəçisinə aid olduğu iddia edilən məlumat bazası haker forumlarından birində satışa çıxarılıb. Məlumata görə, bazada istifadəçi adları, e-poçt ünvanları, telefon nömrələri, izləyici statistikası, sosial şəbəkə hesabları və qismən ödəniş məlumatları yer alır. Satıcı əvvəlcə məlumatların platformanın daxili sistemlərindən əldə edildiyini desə də, sonradan OnlyFans-ın sındırılmadığını bildirib. İddiaya görə, məlumatlar köhnə sızmalar və açıq profillər əsasında toplanıb. Hackread portalı bəzi məlumatların real profillərlə uyğun gəldiyini təsdiqləsə də, məlumat bazasının tam doğruluğunu təsdiq edə bilməyib.
26/05/2026
Çin süni intellekt mütəxəssislərinin ölkədən çıxışını məhdudlaşdırıb
Çin hakimiyyəti süni intellekt sahəsində çalışan mütəxəssislərin və texnologiya şirkətləri rəhbərlərinin ölkədən çıxışına məhdudiyyət tətbiq edib. Bloomberg-in məlumatına görə, artıq DeepSeek və Alibaba kimi iri şirkətlərin əməkdaşları xaricə səfər etmək üçün xüsusi icazə almalıdırlar. Qərarın əsas məqsədinin ABŞ ilə texnologiya rəqabəti fonunda mühüm texnologiyaların qorunması və kadr axınının qarşısının alınması olduğu bildirilir. Ekspertlər hesab edir ki, bu addım Çin şirkətlərinin xarici istedadları cəlb etməsini və mövcud mütəxəssisləri ölkədə saxlamasını çətinləşdirə bilər.
Huawei S800 Çinin ən lüks avtomobili
26/05/2026
Ferrari ilk tam elektrikli avtomobili “Luce”ni təqdim etdi
Ferrari ilk tam elektrikli avtomobili olan “Luce” modelini rəsmi təqdim edib. Beş nəfərlik elektromobilin başlanğıc qiyməti 550 min avro təşkil edir. Avtomobilin dizaynı Apple-ın keçmiş baş dizayneri Coni Ayvın LoveFrom studiyası ilə birgə hazırlanıb. “Luce” hər təkərə ayrıca quraşdırılmış dörd elektrik mühərriki ilə 1050 at gücü hasil edir. Model 0-dan 100 km/saat sürətə 2,5 saniyəyə çatır, maksimal sürəti isə 310 km/saatdır. Tam enerji yüklənməsi ilə 530 km yol qət edən avtomobil lüks salonu, OLED ekranları və 21 dinamikli audio sistemi ilə diqqət çəkir.
26/05/2026
Papa XIV Leo
Kilsə və Anthropic bu süni intellekt dövründə bəşəriyyətin yolunu tapmaq üçün birlikdə çalışacaq.
25/05/2026
Meta Reddit-ə rəqib olacaq yeni platformasını təqdim etdi
Meta “Forum” adlı yeni platformasını istifadəyə verib. Facebook qrupları üçün hazırlanan tətbiqin əsas məqsədi Reddit-ə rəqib olmaqdır. İstifadəçilər mövcud Facebook hesabları ilə platformaya daxil ola və qruplarını avtomatik şəkildə köçürə bilirlər. “Forum”da ləqəblə paylaşım etmək də mümkündür.
Tətbiqdə süni intellekt dəstəyi ilə işləyən “Sor” bölməsi yer alır. Bu funksiya müxtəlif müzakirələri analiz edərək istifadəçilərin suallarına cavab verir. Meta bildirib ki, platformadakı paylaşımlar Facebook qruplarında da görünəcək. Şirkət son aylarda AI imkanlarından istifadə edərək daha çox yeni tətbiq hazırlamağı planlaşdırdığını açıqlayıb.
25/05/2026
Starlink Qırğızıstanda rəsmi fəaliyyətə başladı
İlon Maska məxsus peyk internet xidməti Starlink rəsmi olaraq Qırğızıstanda fəaliyyətə başlayıb. Şirkətin ölkədəki tərəfdaşı “Elkat” layihənin artıq aktiv mərhələyə keçdiyini bildirib. Starlink-in rəsmi saytında da Qırğızıstan xidmətin əlçatan olduğu ölkələr siyahısına əlavə olunub.
Məlumata görə, fərdi istifadəçilər üçün aylıq abunə qiyməti 10 min somdan başlayır. “Starlink Mini” avadanlıq dəstinin qiyməti isə 36 min som təşkil edir.
Qeyd edək ki, Starlink daha əvvəl Tacikistan, Qazaxıstan və Azərbaycanda da istifadəyə verilmişdi.
25/05/2026
Tramp Sİ əvəzinə səhvən suşi restoranına milyon DOLLARLAR İNVESTİSİYA EDİB
ABŞ prezidenti Donald Trampın səhvən süni intellekt şirkəti əvəzinə suşi restoranları şəbəkəsinə milyonlarla dollar investisiya etdiyi iddia olunur. Məlumata görə, Tramp “Kura Sushi USA” şirkətinin səhmlərinə 1–5 milyon dollar arasında yatırım edib. Sosial şəbəkə istifadəçiləri isə onun “Kura” brendini AI avadanlıqları istehsal edən Yaponiyanın “Fujikura” şirkəti ilə səhv saldığını düşünür. Son aylarda Nvidia, Apple və Dell kimi texnologiya şirkətlərinə yatırım edən Trampın bu addımı geniş müzakirələrə səbəb olub. Hadisədən sonra “Kura Sushi” səhmləri 5,4% bahalaşıb. Tramp tərəfi isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.
25/05/2026
“e-Sosial” tətbiqinin bütün funksiyaları “mygov”a keçdi
“e-Sosial” tətbiqinin bütün funksiyaları artıq “mygov” platformasında birləşdi. Mayın 1-dən etibarən “e-Sosial” tətbiqi fəaliyyətini dayandırıb və bütün xidmətlər vahid rəqəmsal platforma üzərindən təqdim olunur. Artıq sosial ödənişlər, pensiya, əlillik, reabilitasiya, əmək münasibətləri və digər xidmətlərə daha rahat, sürətli və təhlükəsiz şəkildə “mygov” vasitəsilə çıxış əldə etmək mümkündür.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Khatai
Baku