Meta4Fashion

Meta4Fashion

Share

DƏB GƏTİRİRİK!

20/03/2026
18/03/2026

🇦🇿 - Hər ilməsində keçmişin ruhunu daşıyan bu geyim sadəliyin içində gizlənən əzəmətin yansımasıdır. ✌🏻
———————————————————————
🇬🇧 - Carrying the spirit of the past in each of its threads, this outfit is a reflection of the grandeur hidden within simplicity. ✌🏻

çantalar tərzliqadınlar əlişigeyimlər clothing handbags outfits handcraftedfashion handmadeclothing

Photos from Meta4Fashion's post 16/03/2026

✨ İrsə hörmət, sənətə sevgi ilə.

Çəhrayının ən gözəl tonu olan magenta rəngi, kəlağayının incə və təbii çalarları ilə uğurla kombin edilərək bu libas dizayn olundu.
Kəlağayının özünəməxsus gözəlliyinə, xəfifliyinə və ruhuna zərər verilmədən hazırlanmış bu obraz Meta4Fashion – Milli Musiqi Kolleksiyasına daxil edildi.

Kəlağayı bizim üçün sadəcə bir parça deyil.
O — milli irsimiz, milli yaddaşımız, adət-ənənələrimizin və qadın zərifliyinin təcəssümüdür.
Bu dizaynda isə kəlağayı həm qorundu, həm də müasir moda dili ilə yenidən danışdırıldı.

KelaghayiStyle AzerbaijaniKelaghayi Milliİrs MilliYaddaş AzərbaycanModası AzerbaijanFashion EthnicFashion HeritageInspired TraditionalMeetsModern Magenta HandmadeDesign FashionWithMeaning

15/03/2026

🎹 Pianonun ritmi, “Milli Musiqimizin “ ruhu

Piano təsviri ilə hazırlanmış bu look Azərbaycan milli musiqi alətlərinin təbliği və təşviqinə həsr olunub.

Korsetin üzərində milli musiqi alətlərimizdən tar və kamança rəssam işi olaraq təsvir edilmişdir. Ətək və korset birlikdə bütöv bir piano kompozisiyası yaradır.

Dizaynın üzərində piano dillərini xatırladan incə saçaq detalları istifadə olunub və bu elementlər obrazın musiqi ruhunu daha da gücləndirir.

Bu lookda moda ilə musiqi bir araya gələrək Azərbaycan mədəniyyətinin zərif bir ifadəsinə çevrilir.

Photos from Meta4Fashion's post 13/03/2026

AZƏRBAYCANIN ƏN BÖYÜK SƏRVƏTLƏRİNDƏN BİRİ — MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZİ ÜZƏRİNDƏ DAŞIYAN XALÇALARIMIZDIR.

Bu kolleksiyada qədim xalça ornamentlərimizi geyim dizaynına tətbiq edərək onları yeni bir formada yaşatmaq böyük fəxrdir.Bununla həm milli irsimizi moda dili ilə ifadə edir, həm də gələcək nəsillərə ötürüləcək bir miras yaratmağa çalışırıq.

Eyni zamanda bu kolleksiya vasitəsilə Azərbaycanın zəngin mədəniyyətini və milli-mənəvi dəyərlərini dünya modasında təqdim etməyi də məqsəd qoymuşuq.

Bu geyim üzərində istifadə olunan naxış isə Azərbaycan xalçaçılıq sənətinin incilərindən biri olan Quba xalçasının ornamentlərindən ilhamlanaraq hazırlanmışdır.

12/03/2026

✨ SAZ — MİLLİ MUSİQİMİZİN SƏSİ ✨
✨ Meta4Fashion — milli ruhun modada təcəssümü.
Azərbaycan milli musiqi tarixində ən qədim və ən dəyərli musiqi alətlərindən biri saz olmuşdur. Onun səsi əsrlər boyu xalqımızın sözünü, duyğularını və ruhunu yaşadaraq bu günümüzə qədər gəlib çatıb.

Bu geyimin üzərində istifadə olunan naxışlar isə Azərbaycanın qədim xalça ornamentlərindən ilhamlanıb. Çünki xalça sənəti də xalqımızın tarixini, dünyagörüşünü və estetik zövqünü özündə yaşadan ən böyük mədəni sərvətlərimizdən biridir.

Sazın musiqisi və xalçalarımızın naxışları burada bir araya gələrək eyni məna daşıyır — milli irsimizin, köklərimizin və mədəni yaddaşımızın ifadəsi.

Məhz buna görə bu obraz Meta4Fashion Milli Musiqi Kolleksiyasının xüsusi parçalarından biri kimi təqdim olunur.

08/03/2026

Bayramınız mübarək, əziz xanımlar! 🌸

Qadın hər zaman ilham mənbəyidir — zərifliyin, gücün və gözəlliyin ən incə ifadəsidir. Moda dünyasında yaratdığımız hər obrazda məhz bu ruh yaşayır.

Bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm və hər birinə sevgi, xoşbəxtlik, ilham dolu günlər və daim parlayan bir həyat arzulayırıq. 💐

Photos from Meta4Fashion's post 05/03/2026

Four Seasons – Winter💎
Barokko ruhu, hip-hop enerjisi

Zərxara parçadan hazırlanmış bu look barokko üslubunun zərifliyini hip-hop tərzinin enerjisi ilə sintez edir. Milli koloritlə tamamlanan bu obrazda həm qadın incəliyinin zərifliyi, həm də güclü enerji hiss olunur.

Sərt qışın soyuq tonlarından ilhamlanan rəngi isə bu üsluba xüsusi bir dərinlik və xarakter qatır. ❄️✨

FashionDesign BaroqueStyle HipHopStyle DesignerCollection

Photos from Meta4Fashion's post 05/03/2026

Four Season kolleksiyası — Winter ❄️
Müasirlik və irsin vəhdəti

Bu lukda hip-hop tərzinin sərbəst və iddialı ruhu ilə barokko üslubunda hazırlanmış pencəyin zəngin estetikası bir araya gəlir.

Parçamızın üzərindəki milli ornamentlər isə keçmişimizə olan bağlılığımızın simvoludur. Bu detal bir daha göstərir ki, dizayner olaraq məqsədimiz müasir üslubla milli adət-ənənəmizi və koloritimizi bir vəhdətdə təqdim etməkdir.

Burada hər xətt, hər forma bir mesaj daşıyır — keçmişlə bu günün dialoqu.

Rəng seçimi isə təsadüfi deyil. Mavinin soyuq tonları qışın sakitliyini, dərinliyini və eyni zamanda gücünü xatırladır.

Bu, Four Season kolleksiyasının Winter hissəsidir — ənənə ilə müasirliyin, güc ilə estetik incəliyin harmoniyası.

Photos from Meta4Fashion's post 05/03/2026

Four Season kolleksiyası — Winter ❄️
Güc və zərifliyin harmoniyası

Bu obrazda qadının daxilindəki gücü göstərməyə çalışdıq.

Şalvar və korset forması qadının xarakterində mövcud olan qətiyyəti, iradəni və kişi gücü ilə assosiasiya olunan möhkəmliyi simvolizə edir. Çünki qadın yalnız zəriflik deyil — o, eyni zamanda qərar, dayaq və gücdür.

Üzərindəki əl işləri və kəlağayı detalları isə milli adət-ənənəmizin, köklərimizin və qadın ruhunun incəliyini daşıyır. Burada müasir siluetlə ənənəvi sənətkarlıq bir araya gələrək Azərbaycan qadınının bütöv obrazını yaradır.

Bu, Four Season kolleksiyasının Winter hissəsidir — soyuq mövsümdə belə öz istiliyini və gücünü qoruyan qadının hekayəsi.

Azərbaycan qadını həm zərifdir, həm də güclü.

Photos from Meta4Fashion's post 04/03/2026

“Four Season” kolleksiyası — Winter ❄️
Müasirlik və irsin vəhdəti

Bu lukda hip-hop tərzinin sərbəst və iddialı ruhu ilə barokko üslubunda hazırlanmış pencəyin zəngin estetikası bir araya gəlir.

Parçamızın üzərindəki milli ornamentlər isə keçmişimizə olan bağlılığımızın simvoludur. Bu detal bir daha göstərir ki, dizayner olaraq məqsədimiz müasir üslubla milli adət-ənənəmizi və koloritimizi bir vəhdətdə təqdim etməkdir.

Burada hər xətt, hər forma bir mesaj daşıyır — keçmişlə bu günün dialoqu.

Rəng seçimi isə təsadüfi deyil. Mavinin soyuq tonları qışın sakitliyini, dərinliyini və eyni zamanda gücünü xatırladır.

Bu, Four Season kolleksiyasının Winter hissəsidir — ənənə ilə müasirliyin, güc ilə estetik incəliyin harmoniyası.

Photos from Meta4Fashion's post 04/03/2026

❄️ Qışın səssizliyində açan sevgi ❄️

Four Season Kolleksiyası
Winter | Qış

Bu paylaşımda qış fəslinə aid obrazı sevgi və istilik anlayışı ilə təqdim etdim.

Bəyazın saflığı üzərində kəlağayıdan hazırlanmış magenta rəngli korset —
soyuq mövsümdə belə insanın ürəyində çiçək aça bilən duyğuların simvoludur.

Ağ — qışın sükutu və təmizliyi.
Magenta — sevginin, gücün və daxili enerjinin rəngi.

Milli koloritimizi yaşadan kəlağayı detalı isə ənənə ilə müasirliyi bir araya gətirir.

Qış soyuq ola bilər…
amma sevgi hər zaman öz rəngini tapır.

Meta4Fashio

Want your business to be the top-listed Clothing Store in Baku?
Click here to claim your Sponsored Listing.

Address


Baku
1134