Prime Line
İnsan Mərkəzli Uğurlu Biznes
31/03/2026
Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik!🥀
30/03/2026
: Layihə Satışı Üzrə Menecer
İşin məzmunu:
- Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Şirkətin məhsul və xidmətlərinin müştərilərə təqdimatı;
- Müştəri tələblərinin müəyyənləşdirilməsi, uyğun həllərin təklif edilməsi və müqavilələrin bağlanması;
- Satış həcminin və keyfiyyətinin izlənilməsi, hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Müştərilər tərəfindən ödənişlərin müqavilə şərtlərinə uyğun və vaxtında həyata keçirilməsinə nəzarət edilməsi.
Tələblər:
- Satış sahəsində minimum 3 il iş təcrübəsi (inşaat sahəsində təcrübə və müəyyən müştəri bazasının olması);
- Yüksək səviyyədə kommunikasiya və satış bacarıqları;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü iş üslubu;
- MS Office proqramları üzrə biliklər;
- Xarici dil biliyi üstünlükdür;
- Şəxsi avtomobil və sürücülük vəsiqəsi üstünlükdür.
İş Şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə: 09:00-dan 13:00-dək);
- Əmək haqqı: 1000+ AZN (əlavə olaraq satışdan yüksək faiz);
- Əmək haqqı namizədin bilik bacarığına əsasən dəyişə bilər;
- İş yeri: N.Nərimanov rayonu, A.Aqarunov 3-9.
Əlaqə üçün :
📲+994 55 213 14 08
📬 [email protected]
☎️ 012 488 05 83
🌏 www.primeline.az
30/03/2026
: Korporativ Satış Meneceri
İşin məzmunu:
- Müştərilərlə telefon və e-mail vasitəsi ilə operativ və peşəkar əlaqənin qurulması;
- Şirkətin məhsul və xidmətləri haqqında müştərilərə ətraflı və düzgün məlumatın təqdim edilməsi;
- Mövcud müştəri bazasının idarə olunması və korporativ müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması;
- Müştərilər üçün təkliflərin hazırlanması;
- Yeni müştərilərin aktiv şəkildə axtarışı və cəlb edilməsi;
- Satış prosesinin bütün mərhələlərinin koordinasiyası və nəzarətdə saxlanılması;
- Satış göstəricilərinin (plan, dövriyyə və s.) izlənilməsi və mütəmadi hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Müştərilərlə ödəniş proseslərinin izlənilməsi və vaxtında icrasına nəzarət.
Tələblər:
- Satış sahəsində minimum 2 il iş təcrübəsi (inşaat sahəsində təcrübə üstünlükdür);
- Xarici dil biliyi (rus və ya ingilis dili) üstünlükdür;
- MS Office proqramlarında (Word, Excel və s.) işləmək bacarığı;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarıqları;
- Komandada işləmə və vaxtın effektiv idarə olunması bacarığı.
İş Şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə: 09:00-dan 13:00-dək);
- Əmək haqqı: 700 AZN (əlavə olaraq satışdan faiz);
- İş yeri: N.Nərimanov rayonu, A.Aqarunov 3-9.
Əlaqə üçün :
📲+994 55 213 14 08
📬 [email protected]
☎️ 012 488 05 83
🌏 www.primeline.az
21/03/2026
Novruz bayramı münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edirik!
19/03/2026
Günləriniz xoşbəxtlik, könlünüz səadətlə dolsun, Ramazan Bayramınız mübarək olsun!
: Təcrübəçi Mühasib
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq şöbəsinə gündəlik işlərdə dəstək vermək;
- Mühasibat sənədlərinin hazırlanması və arxivləşdirilməsi;
- Elektron qaimələrin və hesab-fakturaların işlənməsi;
- Bank və kassa əməliyyatlarının qeydiyyatında iştirak etmək;
- Rəhbərliyin mühasibatlıq sahəsində verdiyi digər tapşırıqları yerinə yetirmək;
Tələblər:
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Mühasibatlıq sahəsində karyera qurmaq istəyi;
- MS Excel və proqramı üzrə baza bilikləri ;
- Vergi və mühasibat uçotu haqqında ümumi biliklər;
- Analitik düşünmə, dəqiqlik və məsuliyyətlilik;
- Rus və ingilis dilləri orta səviyyədə;
İş şəraiti:
- Nahar şirkət tərəfindən təmin edilir.
- Həftə içi 5 gün.
- Təcrübə müddəti 3 ay.
Əlaqə üçün :
📲+994 55 213 14 08
📬 [email protected]
☎️ 012 488 05 83
🌏 www.primeline.az
Prime Line İnsan Mərkəzli Uğurlu Biznes
08/03/2026
8 Mart bayramında qəlbinizdən məhəbbət, üzünüzdən təbəssüm, gözlərinizdən sevinc əskik olmasın!
03/03/2026
: İnsan Resursları üzrə Təcrübəçi (Recruitment)
Vəzifə öhdəlikləri:
- Vakansiyaların hazırlanması və elan platformalarında yerləşdirilməsinə dəstək;
- CV-lərin toplanması və ilkin filtrasiya edilməsi;
- Namizədlərlə ilkin əlaqənin qurulması (zəng və ya email vasitəsilə);
- Müsahibələrin planlaşdırılması və koordinasiyası;
- Namizəd bazasının yenilənməsi və məlumatların sistemə daxil edilməsi;
- Müsahibə qeydlərinin aparılması;
- Əmək bazarının araşdırılması (maaş aralığı, vakansiya tələbləri, sektor üzrə trendlər və s.);
- Rəqib şirkətlərin işə qəbul strategiyalarının araşdırılması;
- Müxtəlif platformalar üzərindən aktiv namizəd axtarışı (sourcing);
- HR hesabatlarının hazırlanmasına dəstək;
- Digər HR layihələrində iştirak;
Tələblər:
- Ali təhsil (son kurs tələbələri və ya yeni məzunlar üstünlükdür – HR, Psixologiya, İdarəetmə və s.);
- Azərbaycan dili sərbəst, Rus və ya İngilis dili arzuolunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Güclü araşdırma və analiz bacarıqları;
- Ünsiyyət bacarığı və məsuliyyətlilik;
- HR sahəsində inkişaf etmək istəyi;
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İş yeri: Babək Prospeti, Babək Plaza;
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “İnsan Resursları üzrə Təcrübəçi (Recruitment)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
📲+994 55 213 14 08
📲+994 55 213 14 88
📬 [email protected]
☎️ 012 488 05 83
🌏 www.primeline.az
26/02/2026
1992-ci il, Fevral ayının 25-dən 26-a keçən gecə, erməni silahlı qüvvələri Xocalı şəhərinə daxil olaraq misli görülməmiş faciə törədib. Azərbaycan xalqı soydaşlarına qarşı törədilmiş bu soyqırım faciəsini heç bir zaman unutmayacaq və unutdurmayacaqdır!
02/02/2026
Vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinin cavablandırılması;
- Müştərilərə müraciətlərinə uyğun məsləhət tipli dəstəyin göstərilməsi və yaranmış sualın cavablandırılmasında köməklik göstərilməsi;
- Məlumat bazasına qəbul olunmuş informasiyanın sistemə daxil edilməsi;
- Müştərilərin təklif və şikayətlərinin qeydə alınması və aidiyyəti üzrə yönləndirilməsi;
- Aylıq hesabatın təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və Rus dillərində səlis bilik;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Xoş səs tonu;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Emosiyalarını idarə etmə bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı;
- Müvafiq sahədə minimum 2 il təcrübə;
- Ofis proqramları ilə işləyə bilmək bacarığı.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Çağrı Mərkəzi Mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
📲+994 55 213 14 08
📲+994 55 213 14 88
📬 [email protected]
☎️ 012 488 05 83
🌏 www.primeline.az
21/01/2026
: İT Administratoru
Vəzifə Öhdəlikləri
- Masaüstü və noutbuklara texniki dəstəyin göstərilməsi, onların texniki xidmət və inzibatçılığının həyata keçirilməsi;
- İstifadəçi proqram təminatının quraşdırılması, konfiqurasiyası və texniki xidməti;
- Köməkçi qurğuların (printerlər, skanerlər, mobil cihazlar) qurulması, saxlanılması və nasazlıqların aradan qaldırılması;
- Əməkdaşlar üçün texniki dəstək;
- İstifadəçi hesablarının və giriş/icazə hüquqlarının idarə olunması;
- Serverlərin, şəbəkənin və ehtiyat nüsxələmə (backup) sistemlərinin istismarında dəstək;
- IT proseslərinin, insidentlərin və həllərin sənədləşdirilməsi;
- IT layihələrində iştirak (məsələn, sistem miqrasiyaları, yeni proqram təminatının tətbiqi)
Tələblər
- Sahə üzrə bakalavr dərəcəsi;
- Windows müştəri sistemləri üzrə çox yaxşı biliklər;
- Microsoft Office tətbiqlərindən və geniş yayılmış biznes proqram təminatından sərbəst istifadə;
- Şəbəkə və server əməliyyatları üzrə biliklər üstünlükdür;
- İngilis dilini səlis bilmə;
- Analitik düşüncə və problemlərin aradan qaldırılmasına sistemli yanaşma;
- Həssas məlumatlarla işləyərkən etibarlılıq və məxfilik;
- Texniki məsələləri aydın və anlaşılan şəkildə izah etmək bacarığı;
Təklif Edirik
- Strukturlaşdırılmış təlim və peşəkar inkişaf proqramları;
- Razılaşma əsasında çevik iş qrafiki və məsafədən (mobil) işləmək imkanları;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İT Administratoru” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
21/01/2026
: Hüquqşünas
Əsas Məsuliyyətlər
- Azərbaycan qanunvericiliyi əsasında korporativ, bankçılıq və maliyyə məsələləri üzrə yerli və beynəlxalq müştərilərə hüquqi məsləhət verilməsi;
- Banklar, borc fondları və korporativ borcalanlarla danışıqların aparılması və koordinasiyası;
- Risk qiymətləndirilməsinin həyata keçirilməsi;
- Çoxjurisdiksiyalı əməliyyat proseslərinin idarə olunması;
- Bank hüququ və maliyyə əməliyyatları üzrə müştərilərə dəstək və məsləhət;
- Korporativ/M&A, İnfrastruktur/Layihələr və Daşınmaz Əmlak komandaları ilə sıx əməkdaşlıq;
- Müştərilərlə birbaşa ünsiyyət və praktik, əsaslandırılmış hüquqi tövsiyələrin təqdim edilməsi;
Tələblər
- Azərbaycan hüququ üzrə tam ixtisaslı hüquqşünas; yeni başlayan və ya Korporativ, Bankçılıq və Maliyyə sahəsində 1–3 il iş təcrübəsi olan namizədlər;
- Güclü kommersiya düşüncəsi və mürəkkəb maliyyə strukturlarına maraq;
- Azərbaycan və İngilis dillərini mükəmməl səviyyədə bilmək (şifahi və yazılı); əlavə dillər üstünlükdür (məsələn, Alman dili);
- Güclü analitik bacarıqlar, dəqiq hüquqi yazı qabiliyyəti və nəticəyönümlü yanaşma;
- Beynəlxalq mühitdə məsuliyyətli, ünsiyyətcil və komanda ilə işləmə bacarığı;
- Üstünlükdür: beynəlxalq təcrübə, bank və ya maliyyə sahəsində təcrübə və ya staj;
Təklif Edirik
- Çətin və maraqlı transsərhəd layihələrlə beynəlxalq hüquq firması mühiti;
- Təcrübəli partnyorlar və beynəlxalq komandalarla sıx əməkdaşlıq sayəsində sürətli inkişaf;
- Razılaşma əsasında çevik iş saatları və distant iş imkanları;
- Strukturlaşdırılmış təlim və peşəkar inkişaf proqramları;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Hüquqşünas” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Babek Plaza, Block B, 8th Floor
Baku
1022
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |