TreeTech.az
Texnologiya | Yaradıcılıq | Startap | Psixlogiya | Maraqlı
09/05/2023
Heydər Əliyevin ilk dəfə nümayiş olunan şəkilləri…
“Azərbaycan tarixinin bir parçası olan bu fotoşəkilləri Azərbaycan xalqına təqdim edirəm.” - Reza Deghati
Foto:
Tarix: 1993-cü illər
05/05/2023
"Google" parolun "istifadəsi daha asan və daha təhlükəsiz" olan alternativi kimi xidmət edəcək keçid açarlarını təqdim edib. Şirkət bu yeni giriş metodunu tətbiqlər və vebsaytlar üçün təmin edir.
"Google" bildirib ki, keçid açarları ilə istifadəçilər telefonlarının kilidini aça bildikləri kimi müxtəlif hesablarına da daxil ola bilərlər.
04/05/2023
Ukraynanın taksi şirkəti Uklon ( .az ) Pasha Holding investisiyalı şirkət olan ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda fəaliyyət göstərəcək.
Bununla da Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkətlərinin sayı 5-ə çatıb ki, bunlardan bir digər Ukrayna şirkəti də .azerbaijan ‘dır.
04/05/2023
"TikTok" oxucular üçün yeni kitablar kəşf etmək və satışları artırmaq məqsədilə, " " adlı tətbiqi inkişaf etdirmək istəyir. Belə ki, "TikTok"un ana şirkəti olan "ByteDance" öz nəşriyyat bölməsini yaratmağı planlaşdırır.
Aprel ayında şirkət "8th Note Press" adlanacaq yeni kitab nəşriyyatı üçün ABŞ ticarət nişanına müraciət edib. "TikTok" qeyd edir ki, aprel ayında " " həştəqinə 19 milyon videoda 126 milyard dəfə baxılıb.
03/05/2023
👨🏻🦳🗣️ "Süni intellektin atası" hesab edilən 75 yaşlı Geoffrey Hinton süni intellekt sahəsindəki işinə görə peşman olduğunu deyərək "Google"dan istefa verdiyini açıqlayıb.
🚫Süni intellektin hazırda insanlardan daha təhlükəli olmadığını, lakin potensial təhlükələrin olduqca qorxulu olduğunu ifadə edən Hinton, onun yaxın gələcəkdə insanlardan daha ağıllı ola biləcəyi qənaətində olduğunu qeyd edir.
03/05/2023
Mürəkkəb və ağıllı maşınlar yaratmaqla tanınan robototexnika şirkəti Boston Dynamics öz repertuarına daha bir təsirli uğur əlavə etdi. Onlar ChatGPT-dən öz robot iti Spot-a nitq vasitəsilə insanlarla ünsiyyət qurmaq imkanı vermək üçün istifadə ediblər. Bu nailiyyət təbii dil emal imkanları və maşın öyrənmə üsullarının kombinasiyası ilə həyata keçirilib.
Spot mürəkkəb mühitlərdə araşdırmaq və işləmək üçün nəzərdə tutulmuş dördayaqlı robotdur. Robot indi sualları insan dilində cavablandırmaq və missiyasının nəticələri haqqında hesabat vermək qabiliyyəti ilə təchiz edilib. Bu, missiyanı təsvir edən böyük məlumat faylı və giriş kimi iş vaxtında toplanmış məlumatları qəbul edən ChatGPT platforması vasitəsilə həyata keçirilir. Məlumatları kiçik parçalara ayırmaqla ChatGPT ən uyğun parçaları tez bir zamanda çıxara və istifadəçinin suallarına cavab verə bilər.
03/05/2023
📱⬆️ Ən son texnologiya hesabatına görə, ən yaxşı telefon sıralaması yuxarıdakı kimi olacaq.
📌 Sizin fikirləriniz nədir?
03/05/2023
Yeni bir araşdırmaya görə, "ChatGPT" xəstələrin tibbi suallarına cavab verməkdə həkimlər qədər yaxşı ola bilər. Chatbot-lar xəstənin simptomları üçün mümkün olan bütün diferensial diaqnozları nəzərdən keçirmək və izah etməkdə daha şəffaf ola bilər.
"Harvard"da kompüter elmləri üzrə mütəxəssis olan Dr. Isaac Kohane bu yaxınlarda bildirib ki, "ChatGPT"nin ən son dil modeli olan "GPT-4" həkimlərə xəstələrlə aydınlıq və şəfqətlə necə danışmaq barədə məsləhətlər verə bilər.
01/05/2023
Azərbaycanda F1 Küləyi! 🇦🇿
Formula 1 dünya çempionatının 4-cü mərhələsi olan Azərbaycan Qran Prisindən sona bu kadrlar qaldı.🏁
Foto müəllifi:
01/05/2023
Aprelin 25-də yerli vaxtla saat 08:20-də İsveç Kosmik Şirkəti tərəfindən atılan tədqiqat raketi səhvən Norveçə düşüb.
TurkicWorld-un məlumatına görə, bu barədə İsveç Kosmik Şirkəti (SSC) bildirib.
Məlumata əsasən, raket 250 kilometr yüksəkliyə çatdıqdan sonra marşrutdan çıxaraq hesablandığından daha çox qərb istiqamətinə düşüb.
Bundan əlavə, Norveç Xarici İşlər Nazirliyinin sözçüsü ölkə rəhbərliyinin hər hansı icazəsiz fəaliyyətə çox ciddi yanaşdığını və raket qalıqlarının ərazidən çıxarılması üçün Norveçdən öncədən icazə alınmasının vacibliyini vurğulayıb.
01/05/2023
📱⤵️ "YouTube"dan proqramsız video yükləmə ardıcıllığı:
1. İzlədiyiniz YouTube videosunun linkini kopyalayın.
2. Kopyaladığınız linki yeni axtarış pəncərəsinə əlavə edin.
3. Əlavə etdiyiniz linkə (Misal: ssyoutube.com/watch?v=X7WIqp6x6G8) "ss" əlavəsini yazın.
4. "Enter" düyməsini klik edin.
5. Açılan pəncərədən videonuzu 720p yükləyə bilərsiniz.
📌 Bu tərz məlumatlar üçün səhifəni izləməyi unutmayın.
26/04/2023
Sizin seçiminiz hansı mobil oyun olub? 🤔
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Mətbuat Pr. , 529-cu Məhəllə, "Azərbaycan" Nəşriyyatı, 3-cü Mərtəbə
Baku