EDA Terapiya

EDA Terapiya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EDA Terapiya, Psychotherapist, Caspian Business Center, Cəfər Cabbarlı 40, Baku.

Photos from EDA Terapiya's post 16/08/2025

Əziz dostlar, 🌿

Sevinc hissi ilə bildirmək istəyirik ki, mərkəzimizin təsisçisi Uzman Psixoloq Cəmilə Rəhimli, Academy of Cognitive and Behavioural Therapies (A-CBT) tərəfindən akkreditə olunan ilk azərbaycanlı psixoterapevt olaraq, ölkəmiz adına beynəlxalq miqyasda böyük bir uğura imza atıb. 🎉

Nəzərinizə çatdırırıq ki, A-CBT, Koqnitiv Davranış Terapiyası sahəsində fəaliyyət göstərən beynəlxalq nüfuzlu akademiya olmaqla yanaşı, Beck Institute tərəfindən rəsmi olaraq CBT tətbiqinə akkreditasiya verən yeganə təşkilat kimi tanınır və bu sahədə dünyada ən yüksək nüfuza sahib qurumdur.

Bu xəbəri daha əvvəl almışdıq, lakin həmin vaxt ACBT-in rəsmi veb saytında Azərbaycanın adı yer almırdı. Ölkəmizin adının əlavə olunması gözlənilən bir yenilik idi və artıq Cəmilə xanımın uğuru sayəsində Azərbaycan da bu siyahıya daxil edilib. Bu, təkcə bir fərdin və mərkəzimizin nailiyyəti deyil, həm də ölkəmizdə elmi əsaslı psixoterapiya sahəsinin beynəlxalq arenada tanınması istiqamətində atılmış mühüm addımdır. 🌍

Uzun illər davam edən təlim və superviziya proseslərinin, beynəlxalq qiymətləndirmə və dinləmələrin nəticəsi olaraq əldə edilən bu akkreditasiya, ölkəmizdə psixoterapiyanın inkişafı üçün əhəmiyyətli bir mərhələdir.

EDA Terapiya olaraq məqsədimiz, gələcəkdə bu siyahıda yer alan azərbaycanlı psixoterapevtlərin sayını artırmaqdır. ✨

Photos from EDA Terapiya's post 29/03/2025

EDA Terapiya'nın Ghibli dünyasından çıxmış kimi görünən, lakin gerçək həyatda sizə bərabər addımlayan psixoloq komandası ❤️

25/12/2024

Bu gün AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzası ilə bağlı xəbər bizi dərindən sarsıtdı. Bu faciə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyirik. Bu ağır anlarda onların ağrısını bölüşür, yaralananlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq. Belə hadisələrin bir daha təkrarlanmamasını ümid edirik.

Hörmətlə,
EDA Terapiya Psixologiya Mərkəzi

04/10/2024

EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqları Cəmilə Rəhimli və Aysel Fərəcova, Ankarada təşkil olunan 4-cü Beynəlxalq Koqnitiv Davranış Terapiyaları Konqresində iştirak edirlər. Bu konqres, terapevtlər üçün biliklərini genişləndirmək və elmi nailiyyətlər haqqında müzakirələr aparmaq üçün mühüm bir platforma təmin edir.

02/08/2024

Göstərişdən uzaq, effektivliyi elmi araşdırmalarla sübut olunmuş psixoterapiya yanaşması - Koqnitiv Davranış Terapiyası (CBT).

MMPI Nədir? Minnesota Çoxyönlü Şəxsiyyət Testi Nədir? | EDA Terapiya 06/01/2024

EDA Terapiya olaraq, şəxsiyyət pozuntusu olmasına ehtimal verdiyimiz şəxsləri dəqiq diaqnoz üçün MMPI Testinə yönəldilirik.
Daha dəqiq anlaşılması üçün mərkəzimizin MMPI tətbiq edicisi, uzman psixoloq Ləman Əlizadə MMPI-ı geniş izah edən yazı hazırlayıb.

MMPI Nədir? Minnesota Çoxyönlü Şəxsiyyət Testi Nədir? | EDA Terapiya MMPI, mental sağlamlıq problemlərinin diaqnostikası üçün, mental sağlamlıq mütəxəssisləri tərəfindən klinik qiymətləndirmə vasitəsidi.

Koqnitiv Davranış Terapiyası (CBT) Nədir? | EDA Terapiya 27/12/2023

Koqnitiv Davranış Terapiyası (CBT) Nədir?

Koqnitiv Davranış Terapiyası (CBT) Nədir? | EDA Terapiya Koqnitiv Davranış Terapiyası (CBT) digər terapiya üsulları ilə müqayisədə problemə daha çox diqqət yetirən bir yanaşmadır.

Narkotik Asılılığı Nədir? Narkotik Asılılığından Qurtulmağın Yolları | EDA Terapiya 20/12/2023

Narkotik Asılılığı Nədir? Narkotik Asılılığından Qurtulmağın Yolları

Narkotik Asılılığı Nədir? Narkotik Asılılığından Qurtulmağın Yolları | EDA Terapiya Narkotik Asılılığı fiziki və psixoloji asılılıq yaradan, fərdin, şəxsi, sosial və peşə həyatına mənfi təsir göstərən bir xəstəlikdir.

Bulimiya Nervoza Nədir? Simptomları Hansılardır? | EDA Terapiya 19/12/2023

Bulimiya Nervoza Nədir? Simptomları Hansılardır?

Bulimiya Nervoza Nədir? Simptomları Hansılardır? | EDA Terapiya Bulimiya Nervoza aşırı yeməsən sonra, çəki artımı riskinə qarşı kompensasiya edici davranışlarla xarakterizə olunan yemə pozuntusudur.

Want your practice to be the top-listed Clinic in Baku?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Caspian Business Center, Cəfər Cabbarlı 40
Baku

Opening Hours

10:00 - 17:00