Azad Iran
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur.
24/06/2026
🇮🇱 İsrail səfiri: “🇮🇷 İranla müharibə bizi Körfəz ölkələrinə daha da yaxınlaşdırdı”
Dünən İsrailin 🇦🇪 BƏƏ-dəki səfiri Yossi Şelli bildirib ki, İranla son müharibə İsrail və Fars körfəzi ölkələri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olub.
"Jerusalem Post"a müsahibəsində Şelli qeyd edib ki, 2020-ci ildə imzalanmış İbrahim Sazişləri çərçivəsində qurulan tərəfdaşlıq son proseslərdən sonra yeni mərhələyə qədəm qoyub.
Onun sözlərinə görə, İranın hücumları Körfəz ölkələrinin İsraildən uzaqlaşmasına deyil, əksinə, tərəflərin bir-birinə daha da yaxınlaşmasına gətirib çıxarıb.
"İranın raket və dronlarla həyata keçirdiyi hücumlar İsrail və BƏƏ-nin ortaq təhlükəsizlik maraqlarını daha aydın şəkildə ortaya qoyub və birgə müdafiə əməkdaşlığının əhəmiyyətini artırıb", - deyə səfir əlavə edib. (Euronews)
Kanala abunə olun
24/06/2026
YENİLƏNİB
🇮🇷 Qalibafın 🇦🇿 Azərbaycan Prezidenti ilə görüşündən görüntülər
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev son vaxtlar qardaş İran xalqının çox böyük əziyyətlər çəkdiyini vurğulayıb müharibədə həlak olanlara bir daha Allahdan rəhmət diləyib.
Müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İran xalqı və dövlətinin yanında olduğunu deyən Prezident İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirib.
Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını vurğulayan dövlətimizin başçısı bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırlayıb.
Azərbaycanla İranın çətin günlərdə də daim bir-birinin yanında olduqlarını deyən Məhəmməd Baqir Qalibaf bunu ölkələrimizin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirib.
Qonaq bu müharibənin, eyni zamanda, İrana müsəlman ölkələri ilə təmasların nə dərəcədə vacib olduğunu göstərdiyini bildirib.
Qalibaf qeyd edib ki, İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda, dost ölkə kimi Azərbaycan İranın yanında olub.
Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin gələcəkdə daha da dinamik inkişafına əminlik ifadə olunub, Ağbənd-Kəlalə körpüsünün tikintisinin artıq başa çatdırıldığı və İran ərazisindən keçən Araz dəhlizinin də regionda nəqliyyat imkanlarının artırılmasına xidmət edəcəyi məmnunluqla vurğulanıb.
Kanala abunə olun
Kanala abunə olun
24/06/2026
🇦🇿 Azərbaycan rəsmisi: “Ölkə ərazisindən qonşu dövlətlərə qarşı istifadəyə imkan verilməyəcək”
Bu gün Bakıda Azərbaycan Milli Məclisinin sədr müavini Musa Qasımlı ilə görüşən 🇮🇷 İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf səfərindən məmnunluğunu ifadə edib.
O bildirib ki, bölgədəki mövcud vəziyyət fonunda konfrans İslam ölkələri arasında birliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verə bilər.
Qalibaf, Azərbaycan xalqına və Milli Məclisinə uğurlar arzulayaraq, tədbirdə iştirakını üzv dövlətlərlə, xüsusilə Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsi baxımından vacib imkan kimi dəyərləndirib.
Musa Qasımlı isə Azərbaycanın bölgədə sülh və sabitliyin tərəfdarı olduğunu vurğulayıb. O qeyd edib ki, ölkə ərazisindən heç bir qonşuya qarşı istifadə olunmasına imkan verilməyəcək və Azərbaycan qonşularla mehriban münasibətlərin inkişafına önəm verir. (IRIB News)
Kanala abunə olun
24/06/2026
🇦🇿 Azərbaycan Prezidenti 🇮🇷 İran parlamentinin sədrini qəbul edib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaflı qəbul edib.
Görüşdə Azərbaycan Prezidentinin xüsusi köməkçisi Hikmət Hacıyev, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu iştirak edib. (Mehr News)
Xatırladaq ki, Qalibaf səhər saatlarında İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak məqsədi ilə Bakıya səfər edib.
دیدار قالیباف و الهام علیاف، رئیس جمهوری آذربایجان
Telegram kanalımıza abunə olun!
https://t.me/AzadIranTelegram/70560
24/06/2026
🇮🇳 Hindistanın baş naziri 🇮🇷 Xameneyinin dəfninə dəvət edilib 👳♂️⚰️
Bu gün İran prezidenti Məsud Pezeşkian Hindistanın baş naziri Narendra Modini İslam Respublikasının mərhum lideri Əli Xameneyinin dəfn mərasimində iştirak etmək üçün Tehrana dəvət edib. Bununla bağlı, Hindistanın "Wion" nəşri xəbər verir.
Məlumata əsasən, 4–9 iyul tarixlərində İran və İraqda keçirilməsi planlaşdırılan vida və dəfn mərasimlərində dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir.
مسعود پزشکیان، رئیس جمهور ایران، از نارندرا مودی، نخست وزیر هند، برای شرکت در مراسم تشییع علی خامنه ای دعوت کرده است.
Kanala abunə olun
24/06/2026
🇮🇷 İranda iqtisadi böhran uşaq alverinin artmasına yol açır 👧🧒💰
İranda artan inflyasiya və yoxsulluğun dərinləşməsi fonunda cinayətkarlıq, məişət zorakılığı və uşaq alveri halları ilə bağlı narahatlıqlar artır.
Kriminoloq Qasım Qasımi "Etemad" qəzetinə müsahibəsində bildirib ki, son illər, xüsusilə də son aylarda mülkiyyət əleyhinə və zorakılıq xarakterli cinayətlərin sayında artım müşahidə olunur.
Bildirilib ki, iqtisadi çətinliklər uşaq alveri və uşaq istismarı kimi halların da artmasına zəmin yaradır. Yerli mediada yaxın vaxtlarda maddi sıxıntılar səbəbindən uşaqlarını satan valideynlərlə bağlı xəbərlər yayılıb.
Sosioloq Aliyə Şəkərbəyi isə ILNA agentliyinə açıqlamasında bildirib ki, uşaq alverinin əsas səbəblərindən biri dərin yoxsulluq, işsizlik və sosial dəstəyin yetərsizliyidir. Onun sözlərinə görə, bəzi hallarda uşaqların satılması mütəşəkkil şəbəkələrin fəaliyyəti ilə də əlaqəli ola bilər.
Telegram kanalımıza abunə olun!
https://t.me/AzadIranTelegram/70557
24/06/2026
🇮🇷 İran bir neçə gün ərzində hava nəqliyyatına məhdudiyyətlər qoyacaq 👳♂️✈️❌
İran Hava Limanları və Hava Naviqasiyası Şirkəti İslam Respublikasının mərhum lideri Əli Xameneiyə həsr olunmuş vida mərasimləri ilə əlaqədar ölkənin hava nəqliyyatı sistemində müvəqqəti məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb.
Qurumun yaydığı bəyanata əsasən, məhdudiyyətlər İran Mülki Aviasiya Təşkilatı tərəfindən təsdiqlənmiş hava hərəkətinin idarə olunması planı çərçivəsində həyata keçiriləcək.
Tehranın Mehrabad hava limanında 3 və 6 iyul tarixlərində bütün uçuşlar dayandırılacaq. Hava limanı 4, 5, 7 və 8 iyul tarixlərində isə məhdud fəaliyyət göstərəcək.
Eyni zamanda, Məşhəd beynəlxalq hava limanında 8 iyul tarixində uçuşlara müəyyən məhdudiyyətlər tətbiq ediləcək, 9 iyul tarixində isə hava limanının fəaliyyəti tamamilə dayandırılacaq. Həmin günlərdə Qum əyalətinin hava məkanında da uçuşlara məhdudiyyətlər qoyulacaq.
Kanala abunə olun
24/06/2026
🇪🇺 AB aviaşirkətlərə 🇮🇷 İran hava məkanından uzaq durmağı tövsiyə edib ✈️
Bu gün Avropa Birliyinin Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) ABŞ və İran arasında əldə olunduğu bildirilən çərçivə razılaşmasına baxmayaraq, aviaşirkətlərə İran, İraq və Livan üzərindəki hava məkanından istifadə etməmələri ilə bağlı tövsiyəsini qüvvədə saxlayıb.
Agentliyin açıqlamasına görə, regionda təhlükəsizlik vəziyyəti tam sabitləşmədiyindən mülki aviasiya üçün risklər hələ də qalmaqdadır. Bu səbəbdən EASA münaqişə zonaları ilə bağlı tövsiyəsinin müddətini iyulun 1-dək uzadıb.
Qurum bildirib ki, Vaşinqton və Tehran arasında əldə olunmuş atəşkəsə baxmayaraq, onun pozulması ehtimalı mövcuddur. Xüsusilə Hörmüz boğazı və ətraf hava məkanında təhlükəsizlik risklərinin davam etdiyi qeyd olunub.
EASA İsrail ilə Hizbullah arasında qüvvədə olan kövrək atəşkəsə diqqət çəkərək, Livan üzərində həyata keçirilən uçuşların da müəyyən risklər daşıdığını vurğulayıb.
Kanala abunə olun
🇵🇰 Şərif mərasimi bitirmək istədi, 🇮🇷 Pezeşkian isə kürəkləməyə davam etdi 🪴
Dünən İran prezidenti Məsud Pezeşkianın Pakistana səfəri çərçivəsində keçirilən ağacəkmə mərasimindən yayılan görüntülər sosial mediada geniş müzakirələrə yol açıb.
Pezeşkian Pakistanın baş naziri Şahbaz Şəriflə birlikdə İran və Pakistan dostluğunu simvolizə edən fidanın əkilməsi mərasimində iştirak edib. Mərasim zamanı liderlər fidanı əvvəlcədən hazırlanmış əraziyə yerləşdirərək ətrafına torpaq töküblər.
Videoda Pezeşkianın fidanı yerinə qoyduqdan sonra torpaq tökməyə davam etdiyi görünür. Eyni zamanda, Şahbaz Şərifin jestlərlə mərasimin rəmzi hissəsinin başa çatdığını bildirməyə çalışdığı diqqət çəkir.
Kadrlarda baş nazirin təbəssümlə bir neçə dəfə mərasimi yekunlaşdırmağa cəhd edərək Pezeşkiana toxunduğu, Pezeşkianın isə işini davam etdirdiyi əks olunub.
Telegram kanalımıza abunə olun!
https://t.me/AzadIranTelegram/70547
Qalibaf: “🇮🇷 İran xalqının müqaviməti düşmənlərin hesablamalarını alt-üst etdi”
Bu gün İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı İranın son proseslər qarşısında nümayiş etdirdiyi mövqedən danışıb.
Qalibaf bildirib ki, İranın rəqibləri hərbi güc və iqtisadi təzyiqlər vasitəsilə ölkəni geri çəkilməyə məcbur edə və bölgədəki siyasi problemləri öz maraqlarına uyğun dəyişdirə biləcəklərini düşünürdülər.
Onun sözlərinə görə, baş verən hadisələr müharibəni planlaşdıran tərəflərin hesablamaları ilə tamamilə ziddiyyət təşkil edib.
Spiker vurğulayıb ki, İran xalqının müqaviməti, dözümlülüyü və birlik nümayiş etdirməsi düşmənlərin gözləntilərini puça çıxarıb.
Qalibaf çıxışında qeyd edib ki, İran xalqı müstəqil dövlətlərə və xalqlara xaricdən iradə qəbul etdirmək dövrünün sona çatdığını nümayiş etdirib. (Snn.ir)
Telegram kanalımıza abunə olun
https://t.me/AzadIranTelegram/70549
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Salatin Askerova
Baku
AZ1100