Mr.Fix

Mr.Fix

Share

Mr. Fix - Doğru seçim, doğru nəticə! mr.fix®, müştərilərindən qazandığı etimad ilə keyfiyyətli məhsullarını sərəncamınıza verməyə davam edəcəkdir.

2003-cü ildə qurulan və sektorun ilklərindən olan Kartaş Ltd. Şirkəti fəaliyyətə başladığı dövrdən keçən müddət ərzində mr.fix® markası ilə sement və epoksi əsaslı myapışdırıcılar, sement və epoksi əsaslı dərz dolğuları, sement əsaslı izolyasiya materialları, sement ve epoksi əsaslı təmir ve montaj materialları, beton qatqıları və istilik izolyasiya materiallarının istehsalı və satışı ilə məşğuldu

15/06/2026

Bu gün Azərbaycan tarixində yalnız bir xatirə günü deyil, milli dövlətçilik iradəsinin yenidən gücləndiyi mühüm bir mərhələdir.

1993-cü ildə Heydər Əliyevin xalqın çağırışı və etimadı ilə siyasi hakimiyyətə qayıdışı ölkənin taleyində həlledici dönüş yaratdı. Həmin dövrdə Azərbaycan mürəkkəb siyasi böhran, daxili qeyri-sabitlik və parçalanma təhlükəsi ilə üz-üzə idi. Məhz bu qayıdış dövlət idarəçiliyində sabitliyin bərpasına, milli birliyin möhkəmlənməsinə və müstəqil Azərbaycanın gələcək inkişaf xəttinin formalaşmasına əsas verdi.

Bu tarixi hadisə bir daha göstərdi ki, dövlətin ən çətin anlarında xalqın iradəsi, siyasi təcrübə və uzaqgörən liderlik ölkənin gələcək yolunu müəyyən edən əsas dayaqlara çevrilir.

Tarix yalnız baş verənləri deyil, bir xalqın gələcəyə necə ayağa qalxdığını da xatırladır.

28/05/2026

28 May Respublika Günü münasibətilə xalqımızı təbrik edir, müstəqilliyimizin əbədi olmasını diləyirik! Azad və güclü Azərbaycanın daha parlaq gələcəyini birgə inşa edək!

27/05/2026

Sizi Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirik! Bu mübarək günlər ailələrinizə bərəkət, həyatınıza firavanlıq, qəlbinizə sevinc gətirsin. Qurbanlarınız və dualarınız qəbul olunsun!

Photos from Mr.Fix's post 25/05/2026

Azərbaycan Memarlıq və İnşaat Universiteti İnşaat fakültəsinin Materiallar mühəndisliyi və Sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr müəssisəmizdə istehsalat təcrübəsi proqramını müvəffəqiyyətlə başa vurdular.
Şirkətimiz tərəfindən hər bir tələbəyə sertifikat təqdim olundu.
Mr.Fix olaraq təcrübə proqramını başa vuran hər bir tələbəyə gələcək karyeralarında bol uğur və nailiyyətlər arzulayırıq.
_______________________________________________________
.Fix

15/05/2026

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Büyükfırat, İdarə Heyətinin sədr vəkili Savaş Uzan, sədr müavini Günay Ağayeva və nümayəndə heyəti Mr.Fix-in Sumqayıt Sənaye Parkında yerləşən müəssisəsini ziyarət etdilər və şirkətin fəalliyyəti haqqında məlumat verildi.

10/05/2026

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 103 il ötür! Azərbaycan tarixində müstəsna xidmətləri olan Ulu Öndərin xatirəsini böyük sevgi və ehtiramla yad edirik!

09/05/2026

Tarixin şanlı səhifəsi, qəhrəmanlığın əbədi rəmzidir.
Faşizm üzərində qələbə çalan, canı-qanı bahasına sülhü qoruyan bütün igidlərimizi hörmət və minnətdarlıqla anırıq!

28/04/2026

Bu gün şirkətimizin direktoru Necmeddin Taşbağ, ölkənin iqtisadi inkişafına verdiyi töhvəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən tərəqqi medalı ilə təltif olundu.

Photos from Mr.Fix's post 13/04/2026

Bərdə də fəaliyyət göstərən ustalar üçün 07.04.2026 tarixində CERAMAX® kafel və keramika yapışdırıcılarının təqdimatı və tətbiqi mövzusunda seminar təşkil etdik. Olduqca maraqlı və informativ keçən tədbirimizdə iştirak edən hər bir ustaya minnətdarlığımızı bildiririk.
_____________________________________________________________

21/03/2026

Novruz bayramınız mübarək!
_________________________________________

Want your business to be the top-listed Engineering Company in Baku?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Mr. Fix
Baku

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 08:30 - 17:30