Live.Az
Oxuyun ki, xəbəriniz olsun!
16/09/2025
Benfica 2 - 3 Qarabağ.
30/08/2025
Bakıdan Ağdama gedən qatar 32 il sonra mənzil başına çatıb
28/08/2025
Qarabağ FK-nun Çempionlar liqasında rəqibləri
08/08/2025
Möhtəşəm gün!
Waşınqton, ABŞ. 08.08.2025
Müğənni Nadir Qafarzadənin Almaniyanın Hamm şəhərində baş tutan konsertindən görüntülər.
09/03/2023
Türkiyənin məşhur müğənnisi Sibel Can Bakının qonağı olub.
LIVE.az xəbər verir ki, konsert üçün paytaxta təşrif buyuran sənətçi 8 mart Bakı Konqres Mərkəzində musiqisevərlər qarşısına çıxıb.
"Bu konsertdə fərqli hisslərlə səhnəyə çıxdım. Hər birimiz eyni kədəri paylaşırıq. Bilirsiniz ki, yüz ilin fəlakəti ilə qarşılaşdıq. Gözəl ölkəmiz Türkiyəmizdə çox canlar itirdik. Onların ümidləri, xəyalları vardı. Hələ uşaqlar... İçimiz parça-parça oldu. Bu yaralarımızı birlikdə sağaldacağına inanıram" müğənni vurğulayıb.
Musiqili proqram zamanı ifaçı böyük orkestrla birlikdə sevilən ifalarını səsləndirib. Konsertdə “Daşlı qala”, “Ayrılıq”, “Sən gəlməz oldun” kimi azərbaycan mahnılarıda səslənib.
Sibel Can gecə boyunca lirik mahnılara üstünlük verib.
03/02/2023
Azərbaycanın məhşur estrada müğənnisi Elçin Cəfərov yeni lahiyəsini təqdim edib.
LIVE.az life.az-a istinadla xəbər verir ki, klip üzərində Ajda Pekkan, Bengü, Yalın, Hadise, Mustafa Ceceli kimi populyar simalarla əməkdaşlıq edən, həmçinin “G.O.R.A”, “Şans kapıyı çalınca”, “Aşk tesadüfleri sever”, “Deliha”, “Kardeşim benim” filmlərinin quruluşçu rejissoru Veli Kuzlu və onun əməkdaşlıq etdiyi “The Post Brother” komandası işləyib.
Ekran işində “Kanatsız kuşlar”, “Kiralık aşk”, “Medcezir”, “Hercai” kimi seriallarda rol alan aktrisa Özlem Gezgin yer alıb.
29/01/2023
Bakıda “Zona” filminin xüsusi nümayişi keçirilib
LİVE.az xəbər verir ki, tədbirdə aktyorlar, filmin yaradıcı heyəti, qonaqlar və jurnalistlər iştirak ediblər.
Komediya janrında olan “Zona” filmdəki hadisələr, situasiyalar uydurmadır.
21/12/2022
“Atabəylər: Şəmsəddin Eldəniz” layihəsi üzrə aktyor seçimi davam edir və soundtrack hazırlanması üçün müsabiqə elan edilir
LİVE.az xəbər verir ki, life.az-a “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatına görə, ekran əsərində möhtəşəm döyüş səhnələri, dövlətçilik, sevgi, ayrılıq, xəyanət, drama, sevinc, təlaş və sair mövzular yer alacaq. Bu baxımdan, bəstələrini təqdim edən iştirakçılar müsabiqə üçün musiqilərin leytmotivini filmin mahiyyətinə uyğunlaşdırmalıdırlar.
Qəlib gələn iştirakçılarla musiqilərin yazılması məqsədilə müqavilə danışıqlarına başlanılacaq.
İştirakçılar öz bəstələrini elektron ünvanına MP3 formatında göndərməlidirlər.
Qeyd edək ki, müsabiqə 25 yanvar 2023-cü il tarixinədək davam edəcək.
Müsabiqədə 1-ci yerin qalibi 1.500 manat,2-ci yerin qalibi 1.000 manat, 3- yerin qalibi isə 500 manat məbləğində mükafat alacaq.
Ətraflı live.az-da oxuya bilərsiniz.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Bakı