Civil Reporter
Gürcüstan və dünyada baş verən hadisələr barədə məlumatlarla yanaşı bölgədən reportajlar təqdim edir
Civil Reporter - Gürcüstan və dünyada baş verən hadisələr barədə oxuculara operativ məlumatlarla yanaşı azərbaycanlıların yaşadıqları bölgələrdən reportajlar təqdim edir. Həmçinin azərbaycanlıların yaşadıqları bölgələrdə ekoloji problemlər, təhsilə əlçatanlıq və yerli bələdiyyə xidmətləri haqqında xüsusi materiallar əsas prioritetimizdir. Qeyd etmək istəyirik ki, məqsədlərimizdən biri də biznes mühitinin, startup ekosisteminin və eləcədə yerli iqtisadiyyatın inkşaf proseslərini işıqlandırmaqdır.
📍Darvaz Dərəsi
Darvaz Dərəsində qanunsuz mədən fəaliyyət sakinləri narahat etməkdədir. Babakişilər kənd sakinləri də baş verən işlərə etiraz edirlər. Bolnisi rayonunda mədən işləri ümumrayon əhalisnin sağlamlığına zərbə vurduğunu bildirirlər. İndi isə Darvaz dərəsində aparılan işlərin onların istər iqtisadi, istər sağlamlıq cəhətdən onsuzda p*s olan vəziyyətlərini daha da p*sləşdirəcəyini deyirlər.
Artıq iki həftədən çoxdur ki, Bolnisi bələdiyyəsinin Darvaz dərəsi ərazisindəki dağlıq sahədə ağır texnikanın işləməsi yerli sakinlər arasında ciddi narahatlıq və etiraza səbəb olub. Görülən işlərin miqyasına baxmayaraq, nə yerli bələdiyyə, nə aidiyyatı nazirliklər, nə də digər rəsmi şəxslər baş verənlər barədə ictimaiyyətə heç bir məlumat verməyib.
Yerli sakinlər bu fəaliyyətin qızıl, gümüş və ya digər qiymətli metal yataqlarının istismarına hazırlıq olduğundan şübhələnirlər. Dövlət qurumlarının susqunluğu həm şəffaflıq prinsiplərinin pozulması, həm də yerli xalqa qarşı hörmətsizlik kimi qiymətləndirilir.
12/05/2026
May ayının 10-da Bolnisi bələdiyyəsinin Darvaz dərəsində, Darvaz kəndində 6 kəndin nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Yerli əhali artıq bir aydan çoxdur ki, dağlıq ərazidə aparılan qazıntı və araşdırma işlərindən narahatdır.
Qeyd etmək lazımdır ki, işlər başlamazdan əvvəl yerli əhaliyə heç bir məlumat verilməyib. Nə yerli özünüidarəetmə orqanı, nə nazirlik, nə də müvafiq agentlik tərəfindən qanuni prosedurlar aparılıb. Beynəlxalq konvensiyanın qaydaları da pozulub. Rəsmi dövlət resurslarında və veb-saytlarında Darvaz və ətraf kəndlərlə bağlı heç bir icazə sənədi tapılmayıb. Bu gizli fəaliyyət bölgənin ekoloji gələcəyi ilə bağlı ciddi şübhələr doğurur.
Darvaz dərəsinin əhalisi iclasda hazırlanan müraciəti imzalayaraq dövlət qurumlarına müraciət edir. Yerli sakinlər Darvaz dərəsindəki qanunsuz işlərə və meşələrin qırılmasına son qoyulmasını tələb edirlər. Əgər hər hansı lisenziya və ya icazə verilibsə, həmin koordinatlar ləğv edilməli və elə dəyişiklik edilməlidir ki, heç bir şirkətin Darvaz dərəsində mədən və ya qazma-tədqiqat işləri aparmaq hüququ olmasın. Həmçinin, gələcəkdə Darvaz dərəsi ərazisində və dağlarında heç bir şirkətə lisenziya və icazə verilməməsi tələb olunur.

Darvaz Dərəsində yerli sakinlər kənd iclası keçirərək dağda aparılan qeyri qanuni qazıntılara etiraz edirlər
Bolnisi rayonu Darvaz dərəsi dağlarında aparılan qazıntı, meşə ərazisinin kütləvi şəkildə qırılması bölgədə yerləşən 6 kəndin sakinlərini narahat edir. Dəmirli kənd sakini olan fermer Almaz Nəsibov da onlardan biridir.
Ərazidə aparılan işlərlə bağlı hələdə heç bir qurum yerli sakinləri məlumatlandırmayıb. Darvaz dərəsi sakinləri öz doğma yurdlarını qoruyacaqlarını bildirirlər.
Ərazidə fəaliyyət göstərən şirkətə məxsus nəqliyyat vasitələri artıq yerli sakinlərin mülklərinə ziyan vurmaqdadır. 3 gün ərzində Almaz Nəsibovun 2 iti bölgədə fəaliyyət göstərən CMG şirkətinə məxsus maşın tərəfindən vurulub.
Darvaz Dərəsində qanunsuz mədən fəaliyyət sakinləri narahat etməkdədir. Səriməmmədli kənd sakinləri də baş verən işlərə etiraz edirlər. Bolnisi rayonunda mədən işləri ümumrayon əhalisnin sağlamlığına zərbə vurduğunu bildirirlər. İndi isə Darvaz dərəsində aparılan işlərin onların istər iqtisadi, istər sağlamlıq cəhətdən onsuzda p*s olan vəziyyətlərini daha da p*sləşdirəcəyini deyirlər.
Artıq iki həftədən çoxdur ki, Bolnisi bələdiyyəsinin Darvaz dərəsi ərazisindəki dağlıq sahədə ağır texnikanın işləməsi yerli sakinlər arasında ciddi narahatlıq və etiraza səbəb olub. Görülən işlərin miqyasına baxmayaraq, nə yerli bələdiyyə, nə aidiyyatı nazirliklər, nə də digər rəsmi şəxslər baş verənlər barədə ictimaiyyətə heç bir məlumat verməyib.
Yerli sakinlər bu fəaliyyətin qızıl, gümüş və ya digər qiymətli metal yataqlarının istismarına hazırlıq olduğundan şübhələnirlər. Dövlət qurumlarının susqunluğu həm şəffaflıq prinsiplərinin pozulması, həm də yerli xalqa qarşı hörmətsizlik kimi qiymətləndirilir.
Ərazidə fəaliyyət göstərən şirkətə məxsus nəqliyyat vasitələri artıq yerli sakinlərin mülklərinə ziyan vurmaqdadır. 3 gün ərzində Almaz Nəsibovun 2 iti bölgədə fəaliyyət göstərən CMG şirkətinə məxsus maşın tərəfindən vurulub.
Bolnisi rayonu Darvaz dərəsi dağlarında aparılan qazıntı, meşə ərazisinin kütləvi şəkildə qırılması bölgədə yerləşən 6 kəndin sakinlərini narahat edir. Dəmirli kənd sakini olan fermer Almaz Nəsibov da onlardan biridir.
Ərazidə aparılan işlərlə bağlı hələdə heç bir qurum yerli sakinləri məlumatlandırmayıb. Darvaz dərəsi sakinləri öz doğma yurdlarını qoruyacaqlarını bildirirlər.
04/05/2026
📍Dəmirli kəndi, Darvaz Dərəsi, Bolnisi Bələdiyyəsi
Click here to claim your Sponsored Listing.
Contact the business
Website
Address
0108