Alat.Az
Ələt qəsəbəsi, ətraf rayon, qəsəbə və kəndlər, ölkə və dünya xəbərlərinin istinad
Nə qədər canımda can, qəlbimdə sevgi və hörmət varsa, dəyərli müəllimləri və əsl ziyalı insanları hər zaman təbliğ edəcəyəm. Onların gördüyü işləri, insanlara bəxş etdiyi dəyərləri gələcək nəsillərə çatdırmağı özümə mənəvi borc bilirəm.
Bəlkə də məndən sonra bu yolu davam etdirənlər olacaq, bəlkə də olmayacaq. Amma bir həqiqət var ki, mən yaşadığım müddətdə haqqı, zəhməti və şəxsiyyəti ilə seçilən insanları qəlblərdə yaşatmağa davam edəcəyəm. Çünki ziyalı adına layiq olanlar unudulmamalı, daim hörmətlə xatırlanmalıdır.
Müəllimlik – qəlblərə işıq saçan müqəddəs peşədir
Ələt qəsəbəsi 110 nömrəli tam orta məktəbin dəyərli müəllimələri Elyanura müəllimə və Xanıgül müəllimə öz zəhmətləri, yüksək peşəkarlıqları və insanpərvərlikləri ilə hər zaman hörmət qazanıblar. Onların verdiyi bilik, aşıladığı tərbiyə və göstərdiyi qayğı yüzlərlə şagirdin həyatında silinməz iz qoyub. Belə müəllimlər məktəbin fəxri, cəmiyyətin isə ən qiymətli sərvətidir. Allah onları qorusun, sağlam və uğurlu ömür nəsib etsin.
aktiv fanatlar
Hörmətli Xanıgül müəllimə!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və işlərinizdə daim uğurlar arzulayıram.
45 illik şərəfli pedaqoji fəaliyyətiniz ərzində yüzlərlə şagirdin həyatında silinməz iz qoymuş, onlara yalnız elm deyil, həm də mənəviyyat, vətənpərvərlik və insanlıq dəyərləri aşılamısınız. Ələt qəsəbəsinin və 110 nömrəli məktəbin dəyərli müəllimlərindən biri kimi qazandığınız hörmət və rəğbət illərin zəhmətinin ən gözəl bəhrəsidir.
Sizin kimi müəllimlər cəmiyyətimizin ən qiymətli sərvətidir. Yetirdiyiniz nəsillər, qazandığınız hörmət və insanların qəlbində yaratdığınız xoş xatirələr Sizin ən böyük uğurunuzdur.
Doğum gününüz mübarək olsun! Arzu edirəm ki, həyatınızın hər günü sevinc, xoşbəxtlik və doğmalarınızın sevgisi ilə əhatə olunsun. Allah Sizə sağlam, firavan və bərəkətli ömür nəsib etsin.
Ad gününüz mübarək, əziz və hörmətli Xanıgül müəllimə!
Hörmətlə, Hacı Qayıbov
01/06/2026
Bir neçə gün öncə Ələt qəsəbəsində sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən şəxslərlə bağlı qaldırdığımız məsələ aidiyyəti qurumlar tərəfindən diqqətlə qarşılandı. Sevindirici haldır ki, son günlər Qaradağ Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qəsəbə ərazisində mütəmadi reydlər keçirərək bu problemin aradan qaldırılması istiqamətində ciddi tədbirlər görürlər.
Müraciətimizə operativ reaksiya verən DİN rəhbərliyinə və əməkdaşlarına təşəkkürümüzü bildiririk. Məqsədimiz kimisə hədəf göstərmək deyil, qəsəbə sakinlərinin, xüsusilə də azyaşlıların və məktəblilərin təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdir. Bu məsələyə anlayışla yanaşan və bizi düzgün başa düşən hər kəsə təşəkkür edirik.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balaca fidanları təbrik edirəm! Uşaqlar dünyanın ən saf sevgisi, ən böyük ümididir. Qoy onların üzündən təbəssüm, qəlbindən sevinc əskik olmasın. Hər bir uşağın xoşbəxt, sağlam böyüməsi ən böyük arzumuzdur. Bayramınız mübarək olsun!
31/05/2026
Aktyor Aqil Ağacanov vəfat edib.
77 yaşlı A.Ağacanov bu gün Bakıda dünyasını dəyişib.
Qeyd edək ki, o, daha çox “Bizim Cəbiş müəllim” filmindəki “Makedon” obrazı ilə tanınıb.
İllər sonra isə “Yuxu” filmində çəkilib.
A.Ağacanov Bakı kəndlərində kababçı kimi tanınıb.
Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları və bütün xeyirxah əməllərinizi qəbul etsin. Bu mübarək bayram ailələrinizə sevinc, evlərinizə bərəkət, qəlblərinizə isə rahatlıq gətirsin. Hər kəsə can sağlığı, xoş günlər və bol ruzi arzu edirik.
Qurban Bayramınız mübarək olsun! 🤲
27/05/2026
Azərbaycanda bayram namazı qılındı
27/05/2026
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşım edib.
Paylaşımda qeyd olunub:
“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin!”
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
AZ1081