Nyus.Az
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nyus.Az, Media/News Company, Azərbaycan Nəşriyyatı, .
31/03/2026
31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür » Nyus.az - internet portalı Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. 1918-ci ilin mart soyqırımları öz amansızl...
Abşeronun İcra başçısı Abdin Fərzəliyev kütləvi narazılıq yaradır:
OTELLƏRİ KİM ŞANTAJ EDİR
17/03/2026
Abşeronda qanunsuz tikinti qalmaqalı: Bu işin arxasında kim dayanır? - VİDEO
Abşeron rayonunun Heydər Əliyev prospektində yaşayan vətəndaş Məhbarə Aşurova qonşuluqda aparılan qanunsuz tikinti ilə bağlı ciddi narahatlığını ifadə edir.
Şikayətçinin sözlərinə görə, ərazidə tikinti işləri heç bir tikinti normalarına əməl olunmadan, yaşayış evləri arasında tələb olunan ara məsafəsi gözlənilmədən aparılır. Bu isə ətrafda yaşayan insanların təhlükəsizliyi üçün real risk yaradır.Vətəndaş bildirir ki, tikinti prosesi açıq şəkildə aparılır, aidiyyəti qurumlar tərəfindən hər hansı effektiv nəzarət tədbirləri görülmür. Onun iddiasına görə, tikinti işləri heç bir rəsmi icazə sənədi olmadan həyata keçirilir və buna baxmayaraq prosesə faktiki olaraq göz yumulur. Məsələ ictimailəşdirildikdən sonra Abşeron Rayon İcra Hakimiyyəti də açıqlama verərək bildirib ki, faktın araşdırılması üçün icra hakimiyyətinin Memarlıq və Tikinti sektoruna, eləcə də RİH başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müvafiq tapşırıqlar verilib. Qurumun rəsmi mövqeyində qeyd olunur ki, məsələ qanunamüvafiq qaydada araşdırılacaq və nəticələrinə uyğun olaraq zəruri tədbirlər görüləcək. Lakin bu açıqlama yeni suallar doğurur. Əgər sözügedən tikinti günlərdir davam edirsə və tikinti normaları açıq şəkildə pozulursa, niyə bu günə qədər həmin əraziyə nəzarət edən qurumlar tərəfindən heç bir operativ tədbir görülməyib? Qanunsuz tikinti göz önündə aparıldığı halda, onun günlərlə davam etməsi yerli idarəetmədə nəzarət mexanizmlərinin faktiki işləmədiyini göstərir.İddialara görə, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdir müavini Kənan Babayev tərəfindən bəzi hallarda belə tikintilərə qeyri-rəsmi şəkildə “icazə” verildiyi də iddia olunur. Bu iddialar təsdiqlənərsə, söhbət təkcə tikinti qaydalarının pozulmasından deyil, eyni zamanda vəzifə səlahiyyətlərindən sui-istifadə ehtimalından gedə bilər.Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə əsasən yerli icra hakimiyyətləri öz ərazilərində şəhərsalma və tikinti fəaliyyətinə nəzarəti təmin etməlidir. Bundan əlavə, “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na və Prezidentin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq normativ sənədlərə görə, rayon ərazisində aparılan tikintilər mütəmadi şəkildə yoxlanmalı, qanunsuz tikinti və torpaq zəbt edilməsi halları aşkar edildikdə isə dərhal dayandırılmalıdır.Qanunvericiliyə görə, belə hallarda yerli icra hakimiyyətləri yalnız müşahidəçi rolunda çıxış etməməli, əksinə qanunsuz tikintinin qarşısını dərhal almalı və məsələ ilə bağlı hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət etməlidir. Bu halda isə əsas sual dəyişmir: Abşeron rayonunda baş verən qanunsuz tikinti faktları niyə vaxtında aşkarlanıb dayandırılmır? Əgər vətəndaşın şikayəti olmasaydı, bu tikinti yenə də aylarla davam edəcəkdimi? Rayon rəhbərliyinin və aidiyyəti strukturların fəaliyyəti ilə bağlı bu kimi sualların yaranması isə təəssüf ki, Abşeronda qanunsuz tikinti məsələsinin sistemli problemə çevrildiyini göstərir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu qanunsuzluqlarla bağlı konkret və prinsipial mövqe ortaya qoyacaqmı? Yoxsa bu məsələ də əvvəlkilər kimi sadəcə araşdırma adı altında zamanın öhdəsinə buraxılacaq? Çünki tarix göstərir ki, qanunların işləmədiyi, nəzarətin formal xarakter daşıdığı mühitdə gec-tez məsuliyyət qaçılmaz olur. Bu baxımdan Abşeronda baş verənlər bir daha xatırladır ki, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuzluqlara göz yummaq heç vaxt uzunömürlü olmur.Əgər dövlətin qəbul etdiyi şəhərsalma qaydaları açıq şəkildə pozulur, vətəndaşların təhlükəsizliyi risk altına atılır və buna baxmayaraq aidiyyəti qurumlar uzun müddət susqun qalırsa, bu artıq təkcə bir tikinti məsələsi deyil — idarəetmə məsuliyyəti məsələsidir. Bu gün ictimaiyyət Abşeronda baş verənlərin obyektiv araşdırılmasını və qanunsuzluqlara hüquqi qiymət verilməsini gözləyir. Əks halda, tarix dəfələrlə göstərib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuzluqlara göz yuman məmurlar gec-tez hüquq qarşısında cavab verməli olurlar. Vaxtilə vəzifəsini itirən Balakənin keçmiş icra başçısı İslam Rzayev ilə bağlı hadisələr isə bunun Azərbaycanda da mümkün olduğunu xatırladan ən bariz nümunələrdən biri kimi yadda qalır. İndi isə əsas sual budur: Abşeronda qanun işləyəcəkmi, yoxsa qanunsuz tikintilər yenə də kimlərinsə himayəsi altında davam edəcək?
Nyus.Az
24/02/2026
Ev almaq istəyənlərə ŞAD XƏBƏR » Nyus.az - internet portalı Şəmkir şəhərində yeni güzəştli mənzillərin inşasına başlanılır. Nyus.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat əldə edib. Məlumata görə, ilkin mərhələdə 5.76 ha torpaq sahəsində yaşayış kompleksinin lay...
Elmi Cərrahiyyə Mərkəzində qalmaqal: Yeddi professor kənarlaşdırıldı - VİDEO
Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 7 professorun heç bir səbəb göstərilmədən və əvvəlcədən xəbərdarlıq edilmədən Elmi Şuranın tərkibindən çıxarıldığı bildirilir.
Nyus.Az Xəzər TV-yə istinadən xəbər verir ki, professorların sözlərinə görə, qərar onlara əvvəlcədən məlumat verilmədən və səsvermə keçirilmədən elan edilib.
Mərkəzdə uzun illər fəaliyyət göstərən ümumi cərrah, professor Qurbanxan Müslümov iddia edir ki, onlara bu qərarın birbaşa Səhiyyə Nazirliyinin tapşırığı olduğu bildirilib.
Professorun sözlərinə görə, Elmi Şuranın üzvləri əsasnaməyə uyğun olaraq səsvermə yolu ilə seçiliblər və eyni qaydada da vəzifədən kənarlaşdırılmalıdırlar. Lakin bu prosedura əməl edilməyib.
Elmi Şuradan çıxarılan digər professor, ümumi cərrah Zərraf Şirinov da bildirib ki, ona hansı səbəbdən şuradan uzaqlaşdırıldığı barədə hər hansı rəsmi izahat verilməyib.
Nyus.Az
SURAXAN RAYON
Abşeronda tikinti xaosu: Masazırda qanunsuz binalar iddiası –məsuliyyət kimdədir?/VİDEO
Son illər Xırdalan, Masazır və Binəqədi ərazilərində aparılan tikinti işləri sakinlərin ciddi narazılığına səbəb olub. Artıq məhəllələrin içərisində 5 və 9 mərtəbəli binaların inşa edilməsi adi hala çevrilib. Halbuki həmin ərazilər fərdi yaşayış evləri üçün nəzərdə tutulmuş zonalardır.
Sakinlərin iddiasına görə, bəzi tikililər müvafiq icazə sənədləri olmadan və ya şəhərsalma normalarına zidd şəkildə ucaldılır. Xüsusilə Masazır qəsəbəsi, Şıxəli Qurbanov küçəsi 233 ünvanında inşa edilən çoxmərtəbəli bina ətrafında ciddi suallar var. Məhəllə tipli yaşayış zonasında belə hündür tikilinin peyda olması nə yol infrastrukturu, nə kommunikasiya xətləri, nə də təhlükəsizlik baxımından əsaslandırılmış görünür.
Sakinlər bildirirlər ki, ərazidə nə avtomobil saxlamaq üçün yer var, nə də fövqəladə hallarda xüsusi texnikanın rahat hərəkəti üçün şərait. Uşaqların oynadığı həyətlər daralır, gün işığı kəsilir, mövcud kanalizasiya və su xətləri isə artıq yüklənməyə tab gətirmir.
Ən narahatedici məqam isə budur ki, bu iddialar fonunda Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı açıq və qətiyyətli mövqe sərgiləndiyi müşahidə olunmur. Qanunsuz tikinti iddiaları varsa, bu məsələyə niyə operativ reaksiya verilmir? Yox əgər tikinti qanunidirsə, ictimaiyyətə açıq şəkildə sənədlər təqdim olunmalıdır.
Şəhərsalma qaydalarının pozulması təkcə estetik məsələ deyil. Bu, sabah baş verə biləcək faciələrin bünövrəsidir. Seysmik zonada yerləşən ölkəmizdə normativlərə uyğun olmayan tikililər insan həyatı üçün birbaşa risk deməkdir.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarını araşdırma aparmağa, ictimaiyyətə aydın və şəffaf məlumat verməyə çağırırıq. Əks halda Abşeron ərazisində xaotik və nəzarətsiz tikinti prosesi gələcəkdə daha böyük sosial və hüquqi problemlərə yol aça bilər.
Sual açıq qalır: Masazırda və digər ərazilərdə ucalan bu çoxmərtəbəli binaların arxasında kim dayanır və niyə qanunların icrasına nəzarət edilmir?
06/02/2026
İsmayıllı meşələrində "ağac soyqırmı": Meşə materialı daşıyan maşın ələ keçdi VİDEO » Nyus.az - internet portalı İsmayıllı rayonu ərazisində qanunsuz yolla əldə edilən ağac materiallarının daşınması faktı aşkarlanıb. Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, həmin ağaclar İsmayıllı meşələrində kəsilib. Məlumatı verən mənbə məsələnin arxasında Şahdağ Milli Parkın....
İsmayıllı meşələrində "ağac soyqırmı": Meşə materialı daşıyan maşın ələ keçdi VİDEO
İsmayıllı meşələrində "ağac soyqırmı": Meşə materialı daşıyan maşın ələ keçdi VİDEO
İsmayıllı rayonu ərazisində qanunsuz yolla əldə edilən ağac materiallarının daşınması faktı aşkarlanıb.
Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, həmin ağaclar İsmayıllı meşələrində kəsilib.
Məlumatı verən mənbə məsələnin arxasında Şahdağ Milli Parkının İsmayıllı bölməsində sahə müfəttişi Əfqan Qəribov dayanır. Hətta iddia olunur ki, o, ağac daşıyan "ZİL” markalı yük maşınını saxlayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını buna görə təhdid edib.
Faktla bağlı redaksiyamıza video və foto faktlar da göndərilib.
Qaynarinfo məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən verilən açıqlamada bildirilir:
]
"2026-cı il fevralın 2-dən 3-nə keçən gecə İsmayıllı rayonu ərazisində qanunsuz yolla əldə edilmiş ağac materialının "ZİL” markalı avtomobillə daşınması faktı Nazirliyin əməkdaşları tərəfindən aşkarlanıb və 3 fevral tarixində aktlaşdırılıb. Hazırda faktla bağlı araşdırma davam edir”.
Əfqan Qəribovun özündən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Əfqan Qəribovun adı bir neçə dəfə ağac kəsilməsində hallanıb. Hətta mediada gedən məlumatlara görə, o, keçmiş nazir Muxtar Babayevin dövründə vəzifəsindən azad edilib. Muxtar Babayev nazir karyerası ilə vidalaşdıqdan sonra isə Əfqan Qəribov yenidən işə götürülüb. Lakin o, bu dəfə başqa vəzifəyə təyin edilib.
26/01/2026
Banklardan kredit götürənlərin NƏZƏRİNƏ: Yaxın dövrdə nə gözlənilir? - VİDEO
https://nyus.az/iqtisadiyyat/28024-banklardan-kredit-g%C3%B6t%C3%BCr%C9%99nl%C9%99rin-n%C9%99z%C9%99ri%CC%87n%C9%99-yax%C4%B1n-d%C3%B6vrd%C9%99-n%C9%99-g%C3%B6zl%C9%99nilir-vi%CC%87deo.html
Banklarda kredit faizlərində artım müşahidə olunur.
Nyus.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ötən il kreditləri 11-17 faizlə təklif edən banklar hazırda kreditləri meyarlardan asılı olaraq minimum 18 faizdən başlayaraq təqdim edirlər.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, kredit faizlərində müşahidə olunan artım Mərkəzi Bankın apardığı sərt pul-kredit siyasəti ilə bağlıdır. Belə ki, banklar əhalidən daha çox vəsait cəlb etmək üçün əmanət faizlərini yüksəldirlər. Bu isə banklar üçün vəsaitin maya dəyərinin artması deməkdir. Nəticədə banklar baha başa gələn vəsaiti kredit şəklində daha yüksək faizlə təqdim edirlər ki, bu da kredit faizlərinin artmasına səbəb olur.
X.Kərimli bildirib ki, Mərkəzi Bank inflyasiya risklərinin hələ də tam aradan qalxdığını hesab etmədiyi üçün faiz dərəcələrinin azaldılmasına tələsmir. Bu şəraitdə kredit faizlərinin yaxın dövrdə enəcəyi gözlənilmir.
İqtisadçının fikrincə, təxminən üç il əvvəl başlanan sərtləşdirmə tədbirlərinin real nəticələri məhz indi daha aydın hiss olunur. Bu isə pul-kredit siyasətinin iqtisadiyyata təsirinin gecikmə ilə baş verdiyini bir daha sübut edir.
Nyus.Az