Az.Booka

Az.Booka

Share

Приобретайте лучшие книги , по приемлемым ценам . Только у нас книги со скидкой от издательств !

Ən son cixan kitabları birinci oxu ! Ən popular və həmçinin ən çətin tapılan kitabları, bizdə tapın !

Photos 22/02/2016

Bu kitab minlərlə insana daha fərqli həyat bəxş edib.

Bu kitabda verilən məlumatlar yalnız maarifləndirici xarakter daşıyaraq, səhhətin

korlanması zamanı diaqnostika, müalicə və ya hər hansı resept kimi nəzərdə

tutulmamışdır. Bu məlumatlar peşəkar səhiyyə təşkilatlarının məsləhətləri ilə əvəz

edilə bilməz. Kitabın məzmunundan istifadə, peşəkar səhiyyə təşkilatları

tərəfindən verilən sağlamlıq proqramlarına vacib və səmərəli əlavə kimi məsləhət

görülmüşdür.

Ronda Bernin kitabı həyatınızı dəyişmək üçün daha bir şansdır. Onu əldən

verməyin.

Tərcümə: Ayla Əliqızı

Bakı, Qanun Nəşriyyatı, 2012

Qalın, nəfis cilddə, tam rəngli

QİYMET : 11.00 AZN

Photos 22/02/2016

Endryu Stilman “New York Times” qəzetində özünə parlaq karyera yaratmış istedadlı jurnalistdir. Onun məqalələri böyük rəğbət doğurub və bu, həmkarları arasında həsəd yaradır. Gələcək məqaləsi üçün material toplayan Stilmən jurnalist araşdırmasının gedişində təhlükəli adamlarla qarşılaşmalı olur. Bir dəfə səhər idman qaçışı zamanı o, naməlum şəxsin hücumuna məruz qalır. Ölümcül yaralanan jurnalist huşunu itirir və özünə gəldikdə həyatının iki ay öncəki dövrünə döndüyünü anlayır. Tale ona ikinci dəfə şans verib, bircə qatili tapmaq qalır…

MARC LEVY – ET SI C’ÉTAIT A REFAIRE
MARK LEVİ – YENİDƏN BAŞLAMAQ MÜMKÜN OLSAYDI
Bakı, Qanun Nəşriyyatı, 2015, 372 səhifə,
Çapa imzalanmışdır: 07.10.2015

Fransızcadan tərcümə: Minə Candan
Redaktor: Rövşən Ağayev
Korrektorlar: Ceyran Abbasova. Tünzalə Xəlilqızı

ISBN 978-9952-36-104-9

© Qanun Nəşriyyatı, 2015
© 2012, Editions Robert Laffont, S.A., Paris

QİYMET : 6.99 AZN

Photos 22/02/2016

Filadelfiya. 2010-cu ilin ilk yaz günü, həyatının 30 ilini dəmir barmaqlıqlar arasında keçirən Aqata cəzasının bitməsinə bir neçə il qalmış həbsxanadan qaçır. Amma niyə?

Kampusun yaxınlığındakı yanacaqdoldurma məntəqəsində o, gizlicə Millinin maşınına oturur və heç bir şey anlatmadan ona dediyi yerə sürməsini əmr edir. Bir saniyə içində Millinin müntəzəm ritmli və nizamlı həyatı darmadağın olur. Aralarında iyirmi il yaş fərqi olan bu iki qadın çıxdıqları uzun yol boyu bir-biriləri ilə yaxından tanış olmağa çalışır, hətta sirlərini, arzularını belə ­paylaşırlar.

ABŞ-nın ştatlarında keçən 5 günlük yol… Bu səyahət zamanı görüşdükləri hər bir insan Aqatanın sirli həyatına bir az daha aydınlıq gətirir. Sonradan Milli isə bu qadınla görüşünün təsadüfi olmadığından ­şübhələnir.

MARC LEVY UNE AUTRE IDÉE DU BONHEUR
MARK LEVİ BAŞQA BİR XOŞBƏXTLİK
Bakı, Qanun Nəşriyyatı, 2015, 404 səhifə,
Çapa imzalanmışdır: 07.10.2015

Fransızcadan tərcümə: Vüsalə Yarıyeva
Redaktor: Əziz Rzazadə
Korrektor: Reyhanə Nəcəfova

ISBN 978-9952-36-103-2

QIYMET : 6.99 AZN

Photos 22/02/2016

Coco Moyesin “Bir üstəgəl bir” romanı – valehedici, oxucunu sonadək həyəcanlı durumda saxlayan əsər iki tənhalığın birləşdiyi zaman nələr yarada biləcəyindən bəhs edir.

…Tənha qadın.

Cess Tomasın iki uşağı və iki işi var. Hər gün yorucu iş. Həm yad evlərdə, həm də öz evində. Ona kimsənin yazığı gəlmir, kənardan köməyə də özü bel bağlamır. Buna görə də bəzən Cess riskli qərarlar qəbul etmək məcburiyyətində qalır.

…Dəlisov ailə.

Tanzi – Cessin əcaib-qəraib, lakin istedadlı qızıdır.

Nikki – Cessin ögey oğlu da məktəbdəki bir dəstə dələduz və dəcəl yaşıdları qarşısında aciz qalıb.

Bəzən Cessə elə gəlir ki, vəssalam, hər şey bitdi. Lakin Ed Nikolsla tanışlıq onun bütün həyatını dəyişir. İki ruhən tənha adam müxtəlif və çoxsaylı çətinlikləri adlayaraq, nəhayət, birgə həyata başlayırlar. Amma buna qədər onları Şotlandiyaya uzun, çox uzun, yorucu bir səfər gözləyir.



Jojo Moyes THE ONE PLUS ONE

Coco Moyes BİR ÜSTƏGƏL BİR

Bakı, Açar Nəşriyyatı, 2015, 588 səhifə,

Çapa imzalanmışdır: 07.10.2015





İngiliscədən tərcümə: Sevil Gültən

Redaktor: Əziz Rzazadə

Korrektor: Tünzalə Xəlilqızı



Açar Nəşriyyatı

QIYMET : 11.99 AZN

Photos 22/02/2016

Xərçəng xəstəliyinə mübtəla olmuş on altı yaşlı Hazel Qreysin bir neçə il də yaşamağına təminat verən tibbi möcüzəyə baxmayaraq, xəstəliyi ölümcüldür. Həkimlərin ona qoyduğu diaqnozla birlikdə ulduzlar da Hazelin həyat nağılının sonuncu hissəsini çoxdan yazıb.

Di gəl ki, Aqust Vaters adlı yaraşıqlı bir xarakter “Xərçəng Xəstəsi Uşaqlar Üçün Dəstək Qrupuna” gəldiyi gündən Hazelin həyatı tamamilə başqa istiqamətə yönəlir və bu ağıllı oğlanın cazibəsi qızın həyatında yeni hekayənin başlamasına səbəb olur.

Con Qrin təvazökar bir üslubda və bütün səmimiyyətiylə qələmə aldığı romanda yaşamağın və sevməyin həyəcanlı, gülməli və faciəvi cəhətlərini bütün çılpaqlığıyla təsvir edir…

Bakı, Qanun Nəşriyyatı, 2015

360 səhifə.

İngiliscədən tərcümə: Ziyad Quluzadə

Redaktor: Təhminə Bədəlova

Korrektor: Ceyran Abbasova

ISBN 978-9952-36-009-7

QIYMET : 6.30 AZN

Want your business to be the top-listed Shop in Baku?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Tbilisi Avenue 33
Baku
AZ1001

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00