Parafraz Nəşrləri

Parafraz Nəşrləri

Share

Sözlərin sirrini aç! Oxu ki, tabın olsun.

25/05/2026

Sözlərin işığında insan talelərinə, duyğulara və həyatın görünməyən tərəflərinə səyahət etmək istəyənlər üçün xoş xəbərimiz var. 📚

Yazıçı Cəmilə Məmmədlinin “Qonşu evin işıqları” kitabının təqdimatı keçiriləcək.

Müəllif bu əsərində müxtəlif insan talelərini, gündəlik həyatın psixoloji çalarlarını və cəmiyyətin fərqli üzlərini incə müşahidələrlə qələmə alır. “Qonşu evin işıqları” oxucunu tanış həyatların görünməyən tərəflərinə aparan təsirli ədəbi atmosfer vəd edir.

📍 Təqdimatda sizi görməkdən məmnun olarıq.

19/05/2026

Bəs siz bu kitabı oxumusunuz?

08/05/2026

Bəzi işıqlar uzaqdan görünür, bəziləri isə insanın içində yanır... ✨

Cəmilə Məmmədli "Qonşu evin işıqları" ilə oxucuların görüşünə gəlir.

Həyatın görünməyən tərəflərinə, insan münasibətlərinin incə qatlarına və yaddaqalan talelərə işıq salan bu kitab tezliklə satışda olacaq.

İşığı sönməyənlər üçün...

Photos from Parafraz Nəşrləri's post 03/05/2026

Yazıçı Şəbnəm Xeyrullanın "Mais Netlandiyada" kitabının təqdimatından ✨

Bu möhtəşəm gündə bizi tək qoymayan dəyərli qonaqlarımıza və oxucularımıza dərin minnətdarlığımızı bildiririk.

02/05/2026

Hamınızı gözləyirik. 😊

30/04/2026

Yeni kitab axtarışındasınızsa, "Mais Netlandiya" kitabına mütləq nəzər yetirin. 📚

Yazıçı Şəbnəm Xeyrulla oxucunu düşündürən, özünə cəlb edən maraqlı dünya yaradır. Hadisələrin gedişi və verilən mesajlar isə kitabın təsir gücünü daha da artırır.

Bu əsər mütaliə həvəskarı olan, yeni müəlliflər kəşf etmək istəyən balaca oxucularımız üçün əsl tapıntıdır.

Kitabı oxuyandan sonra fikirlərinizi bölüşməyi unutmayın. 👇

24/04/2026

Əziz oxucular, sizi Şəbnəm Xeyrulla ilə görüşə – “Mais Netlandiyada” kitabının təqdimat və imza mərasiminə dəvət edirik. ✍️✨

Bu görüşdə:
🔸 müəlliflə canlı ünsiyyət;
🔸 kitab haqqında maraqlı söhbət;
🔸 imzalı kitab əldə etmək imkanı
əldə edəcəksiniz.

📅 Tarix: 3 may
🕛 Saat: 12:00
📍 Məkan: LIBRAFF “Park Akademiya” filialı

Uşaqlarınızla birlikdə həm maraqlı, həm də faydalı bir gün keçirmək istəyirsinizsə, mütləq gəlin. 💛

23/04/2026

Əziz ədiblər, oxucular, kitabın yanında olan hər kəs, 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününüz mübarək. 🥳📚📖

21/04/2026

Sevim Akın "Ulduzlar, hara belə?" kitabı uşaqlar üçün yazılsa da, ən qədim fəlsəfi suallardan birinə cavab axtarır: "İnsan özündən qaça bilərmi?"

Photos from Parafraz Nəşrləri's post 16/04/2026

Emojilərə uyğun kitabı tap, rəylərə yaz! 📖

15/04/2026

"Parafraz Nəşrləri"nin ikinci kitabı artıq satışda!

Want your business to be the top-listed Media Company in Baku?
Click here to claim your Sponsored Listing.

Category

Address


Azərbaycan
Baku
AZ1122