Global Customs Solutions
Global Customs Solutions sizin etibarlı gömrük təmsilçiniz. Peşəkarlara etibar edin!
Tam gömrük təmsilçiliyi xidməti
Gömrük broker xidməti
Konsalting
Bütün növ bəyannamələrin hazırlanması
Logistika xidməti
Sertifikat və icazələrin alınması
və s. Tam gömrük təmsilçiliyi,gömrük bəyənnamalərin tərtibi,konsultasiya,logistika,online müraciət imkanı,sertifikat və icazələrin alınması,şəxsi istifadə malların rəsmiləşdirilməsi,broker xidməti.
11/04/2026
Bakı KOB Evində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının Təlim Mərkəzinin (AGTL Təlim Mərkəzi) təşkilatçılığı və "Paşa Sığorta" ASC-nin tərəfdaşlığı ilə logistika şirkətləri üçün "Yük və CMR sığortası" mövzusunda infosessiya keçirilib.
Global Customs Solutions MMC infosessiyada iştirak edib. Infosessiya çərçivəsində "Paşa Sığorta" ASC tərəfindən yük və CMR sığortası üzrə mövcud mexanizmlər, risklərin idarə olunması və beynəlxalq daşımalar zamanı sığortanın rolu barədə təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb.
📱 +99477 7575650
📨 [email protected]
Qlobal ticarətdə sürət və dəqiqlik axtarırsınız?
Global Customs Solutions olaraq, yüklərinizin sərhədləri maneəsiz keçməsi üçün tam gömrük təmsilçiliyi xidmətini təqdim edirik. Biz sadəcə bəyannamə yazmırıq, sizin üçün optimal həllər qururuq!
Xidmətlərimiz:
✅ Tam gömrük təmsilçiliyi və broker xidməti
✅ Bütün növ bəyannamələrin (idxal, ixrac, tranzit) tərtibi
✅ Sertifikat və icazələrin (AQTA, Uyğunluq, Mənşə) alınması
✅ Gömrük ödənişlərinin əvvəlcədən dəqiq hesablanması
✅ Gömrük auditi və XİF üzrə peşəkar konsaltinq
Biznesinizi böyüdün, gömrük işlərini bizə etibar edin!
Əlaqə + 99477 757 56 50
[email protected]
04/03/2026
Global Customs Solutions MMC AGTL-yə üzv olub
Gömrük təmsilçiliyi üzrə ixtisaslaşmış Global Customs Solutions MMC Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) üzvü olub.
Bildirilib ki, üzvlük gömrük prosedurlarının effektiv icrası, beynəlxalq təcrübənin öyrənilməsi və sahə üzrə normativ-hüquqi təşəbbüslərin dəstəklənməsi istiqamətində yeni imkanlar açır. AGTL çərçivəsində əməkdaşlıq şirkətin gömrük xidmətləri bazarında mövqeyinin möhkəmlənməsinə və peşəkar əməkdaşlıq mühitinin inkişafına töhfə verəcək.
04/03/2026
Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) və Fayda Qrup-un birgə təşkilatçılığı, Caspian AS MMC-nin sponsorluğu ilə iftar məclisi baş tutub.
Tədbirdə Assosiasiyanın üzvləri, tərəfdaş şirkətlərin nümayəndələri və sektor təmsilçiləri iştirak ediblər. Çıxışlarda Ramazan ayının mənəvi dəyərləri, birlik və həmrəyliyin əhəmiyyəti vurğulanıb, işgüzar mühitdə qarşılıqlı dəstək və əməkdaşlığın gücləndirilməsinin önəmi qeyd olunub.
Tədbirdə Global Customs Solutions MMC-yə "ASSOSİATİV ÜZVLÜK" sertifikatı təqdim olunub.
İftar məclisi çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları müzakirə olunub. Bildirilib ki, bu cür təşəbbüslər Assosiasiya üzvləri arasında əlaqələrin möhkəmlənməsinə və sektor daxilində həmrəyliyin daha da güclənməsinə mühüm töhfə verir.
03/03/2026
23/02/2026
AGTL nümayəndələri və üzvləri Azer Legal Group MMC-NİN təşkilatçılığı və AGTL-nin tərəfdaşlığı ilə "Peşəkarların görüşü" çərçivəsində görüşdə iştirak edib. Bizdə Global Customs Solutions MMC olaraq bu görüşdə iştirak etdik.
18/02/2026
Ramazan ayınız mübarək! 🌙✨
Bu müqəddəs ayın ölkəmizə bərəkət, biznesinizə uğur və ailənizə hüzur gətirməsini diləyirik. Global Customs Solutions komandası olaraq, dualarınızın və oruclarınızın qəbul olmasını arzu edirik! 🤲
16/02/2026
𝗛𝗮𝘃𝗮 𝘆𝗼𝗹𝘂 𝗾𝗮𝗶𝗺𝗲𝘀𝗶 (𝗔𝗪𝗕) — 𝗬𝘂̈𝗸𝘂̈𝗻𝘂̈𝘇𝘂̈𝗻 "𝗨𝗰̧𝘂𝘀̧ 𝗕𝗶𝗹𝗲𝘁𝗶"!
Hava yolu ilə yük daşıyırsınızsa, ən vacib sənədiniz Air Waybill (AWB) olacaq. Bəs bu sənəd haqqında nələri bilməlisiniz? Karuseli sola sürüşdürərək ətraflı öyrənin! ⬅️
AWB sənədi sizə nə verir?
✅ Anlıq İzləmə (Tracking): Qaimənin üzərindəki 11 rəqəmli nömrə ilə yükünüzün yerini anlıq müəyyən edə bilərsiniz.
✅ Gömrük "Vəsiqəsi": Bu sənəd olmadan gömrük bəyannaməsi yazıla bilməz; o, malın çəkisi və miqdarı üçün rəsmi istinad nöqtəsidir.
✅ Sürətli Təhvil: Sənədlərin düzgünlüyü yükün hava limanındakı kargo terminalından dərhal çıxmasına şərait yaradır.
🚨 Master (MAWB) yoxsa House (HAWB)?
Bir çox idxalçı bu iki anlayışı qarışdırır. Unutmayın ki, MAWB hava yolu şirkəti tərəfindən, HAWB isə ekspeditor (karqo agenti) tərəfindən verilir. Hər ikisinin dəqiqliyi gömrük rəsmiyyəti üçün mütləqdir.
⚠️ Kiçik bir səhv, böyük vaxt itkisi!
Hava yolu sənədlərində bir rəqəm səhvi yükünüzün bloklanmasına və əlavə xərclərə yol aça bilər. Yükünüzü Global Customs Solutions-a etibar edin, biz hər bir detalı sizin üçün yoxlayaq! 💪
💬 Sualınız var? Rəylərdə bildirin və ya Direktə yazın, mütəxəssislərimiz sizə kömək etsin! 📥
📱 +994 77 7575650
📨 [email protected]
12/02/2026
HS Code — Gömrük dünyasının ortaq dili!
Heç düşünmüsünüzmü, gömrük müfəttişi sizin gətirdiyiniz məhsulun nə olduğunu saniyələr içində necə anlayır? Cavab sadədir: HS Code (XİF MN kodu).
Nədir bu kod? HS Code (Harmonized System) malların beynəlxalq təsnifat sistemidir. Dünyanın harasında olursunuzsa olun, hər bir məhsulun özünəməxsus 10 rəqəmli kodu var. Bu kod yükünüzün "DNT"-si kimidir.
Niyə düzgün seçmək həyatidir? Çünki dövlətə ödəyəcəyiniz rüsumun miqdarı, ƏDV dərəcəsi və yükünüz üçün tələb olunan sertifikatlar (AQTA, Uyğunluq və s.) məhz bu koddan asılıdır.
Kiçik bir səhv, böyük problemlər! Kodun bir rəqəmini belə səhv təyin etmək:
❌ Artıq rüsum ödənişinə;
❌ Gömrükdə yükün saxlanılmasına;
❌ Və ən pisi — "məlumatın düzgün bəyan edilməməsi" səbəbilə ağır cərimələrə yol aça bilər.
Global Customs Solutions MMC olaraq, biz yükünüzün sənədlərini analiz edir və ən doğru XİF MN kodunu təyin edirik. Bizimlə gömrükdə sürprizlərə yer yoxdur!
Sizin gətirdiyiniz malın kodu nədir? Bilmirsinizsə, şərhlərdə məhsulun adını yazın, sizə kömək edək! 👇
📱 +994 77 7575650
📨 [email protected]
CustomsClearance BakuBusiness İdxalİxrac GömrükRəsmiləşdirilməsi
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
AZ 1000