ATCHA

ATCHA

Share

Azərbaycan Turizm Şirkətləri Və Otelləri Assosiasiyası

30/08/2025

Prezident İlham Əliyevin Çinə səfəri – Azərbaycan turizmi üçün yeni imkanlar

Azərbaycan Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasına işgüzar səfərə gəlib. Bu səfər iki ölkə arasında strateji əməkdaşlığın güclənməsinə xidmət edir və xüsusilə turizm sektorunda yeni imkanlar açır.

🔹 Vizasız rejim artıq qüvvədədir – Azərbaycan və Çin vətəndaşları qarşılıqlı olaraq 30 günədək vizasız səyahət edə bilirlər.
🔹 Birbaşa Bakı–Pekin reysləri turizm əlaqələrini daha da gücləndirir.
🔹 Dövlət Turizm Agentliyinin həyata keçirdiyi “China Ready” proqramı otel və turizm şirkətlərimizin Çin bazarına uyğunlaşmasına şərait yaradır.
🔹 Bu ilin noyabrında Bakıda keçiriləcək China Visitor Summit isə Azərbaycan şirkətlərinin Çin turizm bazarı ilə birbaşa əməkdaşlığına imkan yaradacaq.

Bu səfər turizm əlaqələrimizin inkişafı üçün mühüm addım olmaqla yanaşı, Azərbaycanın beynəlxalq turizm məkanında mövqeyini daha da möhkəmləndirəcəkdir. 🌍✈️

Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası

Want your organization to be the top-listed Non Profit Organization in Baku?
Click here to claim your Sponsored Listing.

Address

Baku