Azmade Group LLC
AZMADE Group LLC, created in 2018 & Leading companies in their field as ZTP ATL Spark LLS AAC”Gobustone”
01/06/2026
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edirik! 🎉✨
Onların xəyalları nə qədər böyük olarsa, gələcəyimiz də bir o qədər parlaq və möhkəm olar. Biz Azmade Group olaraq, hər bir uşağın təhlükəsiz, sevgi dolu və arzularını gerçəkləşdirə biləcəyi bir dünya qurmaq üçün çalışırıq.
Çünki biz gələcəyi birlikdə inşa edirik! 💙
Dünyamızı rəngarəng edən bütün uşaqların bayramı mübarək! 🎈
20/05/2026
Ümumdünya Şəhərsalma Forumu ( ) çərçivəsində stendimiz mühüm görüşlərə və dəyərli qonaqlara ev sahibliyi etməyə davam edir. Sərgi zamanı “Bakı Mexanizasiya Nəqliyyat” ASC-nin direktoru Zakir Nağıyev stendimizi ziyarət edərək “Azmade Group” -un fəaliyyəti və törəmə şirkətlərimizin təqdim etdiyi innovativ həllər ilə yaxından tanış olub.
Görüşdə ölkəmizin tikinti və infrastruktur sektorunda müasir texnologiyaların tətbiqi, həmçinin gələcək potensial əməkdaşlıq imkanları barədə səmərəli fikir mübadiləsi aparılıb. Ziyarətə və marağa görə təşəkkürümüzü bildiririk!
20/05/2026
Dünyanın ən mühüm şəhərsalma tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunda (WUF13) Azmade Group-un törəmə şirkəti Azertexnolayn MMC olaraq qonaqlarımızı qarşılamaqdan məmnuniyyət duyuruq.
Dünən stendimizi ziyarət edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qurbatov və Azərbaycan Milli Karyera və Məşğulluq Agentlikləri Assosiasiyasının nümayəndəsi Elnur Sadıqov ilə sənaye, innovativ şəhərsalma həlləri və gələcək layihələr ətrafında çox maraqlı və səmimi bir söhbətimiz baş tutdu.
İnnovativ yanaşmalarımızı bölüşmək və birgə əməkdaşlıq imkanlarını müzakirə etmək bizim üçün olduqca dəyərlidir. Ziyarətlərinə görə hər birinə təşəkkür edirik!🤝✨
20/05/2026
WUF13 (Ümumdünya Şəhərsalma Forumu) çərçivəsində stendimizi ziyarət edən dəyərli qonaqlarımızdan biri də Dubai Chambers (Dubay Ticarət və Sənaye Palatası) Azərbaycan üzrə Baş Nümayəndəsi Sənan Nəsibli oldu.
Görüş zamanı Sənan müəllimə Azmade Group-un törəmə şirkəti Azertexnolayn MMC
layihələrimiz, yerli istehsalat potensialımız və regionda şəhərsalma sahəsinə verə biləcəyimiz töhfələr barədə ətraflı məlumat verilmişdir. Dubay və Avrasiya regionu arasında strateji tərəfdaşlıqların və investisiya imkanlarının genişləndirilməsi, həmçinin gələcək əməkdaşlıq perspektivləri ətrafında səmərəli fikir mübadiləsi apardıq.
Ziyarət və səmimi maraq üçün cənab Sənan Nəsibliyə təşəkkürümüzü bildirir, bu görüşün yeni beynəlxalq uğurlara qapı açacağına inanırıq! 🇦🇿🤝🇦🇪
14/05/2026
Azmade Group WUF 13 platformasında!
Daha yaşıl və ağıllı şəhərlər üçün fəaliyyətimizi genişləndiririk. “Azmade Group” olaraq, dayanıqlı infrastruktur həllərimizi dünyanın ən nüfuzlu şəhərsalma tədbirlərindən biri olan World Urban Forum (WUF 13) çərçivəsində təqdim edirik.
Gələcəyin şəhərlərini birlikdə inşa edək! Sizi innovativ layihələrimizlə yaxından tanış olmaq üçün stendimizə dəvət edirik.
Məkan: Bakı Olimpiya Stadionu
Tarix: 17-22 May
Stend: № D004
Azmade Group at the WUF 13 platform!
We are expanding our activities for greener and smarter cities. As “Azmade Group,” we are presenting our sustainable infrastructure solutions within the framework of the World Urban Forum (WUF 13), one of the world’s most prestigious urban planning events.
Let’s build the cities of the future together! We invite you to our stand to get closely acquainted with our innovative projects.
📍 Adress : Baku Olympic Stadium
Date: May 17-22
Stand: No. D004
13/05/2026
Azərbaycanın sənaye potensialını gücləndirmək və yerli istehsalı beynəlxalq standartlara çatdırmaq məqsədilə mühüm bir addım atdıq. AZMADE Group və mühəndislik sahəsində qlobal təcrübəyə malik TP Engineering arasında Niyyət Sazişi (Memorandum) imzalandı! 🇦🇿
Bu əməkdaşlıq nələri vəd edir?
Neft-qaz və ağır sənaye üçün avadanlıqların lokallaşdırılması;
Layihələndirmədən texniki servisə qədər mühəndislik həlləri;
Yerli istehsalın ixrac potensialının artırılması;
EPCM + Manufacturing modelinin tətbiqi.
Güclü istehsalat təcrübəsi ilə qlobal mühəndislik biliklərini birləşdirərək, sənayedə yeni bir dövrə start veririk!
12/05/2026
Azmade Group olaraq, Azərbaycan-İtaliya Ticarət Palatasının (ITAZERCOM) Prezidenti xanım Manuela Traldini ofisimizdə qonaq etdik.
Birlikdə yeni əməkdaşlıq perspektivlərini, sənayedə təcrübə mübadiləsini və qlobal bazarlara çıxış strategiyalarımızı dəyərləndirdik. Gələcəyə hədəflənmiş bu tərəfdaşlıq hər iki tərəf üçün böyük imkanlar vəd edir! Səmimi keçən görüşümüzdə sənaye sektorunun gələcəyini, İtaliya innovasiyalarının yerli istehsala inteqrasiyasını və birgə investisiya imkanlarını da müzakirə etdik.
Məqsədimiz yerli sənaye gücümüzü beynəlxalq təcrübə ilə birləşdirərək qlobal bazarda daha rəqabətədavamlı olmaqdır.
08/05/2026
Azmade Group olaraq, fəaliyyətimizdə şəffaflığı və müştəri məmnuniyyətini hər zaman ön planda tuturuq.
Artıq rəsmi vebsaytımızda “Şikayət və təkliflər” bölməsini istifadəyə verdik.
İstər anonim, istərsə də ad və soyadınızı qeyd etməklə, qrupumuza daxil olan törəmə şirkətlərin xidmətləri haqqında fikirlərinizi bizimlə bölüşə bilərsiniz.
Hər bir müraciət diqqətlə araşdırılacaq və xidmət keyfiyyətimizin artırılmasına töhfə verəcəkdir.
🌐 Müraciət üçün: www.azmade.az (Əlaqə bölməsi -> Şikayət və təkliflər)
18/09/2025
İnkişaf təsadüfi baş vermir, kodlaşdırılır.
Azmade Group-un gücü yalnız müxtəlif sahələrdə fəaliyyətindən deyil, bu sahələrin bir-birini tamamlayan dəyərlərindən gəlir: Etibarlılıq, Keyfiyyət, İnnovasiya, İnkişaf və Dayanıqlılıq.
Bu dəyərlər bizim DNA-mızdır və gələcəyin sənayesini formalaşdıran təməl kodları yazır.
Gobustone
Azertexnolayn
Zayam Technologies Park OJSC
LLS Service
Spark Beton
11/09/2025
Bir stend, beş fərqli güc!
AZMADE Group Rebuild Karabakh Expo 2025-də milli sənayemizin ən güclü tərəflərini bir araya gətirir.
Azertexnolayn, LLS, ZTP, Spark Beton və Gobustone – hər biri öz sahəsində innovativ həllər təqdim edərək gələcəyin sənaye və tikinti standartlarını formalaşdırır.
📅 14–16 oktyabr
📍 Bakı EXPO Mərkəzi
Gəlin, milli sənayemizin sabahını bizimlə birlikdə kəşf edin!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Baku
1010
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |