Ağstafa Gənclər Evi

Gençlik Kuruluşu

Photos from Ağstafa Gənclər Evi's post 17/11/2023

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin böyük konfrans zalında Kanstitusiya və Milli Dirçəliş Gününə həsr olunmuş tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının, Ağstafa Gənclər evi sosial xidmət müəssisəsinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Tovuz-Qazax Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev açmışdır.
Daha sonra Rayon Polis Şöbəsinin polis baş leytenantı Nurlan Niyazlı, Rayon Məhkəməsinin böyük məsləhətçisi Rafiq Ələsgərov, Tovuz-Qazax Regional Təhsil İdarəsinin Ağstafa sektorunun aparıcı məsləhətçisi Əli Əliyev mövzuya dair geniş məruzələrlə çıxış ediblər.

Photos from Ağstafa Gənclər Evi's post 17/11/2023

Ağstafa Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin fəaliyyət planına uyğun olaraq Vətənpərvərlik klubu çərçivəsində şəhid Həsənov Elnur, şəhid Babayev Mustafa və şəhid Əhmədov Mahmudun məzarları ziyarət olunub.

Ağstafa Gənclər Evinin əməkdaşları və bir sıra məsul şəxslər şəhidlərin il mərasimində məzarlarını ziyarət edib, üzərinə gül dəstələri qoyub, ruhlarına dualar oxunub.

Allahdan şəhidlərimizə rəhmət, yaxınlarına səbr diləyirik.

Photos from Ağstafa Gənclər Evi's post 16/11/2023

"Ağstafa Gənclər Evi" sosial xidmət müəssisəndə fəaliyyət göstərən Rus dili kursundan görüntüləri sizlərə təqdim edirik. 🤩

Siz də Tünzalə Namazovanın rəhbərliyi ilə rus dili kursuna üzv olmaq və dərslərdə iştirak etmək istəyirsinizsə müəssisəmizə yaxınlaşaraq qeydiyyatdan keçə bilərsiniz.

Əziz gənclər sizi həftə içi 2 gün rus dilinin lüğətini, qrammatikasını, danışıq ifadələrini, tələffüzünü öyrənməyə dəvət edirik.😊

📍Ünvan : Ağstafa Gənclər Evi (Ağstafa şəhəri, Heydər Əliyev parkı)

Photos from Ağstafa Gənclər Evi's post 16/11/2023

"Ağstafa Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin fəaliyyət planına uyğun olaraq Vətənpərvərlik klubu çərçivəsində şəhid Şıxməmmədov Hikmət, şəhid Vəliyev Ayxan və şəhid Orucov Xudayətin məzarları ziyarət olunub.

Ağstafa Gənclər Evi əməkdaşları və könüllü gəncləri, Qazax -Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və bir sıra məsul şəxslər şəhidlərin məzarını ziyarət edib, məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

Allahdan şəhidlərimizə rəhmət, yaxınlarına səbr diləyirik.

Photos from Ağstafa Gənclər Evi's post 15/11/2023

Bu gün Ağstafa Gənclər evində Yaradıcılıq klubu çərçivəsində yaradıcı gənclərlərlə görüş keçirilmişdir
Görüşdə müəssisənin dərnək rəhbəri Aynurə Bayramova Gənclər və İdman Nazirliyinin təşkil etdiyi Ayın Müsabiqəsi ilə bağlı gənclərimizi məlumatlandırıb. Bu mövzuda söhbətlər etmiş, həmçinin qurulacaq ssenari haqda müzakirələr aparmışlar.

Photos from Ağstafa Gənclər Evi's post 15/11/2023

15.11.2023 cü il tarixində Ağstafa Gənclər Evinin təşkilatçılığı ilə "Məqsədinə çatmaq istəyirsənsə düşüncənə təsir et" adlı təlim keçirildi.

Psixoloq Pərvanə Həsənova təqdimatında "Məqsədinə çatmaq istəyirsənsə, düşüncənə təsir et" mövzusunda təlim keçirilib. 😍

Təlimdə psixoloq Həsənova Pərvanə bu mövzuda gənclərə ətraflı məlumat verib.

Photos from Ağstafa Gənclər Evi's post 14/11/2023

14.11.2023 cü ildə Ağstafa Gənclər evi sosial xidmət müəssisəsində "Çox Deyil Məhsuldar Çalış" mövzusunda gənclərlə söhbət aparılmışdır.
Söhbəti müəssisənin metodisti Kifayət Əlisgəndərova açaraq qeyd etmişdir ki,
daha çox işləmək daha məhsuldar olmaq demək deyil ki? Xoşbəxtlikdən, xeyr, elə deyil. Nisbətən daha az əziyyət çəkməklə, daha çox işi yoluna qoymaq olur. Bunun üçün bəzi nüanslara diqqət etməlisən.
Gündəlik işlərində 80/20 qaydasına riayət et
Yorğunsansa, dincəl. Dincəlmisənsə, işlə
Son damla enerjinlə işi görməyə çalışan insanlar üçün “necə də işgüzar və əzmkardır” tərifləri yağır. Bu iddialara aldanmamağa çalış. Əldən düşmüş birinin gördüyü işin keyfiyyəti də sual altında olur. Burada qəhrəmanlığa yer yoxdur. Əsas olan odur ki, səhvlərdən tamamilə təmizlənmiş iş ortaya qoyasan. Bu isə yalnız yaxşıca dinlənmiş beyin və bədənlə mümkün olur.

Ən yaxşıya” nail olmağa çalışarkən “yaxşını” əldən vermə
Qüsursuz. Mükəmməl. Əla. Bu anlayışlar çox cəlbedicidir. İş həyatında hər kəsin müvəffəq olmağı arzuladıqları mərhələlərdir. Sirr deyil ki, ən yaxşını bacarmaq zaman tələb edir. Bu tələyə düşməzdən öncə yaxşı düşün. Çünki vaxt keçdikcə, yaxşı nəticəni bir addım daha da yaxşılaşdırmaq bizə vaxt olaraq daha baha başa gəlir. Zaman və inkişaf arasındakı düz mütənasiblik həndəsi silsiləyə çevrilir. Bəzən harada dayanacağını bilmək, “yaxşı” ilə kifayətlənməyi qəbul etmək məhsuldarlığa daha müsbət təsir göstərir.

Photos from Ağstafa Gənclər Evi's post 14/11/2023

"Ağstafa Gənclər Evi" sosial xidmət müəssisəsinin əməkdaşları Poylu qəsəbə tam orta məktəbində şagirdlər ilə görüş keçirmişdir.👍🏻

Görüşdə Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin dərnək rəhbərləri Aynurə Bayramova və Tünzalə Namazova iştirak edib. İlk öncə dərnək rəhbəri Aynurə Bayramov Gənclər və İdman Nazirliyinin yaranması haqqında gənclərə məlumat verib, daha sonra müəssisənin fəaliyyətini gənclərə təqdim edib. Müəssisəmizdə olan ödənişsiz kurslar, görüşlər, seminarlar, fəxri qonaqlar barəsində məlumat verilib. Ən sonda maraqlı, əyləncəli oyun keçirilərək gənclərin marağına səbəb olmuşdur. 🤩

Sizdə bizə qoşularaq bilik və bacarıqlarınızı bizimlə bölüşün, bizimlə gələcəyinizə irəli addımlayın 😊

📍Ünvan : Ağstafa Gənclər Evi (Ağstafa şəhəri, Heydər Əliyev parkı)

14/11/2023

Hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olan şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir.
Hazırda dünyada 371 milyon insanda şəkərli diabet diaqnozu qeyd olunur. Güman olunur ki, 50 %-i öz xəstəliyi haqqında məlumatsızdır. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayı 182 min nəfərdən çoxdur. Bu xəstəliyin yayılma tempinə görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ŞD xəstəliyini qeyri-infeksion epidemiya kimi dəyərləndirir.

Dünya Diabet Gününün (DDG) emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən ÜDG-nün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”.

13/11/2023

Yaradıcı gənclər, sizə xoş xəbərimiz var!

Gənclər və İdman Nazirliyi ayın müsabiqəsini elan edir. Müsabiqə şərtlərinə əsasən, fərdi şəxslər 3 mövzu üzrə videoçarx hazır edərək müsabiqədə iştirak edə bilər.
Müsabiqə mövzuları:
- "Könüllü bir gün";
- "Sağlam həyat tərzi";
- "Nümunəvi davranış".
28 noyabr, saat 16:00-a qədər hazırlanan videoçarxların linkləri [email protected] email ünvanına göndərilməlidir. İştirakçılar bir və ya bütün mövzular üzrə videoçarx göndərə bilər.
Müstəqil ekspertlərin dəyərləndirməsindən sonra hər mövzu üzrə 3 ən yaxşı videoçarx seçiləcək. Seçilmiş mövzular nazirliyin rəsmi "Facebook" səhifəsində paylaşılaraq açıq səsverməyə çıxarılacaq.
Səsvermədə balların hesablanması:
- Paylaşıma gələn hər reaksiya ("like", "love" və s.) – 2 bal;
- Paylaşımın dostlarınız tərəfindən təkrar paylaşılması ("repost") – 3 bal;
- Paylaşıma yazılan hər bir rəy – 1 bal.
Nəticəyə əsasən, hər mövzu üzrə 3 yerin qalibi müəyyənləşəcək və I yer – 500 AZN, II yer – 300 AZN, III yer - 200 AZN qazanacaq.

Photos from Ağstafa Gənclər Evi's post 13/11/2023

Gənclər və İdman Nazirliyi noyabrın 12-də Bakıda üçüncü “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri keçirib. “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçış Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin üçüncü ildönümünə həsr olunub.

Tədbirin əsas məqsədi Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirmək, şəhidlərimizi ehtiramla anmaq və qazilərimizə, onların ailələrinə əbədi minnətdarlığımızı ifadə etmək idi. Qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

Startdan öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin qarşısından start götürüb, 10 km məsafəni qət edərək eyni məkanda finişə çatıblar. Amma qaydalara əsasən, iştirakçılardan bəziləri yarışı 5 km məsafədə quraşdırılmış finiş xəttində başa vurublar.

Qaçışın nəticələrinə əsasən, 10 km məsafəni ilk qət edən Aleksandr Yatsenko (32.08) olub. Toğrul Məmmədli (32.21) ikinci, Bəxtiyar Əsgərli isə (32.26) üçüncü olublar. Qadınlar arasında finişə Ulyana Bataşova (35.39) birinci çatıb. Yuliya Belkova (41.30) və Milana Xalilova (42.29) isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Fair play mükafatına qaçışın ən yaşlı iştirakçısı Tarverdi Əliyev (84 yaş) layiq görülüb.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Azərbaycan Atletika Federasiya İdarə Heyətinin üzvü, paralimpiyaçı Elşən Quliyev təqdim ediblər.

Tədbirin qaçış mərhələsi başa çatdıqdan sonra finiş zonasında maraqlı əyləncəli idman proqramı təşkil olunub.

Burada urban (şəhər) idmanı master-klasları, maraqlı tədbirlər, müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar iştirakçıların və sakinlərin böyük marağına səbəb olub. Bədii hissədə isə tanınmış müğənni və DJ-lərin iştirakı ilə konsert proqramı baş tutub.

Photos from Ağstafa Gənclər Evi's post 13/11/2023

Gənclərimiz “Sağlam məhəllə” idman zonasında Gənclər və İdman Nazirliyinin istifadəyə verdiyi minifutbol və basketbol meydançasında oyunlar təşkil etmişlər.

Ağstafa Gənclər Evi" sosial xidmət müəssisəsinin fəaliyyət planına uyğun olaraq "Sağlam gənclik, sağlam gələcək" adlı futbol və voleybol oyunu keçirilmişdir 🤩

Bu cür oyunların təşkil edilməsində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli keçirilməsi və sağlam həyat tərzini təmin etməkdir. 👍🏻

Əziz gənclər siz də asudə vaxtınızı daha səmərəli keçirmək istəyirsinizsə, bizə qoşula bilərsiniz. 🥳

📍Ünvan : Ağstafa Gənclər Evi (Ağstafa şəhəri, Heydər Əliyev parkı)

Photos from Ağstafa Gənclər Evi's post 13/11/2023

"Ağstafa Gənclər Evi" Sosial Xidmət Müəssisəsində komputer kursunun görüntülərini sizlərə təqdim edirik 🤩

Komputer kursunun rəhbəri İlhamə Novruza gənclərə Microsoft Exel Microsoft Power Point programını öyrətmişdir 🥳

Sizdə bizə qoşularaq Microsoft Windows, Microsoft Word, Microsoft Exel, Microsoft Power Point, Microsoft Publisher programlarını mükəmməl öyrənə bilərsiniz.

📍Ünvan : Ağstafa Gənclər Evi (Ağstafa şəhəri, Heydər Əliyev parkı)

12/11/2023

Əziz gənclərimİZ!🤗

13 - 16 noyabr tarixləri üzrə həftəlik fəaliyyət planımızı Sizlərə təqdim edirik!👍

Bizə qoşulun Gənclər evimizdə Sizlər üçün yaradılan imkanlardan yararlanın🤝📚👍

12/11/2023

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günüdür

11/11/2023

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.

10/11/2023

🎉🇦🇿 Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.
İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi irəli sürülən Şuşa şəhərinin “İƏT Gənclər Paytaxtı” seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib.

İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev və Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova iştirak edib.

Photos from Ağstafa Gənclər Evi's post 10/11/2023

Noyabrın 7-dən 9-dək Gənclər və İdman Nazirliyinin dəstəyi, AREA-nın təşkilatçılığı ilə Azərbaycan komandası Panamada keçirilən Dünya Robot Olimpiadasında iştirak edib. 5 qitədən, 84 ölkənin 450 komandasının qatıldığı dünyanın ən böyük Robot Olimpiadasında Azərbaycan 8 komanda ilə mübarizə aparıb.

Gərgin mübarizə şəraitində keçən yarışda "Future İnnovators - Junior" kateqoriyası üzrə Zaqatala rayonundan olan "Village Boys" komandamız II yeri qazanıb.

"Future İnnovators - Senior" kateqoriyası üzrə "Caspian Rescuer" komandası isə 7-ci yerə layiq görülüb.

Qeyd edək ki, Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edən komandalar Azərbaycan Robot Olimpiadasının müxtəlif kateqoriyalar üzrə qalibləridir.
Təbriklər!

10/11/2023

🤩 İlin ən möhtəşəm gənclər tədbiri – “Gənc Fest”🎉

23-26 noyabrda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (Baku City Circuit) birgə təşkilatçılığı ilə “Gənc Fest” festivalı keçiriləcək.
Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında 4 gün davam edəcək tədbirə 16 yaşdan 29 yaşadək hər kəs qatıla bilər.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv fəaliyyətlər təşkil olunacaq, iştirakçılar sertifikat qazanmaq şansı əldə edəcəklər.

🎼 Festival günlərində canlı musiqi, DJ və əyləncəli proqramlar gənclərə rəngarəng anlar yaşadacaq.

ℹ️ Tədbir məkanına giriş yalnız qeydiyyat kartı ilə mümkündür. Onlayn qeydiyyatdan keçmiş, lakin hələ də akkreditasiya kartını götürməyən iştirakçılar kartlarını (akkreditasiya) noyabrın 20-dən 22-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsində yerləşən BCC Akademiyadan (saat 09:00-dan 18:00-dək) şəxsiyyət vəsiqəsini göstərməklə əldə edə bilərlər. Qeyd edək ki, qeydiyyat prosesi artıq tamamlanıb.

09/11/2023

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür! 🇦🇿

Üçrəngli bayrağımız daim zirvələrdə dalğalansın.

08/11/2023

Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirik! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin.

Photos from Ağstafa Gənclər Evi's post 06/11/2023

“Zəfərimizə Gedən Yol”mövzusunda intellektual bilik yarışı keçirilib.

05.11.2023-cü il tarixində Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin və Ağstafa Rayon Təhsil sektorunun təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 iliyi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zəfərimizə Gedən Yol” mövzusunda intellektual bilik yarışı keçirilib. Bilik yarışının rəsmi açılış mərasimində Ağstafa Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Nicat Vəkilov , Qazax –Tovuz Regional Təhsil idarəsinin müdir müavini Nizaməddin Babanlı , Ağstafa rayon üzrə təhsil sektorunun müdiri Mədəd Zeynalov və rayonun məsul şəxsləri iştirak etmişdir. Öncə Azərbqycan Dövlət Himni səsləndirilmişdir daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bilik yarışının təşkil olunmasında məqsəd-Gənc nəslə Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış zəfərimizin tanıdılması, zəfər tariximizin gənc nəslin yaddaşında möhkəmləndirilməsi, gənclərin intellektual bilik səviyyəsinin yoxlanılması, artırılması, intellektual yarışlara cəlb olunması və həvəsləndirilməsidir.
Ağstafa rayon üzrə 30 tam orta məktəbin komandası iştirak edib.Yarışda Ağstafa rayon Həsənsu kənd tam orta məktəbin “Hadurut”komandası l , Yuxarı Göycəli kənd tam orta məktəbin “Xarıbülbül” komandası ll, Ağstafa rayon Texniki-Hümanitar təmayüllü liseyin “Ağdam" komandası lll yerin qalibi olmuşdur.
Yarışın yekununda qalib komandaları Ağstafa Gənclər evi sosial xidmət müəssisəsinin və Ağstafa Rayon təhsil sektorunun diplomları və hədiyyələri ilə təltif olunmuşlar.

Photos from Ağstafa Gənclər Evi's post 03/11/2023

Ağstafa Gənclər evi sosial xidmət müəssisəsinin fəaliyyət planına uyğun olaraq Ağstafa Şəhəri A.Abdullayev adına 2 saylı tam orta məktəbin 6-çı sinif şagirdləri ilə master klass keçirilmişdir.

Rəsim kursumuza sizdə müraciət edə bilirsiz.😍

Photos from Ağstafa Gənclər Evi's post 03/11/2023

📌"Ağstafa Gənclər evi" sosial xidmət müəssisəsinə "Tovuz Dövlət Sosial İqtisadi Kolleci" Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası ixtisası üzrə oxuyan gəncləri qonaq oldular.
✅Əziz Gənclər hər birinizi öz müəsəmizdə görməkdən çox şad olarıq😍

Photos from Ağstafa Gənclər Evi's post 02/11/2023

8 Noyabr “Zəfər günü” ilə əlaqədar “Zəfər tariximizi yazanlar” mövzusunda konfrans keçirilib.

Noyabrın 1-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Qazax –Tovuz Regional Gənclər və idman İdarəsinin və Ağstafa şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr “Zəfər günü” nə həsr olunmuş “Zəfər tariximizi yazanlar” mövzusunda konfrans keçirilib.

Tədbirdə Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin, GİKM Ağstafa nümayəndəliyinin, Mərkəzi Kitabxana Sisteminin, Ağstafa Peşə Məktəbinin, Keşikçidağ Dövlət Mədəniyyət Qoruğunun, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin və Əfqanıstan Veteranları İctimai Birliliyinin Ağstafa filiallarının əməkdaşları iştirak ediblər.

Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra 8 Noyabr “Zəfər günü”nə həsr olunmuş sənədli videoçarx nümayiş olunub.
Konfransda Qazax –Tovuz Regional Gənclər və idman İdarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa şəhər Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, GİKM Ağstafa nümayəndəsi Lalə Quliyeva, Keşikçidağ Dövlət Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquluyev, Ağstafa Peşə Məktəbinin psixoloqu Pərvanə Həsənova, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Ağstafa filialının sədri Ceyhun Əliyev, Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa filialının sədri Mirzahid Hacıyev, Vətən müharibəsinin qazisi Namiq İbrahimov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal edilmiş tarixi torpaqlarımızın azad olunması uğrunda “Dəmir Yumruq” əməliyyatı ilə başladığımız Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılan möhtəşəm qələbənin hərb tariximizə qızıl hərflərlə yazıldığını, ordumuzun rəşadəti və dövlət başçısının polad iradəsi, qətiyyəti sayəsində əldə edilən qələbənin heç vaxt unudulmayacağını, şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimi

Photos from Ağstafa Gənclər Evi's post 02/11/2023

"Ağstafa Gənclər Evi "sosial xidmət müəssisəsinin fəaliyyət planına uyğun olaraq, ✅"Yaradıcılıq klubu "çərçivəsində gənc könüllümüz və əməkdaşlarımız taxta üzərində Azərbaycan xəritəsini hazırlamışlar.
✅ Sizdə bizim Yaradıcılıq klubuna üzv olaraq özünüz inkişaf elətirin.

Photos from Ağstafa Gənclər Evi's post 01/11/2023

8 noyabr – Zəfər Günü münasibəti ilə Ağstafa Tarix-Diyarşünaslıq Muzeyinə “Tariximizi öyrənək” adı altında ekskursiyalar təşkil olunur

Respublikamızın hər yerində olduğu kimi, Azərbaycanın çoxəsrlik tarixinə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qızıl hərflərlə yazılan 8 Noyabr – Zəfər Gününün üçüncü ildönümü Ağstafada da silsilə tədbirlərlə qeyd olunur. Müvafiq Tədbirlər Planına uyğun olaraq Ağstafa Tarix-Diyarşünaslıq Muzeyinə "Tariximizi öyrənək" adı altında ekskursiyalar təşkil olunur. Məqsəd gənclər və yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, parlaq tariximizin mahiyyət və əhəmiyyətini, milli dövlət atributlarını uca tutmağı, xalqımızın dövlətçilik salnaməsini onlar arasında təbliğ etməkdən ibarətdir.
Bugünkü aksiyanın iştirakçıları Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin könüllülər və əməkdaşları iştirak ediblər,həmçinin muzeydə Ağstafanın tarixi, dünəni, bu günü barədə ətraflı məlumatlar da əldə ediblər.

Photos from Ağstafa Gənclər Evi's post 01/11/2023

"Ağstafa Gənclər Evi "sosial xidmət müəssisəsinin fəaliyyət planına uyğun olaraq "Kənd Təsərrüfatı İşçiləri Gününə" həsr olunmuş görüş keçirilmişdir.
✅Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
✅ Bizdə Ağstafa Gənclər Evi olaraq Ağstafa Kənd təsərrüfat işçiləri peşa bayramını təbrik edirik.

Photos from Ağstafa Gənclər Evi's post 31/10/2023

"Ağstafa Gənclər Evi" sosial xidmət müəssisəsinin fəaliyyət planına uyğun olaraq "8 Noyabr " zəfər günü ilə əlaqədəra flaşmob hazırlığı gedir.
✅Gənc könllülərimizi vətənpərvər ruhda tərbiyə alması bizim başlıca vəzifəmizdir.

Photos from Ağstafa Gənclər Evi's post 31/10/2023

"Ağstafa Gənclər Evi" sosial xidmət müəssisəsinin fəaliyyət planına uyğun olaraq Sağlam gənclik, sağlam gələcək voleybol oyunu keçirilmişdir 🤩

Bu cür oyunların təşkil edilməsində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli keçirilməsi və sağlam həyat tərzini təmin etməkdir. 👍🏻

Əziz gənclər siz də asudə vaxtınızı daha səmərəli keçirmək istəyirsinizsə, bizə qoşula bilərsiniz. 🥳

📍Ünvan : Ağstafa Gənclər Evi (Ağstafa şəhəri, Heydər Əliyev parkı)

Photos from Ağstafa Gənclər Evi's post 31/10/2023

"Ağstafa Gənclər evi" sosial xidmət müəssisəsinin fəaliyyət planına uyğun olaraq Dağ Kəsəmən kənd 1saylı tam orta məktəbində şagirdlərlə görüş keçirilmişdir.
✅ Görüşdə Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşları işdirak etmişdir. Gənclər və İdman Nazirliyinin yaranması haqqında gənclərə məlumat verib , daha sonra müəssisənin fəaliyyətini gənclərə təqdim edib. Müəssisəmizdə olan kurslar, görüşlər, seminarlar, fəxri qonaqlar, kino zalı, tir atıcılığı və əyləncəli oyunlar haqqda məlumat verilmişdirlər.
✅ Sizdə bizə qoşularaq bilik və bacarıqlarınızı bizimlə bölüşün, bizimlə gələcəyinizə irəli addımlayın 😊

30/10/2023

Əziz gənclərimİZ!🤗

30 oktayabr 04 noyabr tarixləri üzrə həftəlik fəaliyyət planımızı Sizlərə təqdim edirik!👍

Bizə qoşulun Gənclər evimizdə Sizlər üçün yaradılan imkanlardan yararlanın🤝📚👍

Photos from Ağstafa Gənclər Evi's post 27/10/2023

"Ağstafa Gənclər Evi" sosial xidmət müəssisəsinin əməkdaşları Aşağı Kəsəmən kəndində Ş.Abadov adına tam orta məktəbində şagirdlər ilə görüş keçirilmişdir. 👍🏻

Görüşdə Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin Metodistlər və müəssisənin dərnək rəhbərləri iştirak edib. Gənclər və İdman Nazirliyinin yaranması haqqında gənclərə məlumat verib, daha sonra müəssisənin fəaliyyətini gənclərə təqdim edib. Müəssisəmizdə olan ödənişsiz kurslar, görüşlər, seminarlar, fəxri qonaqlar,kino zalı, tir atıcılığı və əyləncəli oyunlar haqqda məlumat verilmişdirlər.

Sizdə bizə qoşularaq bilik və bacarıqlarınızı bizimlə bölüşün, bizimlə gələcəyinizə irəli addımlayın 😊

Photos from Ağstafa Gənclər Evi's post 26/10/2023

"Ağstafa Gənclər Evi "sosial xidmət müəssisəsinin fəaliyyət planına uyğun olaraq şəhid
Xudayət Orucovun ailəsi ziyarət edib.
Xudayət Orucov 1987-ci il sentyabrın 4-də Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. 1994-2005-ci illərdə Ş. Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi. Xudayət Orucov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdə artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Xudayət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayət Orucov noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayət Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xudayət Orucov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Photos from Ağstafa Gənclər Evi's post 26/10/2023

"Ağstafa Gənclər evi" sosial xidmət müəssisəsinin fəaliyyət planına uyğun olaraq Ağstafa Peşə məktəbinin psixoloqu Həsanova Pərvanə "Gerçəklik terapiyası "mövzusunda qeyd etmişdir ki,
bu terapiya Vilyam Qlasster tərəfdən irəli sürülüb və ifadəsi aşağədakı kimidir ; Şəxs öz davranış məsuliyyətini özü üzərinə götürməlidir bu isə ruh saglamligina bərabərdir.Terapiya aparanların əsas məqsədi məqsədə çatmaq üçün onlara daha gerçəkçi və daha məsiliyyətli olmağı öyrətməkdir.
Şəxsiyyət qazanmaq istəyənlər
Duyğusal problemli insanlar
Davranış problemi olanlarla maraqlanır
Qlasser ənənəvi yaxınlaşmalar və realti terapiya arasindaki fərqləri belə vermişdir.
Gerçəklik terapiyasinda xəstə gözlə baxmadığı və keçmiş hadisələrə baxmayaraq o andaki davranış və istəkləri dəyişdirən insan kimi başa düşülür
Gerçəklik terapiyasinda terapevt xəstənin həyatında önemli rol oynadığı bir müddətdə söhbət qurulur və bu əlaqə əsasdır
Gerçəklik terapiyasinda şuüraltı yönəlmənin varlığı göstərilmir ancaq davranışların səbəbinin araşdırılmasının dəyişimə gətirməyəcəyi vurğulanır
G terapiayasinda terapiya cəmiyyətin əxlaq normalarına əsaslanır. Pasiyent həyatındakı önəmli adamların xəbərdarlıqları olmadan öz davranışını əxlaq baximdan dəyərləndirə bilməz və dəyişə bilməz.

Want your organization to be the top-listed Non Profit Organization in Agstafa?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

12 avqust - Beynəlxalq Gənclər Günü ilə əlaqədar "Ağstafa Gənclər Evi" sosial xidmət müəssisəsinin hazırladığı video-çar...

Address


Ağstafa Heydər Əliyev Parkı
Agstafa
Other Youth Organizations in Agstafa (show all)
YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyi YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyi
Agstafa

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!