YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyi

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!

12/04/2022
Photos from YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyi's post 11/04/2022

AĞSTAFA RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİNİN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, Ərazi Partiya Təşkilatlarının fəalları, şəhid ailələri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidi Yolçuyev Azad Nizami oğlunun doğum günü münasibətilə məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhidin ailə üzvlərinin də iştirak etdiyi mərasimdə şəhidimizin ruhuna dualar oxunub.

Daha sonra şəhidin doğulub boya-başa çatdığı, ailə üzvlərinin yaşadığı ünvan ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilərək, şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib. Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

11/04/2022

İlham Əliyev siyasəti - Zəfərə aparan yol
http://www.yap.org.az/.../ilham-eliyev-siyaseti-zefere...

11/04/2022

Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, dövlətçiliyimizin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olub. Bütün bunlar isə xalqın seçimini Prezident İlham Əliyevin xeyrinə müəyyən edən amillərdir.

11/04/2022

2018-ci ildə Azərbaycan xalqı davamlı inkişafa və siyasi sabitliyə səs verdi. Prezident İlham Əliyevin idarəçilik dövrü milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi tarixə düşüb. Bu dövr ərzində Prezident İlham Əliyev xalqı milli ideya ətrafında birləşdirib, azərbaycançılıq məfkurəsi ölkəmizdə tam bərqərar olub. Məhz, xalqın etimadı və Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində də 2020-ci ildə Vətən müharibəsində 30 il işğal altında olmuş torpaqlarımız azad edilib.

11/04/2022

Dörd il öncə keçirilmiş növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri İlham Əliyev şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.
Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürü idi. 2018-ci ildə keçirilmiş seçkilər bir daha radikalların Azərbaycanın siyasi səhnəsində yerinin olmadığını göstərib. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərib.

09/04/2022

YAP Ağstafa rayon Telekommunikasiya qovşağı ərazi partiya təşkilatının sədri
Zakir Məmmədov:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

Bir faktı mütləq şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır. O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Prezidentimizin də qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var. Prezident İlham Əliyevin şəxsi səyi sayəsində bölgələrdə gənclərin sağlam şəkildə yetişdirilməsi, ölkəmizin genefondunun-gənclərimizin sağlam ruhda böyüməsi üçün əsaslı addımlar atılır. Digər tərəfdən, hər bir istiqamət kimi idmanın inkişafı da ölkə qanunları çərçivəsində tənzimlənir. Bu gün ölkəmizdə idman təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəb səviyyəsində də inkişaf etdirilir.

Qələbədən daha vacib ləyaqətdir. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb.

09/04/2022

YAP Ağstafa rayon Muğanlı kənd ərazi partiya təşkilatının sədri
Mustafa Əfəndiyev:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

Son illər böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə mühüm uğurlara imza atmışdır. Bu fakt daim dünya ictimaiyyətinin diqqətini cəlb etmişdir. Beynəlxalq təşkilatlar da öz tədbirlərini keçirərkən bu məqamı nəzərə alır. İndiyədək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi tədbirləri keçirilmişdir. Bu, dünya miqyaslı idman turnirlərinə də aiddir. Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz 16 medal qazanaraq bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar.

Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb.

09/04/2022

YAP Ağstafa rayon Maliyyə idarəsi ərazi partiya təşkilatının sədri
Azər Hüseynov:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində çoxsaylı uğurlar qazanmaqdadır. Ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasını təmin edən həmin uğurların hər biri bizim üçün dəyərlidir. Ancaq elə uğurlar var ki, onlar dünya miqyasında təqdim edilərkən, dövlət himnimiz səsləndirilir və ya bayrağımız qaldırılır. Həmin uğurları bizə idmançılarımız – ölkə əhalisinin böyük sevgi və məhəbbətini qazanmış gənclərimiz qazandırırlar.

Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir.

09/04/2022

YAP Ağstafa rayon Maliyyə idarəsi ərazi partiya təşkilatının sədr müavini
Camal Hüseynov:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı. Erməni ordusu dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş nəticəsində həlak oldu. Azərbaycan əsgəri düşmənə döyüş meydanında cavab vermişdir. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik.

Tarixi Zəfərimiz gücümüzü, qüdrətimizi, iradəmizi nümayiş etdirdi. Dəmir yumruq birliyimizin, gücümüzün təqdimatı oldu. Azərbaycan bundan sonra da yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək.Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.

09/04/2022

YAP Ağstafa rayon Zəlimxan kənd ərazi partiya təşkilatının sədri
Şirin Həsənov:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

Olimpiya Oyunlarında qazanılan uğur ölkəmizdə idmanın inkişafının ifadəsidir. Bu, Azərbaycan idmançılarını gələcək beynəlxalq yarışlarda yeni qalibiyyətlərə ruhlandırır. Təbii ki, qazanılan bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin idmana və idmançılara göstərdiyi xüsusi diqqətin nəticəsidir. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra Azərbaycanda idmanın inkişafında yeni mərhələ başladı. Bu istiqamətdə görülən ardıcıl və səmərəli tədbirlər Azərbaycan idmanının inkişafını şərtləndirən əsas amillərdən biri oldu. Hazırda Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb.

Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər.

09/04/2022

YAP Ağstafa Qarayazı qəsəbə ərazi partiya təşkilatının sədr müavini
Fəramiz Məmmədov:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

Qətiyyətlə demək olar ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.

İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır. Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər.

09/04/2022

YAP Ağstafa rayon Qırlı kənd ərazi partiya təşkilatının sədr müavini
İsə Rüstəmov:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin dediyi kimi: “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.

İdmançılarımız da öz növbəsində Azərbaycanın idman şöhrətini yüksəldirlər. Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.

09/04/2022

YAP Ağstafa rayon Eynallı kənd ərazi partiya təşkilatının sədr müavini
Güldərya Kərimova:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.

Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.

09/04/2022

YAP Ağstafa rayon Suvarma sistemləri idarəsi ərazi partiya təşkilatının sədr müavini
Etibar Qasımov:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

İdmanın inkişafına göstərilən qayğı ona həmçinin böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına şərait yaradır. Fərəhli haldır ki, respublikamızda idman bölmələrinə axın kütləvi xarakter alıb. Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya idman kompleksləri, stadionlar, zallar tikilərək idmançıların istifadəsinə verilib. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət alıb. Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb.

Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və idman uğurlarımızdır. Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər.

09/04/2022

YAP Ağstafa rayon Ağstafaçay HQİİ ərazi partiya təşkilatının sədri
Sənan Quliyev:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idmana dövlət başçısı cənab İlham Əliyevin diqqəti idmançıları yeni qələbələrə səsləyir.

Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Vaxt az qalıb və, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər.

09/04/2022

YAP Ağstafa rayon Ağstafaçay HQİİ ərazi partiya təşkilatının sədr müavini
Zaur Salıfov:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

İdmançılarımızda beynəlxalq yarışlarda müxtəlif ölkələrdə olurlar. Əminəm ki, böyüklər, məşqçilər, idman mütəxəssisləri mütləq görür ki Azərbaycana münasibət nə dərəcədə dəyişib. Çünki biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik. Biz müharibəni ləyaqətlə aparmışıq. Bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, binaları bombalamamışıq, qəddarlıqla məşğul olmamışıq. Halbu ki, xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki bizə qarşı Soyqrımı törədilmişdir. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdı ermənilər tərəfindən. Və qisas hissi mütləq olmalı idi. Ancaq cənab prezident İlham Əliyev demişdi ki, biz düşməndən intiqamı döyüş meydanında alacağıq. Və bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə qeyd eliyirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə, ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail olub. Həm də ləyaqətlə aparıb. Bütün müharibə qanunlarına riayət edərək və məhz buna görə düşmən tərəfində mülki əhali arasında itkilər otuzdan da az idi. Oda məhz onagörə ki, mülki vətəndaşlar döyüşlərdə iştirak edirdi. Bunu xüsusilə qeyd etmək istəyirəm ki, çünki dünyada bir çox yerlərdə müharibələr gedib, gedir və əfsuslar olsun ki, gedəcək. Gedən müharibələrə tamaşa edərək hesab edirəm ki həm Azərbaycan xalqı, həm bütün dünya ictimaiyyəti bir daha Azərbaycan xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini görür. Və idmançılarımız üçün bu əlavə stimuldur. Çünki biz ləyaqətli xalqıq və böyük hörmətə laiq olan ölkəni təmsil edirik. Bizim idmançılar hər zaman müzəffər ölkəni təmsil edəcək. Çünki bizim qələbəmiz əbədidir.

09/04/2022

YAP Ağstafa rayon Qaz İstismar sahəsi ərazi partiya təşkilatının sədr müavini
Nəcmiyyə Sədizadə:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

Ulu Öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallığa çevrilməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. İlham Əliyev Prezident seçildikdən sonra ölkədə idmanın inkişafı daha da sürətləndi. Bu gün Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Bu gün Avropada qələbə qazanmaq böyük nailiyyətdir.

09/04/2022

YAP Ağstafa rayon Gənclər və idman idarəsi ərazi partiya təşkilatının sədr müavini
Nətavan Kazımova:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş milli idman növüdür. Güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir. Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır.

Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. 30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda Azərbaycan məğlub edilmiş ölkə kimi təmsil olunurdu. Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir.

Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. Ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir.

Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.

09/04/2022

YAP Ağstafa rayon Kolxəlfəli kənd ərazi partiya təşkilatının sədr müavini
Elmar Həsənov:
- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

Güləş idman növünün prespektivlərini çox müsbət qiymətləndirirəm. Əminəm ki, növbəti illərdə həm Olimpiya oyunlarında, həm dünya çempionatlarında bizim uğurlarımız kifayət qədər olacaq. Bu gün bizim idmançılarımız qalib gəlmiş ölkəni təmsil edir. Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda, biz torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməliydik və sübut edirdik ki bizim gücümüz də var, iradəmiz də var. Beynəlxalq idman arenalarında göstərdiyimiz məharət və güc özünü döyüş meydanında da göstərəcək. Hər halda xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayırdı. Məhz bu vətənpərvərlik hisləri, vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim əlbəttə ki güclü ordumuz var, tenxikalarımız, silahlarımız, sursatlarımız amma qələbəmizi şərtləndirən döyüşçülərin əzimkarlığı, vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir.

Biz uzun ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda məğlub edilmiş ölkə kimi təmsil olunurduq. Bunu etiraf etmək nə qədər ağırdırsa o qədərdə sadədir. Biz həqiqəti olduğu kimi bilməliyik və deməliyik. Bəli, bu məğlubiyyətin səbəbləri var idi. O vaxtki antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar, bütün bunlar var idi. Ancaq bu amillər məğlubiyyəti şərtləndirmişdi. Amma həqiqət o idi ki, torpaqlarımız işğal altında idi. Biz sübut etməliydik ki, biz nəyin bahasına olur olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və etdik! Hesab edirəm ki, o cümlədən idman sahəsində əldə edilmiş uğurlar bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini dahada gücləndirirdi və hər birimizə bir daha göstərirdi ki əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə biliriksə döyüş meydanında da mütləq qələbə qazanacağıq. Belədə oldu. Və bizim idmançılar artıq başqa Azərbaycanı təmsil edir. Qalib gəlmiş müzəffər xalqı təmsil edir.

09/04/2022

YAP Ağstafa rayon Qarahəsənli kənd ərazi partiya təşkilatının sədri
Hafiz İsgəndərov:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

Bizim beynəlxalq idman qurumları ilə Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitələri ilə sıx əlaqələrimiz var. Bu əlaqələr Azərbaycanda idman siyasətinin düzgün aparılmasında da bizə köməklik göstərir. Ölkəmizdə keçirilmiş və bundan sonra keçiriləcək idman yarışları da müntəzəm xarakter almalıdır. Çünki ölkəmizin həm imkanları həm Azərbaycanda qonaqpərvərlik, idman infrasturukturunun mövcudluğu, bütün istənilən idman yarışını keçirə bilərik. Misal üçün Avropa oyunlarında beş mindən çox idmançı iştirak edirdi və onların bir çoxu qeyd edirdi ki, bu oyunlar Yay Olimpiya oyunlarının səviyyəsində keçirilib. Bütün bu şəraiti biz yaratmışıq ki, həm idmançılar dövlətimizin şöhrətini həmişə yüksəklərdə saxlasınlar, həm də idman kütləvi karakter alsın. Gənclər və İdman nazirinin qarşısına qoyulan vəzifələrdən biridə budur. İdmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrasturukturda istifadə etmək.

Düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər.

09/04/2022

YAP Ağstafa rayon Saloğlu qəsəbə ərazi partiya təşkilatının sədr müavini
Güloğlan Kərimov:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

İdman bizim dövlət siyasətimizdir. İdman hər bir ölkənin qüdrətini əks etdirir. Çünki, Əgər beynəlxalq yarışlarda, Olimpiya oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri dahada böyük uğurlar qazanır. Bu təbiidir. Çünki həm təlim məşq toplantılarının keçirilməsi ümumiyyətlə hazırlıq işlərinin qurulması iqtisadi baza, bütün bu faktorlar, amillər önəmli rol oynayır və dövlət siyasəti əbəttə ki aparıcı məsələdir. Azərbaycan bu ölkələrin sırasındadır. Nəinki iqtisadi və digər məsələlərdə də, idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq. Bu liderliyi qorumalıyıq. Və təsadüfi deyil ki, beynəlxalq idman qurumları Azərbaycana çox böyük rəğbətlə yanaşırlar. Belə olmasaydı Azərbaycanda iki dünya səviyyəli tədbir keçirilməzdi. Həm Avropa oyunları, həm İslam həmrəyliyi oyunları bir ölkədə, bir şəhərdə cəmi 2 il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman ictimaiyyətinin, Federasiyanın bizə olan münasibətinin əlamətidir. Biz bu yarışları yüksək səviyyədə keçirdik.

09/04/2022

YAP Ağstafa rayon Həsənsu kənd ərazi partiya təşkilatının sədri
Elşən Əsgərov:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

Son vaxtlar Güləş Federasiyasında gedən proseslər narahatlıq doğururdu və durğunluq hiss olunurdu. Güləş Federasiyasında idarəetmə mexanizmi zəifləmişdi. Faktiki olaraq özbaşınalıq hökm sürürdü və əlbəttə ki bu nəticələrə də mənfi təsir göstərmişdi. Bu təbiidir. Ona görə Güləş Federasiyasının rəhbərliyinin dəyişdirilməsi zəruri idi. Bu baş verdi və federasiya indi həm bütün buraxılmış nöqsanları aradan qaldıracaq, vəziyyəti təhlil edəcək. Demək olar ki bu işlərə start verilib. İdmançılara, həm gənclərə, həm böyüklər arasında çıxış edən idmançılara lazımi şərait yaradacaqdır.

İlham Əliyev MOK-in prezidenti vəzifəsinə ilk seçiləndə məhz bu vəzifəni qoydu ki, biz idmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik. Ona görə bu iki əsas faktor, iki amil bizim böyük uğurlarımızın əsasını təşkil edir. Buna görə də əminik ki, Güləş Federasiyası Gənclər və İdman naziri ilə birlikdə məşqçilərlə birlikdə düzgün addımların atılmasına nail olacaq.

Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Vaxt az qalıb və, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar.

09/04/2022

YAP Ağstafa rayon Dəmiryolu vağzalı ərazi partiya təşkilatının sədri
Yaqub Eyyublu:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü dövlətimizin qüdrətini nümayiş etdirirlər.

Bütün idman növlərində o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır. Müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada qələbə qazanmaq əlbəttəki böyük nailiyyətdir.

Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər, bizim bir çox olimpiya, dünya, Avropa çempiyonlarımız var. Əlbəttə ki, güləş növünün ənənələri Azərbaycanda kifayət qədər güclüdür. Əminəm ki bu yaxınlarda medallar qazanmış idmançılar arasında gələcəyin Avropa, dünya və Olimpiya çempiyonları olacaq.

Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.

09/04/2022

YAP Ağstafa rayon Aşağı Göycəli kənd ərazi partiya təşkilatının sədri
Mirkamil Mahmudov:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

Azərbaycanda idmandan, ənənəvi və qədim idman növlərindən danışanda ilk növbədə yadımıza güləş düşür. Bu heç də təsadüfi deyil. Çünki Azərbaycanın bütün dövrlərində məşhur güləşçiləri olub. Keçmiş sovet dövründə idmanın bu növü üzrə təmsilçilərimiz SSRİ yığma komandasının tərkibində müxtəlif mötəbər yarışlarda iştirak edərək layiqincə çıxışlar ediblər. Təsadüfü deyil ki, Azərbaycanın adı bu gün dünyanın aparıcı güləş ölkələri sırasında çəkilir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya Oyunlarında əldə etdiyimiz qələbələrin əksəriyyəti məhz güləş növünün payına düşür.

İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.

09/04/2022

YAP Ağstafa rayon Keşikçidağ DTMQ ərazi partiya təşkilatının sədr müavini
Fazilə Hüseynova:

- Azərbaycan idmançıları hər zaman ölkəmizi ləyaqətlə təmsil edir.

Ölkəmizdə populyar olan yunan-Roma və sərbəst güləş növləri zəngin tarixə və özünəməxsus ənənələr malikdir. Milli güləşin əksər elementlərini, fənd və mübarizə üsullarını özündə birləşdirən sərbəst güləş dünyada “Amerika güləşi” kimi tanınır. Şüphəsiz ki, ölkəmizdə milli güləşin tarixi daha qədimdir. Onun elementlərinə Qobustan qayalarında, şifahi xalq və klassik ədəbiyatımızda rast gəlmək olar. Ölkəmizdə güləşin qədim ənənələrə malik olduğunu insanların toy və bayram şənliklərində güləşmələri də sübut edir. XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində yaşamış Hüseynqulu Mürsəlqulu oğlu və onun tələbəsi Məşədi Əbdül Axundov, Sar Pənci və başqaları Azərbaycan güləş məktəbinin əsasının qoyulmasında misilsiz xidmətlər göstəriblər. Bu idman növü Azərbaycanda kifayət qədər güclüdür. Nəsildən-nəsilə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir.

Want your organization to be the top-listed Non Profit Organization in Agstafa?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Website

Address


Agstafa
Other Youth Organizations in Agstafa (show all)
Ağstafa Gənclər Evi Ağstafa Gənclər Evi
Ağstafa Heydər Əliyev Parkı
Agstafa

Gençlik Kuruluşu