EuroClima
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EuroClima, Heating, ventilating & air conditioning service, Baku.
27/09/2025
27 Sentyabr Anım Günüdür.
Vətən müharibəsində qəhrəmanca döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçənləri ehtiramla anırıq !
https://euroclima.az/az/news/27-sentyabr-anim-gunu
27/08/2025
Euroclima MMC olaraq, Qarabağ Futbol Klubunu UEFA Çempionlar Liqasının qrup mərhələsinə ikinci dəfə yüksəlməsi münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Tarix yazan komandamıza uğurlar arzu edirik! Bu böyük nailiyyət Azərbaycan futbolu üçün mühüm qürur mənbəyidir.
İrəli, Qarabağ !
https://euroclima.az/az/news/qarabag-futbol-klubu-yenid-n-tarix-yazdi
26/06/2025
Azərbaycan Silahlı Qüvvələri Günü hər il 26 iyun tarixində qeyd olunur və bu gün Azərbaycan Ordusunun gücünü, vətənə sədaqətini və xalqımızın təhlükəsizliyinin təmin olunmasındakı rolunu simvolizə edir. Bu əlamətdar tarix, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış ilk nizami orduya əsaslanaraq təsis edilmişdir.
Silahlı Qüvvələrimizin keçdiyi şərəfli yol, xüsusilə son illərdə əldə olunan hərbi və strateji uğurlar, dövlətimizin güclü hərbi potensiala sahib olduğunu sübut edir. Bu gün münasibətilə ölkənin müxtəlif bölgələrində tədbirlər keçirilir, şəhidlərimiz ehtiramla yad olunur və gənclərə vətənpərvərlik aşılanır.
Məkanların təhlükəsizliyi, sərhədlərimizin qorunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində Silahlı Qüvvələrimiz gündən-günə inkişaf edir. Bu əlamətdar gündə Azərbaycan əsgərinə, onun rəşadətinə və fədakarlığına dərin hörmətimizi bildiririk.
https://euroclima.az/az/news/az-rbaycan-respublikasi-silahli-quvv-l-ri-gunu-26-i-yun-qurur-gunudur
15/06/2025
1993-cü il 15 iyun tarixində ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi oldu.
Bu gün ölkəmizin siyasi sabitliyə, inkişaf və dirçəliş yoluna qədəm qoyduğu gündür.
Milli Qurtuluş Günü – dövlətçiliyimizin qorunduğu, xalqın öz seçimini etdiyi əlamətdar tarixdir.
https://www.euroclima.az/az/news/15-iyun-milli-qurtulus-gunu
06/06/2025
Euroclima MMC olaraq Qurban bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edirik. Bu mübarək gündə sizə və ailənizə bol ruzi-bərəkət, sağlamlıq və xoşbəxtlik arzulayırıq. Qurban bayramının gətirdiyi sevinc və birlik hissi daim həyatınızda olsun. Bayramınız mübarək.
28/05/2025
🇦🇿 28 May – Respublika Günü
1918-ci il 28 may tarixində Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bu, təkcə xalqımız üçün deyil, bütün Şərq üçün ilk demokratik respublika idi.
Qısa müddətdə parlament, ordu, milli valyuta və təhsil islahatları ilə müstəqil dövlətçilik ənənəsinin təməli qoyuldu.
Bu gün həmin tarixi irsin, azadlığımızın və dövlətçiliyimizin təntənəsidir.
Qürurla qeyd edirik – Yaşasın müstəqil Azərbaycan!
19/05/2025
Euroclima MMC-nin şourumunun təntənəli açılışı — İqlim texnologiyalarında yeni bir mərhələ !
Mayın 16-da Euroclima şirkəti üçün önəmli hadisə baş verdi — yeni, müasir şourumun təntənəli açılışı baş tutdu. Tədbir yüksək səviyyədə təşkil olunmuş, iqlim texnologiyaları sahəsində fəaliyyət göstərən bir çox yerli və beynəlxalq tərəfdaşların iştirakı ilə yadda qaldı.
Tədbirdə İtaliyanın Immergas, Çinin Midea və Danimarkanın Danfoss şirkətlərinin rəsmi nümayəndələri iştirak edərək çıxış etdilər. Onlar Euroclima ilə əməkdaşlığın əhəmiyyətindən danışdılar və Azərbaycan bazarında iqlim texnologiyalarının inkişafına verdikləri dəstəyi vurğuladılar.
Açılış nitqi ilə çıxış edən şirkətin təsisçisi Aslan Abdullayev Euroclima MMC-nin keçdiyi inkişaf yolunu, gələcək planlarını və yeni şourumun müştərilər üçün yaradacağı imkanları təqdim etdi.
Euroclima şourumu – bu, yalnız məhsul nümayişi üçün yer deyil. Bu, peşəkar texnoloji məsləhətlər, fərdi yanaşma və innovativ həllərlə dolu unikal bir məkan oldu.
Bizimlə bu əlamətdar günü bölüşən bütün qonaqlara təşəkkür edirik!
Şourumun əlaqə nömrəsi: 077-271-60-07
https://www.euroclima.az/az/news/euroclima-mmc-nin-sourumunun-tenteneli-acilisi-iqlim-texnologiyalarinda-yeni-biremerhele
30/03/2025
Euroclima MMC olaraq, Ramazan Bayramının gətirdiyi birlik, bərəkət və sevgi dolu günlərin sizlərə və sevdiklərinizə xoşbəxtlik, sağlamlıq və firavanlıq gətirməsini diləyirik. Bu mübarək bayramın, paylaşma və mərhəmət duyğularını gücləndirməsini arzulayırıq. Euroclima ailəsi olaraq, hər zaman sizinlə birlikdə olmağın qürurunu yaşayırıq və gələcəkdə də sizə xidmət etməkdən məmnunluq duyacağıq.
Bayramınız mübarək olsun !
19/01/2025
Xatirələri hər zaman qəlbimizdə yaşayan şəhidlərimizi heç zaman unutmayacağıq!
25/12/2024
Azərbaycana məxsus “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq.
24/12/2024
Prezident İlham Əliyevin doğum günüdür. Bu münasibətlə dövlət başçımızı təbrik edir, ona sağlam həyat, uğur və uzun ömür arzulayırıq!
Sevgi, dərin hörmət və ehtiramla anırıq!
Click here to claim your Sponsored Listing.
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Address
Baku