Lerik

Kiraye ev

Lerikdə kənd evlərində may,iyun aylarında endirim var.

Azerbaycan Hekimleri

Bir dostum var. Maddi imkanı elə də böyük deyil. Yəni, orta. Özlərinə yetir. Lap az da kənara ata bilirlər. Və həmin dostum neçə ilin başında aybaay pul yığıb ki, bu ilin yayında Antalyaya getsin, nəhayət oraları görsün. Təbii, ailəcək.

Elə hazırlaşıb, səhər bilet alsın. Alinmayib. Çün, gecə qapıbir qonşunun xanımı bunlara təşrif buyurub, ərinin vəziyyətinin son dərəcə kritik olduğunu, ürəyə gedən damarların az qala 3-nün də tutulduğunu və həkimlərin yaşam üçün çox az müddət qoyduğunu söyləyib.

Dostumun öz dili ilə danışım: "Qardaş, axşam evə gələrkən bir baxdım, xanımın gözləri dolub. Amma "nə olub?” sualına ehtiyac qalmadı. Özü danışdı. Ki, bəs qonşunun vəziyyəti ağırdı. Öləcək. Arvadı dərdləşməyə gəlmişdi, az qala yasa hazırlaşan kimi bir durumu vardı. Ardınca da bir az ehtiyatla qayıtdı: "Bəlkə heç yerə getməyək, verək yığdığımız pulu, əməliyyat elətdirsinlər? Bilmədim nə deyim. Tutuldum. Axı uşaqlar da bu səfəri necə həvəslə gözləyirdilər. Amma təbii, sonucda razılaşdım. Hətta həyat yoldaşımın belə düşünməyinə hədsiz sevindim. Aparıb 4500 manatı da verdik bunlara. Və biz Antalyaya gedəsi qonşu təcili əməliyyata getdi. Ayrıca, əməliyyat çox uğurlu keçdi. Kişi kritikadan çıxdı.

Dostum davam edir: "Sözüm bunda deyil. Məlum hadisədən düz bir həftə sonra həyat yoldaşım 6 yaşlı oğlumla ağır qəza keçirdi. Mənim maşınımla. Xanım idarəetməsini itirib və maşın dağdan aşıb. Düz 21 metrdən. Handan hana hamı yığışıb. Düşüblər dağın ətəyinə, meyitləri qaldırmağa. Amma baxıblar ki, heç birinin tükünə də ziyan dəyməyib. Ən xırda zədələri belə yoxdu. Daxili orqanlarını da müayinə ediblər. Heç nə e, a kişi, heç nə yoxdur. Qanaxma, göyərmə, əzilmə, qırıq. Heç nə. Bircə maşın zay olub.

Müayinə otağında həkimlərdən biri üzü mənə sarı heyrətedici sima alıb soruşdu: "Siz kimə nə yaxşılıq eləmisiz ki, Tanrı bunun əvəzində sizə həyat yoldaşınızı və övladınızı yenidən hədiyyə elədi?"

Xanım mənə baxdı, mən xanıma. Dinmədik.

Amma ikimiz də bilirdik, neyləmişik.

Elşən Musayev.

Lerik

Want your business to be the top-listed Hotel in Lerik?

Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Hamarmeşə
Lerik
AZ 4300
Other Hotels in Lerik (show all)
Kirayə ev. Kirayə ev.
Lerik Rayonu Hamarmeşə Kəndi
Lerik, 0043

Türistlər üçün qonaqlama evləri.